bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

90-ların “korona”sız uşaqlığı

Rafiq Hunaltay Rafiq Hunaltay
Covid-19
27 Mart 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
90791457 10222642661481051 963785275333410816 n
Paylaş

90-cı illərə düşüb uşaqlığımız. Uşaq olmuşuq, amma uşaqlıq yaşadığımız sayılmaz. Bir il boyu hər şeydən bir ədəd olub. Azı bir il boyu. Bir “razmer” böyük alınırdı paltarlar ki, çox getsin. Allaha qurban olum, o da elə edirdi ki, qolu, balağı uzun-uzun əynimizdə köhnəlirdi. Yəni əynimizə tam outran vaxtını görmək nadirən qismət olurdu. Oyuncaq da yox idi düzəməlli. Pul yox idi, amma olsa da almağa seçim yox idi. Ona görə taxta, məftil, qazan qapağı nə tapsaq fantaziyamızla birləşdirib bir şeylər düzəldirdik. Məktəbdə və məhlədə topu olan, Dendisi, Seqası olan uşaqlar “yaxşı oğlan” sayılırdı, daha axırıncı model telefon işlədən, təkər qaldıranlar yox. Lounge falan yox idi, məktəbdən sonra 1 stəkan alça, qorjik, kətə və xımırqurdunu eyni anda ala bilirdinsə, bugünün şərtlərində elə bil 10 nəfəri yığıb qonaqlıq vermiş sayılırdın.

Həqiqətən pis vaxtlar idi. Pul ilə uşaq yaşda həm tanış olmuşduq, həm sınanmışdıq, bir az da pərt olmuşduq. Məsələn, məktəbdə pul verib qabaqda oturmaq olar və bunu gəlib evdə deyəcək qədər düşüncəliydik. Və ya məsələn, müəllim, səsli olaraq “filankəs, sən daha neçə gün fond pulunu uzadacaqsan?” deyəndə indiki ağlımla o uşağın nələr çəkdiyini, hadisənin onda nə kimi iz qoyduğunu təsəvvür etmək çətin deyil. “Süpürgə pulu”na görə dərsə girməyənlər də olurdu hətta. İndiki uşaqlara bir söz deyirsən, bir ay səni danışdırmır. O vaxt sinif rəhbəri və sinif yoldaşları ilə gəzintiyə çıxanda “mən getmirəm” sözünü deməyi bacarmış uşaqlarıq e, vallah. Mən hələ sinif rəhbərlərindən danışmıram. Bizimki lap üzqarası idi. O qədər pərt etmişdi ki, özümə söz vermişdim böyüyəndə onu “başa salacam”. Böyüdüm, amma o da gözümdə “kiçildi” deyə qisas marağım qalmadı. Bəzi uşaqlıq xatirələri bizi bax beləcə pərt elədi, amma həm də sərt elədi.

Sonra nə başınızı ağırıdım, gəldik gənclik, yeniyetmə dövrlərinə. Kitabın birini tapanda, obirini tapmırdın. Bir kitabı oboy kağızı ilə nə qədər üzləmək olardı ilahi. Bitmiş dəftərlərin olaydı ki, 1-2 səhifəsi yazılamamış qalaydı. Onu cırıb saxlayırdıq sonra qaralama kimi istifadə etməyə. Yayda o vaxtkı “aeroportdan” hər şey sayla alınırdı. Qələmin birinin çernili vaxtından əvvəl buraxdısa batdın. Müəllimdən it kimi qorxurduq. Dərsə getməyəndə evə zəng edirdilər a kişi. Evə! İndi camaatın 100 min kredit borcu olur, evə zəng edib narahat etmirlər heç. Sinifdə bir varlı qız olardı, bir də çox ağıllı qız. Bütün oğlanlar o varlı qızı sevərdi, ağıllı qızı da sevən tapılırdı. Amma o “ağıllı qız” da onu sevəni sevməzdi. O da təəssüf ki, başqa varlı oğlanı sevərdi. Film gibi yani.

Əyləncə var idimi düşünürəm, çox da xatırlamıram. Teyplər var idi. Batareya ilə işləyirdi, kaseti qoyub batareyanın son nəfəsinə kimi istifadə edirdik. Axır-axırda mahnıları əzik-üzük oxuyurdu, batareya zəif idi deyə, amma yenə də axıra kimi qulaq asırdıq. Mən hələ o kasetlərin arasına öz səsimizi yazıb sonra dəfələrlə ona qulaq asmağımızı demirəm. Həmişə mindiyimiz bir avtobus vardı. Sürücü bir mahnını çox xoşlayırdı deyə, bütün kasetə o mahnını dalbadal yazdırmışdı ki, hər dəfə başa fırlatmaq məcburiyyəti olmasın. İndi “replay”i basırsan və nə qədər istəyirsən təkrar qulaq as. Bir sms yazmaq üçün bilmirdin hansı sözü qısaldasan ki, demək istədiyini tam ötürə biləsən. Göy ketalarımız olardı, hamısının da sonu bir cür olurdu – burunu cırıq-cırıq. Bir az dərindən fikirləşsək, o dövrə ironik olaraq “bakuş dövrünün uşaqları” adını vermək olar.

O gün bir dostuma deyirəm ki, uşaq olanda biz elə bilirdik ki, dünyada və həyatımızda nə baş verir-versin, böyüklərimiz həll edəcək. Uşaq ağlı ilə dönüb baxırdıq ki, qohum-əqrəbada bu qədər kişi var, “neujeli” bir problemim olsa, biri çıxıb kömək etməyəcək. Onlar bizim qəhrəmanlarımız idi. Biz bilmirdik atamız nə qədər qazanır, ailə neçə manata dolanır. İndiki uşaqlar evdəki pulun sayını və yerini də bilirlər bəlkə. Ah, indiki uşaqlar. Amma razılaşaq ki, indiki uşaqlar doya-doya uşaqlıq yaşaya bilir. Ən azı, ən kasıb adam belə uşağını qəşəng parklarda pulsuz oynada bilər. Düzəməlli park yox idi. Nə varlısı, nə kasıbı üçün. Məktəbin həyətində iki tərəfli dəmir yelləncək var idi. Neçə uşaq bəlkə də instituta girhagirdə hemoroy oldu o dəmirlərin ucbatından. 

Hey arzulayırdıq ki, nəsə olsun, məktəb bağlansın. İldə 1-2 dəfə qar yağanda tez buraxırdılar, sevincimiz yerə-göyə sığmırdı. Az qala 11 il 6-cı günlər də məktəbə getmişik. İndi deyirlər ki, bəs 5 bütöv gün uşaqları çox yorur, azaltmaq lazımdır. Bəs biz nəydik o vaxt görəsən? Biz uşaq deyildik? Yoxsa, o vaxt alimlər fikirləşə bilmirdilər ki, şənbə günü uşağı məktəbə yollamaq olmaz?! Tətil olurdu, qayıdan kimi inşa yazdırırdılar ki, bəs “yay tətilimi necə keçirdim”. Necə keçirdəcəm, evdə, həyətdə, arada bir də evdəkilərlə bazarda.

İndi oxuyuram ki, məktəbləri daha 1 ay tətil elan etdilər koronavirusa görə. Bizim vaxtımız olsaydı, əminəm ki, virus zad qanmadığımızdan 2 ay məktəb olmadığına görə qanad taxıb uçardıq. İndiki uşaqların baxıram vecinə deyil. Qardaşım qızına xəbəri eşidən kimi dedim ki, bilirsən məktəb daha bir ay olmayacaq, “hə bilirəm” deyib keçdi getdi sakitcə. Bax budur bizim fərqimiz. Çünki indi istəyəndə uşağı rahatca məktəbə göndərməyə bilirlər. Uşaq ürəyi istəyəndə o lüksü yaşayır deyə, məktəbin bir ay olmaması da ona təəccüblü gəlmir. İndi uşaqlar böyüklərə telefondan istifadə qaydasını hərf tanımaya-tanımaya öyrədir. Amma bizim başımızı taxta telefonlarla aldadıblar a kişi, heç nə yox ona yanıram. Götürüb həvəslə danışırdıq. Snikersi ad günündə filan yeyərdik. İndi çayxanada snikers yoxsa, mürəbbə deyəndə mürəbbə seçirik. O vaxt mürəbbənin üzünə də baxan yox idi. İndi uşaqlar YOX sözünü bilmir az qala.

Yazımın məqsədi indiki uşaqlıqla 90-ları müqayisə etmək deyildi. Sadəcə olduğu kimi yazdım ki, qalsın. Ümumiyyətlə mən gələnlərin gedənlərdən daha yaxşı olduğuna inanıram. Yəni hər nə qədər çox da başa düşməsək, inanıram ki, indiki gənclik bizdən daha cəsarətli olacaq, daha sözünü deyən və mərd olacaq. Savad baxımından da eyni fikirdəyəm. Hər şeyi bilmək önəmli deyil, lazım olanı bilmək kifayətdir.

Əlqərəz, çalışın bugünlərdə özünüzü qoruyun. Hər nə mənədir bilmirəm, amma istər həqiqət olsun, istər şou arada test siçanı olmayaq deyə ehtiyatlı olmalıyıq. O gün status da yazmışdım ki, maskalı adamların immuniteti güclü olur. Çünki onlar sovetin #donos37-ni görüblər, #covid19 nə edəcək ki bizə…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Britigan COVIDConspiracy 38x24cm 1320x834
.

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

AzLogos
01 Mart 2021
Ən yaxşı vaksinasiya strategiyası
.

Ən yaxşı vaksinasiya strategiyası

AzLogos
10 Fevral 2021
Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi
.

Xəstəliklərin şəxsi və milli tarixi dəyişməsi

AzLogos
10 Fevral 2021
Great Depression unemployed 1024x746
.

Keçmiş pandemiyanın dərsləri

AzLogos
09 Fevral 2021
Bildschirmfoto 2021 02 06 um 12.05.57
.

Pandemiyanın qazananı…

Vüsal Quliyev
18 Mart 2021
Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti
.

Koronavirus – sərbəstliyə və qaydaları pozmağa öyrəşənlərin məğlubiyyəti

AzLogos
05 Fevral 2021
Box 20200403 QAndAWithColleenKirkPanicBuying Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

Aqşin İbişov
22 Yanvar 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör