Azlogos
  • Kimlər var
  • Bizi tanı

Klassikin payızı Azərbaycan kinosunda Hummer debütü Qorxaqlığın adı akademizm qoyulanda Qulağı cırmaqlamayan şeirlər Ermənistanda post-müharibə dövrü yeni diskurs nə deyir? Rüfət Həsənovun da yarıtmadığı bəlalı kino sahəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Allahsız kosmos

Ələkbər Əliyev Ələkbər Əliyev
Sərbəst
10 Fevral 2019

Dostlarla kosmos haqqında çox danışırıq. Ortaq qənaətimiz budur ki, “kosmik proses bizim iradəmizdən kənar başladığına görə, deməli, prosesin özü vacibdir, biz də gərək onu izləyib həzz alaq”. 

Paralel dünyalar və kosmosun “simli struktur”u haqqında danışanda, zarafata belə bir versiya irəli sürülür ki, bəlkə də dünyamızda və bütün zamanlarda günah işləmiş adamlar, təzədən cəza olaraq Azərbaycanda doğulurlar. Yəni ölkəmiz bir cəzaçəkmə müəssisəsidir. Təsadüfə bax, illər sonra oxşar fikrə Oldos Xakslidə rast gəlmişəm: “Bizim planetimiz hansısa başqa planetin cəhənnəmidir”. Doğrudur, adam bu cəhənnəmi Azərbaycanla məhdud etməyib, bütün planetə aid edib.

Deməli “vacib olan prosesdir, nəticə yox”. Müəllifi bilinməyən bu hikmətli kəlam boşboğazlıq, quru təsəlli deyildir. Nəticə qeyri-müəyyəndir, proses isə fakt.

Atam infarkt keçirəndən sonra, ilk dəfə altı-yeddi yaşımda ölüm haqqında düşünməyə başladım. Ətrafda hər kəs bu haqda pıçıldaşırdı – ölüm və ürək sözləri qoşa çəkilirdi. Atamla ayrılmaq istəmirdim deyə, ağlıma belə bir fikir gəldi ki, atamın oxşarı olan bir kuklam olaydı, balkonda oturaydı, əynində zolaqlı pijama, ovcunda səliqəsiz sıxılmış eynək, gözləri uzaqlara dikilmiş vəziyyətdə, səssiz-səmirsiz. Yəni atamın transsendental qatı ilə vidalaşmağa hazır idim, təki zahiri qatı həmişə mənimlə olsun.

Hərəkət – sirli kosmosda bizə məlum olan yeganə həqiqətdir. Heç nə bilmirik, bircə onu bilirik ki, daimi hərəkət halındayıq və heç nə itmir, ancaq şəkil dəyişdirir. Özümüzü atom kimi təsəvvür etmək çətindir. Mövcud olan hər şeyin atomdan ibarət olduğunu bilsək də çətindir. İnanclı bir dostum bir dəfə soruşdu: “Mütləq bir qüvvənin varlığına inanmaq istəmirsən? İnanıb rahatlaşmaq, böhrandan çıxmaq olar. Axtardığın hər şey gözünün qabağındadır. Hər şey ilahi iradənin təcəssümüdür”.

Cavabım belə oldu ki, “Mütləq qüvvəyə inanıram, lakin Quranın insana bu qədər iltifat etməyi dalağımı sancır. Quran, insanı əşrəfi-məxluqat, yaradılmışların ən şərəflisi adlandırır. Buna qıcıq oluram. Diqqət et, tək islam yox, bütün dinlər yaradılışın mərkəzinə Tanrını qoyurlar. Həqiqətdə isə mərkəzdə Yaradan yox, özünü onunla eyniləşdirən insan dayanıb. Məni karıxdıran da budur. İnana bilmərəm ki, bizim planetimizi təbiət və ahəng nöqteyi nəzərindən “daha yaxşı” etmək iqtidarında olmayan insanın, əşrəfi-məxluqat adlanmağa haqqı var. Dünyamız kainatın mərkəzi olmadığı kimi, insan da dünyanın mərkəzində deyil. Beynin təkamülü, bizim üçün kosmosun üfüqlərini genişləndirdi. Biz indi kosmosdakı yerimizi daha aydın görə və kainatın “xozein”i olmadığımızı rahatlıqla analaya bilərik”.

Öz fikrimdə qalıram – Allah nəyi bizdən ötrü yaradıb axı? Qalaktikanın ənginliklərində saniyəbaşı partlayan Superyeni ulduzları? Qara dəlikləri? İnsan necə kainatın mərkəzində dayana bilər ki, onun indiyədək ixtira etdiyi texnologiyalar ancaq Süd yolunun balaca bir parçasını görməyə imkan verir? Lap olsun Alfa Sentavra da bu radiusdadır. İnsan heç nədir və heç kimdir – həqiqət budur. Amma bax, insanın eqosu kosmos boydadır. Kosmos miqyasında toz zərrəsi, ən kiçik mikrob, bakteriya boyda belə olmayan insanın; bu beyinli ancaq əlahiddə həyasız məxluqun iddiasına bax!

Təkamül və yaradana iman bir-birini istisna etmir. Mənim inandığım budur – təkamül ilahi aktın ən parlaq nümunəsidir. Təbii ki, Adəmin qabırğasından yaranmış, sonra da kişisini yoldan çıxarmış Həvva hekayəsi, meymunun insana təkamül etməsindən daha ağlabatandır. Bəs necə, yüz milyonlarla il davam edən, insan ağlının qavraya bilməyəcəyi müddətdə baş verən təkamülə inanmaqdansa, avraamik dinlərin hekayəsinə inanmaq daha sərfəlidir. Sizə bir sirr açım, amma heç kəsə deməyin – təkamül prosesinin uzunluğunu təsəvvür etməyə qadir olmamağımız, milyonlarla qalaktikanın heç vecinə də deyil.

Söhbət meymundan da getmir. İnsan ümumiyyətlə özünün xüsusi yaradılmışlığına inanmaq istəyir, nə olursa olsun. Təkamül həqiqətini qəbul etmək, eqonu ayaqlar altına almaqdır. “Necə yəni mən, insan, digər bütün canlılarla eyni sırada dayanmalıyam?! Bu ki, zapadlodur”.

Təkamül spiralında bir nöqtə olduğunu qəbul etmək istəməyən insan, tək hüceyrəlilərdən fillərə qədər bütün canlıların bir xətt üzrə inkişaf etdiyini, özünün isə göylərdən, cənnətdən endiyini düşünüb təsəlli tapır. “Canlılar özləri bilərlər, onlar Yerdə yaranıblar, mənim babam Adəm isə göydən, cənnətdən bura düşüb. Mən düşünə bilirəm, deməli xüsusiyəm. Mənə allahdan xəlifəlik verilib, mənə hər şey olar”.

Nəyə görə? İnsan adlanan bu məxluq beynini işlədə bilir deyə xəlifə olmalıdır? Allahın arxasında gizlənib, yer üzündə alçaqlıq etdiyinə görə? Beyin funksiyalarını təkamül sayəsində aşkarlayan məxluq üçün böyük şərəf deyilmi?

Ola bilsin nə zamansa, insanın bu müstəsnalığı və “ilahiliyi” zərurətdən doğurdu. İnkişafı stimullaşdırır, məsuliyyət yükləyir, ixtiralar üçün motivasiya verirdi. Zaman o zaman idi ki, hamı yaradan haqda danışırdı və özlərini ulduzlar, Ay və Günəşlə bəzədilmiş mavi gümbəz altında sanırdılar. Ay və Günəş isə düz səthi olan Yerin bir tərəfindən çıxıb, obiri tərəfində batırdılar. 

Öz VIP statusuna iman edən insan, özündə hədsiz şər potensialını aşkar etdi. Müharibələr, zülmlər, axıdılan qanlar – hamısı insanın özü haqda qapıldığı “mən yer üzünün xəlifəsiyəm” inancından irəli gəlir. Allahın adı ilə başqalarının hərəkətini, düşüncəsini, azadlığını məhdudlaşdıran və bunları Allahın adı ilə, Allahın izni ilə, hətta Allahın tapşırığı ilə etdiyini iddia edən insandan təhlükəlisi varmı Yer üzündə? Sözdə bütün dinlər Tanrını dərk etməyə, onu duymağa çağırırlar, amma həqiqətdə bütün dinlər insan eqosunu şişirtməklə, ona yalançı vədlər verməklə məşğuldurlar. Tanrı – dinlərin gözlə görünməyən anturajı, amorf instansiyasıdır. Ona istinad edərək hər cür alçaqlığı törətmək olar. 

Halbuki bu gün zəka səviyyəmiz bizə imkan verir “stop” edək, “dünya xəlifəliyi” iddiasından vaz keçək. Təkamül davam edir. Hər şey plan üzrə gedir və kosmik miqyasda insanın həqiqəti dərk edəcəyi an çox da uzaqda deyil. Hadisələri tələsdirib, qiyaməti süni şəkildə yaxınlaşdırmağın mənası yoxdur. Onsuz da alınmayacaq.

Bizə ancaq sükut içində qaxılıb prosesi izləmək və həzz almaq qalır.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
4671
.

Varlıq və ölüm haqqında düşüncələr

04 Aprel 2021
Busy Robot
Sərbəst

İş və rutin – necə əldən düşməməli?

27 Mart 2021
1__KPeflXbt5PCGdm1AyLBSA
Sərbəst

İş tapşırmaq qaydaları və kimdən sizə işçi olmaz?!

25 Mart 2021
əsir-düşərgəsində
.

Nasistlərlə ittifaq quran müfti – Hacı Əmin əl-Hüseyni

23 Mart 2021
c92002d732c900600a6a4bd8d0d26134
.

Ermənistan necə boşalır

18 Mart 2021

Redaktorun seçimi

Teymurun duzlu-istiotlu ölkəsi

İsa Qəmbər: «İntellektual göstəricilərim barədə səslənən fikrilər bir az şişirdilib»

“Azərbaycansayağı” siyahıyaalma

Satanizm və sairə

Statistik etüdlər

Goranboy əməliyyatı

Biz – ermənilər, hamını bezdirmişik

Milçəklərin tanrısı

Yeni insan tipləri

Göydələn mağaralar

Başqa Əfqanıstan

Koronavirus əleyhinə vaksin

Belarus və Azərbaycanı fərqləndirən cəhət təhsildir?

Yaxşı tanımadığımız evimiz

Kino çəkməyin Şimali Koreya üsulu: rejissoru oğurla!

Əl Cahizin “Təkamül” ideyeası

Dumanda azmış kirpi

Çe Qevara: Fidelin sevimli cəlladı

Yaxın qonşunun uzaqlığı

Homo. “Erectus”dan “sapiens”ə

Əcaib, soyuq, nəhəng – Rusiya

Şəhərə toxunmaq

1939-da haradaydıq?

Proyeksiya (sonu)

Putinin 10 məğlubiyyəti

Bilmədiyini bilməyənlər

Təbiət və İnşaat

Kütlə və fərd – dialektik təzad

Milli maraqlar və Realpolitik

Ermənilərin çala-çala uduzmaqlığı haqqında

Allahsız kosmos

Ələkbər Əliyev Ələkbər Əliyev
Sərbəst
10 Fevral 2019

Dostlarla kosmos haqqında çox danışırıq. Ortaq qənaətimiz budur ki, “kosmik proses bizim iradəmizdən kənar başladığına görə, deməli, prosesin özü vacibdir, biz də gərək onu izləyib həzz alaq”. 

Paralel dünyalar və kosmosun “simli struktur”u haqqında danışanda, zarafata belə bir versiya irəli sürülür ki, bəlkə də dünyamızda və bütün zamanlarda günah işləmiş adamlar, təzədən cəza olaraq Azərbaycanda doğulurlar. Yəni ölkəmiz bir cəzaçəkmə müəssisəsidir. Təsadüfə bax, illər sonra oxşar fikrə Oldos Xakslidə rast gəlmişəm: “Bizim planetimiz hansısa başqa planetin cəhənnəmidir”. Doğrudur, adam bu cəhənnəmi Azərbaycanla məhdud etməyib, bütün planetə aid edib.

Deməli “vacib olan prosesdir, nəticə yox”. Müəllifi bilinməyən bu hikmətli kəlam boşboğazlıq, quru təsəlli deyildir. Nəticə qeyri-müəyyəndir, proses isə fakt.

Atam infarkt keçirəndən sonra, ilk dəfə altı-yeddi yaşımda ölüm haqqında düşünməyə başladım. Ətrafda hər kəs bu haqda pıçıldaşırdı – ölüm və ürək sözləri qoşa çəkilirdi. Atamla ayrılmaq istəmirdim deyə, ağlıma belə bir fikir gəldi ki, atamın oxşarı olan bir kuklam olaydı, balkonda oturaydı, əynində zolaqlı pijama, ovcunda səliqəsiz sıxılmış eynək, gözləri uzaqlara dikilmiş vəziyyətdə, səssiz-səmirsiz. Yəni atamın transsendental qatı ilə vidalaşmağa hazır idim, təki zahiri qatı həmişə mənimlə olsun.

Hərəkət – sirli kosmosda bizə məlum olan yeganə həqiqətdir. Heç nə bilmirik, bircə onu bilirik ki, daimi hərəkət halındayıq və heç nə itmir, ancaq şəkil dəyişdirir. Özümüzü atom kimi təsəvvür etmək çətindir. Mövcud olan hər şeyin atomdan ibarət olduğunu bilsək də çətindir. İnanclı bir dostum bir dəfə soruşdu: “Mütləq bir qüvvənin varlığına inanmaq istəmirsən? İnanıb rahatlaşmaq, böhrandan çıxmaq olar. Axtardığın hər şey gözünün qabağındadır. Hər şey ilahi iradənin təcəssümüdür”.

Cavabım belə oldu ki, “Mütləq qüvvəyə inanıram, lakin Quranın insana bu qədər iltifat etməyi dalağımı sancır. Quran, insanı əşrəfi-məxluqat, yaradılmışların ən şərəflisi adlandırır. Buna qıcıq oluram. Diqqət et, tək islam yox, bütün dinlər yaradılışın mərkəzinə Tanrını qoyurlar. Həqiqətdə isə mərkəzdə Yaradan yox, özünü onunla eyniləşdirən insan dayanıb. Məni karıxdıran da budur. İnana bilmərəm ki, bizim planetimizi təbiət və ahəng nöqteyi nəzərindən “daha yaxşı” etmək iqtidarında olmayan insanın, əşrəfi-məxluqat adlanmağa haqqı var. Dünyamız kainatın mərkəzi olmadığı kimi, insan da dünyanın mərkəzində deyil. Beynin təkamülü, bizim üçün kosmosun üfüqlərini genişləndirdi. Biz indi kosmosdakı yerimizi daha aydın görə və kainatın “xozein”i olmadığımızı rahatlıqla analaya bilərik”.

Öz fikrimdə qalıram – Allah nəyi bizdən ötrü yaradıb axı? Qalaktikanın ənginliklərində saniyəbaşı partlayan Superyeni ulduzları? Qara dəlikləri? İnsan necə kainatın mərkəzində dayana bilər ki, onun indiyədək ixtira etdiyi texnologiyalar ancaq Süd yolunun balaca bir parçasını görməyə imkan verir? Lap olsun Alfa Sentavra da bu radiusdadır. İnsan heç nədir və heç kimdir – həqiqət budur. Amma bax, insanın eqosu kosmos boydadır. Kosmos miqyasında toz zərrəsi, ən kiçik mikrob, bakteriya boyda belə olmayan insanın; bu beyinli ancaq əlahiddə həyasız məxluqun iddiasına bax!

Təkamül və yaradana iman bir-birini istisna etmir. Mənim inandığım budur – təkamül ilahi aktın ən parlaq nümunəsidir. Təbii ki, Adəmin qabırğasından yaranmış, sonra da kişisini yoldan çıxarmış Həvva hekayəsi, meymunun insana təkamül etməsindən daha ağlabatandır. Bəs necə, yüz milyonlarla il davam edən, insan ağlının qavraya bilməyəcəyi müddətdə baş verən təkamülə inanmaqdansa, avraamik dinlərin hekayəsinə inanmaq daha sərfəlidir. Sizə bir sirr açım, amma heç kəsə deməyin – təkamül prosesinin uzunluğunu təsəvvür etməyə qadir olmamağımız, milyonlarla qalaktikanın heç vecinə də deyil.

Söhbət meymundan da getmir. İnsan ümumiyyətlə özünün xüsusi yaradılmışlığına inanmaq istəyir, nə olursa olsun. Təkamül həqiqətini qəbul etmək, eqonu ayaqlar altına almaqdır. “Necə yəni mən, insan, digər bütün canlılarla eyni sırada dayanmalıyam?! Bu ki, zapadlodur”.

Təkamül spiralında bir nöqtə olduğunu qəbul etmək istəməyən insan, tək hüceyrəlilərdən fillərə qədər bütün canlıların bir xətt üzrə inkişaf etdiyini, özünün isə göylərdən, cənnətdən endiyini düşünüb təsəlli tapır. “Canlılar özləri bilərlər, onlar Yerdə yaranıblar, mənim babam Adəm isə göydən, cənnətdən bura düşüb. Mən düşünə bilirəm, deməli xüsusiyəm. Mənə allahdan xəlifəlik verilib, mənə hər şey olar”.

Nəyə görə? İnsan adlanan bu məxluq beynini işlədə bilir deyə xəlifə olmalıdır? Allahın arxasında gizlənib, yer üzündə alçaqlıq etdiyinə görə? Beyin funksiyalarını təkamül sayəsində aşkarlayan məxluq üçün böyük şərəf deyilmi?

Ola bilsin nə zamansa, insanın bu müstəsnalığı və “ilahiliyi” zərurətdən doğurdu. İnkişafı stimullaşdırır, məsuliyyət yükləyir, ixtiralar üçün motivasiya verirdi. Zaman o zaman idi ki, hamı yaradan haqda danışırdı və özlərini ulduzlar, Ay və Günəşlə bəzədilmiş mavi gümbəz altında sanırdılar. Ay və Günəş isə düz səthi olan Yerin bir tərəfindən çıxıb, obiri tərəfində batırdılar. 

Öz VIP statusuna iman edən insan, özündə hədsiz şər potensialını aşkar etdi. Müharibələr, zülmlər, axıdılan qanlar – hamısı insanın özü haqda qapıldığı “mən yer üzünün xəlifəsiyəm” inancından irəli gəlir. Allahın adı ilə başqalarının hərəkətini, düşüncəsini, azadlığını məhdudlaşdıran və bunları Allahın adı ilə, Allahın izni ilə, hətta Allahın tapşırığı ilə etdiyini iddia edən insandan təhlükəlisi varmı Yer üzündə? Sözdə bütün dinlər Tanrını dərk etməyə, onu duymağa çağırırlar, amma həqiqətdə bütün dinlər insan eqosunu şişirtməklə, ona yalançı vədlər verməklə məşğuldurlar. Tanrı – dinlərin gözlə görünməyən anturajı, amorf instansiyasıdır. Ona istinad edərək hər cür alçaqlığı törətmək olar. 

Halbuki bu gün zəka səviyyəmiz bizə imkan verir “stop” edək, “dünya xəlifəliyi” iddiasından vaz keçək. Təkamül davam edir. Hər şey plan üzrə gedir və kosmik miqyasda insanın həqiqəti dərk edəcəyi an çox da uzaqda deyil. Hadisələri tələsdirib, qiyaməti süni şəkildə yaxınlaşdırmağın mənası yoxdur. Onsuz da alınmayacaq.

Bizə ancaq sükut içində qaxılıb prosesi izləmək və həzz almaq qalır.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

daeaf17b-8686-4aa6-be3f-ce73a5b60122
.

Seymur Baycan Tiflisdə – Üstadın doğum gününə

06 Aprel 2021
4671
.

Varlıq və ölüm haqqında düşüncələr

04 Aprel 2021
Busy Robot
Sərbəst

İş və rutin – necə əldən düşməməli?

27 Mart 2021
1__KPeflXbt5PCGdm1AyLBSA
Sərbəst

İş tapşırmaq qaydaları və kimdən sizə işçi olmaz?!

25 Mart 2021
əsir-düşərgəsində
.

Nasistlərlə ittifaq quran müfti – Hacı Əmin əl-Hüseyni

23 Mart 2021
c92002d732c900600a6a4bd8d0d26134
.

Ermənistan necə boşalır

18 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel