bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid Tural Həmid
., Sərbəst
16 Dekabr 2022
Oxuma vaxtı:21 dəqiqəyə oxunur
1
Paylaş

Azərbaycanda sosializmin tarixi ilk olaraq Məzdəkilər hərəkatı (481-529) ilə başlayıb. Hərəkatın lideri Məzdək insanlar arasında bərabərlik, mülkiyyətin ləğv edilməsi və ailə institutunun dağılması mövzusunda fikirləri ilə məşhurlaşmışdı. O, eyni zamanda dünya tarixində ilk sosialist şəxsiyyət hesab edilir (Bradley, 2008:48). VI əsrdə məhv edilən məzdəki ideologiyası 200 ildən sonra ərəb işğalına müqavimət çərçivəsində yenidən formalaşdı. Öz mübarizəsində qırmızı bayraqdan istifadə edən məzdəkilərin davamçısı olan xürrəmilər utopik sosialistlər idi (Petruşevski, 1966:277). Bu səbəbdən Sovet dövründə xürrəmi hərəkatı və onun lideri Babək ölkədə geniş formada təbliğ edildi, haqqında filmlər çəkildi, heykəllər qoyuldu. Lakin nə Məzdək, nə də Babək müasir Azərbaycan xalqını təmsil etməyib. Onlar mübarizələrini İran çərçivəsində aparırdı.

Şimali Azərbaycanın 1828-ci ildə Çar Rusiyasına birləşdirilməsindən sonra Avropa ilə birbaşa əlaqənin yaranması ölkədə siyasi ideologiyaların formalaşması ilə nəticələndi. Xüsusilə general Yermolovun məktəblərdə fars dilini qadağan edərək onun yerinə türk dilini (indiki Azərbaycan dili) təşviq etməsi yeni inteligensiyanın yaranmasında böyük rol oynadı (Mirzə Fətəli Axundov, 2005:30-31). Azərbaycanın ilk sosialisti Həsən bəy Zərdabi hesab edilir. O, Rusiyada formalaşan aqrar sosializmin bir forması olan narodniklərdən təsirlənmişdi (Swietochowski, 1988:48). 1875-ci ildə nəşr edilən “Əkinçi” qəzeti sosialist xarakterli yazılar yayımlayırdı. Qəzetin iki il sonra Çar hökuməti tərəfindən bağlanma səbəblərindən biri də bu idi (Sakal, 1999:5). XX əsrin əvvəllərində Azərbaycanda sosialist hərəkatı gücləndi. 1906-cı ilin fevralında nəşr edilən “İrşad” qəzeti ölkədəki radikal solu təmsil edən ilk mətbu orqan idi. Qəzet Fransa inqilabının rəsmi şüarından – “Liberte, Egalite, Fraternite” (Azadlıq, Bərabərlik, Qardaşlıq) istifadə edirdi (Swietochowski, 1988:86-87). Yakobin diktaturasından təsirlənən bu qəzetdə Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Məşədi Əzizbəyov və Sultan-Məcid Əfəndiyev işləyirdi.

Partiya çərçivəsində mübarizə

XX əsrdə Rusiyada güclənən sosialist hərəkat öz təsirini Zaqafqaziyada da göstərdi. 1904-cü ildə qurulan “Hümmət” partiyası islam dünyasında ilk sosial-demokrat təşkilat idi (Bayramov, 1987:73). Rusiya Sosial Demokrat Fəhlə partiyasının (RSDFP) bolşevik qanadının qolu kimi fəaliyyət göstərən bu partiya faktiki olaraq müstəqil fəaliyyət göstərirdi. Partiyanın əsas üzvləri Əsədulla Axundov, Məşədi Əzizbəyov, Məhəmməd Əmin Rəsulzadə, Sultan-Məcid Əfədiyev idi.[1] Daha sonra onlara Nəriman Nərimanov da qoşuldu. Xalqların öz müqqəddəratını təyinetmə hüqunu əsas prinsip hesab edən “Hümmət” partiyası Azərbaycanın müstəqilliyinin tərəfdarı olan yeganə partiya idi (Sovokin, 1987: 227). “Müsavat” partiyası isə yarandığı dövrdə əvvəlcə Rusiyada yaşayan bütün müsəlman xalqların ölkə daxilində mədəni muxtariyyətini, Gəncədəki Türk Ədəmi-Mərkəziyyət Firqəsi ilə birləşdikdən sonra isə Azərbaycanın Rusiya daxilində ərazi muxtariyyətini istəyirdi (İsxakov, 2004:514). Sağçıların solçularla siyasi fərqliliyi özünü 1-ci dünya müharibəsi zamanı göstərdi. “Hümmət” partiyası müharibəyə imperialist savaş olduğu üçün qarşı çıxdı. “Müsavat” partiyası isə Çar Rusiyasının Osmanlının daxil olduğu “Üçlər İttifaqı”na qarşı müharibəsini dəstəkləmişdi (Altstadt, 2013:74).

Sosialistlər 1917-1920-ci illərdə

Çar Rusiyasının 1917-ci ilin martında dağılmasından sonra Azərbaycanda “Hümmət” partiyasının aktivliyi artmağa başladı. Lakin ilk dəfə bu dövrdə sosialistlərin dövlət idarəçiliyi məsələsində mövqelərində fərqli fikirlər ortaya çıxdı. 1917-ci ilin iyulunda “Hümmət” partiyası iki hissəyə bölündü. Bakıdakı “Hümmət” bolşevik mövqesində qaldı. Tiflisdə formalaşan “Hümmət” isə menşevik qanadına keçdi. Tiflisdəki menşevik qrupunun əsas üzvləri İbrahim Əbilov, Səməd ağa Ağamalıoğlu və Əliheydər Qarayev idi (Nikolayeviç,1996:172). Bir müddət sonra Tiflisdə “Hümmət”in bolşevik qanadı formalaşdırıldı. Bu qrupun üzvləri Əşrəf Yüzbaşov, Yusif Axundov, Nağı Bağırov, Teymur Novruzzadə və Əli Tağızadə idi (Quliyev, 1985:289). Lakin onların Gürcüstandakı kütlələlərə təsiri minimal şəkildə qaldı. Ümumiyyətlə, bolşeviklərin Zaqafqaziyada ən güclü olduqları ərazi Bakı idi. Bu səbəbdən onlar 1917-ci il noyabrın 2-də burada hakimiyyəti ələ keçirərək Bakı Sovetini qurdular (Suny,1990:163). Bakı Soveti RSFSR-in tərkibində formalaşmış qurum idi (Topornin, 1987:225). Müəyyən dövr ərzində kommunanın idarəetməsində bolşevik Nəriman Nərimanov, Məşədi Əzizbəyov və sol eser Mir Həsən Vəzirov kimi azərbaycanlılar iştirak etsə də Bakı Soveti heç vaxt Azərbaycan solunun bir hissəsinə çevrilmədi. Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri Stepan Şaumyan ideoloji olaraq özünü bolşevik adlandırsa da daha çox rus millətçisi kimi hərəkət edirdi. O, dövlət dilinin rus dili olmasını müdafiə edirdi, xalqların öz müqqəddəratını təyinetmə hüququnu isə qəbul etmirdi. Bu səbəbdən Lenin onu tənqid etmişdi (Akopyan, 1973:91-96). Şaumyanın mövqeyi azərbaycanlı əhali arasında sosialist ideologiyanın yayılmasına imkan vermədi. Bu isə Bakı kommunasının 1918-ci ilin iyulun 31-də süquta uğramasında böyük rol oynadı. Bakı kommunasının ləğvi ilə “Hümmət”in bolşevik qanadı ağır zərbə aldı. Bu təşkilatın bütün rəhbərləri (Nəriman Nərimanov, Dadaş Bünyadzadə, Mövsüm Qədirli, Ayna Sultanova, Qəzənfər Musabəyov) Rusiyaya getdilər.[2] “Hümmət”in menşevik qanadı isə Tiflisdən Bakıya köçdü. Menşeviklərdən Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, İbrahim Əbilov, Əkbər ağa Şeyxülislamov Azərbaycan Demokratik Respublikası parlamentində təmsil olundular. Əliheydər Qarayev həm Gürcüstan, həm də Azərbaycan parlamentində deputat olmuş yeganə şəxsiyyət idi.[3] (Quseynov, 1976:14).

Bundan başqa, Azərbaycan parlamentində “Hümmət”(m) partiyası ilə müttəfiqlik edən Müsəlman Sosialist Bloku fəaliyyət göstərirdi. Bu blokun əsas üzvləri Aslan bəy Səfikürdski, Əhməd bəy Pepinov, Camo Hacınski, Məhəmməd Məhərrəmov idi (Həsənli, 2009:33). Müsəlman Sosialist Bloku sosial sahələrdə menşeviklərlə ittifaqda olsa da ADR hökumətinə daha çox loyal münasibət göstərirdi. Hökumət ən çox menşevik qanaddan güclü təzyiqə məruz qalırdı. Sosial sahələrdə fərqliliyə baxmayaraq milli məsələlərdə Sosialist Blok birlikdə hərəkət edirdi. Belə ki, 1919-cu ildə ADR hökumətinin Britaniyanın protektoriatı formasında İranla birləşmə qərarına sosialistlər sərt formada qarşı çıxmışdı. Bu layihə istər İran, istərsə də Azərbaycan parlamentində təsdiqlənmədiyi üçün reallaşmadı (Starr, 1994:282). 1919-cu il mayın 1-də Bakıda menşeviklər və bolşeviklər “Müstəqil Sovet Azərbaycanı” şüarı ilə şəhərin küçələrinə çıxdılar. Bu mitinqdən 1 gün sonra “Müstəqil Sovet Azərbaycanı” layihəsi Bakı partiya təşkilatının proqramı kimi təsdiqləndi (Aqayan, 1974:9). Anastas Mikoyan mayın 22-də Leninə yazdığı məruzəsində Bakı təşkilatının Azərbaycanın müstəqilliyini tanıdığını bildirdi. 1919-cu ilin mayın 28-də müstəqilliyin bir illiyi münasibəti ilə keçirilən tədbirlərə menşeviklər də qatıldı. Onlar mitinq zamanı fəhlələri öz tərəfinə çəkərək “Yaşasın müstəqil Azərbaycan Sovet Sosialist Respublikası” şüarları səsləndirmişdi (Karayev, 1926:20). Menşeviklərə bu məsələdə sol eserlərin partiyası dəstək verirdi. Bu partiyanın fəal üzvləri Ruhulla Axundov, Səid Qazıbəyov, Həbib Cəbiyev, Əli Bayramov idi (İskenderov, 1963:29).

Sol eserlər bolşeviklərdən fərqli olaraq proletariat diktaturasının əleyhinə idi və kommunizmə inanmırdı. Bu qrup Azərbaycan SR-in müstəqilliyinin tam tanınmasının, onun idarəçilərinin azərbaycanlılardan təşkil edilməsinin tərəfdarı idilər. Milli məsələlərdə bolşeviklərlə yaxınlıq onların 1919-cu ilin iyun ayında “Hümmət”(b) partiyasına qoşulması ilə nəticələndi (Mamedova, 2004:36). Bu dövrdə artıq Rusiyada Azərbaycanın müstəqilliyini tanıması məsələsi ciddi müzakirə olunurdu. Anastas Mikoyan, Serqo Orconikidze kimi bolşeviklər Azərbaycanın müstəqilliyinin lehinə idi (Aqayan,1974:8). Nəticədə 1919-cu ilin iyulun 19-da Rusiya SFSR Azərbaycan Sovet Respublikasının müstəqilliyini tanıdı. Azərbaycanın müstəqilliyinin tanınmasından sonra ölkədəki bütün sol partiyaları vahid mərkəzdə formalaşdırılması prosesinə başlanıldı. Lakin bu məsələ ciddi fikir ayrılıqlarına səbəb oldu. Mirbəşir Qasımov və Dadaş Bünyadzadə vahid Azərbaycan Kommunist Partiyasının yaradılmasını qəbul etsələr də bu partiyaya rusların və ermənilərin üzv olmasına razı deyildilər. Onlar partiya məsələsini milli məsələ hesab edirdi. (Baberovski, 2010:116). Sol eserlərin nümayəndəsi Ruhulla Axundov da bu məsələdə sərt mövqedə idi. Menşeviklər isə ümumiyyətlə vahid partiya olmağın əleyhinə çıxış edirdi. Sonda kompromis əldə olundu. 1920-ci il fevralın 11-də və 12-də keçirilən ilk qurultayda sol partiyalar Azərbaycanda Kommunist Partiyasının qurulduğunu elan etdilər. Mirzə Davud Hüseynov Azərbaycan KP (b) Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri seçildi (Balayev, 1998:59). Azərbaycan KP-nin yaranması ölkədə kommunistlərin mövqeyini xeyli gücləndirdi. Onlar adətən gizli görüşlərini fəhlə klubunda həyata keçirirdi. ADR hökuməti martın 15-də Dadaş Bünyadzadə, Sumbat Fətəlizadə, Qasım İsmayılov, Əli Bayramovun içində olduğu bir çox kommunisti həbs edərək fəhlə klubunu bağladı (Bayramov, 1984:170). Bu hadisə hökumətə qarşı çox güclü etirazlara səbəb oldu. Qazax mahalında üsyan edən Müseyib Əliyevin rəhbərliyindəki dəstə Tovuz və Qazaxı ələ keçirdi. Müsavat hökumətinə qarşı ikinci uğurlu üsyan Qaryagində (indiki Füzuli) baş verdi.

Mart ayının sonunda isə Zəkəriyyə Balaxlinski Zaqatalada rəhbərliyi ələ keçirərək Bakıya tabe olmadığını bildirdi (Sumbatzade, 1972:212). Müsavat hökumətinin çökməsində sosialist nazirlər də böyük rol oynadı. Fəhlə klubunun bağlanmasına etiraz edən Əhməd bəy Pepinov və Camo bəy Hacınski istefa verdi (Agamaliyeva, Xudiyev, 1994:85). Həbs edilmiş kommunistlərdən Əli Bayramovun başı kəsilmiş formada meyidinin tapılması minlərlə insanın küçələrə çıxması ilə nəticələndi. “Əhrar” partiyasının rəhbəri Aslan bəy Qardaşovun koalisiyadan çıxmasından sonra hökumət dağıldı. Çarəsiz qalan “Müsavat” partiyası sol fraksiyasının üzvü olan Məmməd Həsən Hacınskiyə hökumət qurmağı təklif etdi. Hacinski bolşeviklərlə danışıqlar apardı və nazir vəzifələri təklif etdi. Lakin güclərinə arxayın olan bolşeviklər bundan imtina etdilər. Hacinski hökuməti qura bilmədiyi üçün “Müsavat” partiyasından istefa verdi və bolşeviklərin tərəfinə keçdi. General Əliağa Şıxlinskinin bolşeviklərlə əməkdaşlıq etməsindən sonra hökumət orduda mövqeyini itirdi (İbragimov, 1975:76). Bu vəziyyətdə Həmid Sultanovun rəhbərliyindəki Azərbaycan İnqilab Komitəsi aprelin 27-də Xəzər donanması, Azərbaycan milli ordusunun bolşeviklərin tərəfinə keçmiş qüvvələri və Anadolu türklərindən ibarət “Yardım alayı”nın sayəsində Bakıda nəzarəti tam olaraq ələ keçirdi. Parlamenti mühasirəyə alan kommunistlər dərhal hakimiyyətin bolşeviklərə verilməsini tələb etdilər. Çarəsiz vəziyyətdə qalan ADR hökuməti aprelin 27-i axşam saat 23:25 radələrində təslim oldu (Darabadi, 2013:255). Çevrilişə dəstək kimi nəzərdə tutulan XI Qızıl Ordu aprelin 28-də səhərə yaxın Bakıya gəldi. Beləliklə, 1919-cu ilin iyulun 19-da Nəriman Nərimanovun rəhbərliyində formalaşan Azərbaycan SSR hökuməti 9 ay sonra Bakıya köçdü.

Dil məsələsi

XX əsrin əvvəllərində Azərbaycan ziyalıları arasında əsas müzakirə mövzularından biri dil məsələsi olmuşdur. Bu dövrdə ölkədə 2 cür xətt tərəfdarları – “Füyuzat” və “Molla Nəsrəddin”çilər bir-biri ilə aktiv şəkildə mübarizə aparırdılar. “Füyuzat”çılar danışıq dilinin Osmanlı türkcəsində olmasını, sosialistlər isə sadə danışıq dilində olması tərəfdarı idi. Bütün Şərqdə populyar olan “Molla Nəsrəddin” jurnalı sosialist təmayüllü idi (Dekhoda, 2016:3). Dil məsələsi sonrakı dövrdə də sosialist “Hümmət” ilə millətçi “Müsavat” arasında ciddi rəqabət mövzusuna çevrildi. Təsadüfi deyil ki, 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının rəsmi dili Osmanlı türkcəsi elan edilmişdi (Shaffer, 2002:39). Azərbaycan Milli Şurasının 1-ci sədri olmuş Məhəmməd Əmin Rəsulzadə BDU-da “Osmanlı ədəbiyyatı tarixi” fənnini tədris etmişdi (Yagublu, 2015:122).Yalnız Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra əhalinin danışdığı dil rəsmi status qazandı. “Müsavat” partiyasının liderlərindən olan Mirzə Bala Məmmədzadə öz yazdığı kitabda bu qərara etiraz edərək danışdığımız dili “proletar küçə jarqonu” adlandırmışdı (Mehmetzade, 1991:55). Sosialistlərlə müsavatçıların mübarizəsi təkcə dildə deyil, eyni zamanda əlifba məsələsində gedirdi. Rəsulzadə Azərbaycan SSR-in ərəb qrafikalı əlifbadan latın qrafikalı əlifbaya keçidini tənqid etmişdi (Karakılıç, Aydın, 2010: 188-189).

Qadın haqları

Azərbaycanda qadın haqları ilə bağlı müddəlar ilk dəfə “Hümmət” partiyasının nizamnaməsində qeyd olunmuşdu. Millətçi və mühafizəkar partiyalar qadın haqları məsələsinə skeptik yanaşırdı. Qadınların siyasi həyatda roluna mənfi baxış hakim idi. Azərbaycandakı partiyalardan təkcə “Hümmət” partiyasının qadın qolu var idi (Sultanova, 1970:27). Rusiyadakı qadınların seçmə və seçilmə hüququ ilk dəfə Fevral inqilabından sonra, konkret desək, 1917-ci ilin iyulun 20-də qəbul edilmişdi (Saarinen, Ekonen, Uspenskaya, 2014:40). Bu o deməkdir ki, Azərbaycan qadınları bu haqqı hələ Azərbaycan Demokratik Respublikası qurulmasından əvvəl əldə etmişdi. Bu hüquqdan ilk dəfə isə 1917-ci ilin noyabrın 26-28-də Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilər zaman istifadə edildi (Balayev, 1998:63). Lakin ADR-in qurulmasından qısa müddət sonra Osmanlının təzyiqi ilə qadınlara verilən seçki hüququ əllərindən alındı. Yalnız ingilislərin Zaqafqaziyaya gəlməsindən 2 gün sonra – 1918-ci ilin noyabrın 19-da seçki hüququ haqqında qanunla yenidən bu haqq qadınlara geri verildi (Həsənli, 2009:162). Bu qəbul edilmiş qanun ADR hökumətinin mövqeyini əks etdirmirdi. Parlamentə “Daşnaksütyun” partiyası üzvlərinin qəbulu, eləcə də qadına seçki hüququ tanınması ingilislərin rəğbətini qazanmaq üçün həyata keçirilmişdi. İran nümayəndə heyətinin rəhbəri olan Seyid Ziyaəddin Təbətabainin 23 dekabr 1919-cu ildə Həsən bəy Ağayevlə söhbətində bunu müşahidə etmək mümkündür: “Bir gün müzakirə əsnasında Məclisi-Məbusanın sədri Həsən bəy Ağayevdən soruşdum ki, qadınlara seçki hüququ vermək və onların seçkilərdə iştirakını bu gün Azərbaycanın tələblərinə cavab verdiyinimi düşünürsünüz? Cavab olaraq bildirdi ki, Rusiya inqilabından sonra orada yaşayan bütün millətlərə bu hüquq verilib və biz də geri dönə bilmərik. İkincisi erməni və digər qeyri müsəlman qadınlara bu hüquq verilmişkən onlardan bu hüququn alınması bizim üçün çətindir. Əgər müsəlman qadınlarını bu hüquqdan məhrum etsək, seçkilərdə çoxluq müsəlmanların əlində olmayacaqdır. Bununla belə, əgər müsəlmanlar parlamentdə üstünlük təşkil edərsə, ola bilsin bu məsələdə yenilik olsun və qadınlar seçilmək hüququndan məhrum olsunlar”. (Mehdiyev, 2017:113-114). Göründüyü kimi, qadınlara seçki hüququ onların haqqı olduğu üçün deyil, seçkidə çoxluqda olmaq üçün lazım idi. ADR-in mövcud olduğu 23 ay ərzində heç bir seçki keçirilmədi, qadınların siyasətdə rolu ümumiyyətlə yox idi. Bundan başqa, ADR dövründə şəriət qanunları hakim idi. Evlilik yaşı 9 qəbul olunmuşdu, müvəqqəti nikah (siğə) geniş tətbiq olunurdu. Şəfiqə Qaspıralı həyat yoldaşı olmuş ADR Baş naziri Nəsib bəy Yusifbəylidən siğə evliliyi səbəbi ilə boşanmışdı (Əhmədova, 2013:26).

Azərbaycan qadınları real hüquqlarını ölkədə Sovet hakimiyyətinin qurulmasından sonra əldə etdilər. Bir qadına bir kişi ilə bərabər işləmək və istirahət etmək, bərabər maaş, sosial sığorta və təhsil almaq hüquqlarına zəmanət verildi. 18 yaşına çatmış bütün qadınlara səsvermə hüququ verildi. Konstitusiyaya uyğun olaraq qadınlar və kişilərə bərabər əməkhaqqının tətbiqi, analıq və uşaqlıq hüquqlarının qorunması, evlilik və boşanma ilə bağlı qərarlar və qadınların kişilərlə bərabərliyini təsdiq edən bir sıra digər fərmanlar verildi. 21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman hazırlandı. Çoxarvadlılıq, müvəqqəti nikah (siğə), qızların evlənməyə məcbur edilməsi qadağan edildi, şəriət qanununa görə əvvəllər tətbiq edilən qızlar üçün evlilik yaşı 9-dan 16-ya qaldırıldı (Hayat, 2014:88). Qısa müddət sonra isə bu yaş 18-ə yüksəldildi. 1921-ci ilin mayında qəbul edilən Azərbaycan SSR Konstitusiyasının 79-cu maddəsində iqtisadi, dövlət, mədəni həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi qeyd edildi. Konstitusiyanın qəbulundan sonra keçirilən seçkilərdə ilk dəfə olaraq qadınlar iştirak etdi. Qadınların dövlət idarəetməsində təmsil edilməsi hökumət tərəfindən təşviq olundu. Ayna Sultanova ilk qadın nazirimiz oldu (Sultanova,1965:71-76). Sonrakı illərdə Züleyxa Seyidməmmədova, Tahirə Tahirova, Elmira Qafarova, Kübra Fərəcova və Züleyxa Hüseynova kimi qadınlar nazir vəzifəsinə kimi yüksəldilər.

Ərazi məsələlərdə Azərbaycan kommunistləri

“Hümmət” partiyası milli kommunist təşkilat olduğu üçün onun istər Rusiya, istərsə də İran, Türkiyə, Dağıstan və hətta Ermənistan bolşeviklərinə güclü təsir göstərmişdi. Təsadüfi deyil ki, hələ Azərbaycanda Sovet hakimiyyəti qurulmamışdan 1 il əvvəl Anastas Mikoyan və Sergey Kirov Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, regionun Ermənistana birləşmə tərəfdarlarını isə millətçi daşnaklar adlandırmışdı (Quliyev,1989:17; Kirov,1936:143-145). Lenin 1919-cu ildə Dadaş Bünyadzadənin rəhbərliyi altında nümayəndə heyətini qəbul edərkən Dağlıq Qarabağın harda yerləşdiyini bilmədiyini və bu məsələdə tam olaraq Nərimanova və onun bu məsələdə biliyinə arxalandığını bildirmişdi (Baberovski, 2010:116). Bu səbəbdən Bakıda Sovet hakimiyyəti qurulduqdan qısa müddət sonra Ermənistana öz ordusunu Qarabağdan, eləcə də Zəngəzurdan çıxarılması üçün nota təqdim edildi (Quliyev,1989:31). Ultimatum yerinə yetirilmədiyi üçün qısa müddət sonra Azərbaycan xarici işlər komissarı Mirzə Davud Hüseynov Ermənistana müharibə elan etdi. Azərbaycan Qırmızı Ordusu XI Qızıl Ordu ilə birlikdə başladığı hərəkat zamanı Dağlıq Qarabağa nəzarəti bərpa etdi. 1920-ci ilin dekabrında Ermənistanın sovetləşməsindən sonra regionda vəziyyət dəyişdi. RSFSR-in Qarabağ və Zəngəzuru Azərbaycan ərazisi kimi tanıması Ermənistanda böyük üsyana səbəb oldu. Ölkədə Sovet hakimiyyəti devrildi. Üsyanın lideri Qareqin Njde Zəngəzurda və ona bitişik Qarabağ ərazisində (keçmiş Hadrut rayonunun cənubu) Dağlı Ermənistan Respublikasını formalaşdırdı (Saparov, 2014:109). Bu amil bəzi Rusiya kommunistlərinin Qarabağ məsələsində mövqeyinin dəyişməsi ilə nəticələndi. Lakin Sovet Ordusunun yenidən Zəngəzuru ələ keçirməsi və Nərimanovun etirazı nəticəsində Dağlıq Qarabağ Azərbaycanda saxlanıldı. Zəngəzurda vəziyyət daha qarışıq idi. 1918-1920-ci illərdə regiona iki qrup nəzarət edirdi. Ermənilər Gorusda, azərbaycanlılar isə Dondarlı kəndində öz komitələrini qurmuşdular (Hovannisian, 1971:86). 2 il ərzində heç bir tərəf digərinə öz hakimiyyətini tanıtdıra bilmədi. 1921-ci ildə Zəngəzur regionu ilə bağlı məsələdə yekun qərar verildi. Bölgə iki hissəyə bölündü. Azərbaycanlılar və kürdlər yaşayan Şərqi Zəngəzurda Kürdistan qəzası yaradıldı. Qərbi Zəngəzur isə Ermənistanda saxlanıldı. Azərbaycanın Qərbi Zəngəzura iddiasını zəiflədən əsas amil 1918-1920-ci illərdə regionda aparılan etnik təmizlik idi (Baberovski, 2010:166). Kütləvi qırğın nəticəsində bölgədə sadəcə 6 faiz azərbaycanlı əhali qalmışdı.

Eyni dövr ərzində Naxçıvanda ciddi döyüşlər gedirdi. 1918-1920-ci illərdə ADR-in tərkibində olmayan Naxçıvan əhalisi faktiki olaraq daşnaklara qarşı təkbaşına mübarizə aparırdı (Hille,2010:173). 1920-ci ilin yaz aylarında bölgənin xeyli hissəsi daşnakların əlində idi. İyunun birinci yarısında Naxçıvan kəndliləri RSFSR-ə və Azərbaycan SSR-ə müraciət edərək daşnaklara qarşı azadlıq mübarizəsində onlara yardım göstərməyi xahiş etdilər (Sadıqov, 1995:16). XI Qızıl Ordu rəhbərliyi Ermənistanla danışıqların heç bir nəticə verməyəcəyini yəqin etdikdən sonra iyul ayının 19-da Naxçıvana hərbi kampaniya başlatdı. 8 gün davam edən döyüşlərdən sonra bolşeviklər Naxçıvan şəhərinə daxil oldular. 28 iyulda Naxçıvanda müstəqil Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) elan edildi. Bu respublika Azərbaycan SSR və RSFSR ilə yaxın hərbi-iqtisadi ittifaqda idi (Bagirov, 1965:51). Buna baxmayaraq, Naxçıvanın hələ kiçik hissəsi nəzarət altına alınmışdı. Ermənistan hələ də əraziyə olan iddian əl çəkmək istəmirdi. Regionun digər hissəsi 1920-ci ildə Türkiyənin Ermənistana müharibə elan etməsi və bu müharibəyə RSFSR ilə Azərbaycan SSR-in qoşulmasından sonra azad edildi. Bu müharibə Ermənistanın sovetləşməsi ilə nəticələndi. Ermənistan SSR dekabrın 28-də Naxçıvanı müstəqil Sovet respublikası kimi tanıdı və Naxçıvan ərazisində yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu təsdiqlədi (Saparov, 2014:102). Ermənistan İnqilab Komitəsinin bu qərarının Leninin təzyiqi ilə verildiyi güman edilir. Lenin bu barədə belə deyirdi: “Ermənistandakı Sovet hakimiyyəti xalqın iradəsini əks etdirir. Bu səbəblə zəhmətkeş Naxçıvan əhalisi də xalqların müqəddərat haqqından istifadə edərək öz taleyini özü seçməlidir.” (Madatov,1968:95).1921-ci ilin əvvəllərində keçirilən referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu Azərbaycana birləşmək istədiyini bildirdi (Altstadt, 1992:116). Naxçıvanın muxtariyyəti 1921-ci il martın 16-da imzalanan Moskva, 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsi ilə təsdiqləndi. Naxçıvan məsələsinin həllindəki roluna görə, Nərimanov Moskva danışıqlarına ezam edimiş Azərbaycan nümayəndəsi Behbud Şahtaxtinskiyə təşəkkür etdi (Həsənli, 2012:369-370).

ADR-dən miras qalan digər mübahisəli ərazi məsələsi isə Zaqatala qəzası və Ağstafa regionu idi. 1920-ci ilin mayın 7-də imzalanan Moskva müqaviləsi ilə RSFSR Gürcüstanın müstəqilliyini de-yure tanıdı. Müqavilənin 3-cü bəndi Zaqatala qəzası ilə bağlı idi. Region Gürcüstan ərazisi qəbul edilmişdi. Bu qərara Azərbaycan SSR hökuməti etiraz etdi. Eyni zamanda Nərimanovun təsirində olan bir çox məşhur bolşeviklər Azərbaycanın lehinə açıqlamalarla yadda qaldılar. Gürcü əsilli Serqo Orconikidze Leninə yazdığı məktubunda müqavilədə Zaqatala ilə bağlı bəndi təxribat adlandıraraq regionun Azərbaycanın tərkibinə verilməsini tələb etmişdi (Mustafazadə, 2006:144-145). 11-ci Qızıl Ordu Hərbi Şurası üzvləri İvar Smilqa və Sergey Kirov bu məsələdə Azərbaycanı dəstəkləyən bəyanat verdilər. Etirazlardan sonra Zaqatala ilə bağlı hissə 5 gün sonra müqavilədən çıxarıldı. Ərazinin taleyinə qarışıq komissiya ilə aydınlıq gələcəkdi. Lakin regionda baş verən üsyanlar və təxribatlardan sonra Gürcüstan üzərinə hərbi kampaniya başladı. Azərbaycan SSR, Ermənistan SSR, RSFSR və Türkiyənin 1921-ci ilin fevralında həyata keçirdiyi ortaq əməliyyatı zamanı Gürcüstan işğal edilərək ərazisi bölüşdürüldü. Yeni formalaşdırılan Gürcüstan SSR hökuməti Zaqatala regionunu Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qaldı (Rəhmanzadə, 2008:126). Bundan başqa, ADR dövründə işğal edilən indiki Ağstafa rayonunun bir hissəsi (Poylu stansiyasına qədər) də Azərbaycana geri verildi.

İstifadə edilən ədəbiyyat

Azərbaycan dilində

Rəhmanzadə, Ş. F. (2008). Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın Şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri).

Həsənli, C. (2012). Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920–1939). Bakü: Adiloğlu.

Sadıqov, Səid (1995) Naxçıvan Muxtar Respublikası tarixindən.

Cəmil, H. (2009). Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti 1918-1920. Bakı, Garisma MMC.

Əhmədova F. (2013) Nəsib bəy Yusifbəyli – milli istiqlal və dövlətçilik mücahidi.

Mehdiyev, R. (2017) ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər.

Axundzadə, M. F. (2005), Seçilmiş əsərlər, III cild.

Türk dilində

Suny, R. G. (1990). Bakü Komünü: Rus Devriminde Milliyet ve Sınıf. Trans. Kudret Emiroğlu). İstanbul: Belge Publications.

Yagublu, N. (2015). Mehmet Emin Resulzade Ansiklopedisi. “Azerbaycan Kültür Derneği” Yayınları.

Mehmetzade, M. B. (1991). Milli Azerbaycan Hareketi. Azerbaycan Kültür Derneği.

KARAKILIÇ, C., & AYDIN, O. (2010). AZERBAYCAN’DAKİ LATİN ALFABESİ TARTIŞMALARINA TÜRKİYE’DEKİ AZERBAYCAN MATBUATININ BAKIŞI (1923-1930). Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, 17(43), 181-203.

Sakal, F. (1999). Ağaoğlu Ahmed Bey (Vol. 187). Turk Tarih Kurumu Basmevi.

Swietochowski, T. (1988). Müslüman cemaatten ulusal kimliğe Rus Azerbaycanı, 1905-1920 (Vol. 14). Bağlam yayıncılık.

İngilis dilində

Altstadt, A. L. (2013). The Azerbaijani Turks: power and identity under Russian rule. Hoover Press.

Bradley, M. (2008). Iran and Christianity: historical identity and present relevance. Bloomsbury Publishing.

Dehkhoda, A. A. (2016). Charand-o Parand: Revolutionary Satire from Iran, 1907-1909. Yale University Press.

Hille, C. (2010). State building and conflict resolution in the Caucasus. Brill.

Hovannisian, R. G. (1971). The republic of Armenia: the first year, 1918-1919 (Vol. 1). Univ of California Press.

Nfa, F. H. (2014). Azeri women in transition: Women in Soviet and post-Soviet Azerbaijan. Routledge.

Saarinen, A., Ekonen, K., & Uspenskai︠a︡, V. I. (Eds.). (2014). Women and Transformation in Russia. London: Routledge.

Saparov, A. (2014). From conflict to autonomy in the Caucasus: The Soviet Union and the making of Abkhazia, South Ossetia and Nagorno Karabakh. Routledge.

Shaffer, B. (2002). Borders and brethren: Iran and the challenge of Azerbaijani identity. MIT Press.

Starr, S. F. (1994). The legacy of history in Russia and the new states of Eurasia. ME Sharpe Inc.

Rus dilində

A. Г. Караев. (1926). Из недавнего прошлого: материалы к истории азербайджанской коммунистической партии (б.). ” Bakinskij rabočij.

Akopi͡an, G. S. (1973). Степан Шаумян: Жизнь и деятельность. 1878-1918. Политиздат

Агамалиева, Н., & Худиев, Р. (1994). Азербайджанская Республика. Страницы политической истории 1918-1920 гг. Баку: Сабах.

Агаян, Ц. П. (1974). Некоторые особенности образования независимых советских республик Закавказья. Լրաբեր Հասարակական Գիտությունների, 8, 3-15.

Баберовски, Й. (2010). Враг есть везде. Сталинизм на Кавказе

Багиров, Ю. А. (1965). Из истории советско-турецких отношений (1920-1922).

Байрамов, К. М. (1987). Рабочий класс Азербайджана в борьбе за победу Великого Октября. Баку: Азгосиздат.

Байрамов, К. М. О. (1984). Массовые рабочие организации Азербайджана в борьбе за победу Советской власти (1917-1920 гг.).

Балаев, А. (1998). Азербайджанское национальное движение в 1917-1918 гг. Elm.

Гулиев Д.П (1985) Очерки истории Коммунистической партии Азербайджана, Т.1.

Гулиев Д.П (1989) К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, 1918-1925: документы и материалы. Азернешр.

Гусейнов А. (1976) Алигейдар Караев (биографический очерк). Азербайджанское гос. изд-во.

Дарабади, П. (2013). Военно-политическая история Азербайджана (1917-1920 годы). Izdatelʹskiĭ dom” Kavkaz”.

Ибрагимов, С. Д. (1975). Генерал Али Ага Шихлинский: жизнь и деятельность. Azernešr.

Искендеров М. С(1963) Очерки истории Коммунистической партии Азербайджана.

Исхаков, С. М. (2004). Российские мусульмане и революция (весна 1917 г.-лето 1918 г.). Издательство” Социально-политическая мысль”.

Киров, С. М. (1936). Статьи, речи, документы. Партиздат ЦК ВКП (б). Т. 1.

Madatov, G. A. (1968). Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР. Изд. АН АзССР.

Мамедова, Ш. (2004). Интерпретация тоталитаризма: сталинизм в Азербайджане: 1920-1930. Изд-во “Адилоглы”.

Мустафа-заде, Р. С. (2006). Две Республики. Азербайджано-российские отношения в 1918-1922 г. МИК.

Николаевич, К. Д. Л. Н. (1996). Политические партии России. Конец XIX-первая треть XX века. Энциклопедия. Отв. ред. ВВ Шелохаев.

Петрушевский, И. П. (1966). Ислам в Иране в VII-XV веках:(курс лекций). Ленинград Изд-во Ленингр. ун-та.

Совокин, А. М. (1987). Революция пролетарская, революция народная. Изд-во полит. лит-ры.)

Султанова, А. (1970). Счастье азербайджанки. Монография. Б., Азернешр.

Сумбатзаде, А. С. (1972). Социально-экономические предпосылки победы Советской власти в Азербайджане. Наука.

Топорнин, Б. Н. (1987). Социалистические конституции: становление и развитие. Nauka.

Шаумян, С. Г. (1978). Избранные произведения в 2-х т. Т. 2.

 

[1] Məhəmməd Əmin Rəsulzadə 1905-1906-cı illərdə bolşevik idi (Şaumyan, 1978:260).

[2] Bakıda bolşeviklərin çox kiçik hissəsi qaldı. Bunlar Haşım Əliyev, Yusif Məlikov, Əbdül Bağı Məmmədzadə idi.

[3] 1918-ci ilin oktyabr ayından dekabra kimi Gürcüstanda, 1918-ci il dekabrından 1920-ci ilin aprel ayına kimi isə Azərbaycanda deputat olmuşdu.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör