bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev Elmir Mirzəyev
., Mövqe
25 Aprel 2026
Oxuma vaxtı:16 dəqiqəyə oxunur
Başlıq
Paylaş

Günlər öncə sonuncu İran şahının oğlu Reza Pəhləvi Berlində hücuma məruz qalmağı ilə yenidən aktuallaşdı. Hadisə onun Berlindəki Bundespressekonferenz (Federal Mətbuat Birliyi) binasında keçirdiyi mətbuat konfransından sonra baş verib. Pəhləvi binadan çıxarkən bir nəfər arxadan yaxınlaşıb və onun kürəyinə ehtimal ki, tomat sousu olan qırmızı maye atıb.

İranda son illər davamlı baş verən böhranlar və müharibələr fonunda son İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu Reza Pəhləvinin fiquru yenidən aktuallaşdı. İrandan yarım əsrə kimi bir dövr öncə taxtdan endirilərək qovulduğu bir sülalənin ölkədə yenidən monarxiyanı bərpa edəcəyi ideyaları bir qrup iranlı mühacirlərin müəyyən dairələrində səsləndirilməyə, onun portretləri isə bəzi çevrələrin nümayişlərində qaldırılmağa başladı.

Reza Pəhləvi özünü ölkə xaricində olan İran müxalifətinin lideri, faktiki ”sürgündəki şah” kimi mövqeləndirir və bu məsələdə xarici dairələrin dəstəyini almağa cəhd edir. Lakin bu cəhdlər öncədən uğursuzluğa məhkumdur, xüsusilə onun növbəti İran şahı ola biləcəyi iddiası tarixi və siyasi baxımdan heç bir əsas daşımır və tamamilə qeyri-legitimdir.

Nədən belədir? Bu sualın cavabını tapmaq üçün tarixə ekskurs etmək gərəkdir.

Hakimiyyət məsələsi qədim dövrlərdən bəri bəşər tarixinin ən həssas mövzularından biri olub. Xüsusən İslam Şərqi kontekstində bu məsələ bir sıra spesifik legitimlik mexanizmləri ilə sıx bağlıdır.

İranda Reza Pəhləvinin yenidən şahlıq taxtına çıxa biləcəyi ideyasının kökündən ölü doğuluşunun əsas və ilkin səbəbi – bu fiqurun irandakı azərbaycanlılar və ümumiyyətlə türklər tərəfindən heç bir halda qəbul etməyəcəyi idi. Min ilə yaxın İran coğrafiyasında bu, və ya digər formada hakim olmuş (Atabəylər hakimiyyətlərindən tutmuş sonuncu Qacar sülaləsinə kimi) türk siyasi ənənəsi fonunda Pəhləvilər sülaləsinin bərpası ideyası əsla qəbul edilə biləcək bir hakimiyyət modeli deyildi.

Bu obyetkiv bir faktor idi, lakin məsələnin maraqlı tərəfi həm də başqa, daha çox subyektiv xarakter daşıyan digər bir amilin də mövcudluğunda idi.

Məsələ burasındadır ki, İslam Şərqində hakimiyyətə iddialı olan sülalə bir qayda olaraq ya dünyanın böyük hissəsinə hökmranlıq etmiş Çingiz xan nəslinə bağlılığını (bu əsasən Mərkəzi Asiyada – Türküstanda belə idi), ya da Hz. Məhəmməd Peyğəmbərin (s) müqəddəs nəslinə mənsub sakral bir qola aidiyyətini dəlil gətirərək legitimliyini əsaslandırmalı idi – bu da başlaca olaraq ön Şərqdə, yəni Afrikanın şimalından Xorasanadək olan bir coğrafiyanı əhatə edirdi.

Hazırkı ərəb monarxiyaları məhz bu legitimlik modelinə istinad edir. Məs., İordaniya krallığı Haşimilər sülaləsinə mənsubdur, bu nəslin əcdadı hesab olunan Haşim ibn Əbdi Mənəf isə Məhəmməd peyğəmbərin ulu babası hesab olunur. 1946-cı ildə hakimiyyətə gətirilmiş ilk kral I Abdullah Məkkə şərifi Hüseyn ibn Əlinin oğlu idi və bu sülalə həmin genealogiyanı bu günə qədər davam etdirir.

Oxşar legitimlik iddialarını İslamın iki müqəddəs şəhəri olan Məkkə və Mədinə üzərində nəzarəti həyata keçirən Səudiyyə Ərəbistanı və digər ərəb monarxiyalarında da müşahidə etmək mümkündür.

1
İslam Şərqində hakimiyyətə iddia edən sülalələr legitimliklərini ya Hz. Məhəmməd Peyğəmbərin (s) müqəddəs nəslinə, yaxud Çingiz xan soyuna mənsubiyyətlə əsaslandırmalı idilər.

 

Əlbəttə, bu iddiaları tam qəti və mübahisəsiz hesab etmək çətindir, əslində tarixi perspektivdə belə genealogiyaların sübutu heç də həmişə asan olmayıb – bunun üstündə daima müharibələr, çaxnaşmalar, siyasi qətllər baş verib, zatən İslamı iki yerə bölən də məhz bu amil, 680-ci ildə Peyğəmbər nəvəsi İmam Hüseynin Kufə yaxınlığında qətl edilməsi olub.

Eyni məsələ o dövrdə Şərqin böyük hissəsinə hökm edən Əmir Teymur zamanı da müşahidə olunurdu. Bilindiyi kimi Mərkəzi Asiyada hakimiyyətin legitimliyi hökmən Çingiz xan irsinə bağlılıqla əsaslandırılırdı. Teymur Çingiz xan nəslindən olmadığı üçün özünü “xan” elan etmədi və formal olaraq “əmir” titulunu saxladı, yəni real hakimiyyət onun əlində olsa da, simvolik legitimlik Çingizlər xəttində qalırdı. Digər tərəfdən, Teymur özünü “İslamın qılıncı” kimi təqdim edir və dini müstəvidə də hakimiyyətinə müəyyən sakral legitimlik iddiası irəli sürürdü.

Əlbəttə ki, real tarixdə bunlar qismən formal xarakter daşıyır – istər Şərdə, istərsə də Qərbdə hakimiyyət əslində güc, qələbələr, idarəetmə bacarığı və daimi fəth üzərində qurulurdu. Yəni hakimiyyəti şübhəsiz bir çox zaman hüquqi əsaslar yox, güc nümayişi qazandırırdı, lakin legitimlik məsələsi sırf iddia və sülalənin davamlılığı mənasında yenə də aktual olaraq qalırdı.

Əgər tariximizdə müstəsna rol oynamış Şah İsmayıl Xətai və onun əsasını qoyduğu Səfəvilər sülaləsi öz legitimliyində ulu babaları Şeyx Səfiəddinə, onun isə nəsil etibarilə yeddinci şiə imamı Musa əl-Kazıma bağlanan sakral Ərdəbil ocağından gələn mənəvi nüfuza istinad edirdisə, Nadir şah əksinə, 1736-cı ildə Muğanda türk ənənəsində uyğun olaraq qurduğu böyük qurultayda özünü şah elan etməklə legitimliyini birbaşa hərbi-siyasi güc üzərində qurmuşdu. Burada məqsəd Səfəvilər sülaləsinin faktiki süqutundan sonra yaranmış qarışıqlıqdan çıxış yolu tapmaq və yeni hakimiyyətin legitimləşdirilməsi idi.

Beləliklə Nadir şah öz hakimiyyətini təkcə güc ilə yox, elitar razılaşma (aparıcı tayfa başçılarının yığışdığı qurultay modeli) ilə də legitimləşdirmək istəyirdi ki, bu da klassik “sakral sülalə legitimliyi”ndən fərqli, yəni Teymur tipli “əmir legitimliyi”nə yaxın, lakin qədim türk gələnəyinə uyğun olaraq qurultayla təsdiqlənmiş variant idi.

Əfşarlar sülaləsinin əsası beləcə qoyuldu, dövlətin adı da o zaman rəsmən Türkman Eli kimi gedirdi, sonda Nadirin öz çadırında öldürülməsi ilə bu sülalə daxili çaxnaşmalar səbəbindən başa yetdi, yarım əsrdən bir qədər çox müddətdən sonra hakimiyyət Ağa Məhəmməd şah Qacarın əlinə keçdi. Qacarlar bu coğrafiyada bir əsrdən bir qədər çox dayanış gətirə bildilər və vəliəhd Abbas Mirzənin dərin modernizasiya cəhdlərinə baxmayaraq onların hakimiyyətini İran üçün əsla yüksəliş dövrü saymaq olmaz.

2
Əfşarlar dövləti yüksəliş dövründə Qara dənizdən Hindistana qədər uzanan əraziləri əhatə edirdi.

 

Osmanlılar da bu mənada legitimlik axtarışında idilər və Devlet-i Aliyye son nəticədə çıxış yolu olaraq xəlifə titulunun qəbulunu və dünyəvi hakimiyyətlə dini hakimiyyətin birləşdirilməsini əsas götürdü. Əslində “sultan” titulunun istifadəsi də erkən dövrdən etibarən bu iki hakimiyyət xəttinin sintezi ideyasını ifadə edirdi.

I Murad (Murad-ı Hüdavendigâr, 1362–1389) Devlet-i Aliyye-i Osmâniyye hökmdarları arasında “sultan” titulunu rəsmi şəkildə qəbul edib onu siyasi hakimiyyət tituluna çevirən və möhkəmləndirən ilk şəxs sayılır. Sultan Səlim Yavuzun 1517-ci ildə Misir yürüşündə Məmlük Sultanlığını məğlub etməsi ilə Osmanlının İslam dünyasında hegemonluğu ilə nəticələndi, məhz bu dövrdən xəlifəlik Osmanlı sultanlarına keçmiş kimi qəbul edilir və bu legitim status XX əsrə kimi davam edir. Nəhayət, 1924-cü ildə dünyada sonuncu tanınmış xilafət olan Osmanlı xilafətinin Türkiyə Böyük Millət Məclisinin fərmanı ilə ləğv edilməsi baş verir.

Osmanlı imperiyasının süqutu prosesi əsası hələ XIX əsrin ortalarından, 1839-da qəbul edilmiş Tanzimât Fermânı qərarından doğan reformalar ilə başlamışdı. Bu dövrdə imperiyada islahatların zəruriliyi artıq ümumən hamı tərəfindən qəbul edilirdi, lakin o dövrdə modernləşmə nə tələb olunan sürətlə, nə də tam uyğun istiqamətdə həyata keçirilə bildi. Nəticədə sülalənin siyasi və institusional dayaqları XX əsrin əvvəllərinə doğru ciddi şəkildə zəiflədi və hakimiyyət radikal modernist hərəkatın, “Gənc Türklər”in nəzarətinə keçdi.

Daha çox “Üç Paşalar İktidarı” kimi tanınan hərbi-siyasi idarəçilik isə tədrici islahatlardan ziyadə çox zaman düşünülməmiş qəti və sərt qərarların, çox vaxt ölkənin yerləşdiyi coğrafiyanı, cəmiyyətin ənənəvi strukturunu və digər vacib sosial-tarixi faktorları nəzərə almadan o çağın modern qərb modellərinin kor-koranə tətbiqinə bənzər siyasətin tərəfdarı idi. Bu xətt imperiyanı gücünün yetmədiyi savaşlara, Trablusgarp Savaşı, Balkan müharibələri və sonda Birinci Dünya Müharibəsinə sürüklədi. Bir sıra ağır məğlubiyyətlərdən sonra Osmanlı imperiyası süqut etdi və dövlət olaraq dünya siyasi xəritəsindən silinmə həddinə gəlib çıxdı.

5
“Üç Paşalar İktidarı”. Soldan sağa: Cemal Paşa, Enver Paşa, Talat Paşa.

 

Buna bənzər proses XIX əsrin sonu, XX əsrin əvvəlində İranda gedirdi. XIX əsrdə İranda reformaların zərurəti də çoxuna aydın idi və zaman-zaman Abbas Mirzə (əsasən orduda) və Mirzə Tağı xan Əmir Kəbir (Nəsrəddin şah Qacarın dövründə İranın baş naziri) tərəfindən bu cəhdlər edilmişdi, lakin bu dövrü yalnız “yarımçıq modernləşmə” mərhələsi kimi qəbul etmək olar.

Nəticədə 1905-ci ildə Rusiyada baş vermiş inqilabının birbaşa təsiri ilə İranda Məşrutə İnqilabı (1905-1911) başlayır. Geniş xalq etirazları və təzyiqlər nəticəsində 1906-cı ildə Müzəffərəddin şah Qacar konstitusiyanın (Qanun-e Əsasi) qəbuluna razı olur və beləliklə İranın ilk parlamenti, Məclis-e Şura-ye Melli (Milli Şura Məclisi) yaradılır. Bu qurum ölkədə qanunvericilik funksiyasını yerinə yetirməli və monarxın səlahiyyətlərini məhdudlaşdırmalı idi.

Konstitusiyanın tətbiqi mühafizəkarlar tərəfindən qəbul edilmədi və 1908-ci ildə taxta yeni oturmuş Məhəmməd Əli şah, tərəfdarları ilə Tehrandakı parlamenti top atəşi ilə dağıtdı. Bundan sonra hadisələrin əsas mərkəzi Təbriz oldu, şəhəri ələ keçirməyə çalışan şah tərəfdarları burada güclü silahlı müqavimətlə qarşılaşdılar. Bu mərhələdə inqilabın ən simvolik fiqurlarından biri olan Səttər xan (“Sərdari-Milli”) ön plana çıxdı. Məşrutəçilər sonda üstünlük qazandı, Məhəmməd Əli şah Qacar devrildi (yerinə 1909-cu ildə Əhməd şah Qacar gətirildi), Məclis bərpa olundu və konstitusion sistem yenidən quruldu.

Bu hadisələr ölkədə siyasi sabitliyi daha da sarsıtdı, onsuz da dayaqları çox zəif olan Qacar dövlətinin mərkəzi hakimiyyətini həm daxili ixtişaşlar laxladır, həm də bu iqtidar xarici güclərin, konkret olaraq Rusiya və Britaniyanın təsir və təzyiqi altında iflic vəziyyətinə düşürdü. Birinci Dünya Müharibəsindən sonra ölkə faktiki olaraq mərkəzi hakimiyyətə tabe olmayan hissələrə parçalanmış, şahlıq isə nominal xarakter almışdı. 1920-ci illərin əvvəllərində yaranan bu siyasi və idarəetmə vakuumu fonunda orduda nüfuz qazanmış bir fiqur, Kazak briqadasıyla Tehran üzərində nəzarəti ələ keçirmiş Mazandaranlı Rza xan ön plana çıxır.

Bu insanın bioqrafiyasında adının yanına xan titulu yazılır, halbuki onun “xan”, ümumiyyətlə əyan olmasına dair heç bir mənbə, sübut yoxdur. Belə görünür ki, Nəsrəddin şahın xahişi əsasında 1879-cu ildən Rusiyanın birbaşa təşkilatçılığı ilə formalaşdırılmış İran Kazak briqadasında XX əsrin əvvəllərində ilk öncə sıravi kimi başlayıb getdikcə yüksələn peşəkar hərbçi kimi sadəcə isminin qarşısına bu titul qoyulub.

Məlum olduğu kimi, 1921-ci ilin yanvarında Rza ingilis generalı Edmund Ironside tərəfindən İran Kazak briqadasının komandanı təyin olundu və iki ay sonra, 21 fevral 1921-ci il çevrilişi zamanı onun rəhbərliyi ilə kazak qüvvələri Tehrana nəzarəti ələ keçirdi. Rza xan əvvəlcə hərbi nazir kimi ölkədəki iğtişaşları aradan qaldırır, daha sonra isə 1923-cü ilin noyabrında şah fərmanı ilə baş nazir təyin edilir. Bu proseslərdən sonra ordu və inzibati aparat tədricən Rza xanın ətrafında cəmləşdi, Məclis də mərhələli şəkildə onun siyasi xəttinə uyğunlaşdı. Sonuncu Qacar şahı Əhməd şah Qacar isə ölkədən uzaqlaşaraq siyasi təsir imkanlarını itirdi.

Nəhayət 1925-ci ildə Məclis Qacar sülaləsini rəsmi olaraq taxtdan uzaqlaşdırdı və hakimiyyəti Rza xana verdi.

Bu mərhələdə ölkənin gələcək idarəetmə forması ciddi müzakirə mövzusuna idi. O dövrdə respublika modeli də gündəmdə idi və regionda baş verən proseslər, xüsusilə qonşu Türkiyə nümunəsi bu ideyanı gücləndirirdi. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Osmanlı sultanlığının ləğvi (1922), Cumhuriyyətin elan olunması (1923) və Xilafətin ləğvi (1924) bölgədə yeni dövlət modelinin formalaşmasına təsir göstərmişdi.

Bu kontekstdə Atatürkün dərin təsiri altında olan Rza xan da tərəddüd içində idi və zatən Məşrutə inqilabından sonra ölkənin respublika formasına keçidi təbii olardı. Rza xan da İranda məhz belə bir modernləşdirmə keçirərək Atatürk kimi milli liderə çevrilmək istəyirdi. Zatən onun şahlığa iddiası ola da bilməzdi, yuxarıda qeyd edildiyi kimi heç bir parametrlərə uyğun olmayan bir şəxsiyyətin şahlıq legitimliyi daima şübhə altında olacaqdı.

Amma proseslər fərqli istiqamətdə inkişaf etdi. Böyük Britaniyanın təsiri fonunda Rza xan Pəhləvi nəhayətdə özünü şah elan edərək yeni, Pəhləvilər sülaləsinin əsasını qoydu və daha sonra bir az da irəli gedərək “şahənşah” titulunu qəbul etdi. Pəhləvilərin hakimiyyətə gəlməsi dövrünü və Britaniyanın bu prosesdə necə bir iştirakı olduğunu anlamaq üçün ən gözəl əsər hazırda Fransada yaşayan iranlı rejissor Mərcan Sətrapinin eyniadlı komiksinin əsasında 2007-ci ildə ərsəyə gətirdiyi və İran tarixinin XX əsrini bariz surətdə ekranda canlandıran “Persepolis” cizgi filmidir. Filmdə bu gərgin siyasi və sosial dəyişikliklər dövrü bir uşağın baxış prizmasından təsvir edilir və ingilislərin Rza xana respublika yerinə özünü şah elan etməsi təklifi çox metaforik bir təsvirdə verilib.

3
İngilislərin Rza Savadkuhini şahlığa tovlaması səhnəsi, “Persepolis” cizgi filmi,
rejissor Mərcan Sətrapi (2007)

 

Yuxarıda qeyd edildiyi kimi, gəncliyində doğulduğu bölgəyə görə “Rza Savadkuhi” adlanan mazandaranlı Abbas Əlinin oğlu hərbi xidmətə başladıqdan sonra eyniadlı pulemyotdan istifadə etdiyinə görə “Rza Maksim” kimi çağırılan Rzanın “xan” titulunu daşıması üçün hər hansı irsi (Çingizlər nəsli) və ya ənənəvi-sakral (Peyğəmbər xətti) əsası yox idi.

Eyni şəkildə, onun qəbul etdiyi “Pəhləvilər” sülaləsinin adı da real soyad deyil, daha çox simvolik bir konstruksiya xarakteri daşıyırdı. “Pəhləvi” sözü müasir fars dilində “parfiyalı”, yəni qədim İran-Parfiya dövrünə aid olan insan mənasını ifadə edir və bu seçim qədim İran mədəniyyətinə, xüsusilə də İslamdan əvvəlki imperiya keçmişinə istinad edən ideoloji bir soyad kimi ortaya gətirilmişdi.

Əslində isə bu ad birbaşa XIX əsrdə Avropada formalaşmış irqçi nəzəriyyələrin təsiri ilə bağlı idi. Həmin dövrdə qərbdə bir qisim fikir adamları rasist nəzəriyyələrlə çıxış edir, kolonializm və irqçiliyi əsaslandırmaq üçün insanları antropoloji və irqi kateqoriyalar əsasında izah edir, “ari” (Aryan) anlayışını isə guya “ali irq” kimi təqdim edirdilər. Bu konstruksiyada almanlarla birgə farslar da “ari mənşəli” kimi interpretasiya olunurdu.

İrqçilik ideyalarının sütunları sayılacaq fransız Arturo de Gobino, ingilis Houston Stewart Chamberlain və digərləri öz nəzəriyyələrində hökmən farsların (Qədim İran, Əhəmənişlər və s. kimi formalarda) da daxil olduğu tarixi-mifik “ari sivilizasiya xətti” qurmuşdu, hətta F. Niezschenin məşhur “Zərdüşt belə deyirdi” (“Also sprach Zarathustra”) əsərinin ismi də bu ideoloji xəttin mədəni rezonansı kimi oxuna bilər. Aydındır ki, bu nəzəriyyələrdə İran (Şərq) reallıq kimi yox, Avropa təxəyyülünün (orientalizminin) qurduğu (uydurduğu) bir konstruksiya kimi təqdim olunur. XIX əsrin kiflənmiş mirası olan bu ideyaların əsarətindən çıxmaq üçün XX əsrin sonlarında Edward Said tərəfindən qələmə alınmış “Orientalism” (1978) və “Culture and Imperialism” (1993) əsərlərinə müraciət etmək kifayətdir.

Bu ideyalar şübhəsiz ki, İran intellektual mühitinə də müəyyən təsir göstərmiş və XX əsrin əvvəllərində milli kimlik diskursunun formalaşmasında, xüsusilə orientalist anlamında “qədim İran irsi”nə istinad edən konsepsiyaların güclənməsində rol oynamışdı.

1935-ci ildə dövlətin rəsmi olaraq “İran” adı ilə tanınmasının beynəlxalq səviyyədə qəbul etdirilməsi də bu kontekstdə baş verdi. Almaniyada nasistlərin 1933-cü ildə hakimiyyətə gəlməsindən ilhamlanan Rza şah Millətlər Liqasından ölkəni beynəlxalq cameədə o zamankı kimi “Persiya” deyil, “İran” adı ilə tanımağı tələb etdi və məhz bu dövrdən bu isim diplomatik praktikada rəsmiləşdi. “İran” termini əslində qədimdən mövcud olub, “aryanlar ölkəsi” kimi şərh olunur.

Beləliklə, həmin dövrün irqçi diskurslarında “ali irq” anlayışı Avropada almanlarla əlaqələndirilirdisə, Şərq kontekstində buna paralel olaraq farsların “ari mənşəli” xalq kimi təqdim edilməsi ideyası müəyyən intellektual mühitdə yayılmış və bu tendensiya Rza şah Pəhləvinin öz dövrünə uyğun ideoloji əsaslar (faktiki fars etnik əsasında nasional-sosializm) formalaşdırmaq cəhdlərində öz əksini tapmışdı. Lakin şahın etnik cəhətdən fars olması da böyük şübhə altındadır. Belə ki, onun Azərbaycan (türk) dilində çox gözəl danışa bildiyi məlumdur, bu barədə kiçik bir videosüjet onun Türkiyəyə 1934-cü ildəki səfərində Atatürklə görüşündən qalıb.

Yeri gəlmiş, Türkiyə Cümhuriyyətində ilk operanın yaranması da məhz bu səfərlə birbaşa bağlıdır. 1934-cü il iyunun 19-da Ankarada “Halkevi” teatrında, İran şahı Rza Pəhləvinin rəsmi səfəri münasibətilə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə türk musiqisinin klassiki, bəstəkar Ahmed Adnan Sayqun tərəfindən bəstələnmiş üç pərdəli “Özsoy” (“Fereydun”) operası səhnələşdirilmişdi.

Operanın süjeti Atatürk tərəfindən irəli sürülmüş ideya əsasında formalaşdırılmış, libretto isə Münir Egel tərəfindən qədim fars şairi Əbülqasim Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazılmışdı. Mövzu dövrün siyasi kontekstinə uyğun olaraq İran-Turan sivilizasion əlaqələrini vurğulayan ideoloji çərçivədə qurulmuşdu. Əsərin premyerası Atatürk və Rza şahın iştirakı ilə baş tutmuş və bu hadisə həm mədəni, həm də siyasi simvolizm baxımından xüsusi əhəmiyyət kəsb etmişdi.

4
Rza Şah Pəhləvinin 1934-cü ildə Türkiyəyə səfəri və Atatürklə görüşü həm simvolik, həm də siyasi baxımdan çox önəmli hadisə olmaqla yanaşı, İranın modernləşmə kursu çərçivəsində xarici model axtarışının açıq nümayişi idi.

 

Lakin almanyönlü siyasəti II Dünya Müharibəsi zamanı Rza şah Pəhləvinin hakimiyyətini ciddi şəkildə zəiflətdi, 1941-ci ildə SSRİ və elə onu taxta oturtmuş Böyük Britaniyanın hərbi-siyasi təzyiqi nəticəsində o taxtdan imtina edərək hakimiyyəti oğluna verdi və ölkədən uzaqlaşdırıldı. Onun yerinə keçən Məhəmməd Rza şah Pəhləvi isə “milli modernləşmə” xəttini davam etdirməyə çalışdı.

Müharibədən sonrakı dövrdə əvvəl ilk cəhdləri ölkənin ərazi bütövlüyünün təmin olunmasına yönəldi (Azərbaycan və Mehabad respublikalarının müstəqilliyinin ləğvinə nail oldu, Bəhreyni isə geri qaytara bilmədi, İranın əlindən hələ XIX əsrdə ingilislər tərəfindən alınmış bu ada sonralar, 1971-ci ildən rəsmən müstəqil dövlətə çevrildi), daha sonra isə diqqəti sənayeləşmə, iqtisadi inkişaf və ordu quruculuğuna cəmlədi. Müxtəlif sosial və siyasi problemlərə baxmayaraq, XX əsrin 1950–1970-ci illəri ümumilikdə İranın inkişaf mərhələsi kimi xarakterizə olunur.

İdeoloji sahə də bu prosesdə mühüm yer tuturdu. Öz aləmində Qədim İran irsinə istinad edən “ariçi” diskursun kulminasiya nöqtələrindən biri kimi İran monarxiyasının 2500 illiyi münasibətilə təşkil olunmuş təntənəli mərasim Pəhləvilər sülaləsinin legitimləşməsi kimi yaddalara həkk olundu. Monarxiyanın və sülalənin qüdrətinin nümayişinə yönəlmiş bu tədbir 1971-ci il 12-16 oktyabr tarixlərində Persepolisdə (Təxti-Cəmşid) böyük təmtəraqla keçirilmiş və əsası şahənşah Böyük Kuroşdan hesablanan 25 əsrlik davamlı İran dövlətçiliyi ideyasının simvolik təsdiqi kimi təqdim olunmuşdu.

Lakin bu tezis tarixşünaslıq baxımından mübahisəlidir. Çünki İran coğrafiyasında dövlətçilik ənənəsi həqiqətən qədim olsa da, bu tarix müxtəlif dövrlərdə bir-biri ilə birbaşa heç bir siyasi və institusional bağlılığı olmayan fərqli sülalə və dövlət qurumlarının pərakəndə ardıcıllığından ibarətdir. Bu baxımdan “2500 illik fasiləsiz dövlət” anlayışı daha çox ideoloji konstruksiya və ya açıqca təbliğat klişesi kimi qiymətləndirilməlidir.

6
Persepolisdə İran dövlətinin 2500 illiyinin açılış mərasimi.
Öndə şah Məhəmməd Rza Pəhləvi, həyat yoldaşı Fərəh Pəhləvi və oğlu Reza Pəhləvi.

 

Beləliklə, apardığımız bu qısa və lakonik təhlil əsasında belə bir nəticəyə gəlmək mümkündür ki, hazırda Reza Pəhləvinin İranda hakimiyyət iddiaları ciddi tarixi və siyasi əsaslara söykənmir. Onun irəli sürdüyü tezislər, istər “Pəhləvilər sülaləsi” (onun legitimliyi), istərsə də “2500 illik fasiləsiz dövlətçilik” ideyası tarixi baxımından mübahisəli və daha çox təbliğati mif kimi qiymətləndirilə bilər.

Bu baxımdan, Pəhləvi faktorunun müasir İranın siyasi reallığında gerçək hakimiyyət alternativi kimi çıxış etməsi ehtimalı olduqca zəif və əsassız görünür, bu iddia yalnız kiçik məhdud çevrələr üçün simvolik-tarixi diskurs çərçivəsində dəyərləndirilə bilər.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör