Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zəngəzur problemi – 2

Tural Həmid Tural Həmid
., Sərbəst
12 Dekabr 2019

Azərbaycan və Ermənistan arasında Zəngəzur problemi (2-ci hissə)

Əvvəli burada

1920-ci il aprelin ortalarında Denikin qoşunlarının Cənubi Rusiyadakı qalıqlarını məğlub edən 11-ci Qızıl Ordunun bölmələri Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdı. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə ADR hökuməti devrildi. Müvəqqəti Azərbaycan İnqilab Komitəsi (Azrevkom) Azərbaycan SSR-in yarandığını elan edərək təcili hərbi yardım tələbi ilə RSFSR-ə müraciət etdi. Bakıda hökümət dəyişikliyi baş verən zaman Qarabağ və Zəngəzurda daşnaklarla ADR qoşunları arasında şiddətli döyüşlər davam edirdi.

Azərbaycan İnqilab Komitəsi aprelin 28-də Nəriman Nərimanovun sədri olduğu Azərbaycan Xalq Komissarları Sovetini qurur. Elə həmin gün Nərimanov Qarabağda və Zəngəzurdakı Azərbaycan qoşunlarına hücumu dayandırıb müdafiəyə çəkilmə barədə əmr verdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin sədri Mirzə Davud Hüseynov Ermənistan hökumətinə Dağlıq Qarabağdan və Zəngəzurdan erməni qoşunlarının çıxarılması və etnik nifrətə səbəb olacaq provakasiyalara son verilməsi haqqında nota göndərdi. Tələblər qəbul olunmayacağı təqdirdə Azrevkom-un Ermənistanla müharibədə olacağı xəbərdarlığı verildi (Köçərli, 2009:100). Ermənistan bu tələbləri rədd etdiyi üçün Azrevkom Ermənistana müharibə elan etdi.

Mayın əvvəlində 11-ci Ordunun bölmələri Yevlaxdan keçərək Dağlıq Qarabağ, Gəncə və Qazax istiqamətində irəliləməyə başladı. May ayının birinci yarısına qədər Azərbaycanın demək olar ki, bütün ərazisində Sovet hakimiyyəti quruldu. Mayın 12-də ilk sovet qoşunu Qarabağa gəldi. Eyni ilə Bakıdakı kimi Qarabağda da güclü bolşevik təsiri altındakı erməni əsgərləri bolşeviklərin tərəfinə keçdilər. Beləcə mayın sonunda Dronun erməni qoşunları zəif müqavimət göstərdikdən sonra Qarabağı tərk etdilər. İrəliləyən Sovet qoşunları iyulda Zəngəzur əməliyyatına başlayır. 5 iyul Sovet qoşunları Gorusu ələ keçirirlər. İyulun 7-də TBMM (Türkiye Büyük Millet Meclisi) ilə Sovet Rusiyası arasında müttəfiq münasibətləri və əməkdaşlıq haqqında müqavilə imzalanır. Bu müqaviləyə əsasən Bəyazid batalyonuna daxil olan türk birləşmələri Gorusda yerləşən Qızıl Ordunun sahə qərargahına gəldilər (Azovchev, 1974:335). Müttəfiqlər birgə Naxçıvan-Ordubad xəttində yerləşən daşnak dəstələrinə qarşı əməliyyat keçirmək barədə razılıq əldə edirlər.

Əvvəlcə Sovet Rusiyası rəsmi olaraq Ermənistana Zəngəzurun cənubu və Naxçıvandakı erməni dəstələrinin bu ərazini tərk etməsi barədə ultimatum verir. Ermənistan hökumətinin cavabını gözləməyən Sovet qoşunları Naxçıvanda Sovet hakimiyyətinin qurulması üçün hərbi əməliyyatlara başlayır. 17 iyulda 11-ci Qızıl Ordu Naxçıvana hücuma başlayır və çox keçmədən Naxçıvanı ələ keçirir. İkitərəfli sıxışdırılan erməni qoşunları bütün cəbhə boyu geri çəkilir. Geri çəkilən erməni dəstələri Qafanda Qareqin Njdenin ordusuna qatılır. Gorusun tutulmasından və Qarabağda Sovet hakimiyyətinin qurulmasından sonra Sovet ordusu Zəngəzurun cənub hissəsinə də nəzarət etməyə çalışdı, ancaq Qafan yaxınlığındakı Njdenin dəstəsi 11-ci ordunu geri oturtdu. Sovet qoşununu təqib edən Dronun dəstəsi onları Qarabağ sərhədinə qədər çəkilməyə məcbur etdi (Kadishev, 1960:296).

Dro Sovet ordusunun Zəngəzurdan geri çəkilməsindən sonra Qarabağın da Ermənistana geri verilməsini tələb etdi. Ancaq 5 avqustda Sovet qoşunları əks hücuma keçdi və 2 gündən sonra yenidən Gorus ələ keçirildi. Türkiyə ilə Sovet Azərbaycanı arasındakı Şuşa-Gorus-Naxçıvan dəhlizi yenidən açıldı.

Sentyabrın əvvəlində türk ordusu Naxçıvan istiqamətindən, Azərbaycan SSR ordusu, 11-ci Qızıl Ordu ilə birlikdə Cəbrayıldan Meğri istiqamətində hücuma keçir. Müttəfiqlər güclü müqavimətə rast gəlmədən Qafan və Qacaranı ələ keçirirlər. Ancaq buna baxmayaraq Njdenin rəhbərliyi altında olan erməni dəstələri oktyabrın ortalarında əks hücuma keçərək Qafan və Qacaranı geri alır. Beləcə Sovet-türk qoşunları Naxçıvan ərazisinə çəkilməyə məcbur olur. Bu ərəfələrdə artıq Ermənistanda vəziyyət gərgin olaraq qalırdı. Sevr müqaviləsinə əsasən Şərqi Anadoluya iddia edən Ermənistan qoşunları Qars şəhərində TBMM ordusu tərəfindən ağır məğlubiyyətə uğradılmışdı. Geri çəkilən Ermənistan ordusunu Gümrüyə sıxışdıran Kazım Karabekir paşa burada da erməni qoşunlarına qalib gəlir. Türk qoşununun İrəvana girməsindən qorxuya düşən EDR nümayəndələri TBMM hökumətinə təcili sülh müqaviləsi imzalamağı təklif edir. Dekabrın 3-də imzalanan Aleksandropol müqaviləsinin şərtlərinə əsasən Ermənistan rəsmi olaraq Şərqi Anadoluya olan iddiadan əl çəkir. Beləcə Ermənistan eyni zamanda Naxçıvanda türk protektoratlığını tanımağa məcbur olur (Xeyfets, 1968:112).

Bu müqavilə ilə Ermənistan TBMM hökumətinin rəsmi olaraq tanıdığı ilk dövlət olur. Şərqi Anadolunun və Naxçıvanın itirilməsi paytaxt İrəvanda güclü narazılıq yaradır. 29 Noyabr 1920-ci ildə bir qrup erməni bolşeviki 11-ci Ordu və Sovet Azərbaycanı qoşunlarının köməyi ilə İcevan şəhərinə girir və burada Ermənistan İnqilab Komitəsinin yaradıldığını bəyan edir. Ermənistan İnqilab Komitəsinin İcevanda rəsmi olaraq Sovet hakimiyyətinin qurulduğunu elan etməsindən sonra bolşeviklərə qoşulan erməni ordusu İrəvan istiqamətində hücuma başlayır. Çarəsiz vəziyyətdə qalan Dro erməni bolşeviklərinin lideri Gevork Əlixanyan və Sovet Rusiyası nümayəndələri ilə hökumətin bolşeviklərə təhvil verilməsi haqqında müqavilə imzalayır. Müqavilənin şərtlərindən biri də Sovet Rusiyasının Zəngəzuru, Qarsın bir hissəsini, İrəvan quberniyasını (Naxçıvan daxil) Ermənistan ərazisi kimi tanınması barədə idi. Beləcə dekabrın 4-də İrəvana daxil olan 11-ci Ordunun köməyi ilə Ermənistan Revkomu quruldu. Müqavilə imzalanmasına baxmayaraq dekabrın 6-sında Ermənistan Revkomu daşnaklarla imzalanan müqaviləni tanımadığını elan edir (Volxonski, 2009:297). Beləcə ölkədə vətəndaş müharibəsi başlayır.

Dro öz dəstəsi ilə İrəvandan Zəngəzura doğru çəkilir və orda Njdenin dəstəsi ilə birləşir. Qüvvələrini birləşdirən daşnaklar Zəngəzurda əvvəlcə Sünik respublikasının, 1921-ci ilin aprelində isə paytaxtı Gorus olan Dağlıq Ermənistan respublikasının qurulduğunu elan edir (Saparov, 2014:104). Njde yeni qurulan respublikanın ilk prezidenti seçilir. Ermənistanın şimalındakı daşnak üsyanlarını yatırmaqla məşğul olan Sovet ordusu 1921-ci ilin iyulunda diqqəti Zəngəzura yönəldir. Bu dəfə ciddi müqavimət göstərməyən Njde Araz çayını keçərək İrana gedir (Kadishev,1960:306). Bununla da 1921-ci ilin iyulunda Dağlıq Ermənistan respublikası süquta uğrayır.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Sovet Rusiyasında Zəngəzurun Azərbaycanda qalması barədə yekdil bir fikir var idi. Bunu həm Sovet Rusiyasının, həm də Sovet Azərbaycanı rəsmilərinin bəyənatlarından görmək olur. 1920-ci ilin iyulunda Orconikidzenin Lenin, Stalin və Çiçerinə yazdığı məktub belə idi: “Naxçıvan, Ordubad və bu bölgənin şimal hissəsi Bəyazid türk diviziyası tərəfindən tutulub. Biz türklərlə Gorusda görüşəcəyik. Dronun başçılıq etdiyi daşnak qoşunlarının Dağlıq Qarabağdan çıxmasına əsas səbəb çox güman ki, bizim Naxçıvan və onun ətrafındakı ərazilərə planlaşdırdığımız hücum ilə bağlıdır. Ermənistan hökuməti bilərəkdən bizə yalan məlumat verir, mən həm erməni, həm də Azərbaycan Mərkəzi Komitəsinin kommunist adından istifadə edərək əslində millətçi istəklər iddia etdiyini görürəm. Mərkəzi Komitənin rəyi ilə bir qərar qəbul olunduqda və bu qərar Azərbaycan və Ermənistan MK-inə diqtə olunanda partiyada olan millətçilərin etirazı başlayır. Bu gün mən Saak Ter-Qabrielyanla danışmışam. Qabrielyan mənə bildirdi ki, Azərbaycanın Şərur – Dərələyəz rayonundan və Naxçıvan vilayətindən imtina edəcəyi halda Ermənistan nümayəndə heyəti Qarabağın və Zəngəzurun Azərbaycana daxil olmasına razılıq verəcək. Biz onunla bu mövzuda Bakıya gəlib Nərimanovla danışmaq barədə razılaşmışıq. Gördüyünüz kimi, qeyri-müəyyənlik və anlaşılmazlıq yoxdur. Sizi əmin edə bilərəm ki, sülh siyasətimizi çox açıq şəkildə təqdim edirik və onu davam etdiririk. Ancaq bu sülh siyasətimizin daha aydın olması və Azərbaycanda Sovet hakimiyyətinin güclənməsi üçün Dağlıq Qarabağ və Zəngəzur mütləq formada Azərbaycanın olmalıdır. Bu bölgədə yaşayan erməni əhalisinin təhlükəsizliyi üçün isə bu ərazilərdə muxtariyyət elan edilməsi zəruridir” (Quliyeva, 1989:26). Bu məktubdan başqa Nəriman Nərimanovla Orconikidzenin mübahisəli ərazilər barədə yazışması onu göstərir ki, həm Sovet Azərbaycanı, həm də Qafqaz Orqbürosu Zəngəzur məsələsində Azərbaycanın lehinə addımlar atılmasının tərəfdarıdır:

Nəriman Nərimanov: Salam. Yoldaş Lenindən teleqramıma cavab almadınız? Siz ona yazdığınız məktubda başqa ərazilərə iddia etməməyimizi məsləhət görmüsünüz. O dediyiniz başqa ərazilər hansılardır ? Qarabağ və Zəngəzur Azərbaycanın ayrılmaz bölgələridir.

Orconikidze: Salam, yoldaş Nərimanov. İndi Çiçerinlə Qarabağ və Zəngəzur haqqında danışdım. Bu ərazilərin Azərbaycana dərhal və qeyd-şərtsiz verilməsini bildirmişəm. Ancaq bunun üçün digər ərazilərə dair iddialardan imtina etmək (Orconikidze digər ərazilər dedikdə Şərur-Dərələyəz və Naxçıvanı nəzərdə tutur), Dağlıq Qarabağa və Zəngəzura muxtariyyət verməyiniz lazımdır. Bu təklif Azərbaycandan gəlməlidir və heç bir halda müqavilədə göstərilməməlidir. Sabah bu barədə sizinlə görüşəcəm (Quliyeva, 1989:27).

1920-ci ilin payızında Ermənistan Mərkəzi Komitəsi üzvləri olan Anastas Mikoyan və Nuricanyan da Zəngəzurun Azərbaycanda qalması barədə Çiçerinə məktub göndərir: “Daşnak hökuməti Azərbaycana qarşı hücumunu davam etdirir, bəzi bölgələrdə bu hücumlar onlar üçün uğurla nəticələnib. Bu gün onların qoşunu Gədəbəy və Qazaxa yaxınlaşıb. Müsəlmanlarla birlikdə Azərbaycana geri çəkilən erməni kommunistləri daşnaklara qarşı vuruşurlar. Ermənistan faktiki olaraq hal-hazırda Azərbaycanla müharibə şəraitindədir. İddia edilən mübahisəli Zəngəzur və Qarabağın Sovet Azərbaycanının tərkibinə daxil olması məsələsinə gəldikdə isə qəti şəkildə bildiririk ki, bu ərazilərə iddiamız yoxdur və bu torpaqlar Azərbaycanın tərkibində qalmalıdır. Culfa və Naxçıvan bölgələri isə bir ildən çoxdur yerli müsəlmanlardan ibarət bir şura tərəfindən idarə olunur. Bu ərazidə yaşayanların mütləq əksəriyyəti də müsəlmandır. Türkiyə ilə birbaşa əlaqə qurmaq üçün bu ərazi də Sovet qoşunları tərəfindən ələ keçirilərək Azərbaycana ilhaq edilməlidir” (Quliyeva, 1989:28).

Ancaq yuxarıda deyildiyi kimi Zəngəzurun itirilməsi ilə heç cür razılaşmayan Njde və Dronun dəstəsinin inadlı müqaviməti və daha sonra Sovet Ermənistanının qurulması ilə vəziyyət dəyişir. Sovet Rusiyası Qarabağ, Zəngəzur, Naxçıvanı Azərbaycana verməklə Azərbaycan vasitəsi ilə inqilabı Türkiyədə və Şərqdə möhkəmləndirmək istəyirdi. Bununla belə Azərbaycanı gücləndirmək istəyən Sovet Rusiyası Ermənistanı da itirmək istəmirdi. Hər nə qədər 1920-ci ilin avqustunda Sovet Rusiyası Zəngəzuru müvəqqəti olaraq Ermənistan ərazisi kimi tanısa da 1920-ci ilin dekabrında İrəvana daxil olduqdan sonra bu tanınmadan geri çəkildi. Müasir aspektdən baxdıqda bu siyasəti Azərbaycan kommunistlərinin Mərkəzi Komitə üzərində güclü mövqeyi və Çiçerin istisna olmaqla, demək olar ki, bütün bolşeviklərin Zəngəzur problemində Azərbaycan yönümlü siyasəti ilə izah etmək olar. Bununla belə, 1920-ci ildəki müqavilədən boyun qaçırılması faktiki olaraq 5 ay ərzində Ermənistanda Sovet hakimiyyətinin devrilməsinə səbəb oldu. Bu vəziyyətdə Sovet Rusiyası Zəngəzur məsələsində geri çəkilməyə məcbur oldu.

Sovet Rusiyasının bu məsələdə geri çəkilməsindəki digər səbəb Njdenin Zəngəzurda qurduğu Dağlıq Ermənistan respublikasının ultimatumu idi. Njde Zəngəzurun Ermənistan ərazisi kimi Azərbaycan SSR və Rusiya SFSR tərəfindən tanınmayacağı təqdirdə sonadək mübarizə aparacağı ilə hədələmişdi. Zəngəzurla bağlı Rusiya və Azərbaycanın bəyənatı sonrası Njde demək olar ki, müqavimət göstərmədən Ermənistanı tərk etdi. Sovet qoşunlarının Zəngəzurdakı “İyul əməliyyatı” buna görə faktiki olaraq qan tökülmədən həyata keçirildi. Azərbaycan tərəfi isə Zəngəzura olan iddianı bolşeviklərin Zəngəzur məsələsində Azərbaycana verdiyi dəstək çərçivəsində edə bilirdi. Azərbaycanın bu bölgə məsələsində iddiasını zəiflədən ən böyük amil 1918-1920-ci illərdə Zəngəzurda azərbaycanlılara qarşı edilən qətliamlar idi. Bölgənin etnik tərkibindəki dəyişiklikləri 1897 və 1926-cı il siyahıyalınmasında görmək mümkündür. 1897-ci ildə burada yaşayan 137,9 min nəfərdən 63,6 minini erməni (46,2%), 71,2 minini azərbaycanlı (51,7%), 1,8 minini kürd (1,3%) təşkil edirdi. 1922-ci il kənd təsərrüfatı siyahıyaalınmasına əsasən Zəngəzurun Ermənistanda qalan hissəsində yaşayan əhalinin 63,5 min nəfərin 56,9 mini erməni (89.5%), 6,5 mini (10.2%) azərbaycanlılar təşkil edirdi (Gardanov, 1969:13). Ümumilikdə isə rəsmi siyahıyaalınmaya diqqət yetirdikdə 1918-1921-ci ildə Ermənistanda 180 min adamın (İrəvan quberniyasında yaşayan azərbaycanlıların 2/3-sinin ) ya öldürüldüyü, ya da qovulduğu qənaətinə gəlmək mümkündür (Mccarthy, 1997:380).

Belə bir vəziyyətdə Azərbaycan SSR Naxçıvan və Zaqatala okruqunda həyata keçirildiyi kimi xalqların müqəddəratı prinsipinə əl ata bilməzdi. Beləcə, 1921-ci ildə Ermənistan SSR və Azərbaycan SSR arasındakı prinsipial razılaşmaya əsasən Zəngəzur qəzası 2 yerə bölündü. Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, digər dörd rayon (Qafan, Sisian, Meğri, Gorus) isə Ermənistan SSR-ə verildi. Bu razılaşma ilə 2 dövlət arasında Zəngəzur problemi həllini tapdı.

İstifadə edilən ədəbiyyat

Тофик Кочарли, (2009), К истории карабахского вопроса: (вымыслы и действительность).

Д.П.Гулиева, (1989), К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР: 1918-1925: документы и материалы

Николай Азовцев, (1974), Директивы командования фронтов Красной Армии, 1917-1922: сборник документов, Том 3

Арнольд Кадишев, (1960),Интервенция и гражданская война в Закавказье

Хейфец А.Н., (1968), Советская дипломатия и народы Востока. 1921-1927

Михаил Волхонский, (2009), Россия на Кавказе. Пять веков истории: научно-публицистические очерки

Arsene Saparov, (2014), From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh

В. К. Гарданов,(1969), Кавказский этнографический сборник, Том 4

Justin Mccarthy, (1997), The Ottoman Turks: An Introductory History to 1923

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022

Redaktorun seçimi

Azərbaycan istehlakçısının arzuları

Daşaltı əməliyyatı (1992)

Zorakılıq yurdu

Bakı və ədəbiyyat

“Arşın mal alan” Türkiyədə

Seks və dölləndirmə – bitməyən macəramız

“Döyüşlər bitmişdi, lakin əsgərlər yenə də mübarizə aparırdılar”

Bütün dünyanın əməkçiləri birləşin!

Qarışıq yazı

Kosmik yarış: Ayda kartof becərmə cəhdi

Kosmik yanılmalar. Kainat haqda elmin xətaları

Elman Rüstəmovun iqtisadi nəzəriyyəsi

“Dumanlı Təbriz” haqqında – 2

Yaradıcı birliklər nəyə lazımdır?

Homoseksuallığın ekran dili

Avropanın sonu – “Asiya və Avropa ruhu”

Hədəfdə bütün Azərbaycandır

Sual vermək bacarığı

Əsrarəngiz kainat – NASA təqdim edir

M. F. Axundzadə: “John Stuart Mill – Azadlıq haqqında”

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

Ramiz Mehdiyevi bitirən səbəb

Mışkinin monoloqu

Jack Ma rəsmi olaraq təqaüdə çıxdı

Rədd olun Çindən!

Azərbaycanlılar və paxıllıq

Məzardakı insanlar

“Daşnak” Armine Adibekyana cavab

Rusiya Azərbaycanı niyə qarışdırmaq istəsin?

Naxçıvan MSSR-in qurulması (İkinci hissə)

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel