Mənim babamın ciyərləri çökəndə mənim ailəm də çökdü. O, son həftələrini ona həyatda qalmağa kömək edən oskigen aparatı ilə keçirdi, xəstəlik bədənini yeyib bitirirdi. Atam vidalaşmaq üçün son dəfə onun yanına buraxılanda dəhşətə gəlmişdi. Atası zəif bir adama çevrilmişdi, tibbi cihazlarla əhatə olunmuşdu.
NHS işçiləri ona fövqəladə şəfqət göstərirdilər, hətta mənim diqqətli dayım belə, babam lazımi qayğını alsın deyə təzyiq göstərirdi. Hər kəs bacardığını edirdi. Yetərli deyildi.
Onun ölümünün gözlənilməyən bir nəticəsi gətirdiyi suallar idi. Babam bu xəstəliyə böyük ehtimalla iş yoldaşından yoluxanda pis havalandırılan otaqda olmasaydı, nə olardı? O, xəstəliyə tutulmadan əvvəl vaksin tapılsaydı, nə olardı? Waterson ailəsi bu pandemiyadan əziyyət çəkməsə idi, nə olardı?
1961-ci il idi. Vərəmdən ölən babam geridə bir dul qadın, dörd cavan uşaq və əzab dənizi buraxmışdı. Bu, koronavirus pandemiyası dövründə əzizlərini itirən on minlərlə ailənin paylaşdığı bir təcrübədir.
Mənim babamın ölümü uzun və ağrılı idi, COVID-19-dan fərqli olaraq yavaş-yavaş irəliləyirdi, amma əsas şeylər, heç kimi ayırmadan yayılan xəstəlik və geridə qalanların acıları eynidir.
Tənəffüs yolu xəstəliyi mənim babamdan məhrum qalmağım demək idi. Onun mənim həyatımda var olmağının yeganə sübutu bir qabırğası idi, bir əməliyyat zamanı kəsilib çıxarılmışdı və təmiz yuyularaq ondan xatirə kimi saxlanılmışdı. İllər sonra səhərlər nənəm onu götürüb qonaq otağında masaya qoyardı. Mənim babam məni heç vaxt qucaqlamamışdı, amma mən onun sümüyünü qucaqlamışdım.
Pandemiyanın ilk həftələrində ölümlər mənə atamın itkisini xatırlatdı. Əgər „Hull“ auksion evinin kuryeri həmin gün evdə qalsaydı, mənim babam xəstəlik tutmazdı. Əgər mənim babam peyvənd vurdursaydı, hələ də sağ ola, altı nəvəsini görəcək qədər yaşaya, qardaşı haqqında maraqlı hekayələr danışa bilərdi.
Keçən il BBC Xəbərlər saytında 1966-cı ildə yeni virus kəşf edən elektrok mikroskop mütəxəssisi barədə oxumuşdum. June Almeida, Surrey məktəbində soyuqlamış bir oğlanın analizlərinə baxarkən əvvəllər görünməmiş bir struktura rast gəlir. Kəşfə nə ad verəcəyini bilməyən June, bunu müzakirə etmək üçün Londonda St Thomas hospitalında iki həmkarı ilə görüşür. Onlar yeni virusun şəkillərinə baxıb günəşin halqasına bənzədirlər. Onlardan biri rəfdən Latın dili lüğətini götürüb halqa sözünün tərcüməsini axtarmağa başlayır. Nəhayət, “koronavirus” adında razılaşıb otaqdan çıxırlar.
Rəfdən kitabı götürüb virusun adını qoyan adam Professor Tony Waterson idi. O, dünyada tənəffüs yolu xəstəliklərinin və viruslarının ən qabaqcıl araşdırmaçılardan biriydi. Professor Waterson həm də mənim babamın sirli qardaşıydı.
Keçən ay Professor Jangu Bantvala-a zəng vurdum. O mənim əmimin iş yoldaşı idi. Bantval Tony-nin təvazökar adam olduğunu, onun təkcə koronavirusun kəşfində iştirak edən komandaya deyil, həm də hepatit və rubella kimi başqa virusların araşdırılmasına liderlik etdiyini bildirdi. O, həm də 1980-lərdə bir geydə kəşf olunmuş sindrom haqqında yazan ilk insanlardan biri idi, həmin dövrdə ancaq, təxminən, yüz nəfərin HIV/AIDS virusundan əziyyət çəkdiyi bilinirdi.
Banatvala dedi:
– Tony, araşdırmalarının bugünkü koronavirus pandemiyasını başa düşməyimizə, suallarımıza cavab tapmağımıza kömək etdiyini bilsəydi, məmnun olardı. Heç vaxt anti-vaksinçilər kimi düşünməzdi, peyvəndi hər kəsdən əvvəl vurdurardı.
İnfeksion xəstəliklərin yayılması şəxsi və milli tarixləri şəkilləndirir. Bəzi hadisələr bizim kontrolumuzda deyil, mənim babamın iş yoldaşının yanında oturması kimi. Amma bəzi hadisələrin gedişatına təsir edə bilərik. İndi, pandemiyanın sonuna az qalmış, əvvəlki araşdırmaçıların mirasına əlavələr etmək məsuliyyəti bizim üzərimizə düşür.
Ancaq bu yolla başqa ailələr bir yerdə qala və öz hekayələrini gələcək nəsillərə ötürə bilərlər.
Jim Waterson
The Guardian