Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Stansiya” – Oasys

Sahil Qənbərli Sahil Qənbərli
Dizayn
19 Yanvar 2021
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
Bildschirmfoto 2021 01 18 um 08.06.01
Paylaş

Adətən yeni bir layihə üstündə işləyəndə hər şeydən əvvəl müxtəlif memarlıq nümunələrinə baxıram. Bu, dizayn prosesinin çox böyük bir hissəsini əhatə edir desəm, yalan sayılmaz. Saatlar və bəzən günlər ancaq axtarışlar ilə keçir. Çünki dizayn çox sancılı prosesdir.

Biz memarlar təbiəti təqlid edirik, demişdim sizə? Bəli, bütün nümunələrimiz, layihələrimiz təbiətdən ilhamlanaraq düşünülür, ərsəyə gəlir. Təbiət bizim ən böyük ilham mənbəyimizdir. Söhbət əsl memarlardan, işini sevərək icra edən, yenilik axtarışında olan, lahiyəsinə öz övladı kimi yanaşan memarlardan gedir. Qayıdaq mövzumuza. Həmin sancılı proses zamanı qabağıma olduqca maraqlı lahiyə çıxdı. İlk baxışda dekorasiya kimi görünən bu açıq hava məkanının modullarını incələdikcə gözlərim qamaşdı. Memarlar təbiəti müasir texnologiya ilə harmonik istifadə edirlər və bu artıq adi haldır.

Bildschirmfoto 2021-01-18 um 08.05.56

Mask Architects, beynəlxalq dizayn müsabiqəsi “Cool Abu Dhabi”nin qalibi olan on komandadan biri seçildi. Onların konseptual lahiyəsi olan Oasys, Əbu-Dabi sakinlərinin istini hiss etmədən açıq məkanlarda rahat istirahət edə biləcəyi bir sistemdir. 67 ölkədən 1570-dən çox iştirakçı arasından seçilən layihə, şəhər istilik problemini həll etmək üçün lokallaşdırılmış bir həll yolu ilə iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq məqsədi daşıyır.

Bildschirmfoto 2021-01-18 um 08.06.01 Bildschirmfoto 2021-01-18 um 08.06.15

Oasys sistemi liman və sığınacaq adaları kimi fəaliyyət göstərən stansiyalar və mərkəzlər şəbəkəsidir. Məkan insanlar üçün, istirahət yeri, fərdi və kollektiv fəaliyyət olaraq sosiallaşmaq üçün istifadə edilə bilən mərkəz rolunu da oynayır. Məkan oturma sahələri, kafelər, sərgilər, idman və s. üçün istifadə oluna bilər. Oasys sisteminin gələcəkdə məqsədi istirahət mərkəzləri yaratmaq üçün şəhərlərin ətrafında çoxsaylı şəbəkələr qurmaqdır.

Bildschirmfoto 2021-01-18 um 08.06.20

Layihə müəllifi olan komanda böyüməyi planlaşdıran Abu Dabinin açıq istiliyə qarşı rahatlıq sistemlərinin iqlim böhranının təhlükələrini aradan qaldırmaq üçün dövlət və özəl məkanlarda əhəmiyyətli olacağına əmindir. Oasys sisteminin əsas funksiyası olacaq xurma ağacına bənzər strukturlar modullardan inşa edilmişdir. “Xurma”lar altdakı mexanizm vasitəsilə duman səpəcək, həm də damlar içindəki günəş panelləri vasitəsilə günəş enerjisi yığacaq.

Bildschirmfoto 2021-01-18 um 08.06.22 Bildschirmfoto 2021-01-18 um 08.06.25

Modul sistemlərin hamısı bir-biri ilə əlaqə qura və hər modul fərqli ölçüləndirilə bilər. Həmin modullar eyni zamanda məkanın istifadəsindən asılı olaraq müvəqqəti və ya qalıcı da ola bilər. Bu maraqlı və eyni zamanda mühəndislik möcüzəsi modullar özü-özünü bərpa edə bilən enerji ilə fəaliyyət göstərməkdədir. Məni ən çox maraqlandıran bu renderlərin gözəlliyi yox, məhz memarlığın incəliyidir. Doğrudur, vizualizasiya çox gözəl görünür, amma, işləyir ya yox, əsas məsələ budur.

Bildschirmfoto 2021-01-18 um 08.06.35Paytaxtımız üçün müxtəlif kiçik çaplı açıq hava məkanları hazırlanıb. Hamısını bir torbaya yığa bilərik. Çünki heç bir lahiyə, əgər buna lahiyə deyiriksə, mövcüd ekosistem üçün nəzərdə tutulmayıb. Yəni istifadə olunan açıq hava məkanları heç də Bakının ekoloji faktorlarına görə tənzimlənməyib. Belə olan halda vaxtından xeyli əvvəl dağıdılan, məhv edilən “gecəqondu” layihələri ilə qarşı-qarşıya qalırıq. Şəhərin brendləşməsi, hər nə qədər buna qarşı olsam da, ölkənin imici üçün olduqca vacibdir. Bu bir başa iqtisadiyyata bağlı olsa da, şəhər əhalisinin mədəniyyəti də çox böyük faktordur.

Lahiyənin detalları çox daha maraqlıdır. Döşəmə və tavan dizaynı bir-birilə harmoniya təşkil edir. Memarlığın gözəlliyi də elə burada üzə çıxır. İstifadə olunan materiallardan əlavə, funksionallıq yüksək səviyyədə icra olunmuşdur. Estetik tərəfi isə, sadəcə möhtəşəmdir. Buyurub incələyə bilərsiniz.

Bildschirmfoto 2021-01-18 um 08.06.43 Bildschirmfoto 2021-01-18 um 08.06.47 Bildschirmfoto 2021-01-18 um 08.06.50 Bildschirmfoto 2021-01-18 um 08.06.59 Bildschirmfoto 2021-01-18 um 08.07.01 Bildschirmfoto 2021-01-18 um 08.07.04 Bildschirmfoto 2021-01-18 um 08.07.06 Bildschirmfoto 2021-01-18 um 08.07.09 Bildschirmfoto 2021-01-18 um 08.07.12 Bildschirmfoto 2021-01-18 um 08.07.23

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Bildschirmfoto 2023 07 27 um 09.12.47
.

Davamlılıq, innovasiya və memarlığın gələcəyi

Sahil Qənbərli
27 İyul 2023
1405494131161
.

Landşaft memarlığında detal cizgilərin seçimi

Sahil Qənbərli
15 Oktyabr 2021
Bildschirmfoto 2021 06 28 um 13.13.47
.

Kopenhagenin üzən adaları

Sahil Qənbərli
28 İyun 2021
Photo 2021 06 24 16.43.08
.

Ağdam şəhəri necə tikilir

AzLogos
24 İyun 2021
Bildschirmfoto 2021 04 23 um 06.27.52
.

Məşhur Piramida Muzeyi

Sahil Qənbərli
25 Aprel 2021
Bildschirmfoto 2021 04 02 um 08.25.12
.

Kadokava Mədəniyyət Muzeyi

Sahil Qənbərli
02 Aprel 2021
Bildschirmfoto 2021 03 16 um 08.48.06
Dizayn

Yarpaqlanmadan çiçək açan bitkilər

Sahil Qənbərli
16 Mart 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör