bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycanda biznes forumların bugünü və gələcəyi

Rafiq Hunaltay Rafiq Hunaltay
Mövqe
30 Aprel 2019
Oxuma vaxtı:12 dəqiqəyə oxunur
1526904324 9518318 1526904231 5649557EU Azeri flag 1 EUD
Paylaş

Heç kimə sirr deyil ki, Azərbaycanda biznes mühiti, iqtisadi münasibətlərə yanaşma əvvəlki kimi deyil. Daha doğrusu devalvasiyadan əvvəlki vəziyyətlə müqayisədə indi daha real və praktik mövqeyin olduğunu görürük. Bu təbii ki, biznes fəaliyyəti ilə məşğul olan hər kəsi sevindirir. Xüsusilə şəffaflıq və innovativ yeniliklərin tətbiqi ilə bağlı atılan addımlar təqdirəlayiqdir.

İqtisadi nəzəriyyə elminə görə də dəyişikliyin bir tədrici (mərhələli) forması var, bir də şok terapiya üsulu. İkincinin mahiyyəti ondan ibarətdir ki, kəskin qərarlar, addımlarla əvvəl olan hər şeyi uçurub tamam yeni dövrə qədəm qoyursan. Praktika sübut edib ki, bu metod o qədər də effektli deyil. İllərdir formalaşmış infrastruktur, kadr potensialı, kadrların yetişdirilməsi, iqtisadi qanunlar və s. hamısı əvvəlki sistemə uyğunlaşıbsa, onu birdən-birə dəyişmək çox çətin, bəzən isə mümkün olmur. Odur ki, tədricən keçid daha səmərəlidir.  Tədricən keçid özü də bir neçə mərhələdən ibarət olur. Onlardan ilki arzuolunan formata keçidin təməllərini formalaşdırmaqdır. Bəs nədir bu təməllər? Bunlardan biri qanunvericiliyi yeni sistemə keçid üçün hazırlamaq, bütün biznes subyektləri ilə maarifləndirmə işləri aparmaq, eyni zamanda ilkin keçid prosesində yarana biləcək çətinlikləri nəzərə alaraq dövlət olaraq daha çox güzəştə meylli olmaqdır. Müşahidələrimə görə qanunvericiliyin yeni sistemə adaptasiyası baxımından ciddi irəliləyişlər var. Biznesi dəstəkləmə niyyəti ortadadır. Lakin keçid prosesində bir-iki məsələ diqqət çəkir. Birinci odur ki, qısa müddətdə hiss ediləcək qədər effekt gözləmək düzgün deyil. Yəni, qanunu dəyişdinsə, proseslər də həmən nizama düşmür. Biznes kağız üzərində aparılmadığından vacibdir ki, icra mexanizmləri dəqiq düşünülsün, biznes subyektlərinin özləri ilə geniş müzakirələr aparılsın. İcra prosesinə də birtərəfli cəlb effektli olmaya bilər. Biznes subyektləri satan və alan tərəf olaraq iştirak edirlərsə, o zaman loru dildə desək hər iki tərəf bu qaydalara əməl etməlidir. Hətta tutaq ki, əməl etməyə hazırdırlar. İcra mexanizmi də şirkəti çətin vəziyyətə salmamalı, aydın, tətbiqə edilə bilən və real olmalıdır. Bu baxımdan qanunvericilikdəki dəyişiklərin real tətbiq edilə bilən olmasında çatışmazlıqlar olduğu hiss olunur.

Digər bir məsələ isə biznes mühitinin daha da sağlamlaşdırılması üçün maarifləndirmə işinin təşkili, dövlət-biznes dialoqunu möhkəmləndirməkdir. Maarifləndirmə və təhsil sistemində olan qüsurların nəticəsidir ki, bugün bir çox vacib sahələrdə ixtisaslı kadrlar tapmaq elə də asan deyil. Bəlkə də o zaman heç bu qədər ixtisaslı kadrlara ehtiyac olmayıb. Amma indi hər şey şəffaflığa və yeni trendlərlə ayaqlaşmağa doğru gedirsə, yumşaq desək, “çörək çörəkçidə olmalıdır”. Təhsil və işlək mexanizmlər üzrə maarifləndirmə işi bugün Azərbaycana hava-su kimi lazımdır. Yaxşı tərəfi odur ki, bugün onu hamımız başa düşürük, o cümlədən dövlət də. O qədər də yaxşı olmayan tərəfi isə odur ki, maarifləndirmə işinin birbaşa icraçısı rolunda dövlət özü çıxış edir. Bu proses onu da qeyd edim ki, təkcə maarifləndirmə deyil, bir çox başqa sahələrdə də eynilə aparılır. Sanki sahibkarın etməli olduğu şeyi dövlət özü üzərinə götürüb etmək istəyir. Belə olan halda da biznesi daha real qiymətləndirə bilməmə və zaman yarışında uduzma ehtimalı artır. Halbuki ən optimal yol biznesin sərbəst və mənfəətli fəaliyyətini təmin edəcək şəraiti, mühiti, infrastrukturu formalaşdırmaqda iştirakdır. Digər məsələləri bazar subyektləri öz aralarında ən uyğun formada əmin olun ki, özləri həll edəcəklər. Başqa bir müşahidəm isə ondan ibarətdir ki, sanki “quick win” (qısamüddətli qələbələr) yarışı var. Niyyət protokolları, memorandumlar, çoxsaylı görüşlər və s işin özündən daha çox görüləcək işin təbliğatının, marketinq dili ilə desək PR-nın işin özündən qabağa keçməsidir. 

Yuxarıda yazdığım kimi dövlət və özəl sektor arasında ikitərəfli dialoqun formalaşında biznes tədbirlərin, forum və konfrasların maarifləndirmə baxımından əvəzsiz rolu var. Hətta bu proses müsbət bir çox şeyə keçidin ilkin mərhələsidir də demək olar. Bu yazıda mən biznes maarifləndirməsinə xidmət edən tədbirlərin önəmi və gələcək inkişafı ilə bağlı fikirlərimi paylaşmaq istəyirəm.

Mən özüm də fərqli biznes sektorlarda çalışan dostlarımla birgə könüllü olaraq 2013-cü ildən bugünədək 7 il ərzində 20-dək böyük biznes forumlar təşkilində birbaşa iştirak etmişəm. Buraya il ərzində keçirilən Milli Marketinq Forumu, Rəqəmsal Marketinq Forumu, Satış Forumu, Maliyyə və İnvestisiya Forumu, Milli İnsan Resursları Forumu və s. aid etmək olar. Tamamilə daxili resurslar və sırf bazar prinsiplərinə uyğun olaraq öz gücümüzlə hər tədbirdə yerli və xarici spikerlərin iştirakı ilə minimum 200 şirkət nümayəndəsini bir araya toplaya bilmişik. Ümumilikdə bu illər ərzində təkcə bizim birlikdə keçirdiyimiz tədbirlər sayəsində 20 000-lik biznes “network”ümüz formalaşıb. Təbii ki, bu illər ərzində keçirilən forumlara dəstək qədər tənqidlər də çox olub. Haqlı və haqsız tənqidlərlə rəğmən bazarın sağlam mühitinin formalaşmasında, yeni menecerlərin öz uğurlarını geniş ictimaiyyətə çatdırması, şirkətlərin rəqibləri ilə eyni masada açıq müzakirələr aparması, tamamilə senzurasız istər özəl, istər dövlət nümayəndələrinə açıq sualların ünvanlanması və cavabların alınmasında və ən əsas da böyük biznes əlaqələrin qurulmasında bu tədbirlərin rolunu danmaq insafsızlıq olardı. İlk dəfə hər-kəsə açıq və tamamən “öz yağında bişən” bu  biznes tədbirlər olanda etiraf etməliyik ki, eyni qəbildən olan tədbirlər ölkədə çox da populyar deyildi. Amma bu gün şükürlər olsun ki, xeyli sayda real, faydalı tədbirlər fərqli şəxslər, qurumlar tərəfindən keçirilir. 2019-cu ilin əvvəlindən hələ təkcə mənim bildiyim ölkədə keçirilən və ya il sonunadək keçirilməsi planlaşdırılan aşağıdakı tədbirləri sadalamaq olar:

1. 26 yanvar – Baku PR Forum

2. 12 fevral – Baş-a-Baş Söhbət

3. 18 fevral – Vergilər Nazirliyi Şəffaflıq və İnkişaf Forumu

4. 23 fevral – Satış Forumu

5. 24 fevral – Uğur Forumu

6. 03 mart – Mentor Talk

7. 03 mart – Oil&Gas Simposium

8. 06 mart – Müfit Can Saçıntı seminarı

9. 14 mart – SUP Talks

10. 17 mart – Azərbaycan Qadını Forumu

11. 05 aprel – Liderlik və Kouçinq konfransı

12. 13-14 aprel Towards Sustainable Innovation triz.az

13. 13-14 aprel – Multidisiplinar Elmi Forum

14. 18-19 aprel – Tibbi Forum

15. 20 aprel – Azərbaycan Turizm Forumu

16. 23 aprel – 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu

17. 04 may – İllik İnsan Resursları Konfransı və sərgisi (airp2019)

18. 04 may – Danışıqlarda Gizli Hipnoz

19. 05 may – Maliyyə və İnvestisiya Forumu

20. 11 may – Mümin Sekman seminarı (Baku Business School)

21. 21 may – Menecment və İnnovasiya Forumu

22. 22-23 may – Milli Səhiyyə Forumu

23. 24-25 may – 7-ci Milli Marketinq Forumu

24. 30-31 may – Monex Summit (Fintech and Banking)

25. 12 iyun – Milli Mühasiblər Forumu

26. 13 iyun – EU-Azerbaijan Business Forum

27. İyul – Startup Azərbaycan Konfransı

28. 22-23 noyabr – Beynəlxalq Pərakəndə Konqresi (Future Advantage)

29. Noyabr -Rəqəmsal Marketinq Forumu

30. Noyabr – Milli İnsan Resursları Forumu

Təsəvvür edin, bu hələ mənim rastıma çıxan, haqqında eşitdiyim, bildiyimdir. 30 tədbirin yarısı artıq olub bitib. Aya 3-4 forum düşür. Hərəsində də minimum 150-200 şirkətdən 300-400 nəfər olur. Bir-neçə il öncə bu qədər məşhurlaşmamışdı. Məşhurlaşmağına səbəb həm tələbatın artması, həm də əvvəl keçirilən tədbirlərin sayəsində bu sahədə bazarın mövcudluğunu digərlərinin də hiss etməsidir. Sosial mediada tez-tez bu tip forum və tədbirlərin guya faydasız olduğu haqqında tənqidlərə rast gəlmək olur. Kimi saydan gileylənir ki, bu qədər çoxdur Azərbaycan üçün, kimi də bilet qiymətlərindən. İnsaf naminə deməliyik ki, Azərbaycanda belə tədbirlərə ödəniş qonşu ölkələrlə müqayisədə çox ucuzdur. Hətta bu halda belə yenə də bahadır deyənlər tapılır. Məsələn, bir dəfəyə çay dəstgahına 40 manat rahat verən adam, bir bütöv gün 10-15 spikerin çıxışına, digər həmkarları ilə görüş imkanına, yeni şeylər öyrənmə ehtimalına o pulu vermək istəmir. Təbii ki, qısqanclıqla yanaşanlar da az deyil. Adətən forumu tənqid edənlərin çoxu da sonrada özü forum keçirməyə, təlim deməyə başlayır. Ona görə də tənqidlərə çox fikir verməmək lazım olduğunu düşünürəm. Forumun ən böyük faydası həm də odur ki, onlar sayəsində yerli spikerlərimiz öz natiqlik qabiliyyətlərini artıra, uğurlarını təqdim etməyi, bilik və bacarıqlarını ötürməyi öyrənə bilirlər. Həmişə qonşularımızın seriallarına, verilişlərinə, tədbirlərinə baxıb fəxr edirik. Özümüzdə olanları yaradıcı deyil, yıxıcı tənqid etməklə əslində gedən prosesə ziyan vurmuş oluruq.

Azad bazar iqtisadiyyatında hər şeyi bazar özü tənzimləyir. Forumun sayının çox olmasından niyə narahat olmaq lazımdır ki? Bazar ona qarşı tələb olmasa özü onu sıradan çıxaracaq. Mən özüm nə qədər belə tədbir görmüşəm, bəh-bəhlə bazara girib, amma ikincisi artıq olmayıb. Yuxarıda dediyim kimi azad bazar rəqabəti varsa, heç kimi də zorla tutub foruma, konfransa dəvət etmirsənsə, bazar özü sənin həyatda qalman haqqında qərar verəcək. Ya sizin keçirdiyiniz foruma tələb olmayacaq, ya da siz o zəhməti davamlı şəkildə çəkmək istəməyəcəksiniz, yorulacaqsınız və s. Azərbaycan reallığında forum, konfrans təşkil edənlər bu işin nə qədər böyük entuziazm tələb etdiyini yaxşı bilir. Burada aylar ərzində böyük komanda işi, gərgin əmək, maddi və mənəvi resurs sərfi həll edici rol oynayır. Və hər şey bir tərəfə bu tip aktivlik ənənəvi ticarətlə məşğul olmaqla müqayisədə cəmiyyətə min dəfə daha faydalıdır. Bu yol öz-özünə yaranmayıb, inkişaf etmiş dövlətlər də eyni yoldan keçib dəyər yarada biliblər. Odur ki, şəxsən ölkədə maarifləndirici xarakterli biznes forumların sayının çoxalmasının tərəfdarıyam. Güclülər ayaqda qalacaq, çoxluqdan narahat olmağa dəyməz. Məsələn, bu il elə bizim tədbirlərin miqyasından daha böyük tədbirlər keçirilməsi planlaşdırılıb. Həm dövlət dəstəyi, həm də böyük maliyyə yatırımı ilə daha professional tədbirlər təşkil edilir. Düzdür bilet qiyməti də ucuz deyil, amma bunu mühakimə etmək bazarın işidir. Tələb varsa, bazarda qalacaq, yoxdursa, çıxacaq. Məsələn, Marketing Kingdom vardı bir zamanlar. 2-3 dəfədən sonra bazardan çıxdılar. Çünki o dövrün potensial iştirak edə bilən namizədi bileti 500 manat vermək istəmədi. Bu qədər sadədir. Biz Türkiyədə Kapital Mediya Qrup ilə danışarkən Gürcüstanda insanların belə biznes tədbirlərə daha çox pul xərclədiklərini bildirdilər. Təbii ki, o da ayrı bir dərddir. Amma düşünürəm hər keçən gün insanlarımız, menecerlər öz şəxsi inkişaflarına daha çox yatırım edirlər. Başa düşürlər ki, inkişafın qısa yolu yoxdur, zəhmət çəkəcəksən, öyrənəcəksən.

Qısası, sevdiyiniz iş hələ maarifləndirməyə xidmət edirsə, heç nəyə baxmadan eyni həyəcanla o işi görməyə davam etmək lazımdır. Həyəcan itdisə, o başqa. Nə iş görmənizdən asılı olmayaraq, o iş Sizə həyəcan bəxş etdiyi müddətcə dəyərlidir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör