Ölüvay gənclik haqqında Musiqi strategiyamıza dair Kütləvi təlxəklik və tərbiyəsizlik dövrü Başı bəlalı “Qadınım” Civan Avetisyan: beynəlmiləlçi dərisi geymiş azərbaycanofob Azərbaycanın milli etikası barədə

AzLogos platformasında dərc olunmaq istəyən publisistlər üçün prinsip və qaydalar

AzLogos, Azərbaycandan kənarda yaşayan diaspora nümayəndələrinin publisistikasına üstünlük versə də, bu, şərt deyil.

Bizə yazı göndərərkən, qısa tərcümeyi-halınızı əlavə etməyi unutmayın.

Məqsədimiz peşəkar, uğurlu azərbaycanlıların fikir mübadiləsi və tanıtma platfromasını yaratmaq olduğundan AzLogos, eksklyuzivlik dalınca qaçmır. Yenə də, yaxşı olardı ki, bizə orijinal yazılar göndərəsiniz.

Elm və texnologiyalar, siyasət, iqtisadiyyat, kültür, din, maliyyə – AzLogos-da mövzuların əhatə dairəsi genişdir.

Bir yazıda 4-5 min işarə həcmindən kənara çıxmamaq tövsiyə olunur. Bu qayda, elmi-kütləvi mövzularda yazılara, yaxud reportaj və müsahibələrə aid deyil.

AzLogos, video-bloqlarınızı da məmnuniyyətlə nəzərdən keçirməyə hazırdır.

AzLogos, yazıların və videoların dərcindən izahat vermədən imtina edə bilər.

Yazı, müsahibə və video-bloqlarda nələr qadağandır:

  • Oxucuların, yazarların, sayt idarəçilərinin, habelə şərəf və ləyaqəti Azərbaycan Respublikasının və yaxud başqa dövlətlərin qanunları ilə qorunan dövlət və hökümət rəhbərlərinin ünvanına təhqiramiz ifadələr; Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərə çağırış;
  • Zəruriliyini əsaslandırmaq mümkün olmadıqda, vulqar leksikadan istifadə;
  • İrqi, dini, etnik, cinsi, sosial əlamət/fərqlərə görə ayrıseçkilik;
  • Qəsdən yalan məlumatın yayılması;
  • Separatizmin təbliği, Azərbaycan Respublikasının və hər hansı bir dövlətin ərazi bütövlüyünün sual altına alınması;
  • Vətəndaşların və ya təşkilatların işgüzar nüfuz və ləyaqətinin alçaldılması, gözdən salınması;
  • Siyasi təbliğatın aparılması, proqram və şüarların səsləndirilməsi.

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist