Bütün memarlıq nümunələri kənardan baxandan monumental görünüşə malikdir? Təəssüf ki, xeyr. Dizayn edilən əsas kütlənin estetik quruluşu, dizayn prinsiplərinə sadiq qaldıqca memari layihə ətrafa öz möhtəşəm enerjisini ötürməyi bacarır. Bu dəfə sizə maraqlı bir mərkəzdən danışacağam.
Tokorozava şəhəri Musaşino ovasının ortasında və Tokionun 30 km qərbində yerləşir. Burada inşa olunan Kadokava Mədəniyyət Muzeyi müasir futuristik bir nümunə kimi qarşımıza çıxır. Bu nümunə şəhərlər və kəndlər, yüksək mədəniyyət və aşağı mədəniyyət kimi müasir zamanın gətirdiyi müxtəlif ikili ziddiyyətləri üçölçülü və kəsikli şəkildə bizə təqdim edir.
Maqmanın tərkib hissəsi olan qranitin tektonik plitələrdəki çatlarından yuxarı qalxarkən qatılaşmış bir memari nümunə sizə maraqlı gəlir? Şəxsən mənə çox. Qaya kütləsi arxitekturası şimaldakı fabriklər, cənubdakı şəhərətrafı evlər və şərqdəki Higashi Tokorozawa Parkı kimi müasir şəhərətrafı mənzərəni özündə birləşdirir.
Xarici divarı, yəni fasadı əhatə edən 20.000 qranit parça Çində emal edilir və “Balck fantasy” adı ilə məşhurdur. Qara bir fonda güclü dalğalı ağ ləkə kölgəsi yarada bilir. 70 mm qalınlığında daşlar və daşlar arasındakı birləşmələrdən hazırlanan pilləkənlər kobud amma eyni zamanda olduqca estetikdir. Təbiiliyin və süniliyin bir yerdə olduğu bu “kobudluq” ətraf mühitə uyğun hesablanmışdır.
Quruluş polad konstruksiyaya əsaslanır, lakin xarici divar qalın daşların ağırlığına dözə bilən polad çərçivəli dəmir-betondan hazırlanmışdır. Bir neçə mərtəbənin qeyri-müəyyən bir görünüşünü əldə etmək üçün memarlar əməlli-başlı əziyyət çəkib deyə bilərik.
Gələk bu kütlənin içərisinə. İnteryer çağdaş sənət kimi yüksək mədəniyyətə, anime kimi aşağı mədəniyyətə, ağ və qara fəzalara, həqiqi və saxta eksponatlara sahibdir və olduqca xaotik vəziyyətdədir. Ancaq sidr kontrplak, sərv və paslanmayan mesh kimi materialların hissəciklərini düzəldərək bir neçə məkanı vahid məkana inteqrasiya ediblər. Muzey və kitabxananın birləşməsindən əmələ gələn “Edit Town” mərkəzində qalereya da fəaliyyət göstərəcəkdir.
Muzeyi kitabxanadan ayırmaq üçün fərqli bucaqlı altı divar düzəldilmişdir. Əsas yolda “Kitab küçəsi” var. Sidr kontrplakından hazırlanmış kitab rəfləri doqquz böyük başlıqdan budaq quraraq beynin quruluşuna bənzəyən bir şəbəkə meydana gətirir. Üç növ rəfləri fərqli dərinliklərdə birləşdirən bir vahid arxa fon hazırlanıb ki, kitablar düz bir şəkildə düzülsün. Maraqlı dizayn metodudur. Ümumi uzunluğu 85 m olan random bir ritmə sahib xaotik bir küçə, 6 modelin (eni 1,8 m, hündürlüyü 2,4 m) bir araya gətirdiyi 44 bölmədən ibarətdir.
Memarlar: KAJIMA DESIGN, Kengo Kuma & Associates
Sahə: 87433 m²
İl: 2020
Fotoşəkillər: Forward Stroke
İstehsalçılar: Daiko, Laticrete, Time and style, FOREST NISHIKAWA, Panasonic