Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Toksik pozitivlik

Rafiq Hunaltay Rafiq Hunaltay
., Sərbəst
16 Yanvar 2023
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
IiT Avoiding Toxic Positivity
Paylaş

Son zamanlar oxuduğum bir çox xarici elmi məqalələrdə tez-tez “toksik pozitivlik” termininə rast gəlirəm. Düzdür, hələ ki, elmi termin kimi işlənmir, amma bir müddət sonra aktiv istifadə ediləcəyinə inanıram. Xüsusən sosial mediadan aktiv istifadə edən əhali qrupları arasında bu hala daha çox rast gəlinir. Dünyanın bir çox ölkələrində artıq bu mövzunu pisxoloqlar da ciddi təhlil etməyə başlayb. Ətrafımızda şəxsi və ya iş həyatında özünü daim pozitiv təqdim edən, göstərən insanlar var. Dərin təhlil etsək, bəzilərində bu real pozitivlik deyil, toksik pozitivlikdir.

Bəs toksik pozitivlik nədir?

Toksik pozitivlik neqativ emosiya və təcrübələri insanın məqsədli şəkildə özündən uzaqlaşdırması, onaq qarşı mübarizə aparması və ya inkar etməsidir. Deyə bilərsiniz ki, burada qəbahət nə var? Qəbahət olan insanın əslində hiss etdiklərini deyil, süni şəkildə göstərmək istədiyi (reallıqda isə elə deyil) əhvalı imitasiya etməsidir. Qısa müddətdə insanın özünü səfərbər etməsi üçün effektiv olsa da, toksik pozitivlik uzun müddət tətbiq edildikdə insanı reallıqdan uzaqlaşdıra, özünə tənqidi yanaşmanı məhdudlaşdıra bilər. Son zamanlar bir çox xanımların instagram postlarında “good vibes only” həştəqini görürəm. Baxırsan ki, ehtiyac oldu-olmadı hər yerdə istifadə edilir və sanki hər şey gözəldir, heç nəyə baxmayaraq həyat çox maraqlıdır və guya da o da bu həyatın hər anından həzz alır. Dediyim kimi bu halın uzun müddət davam etməsi “kütləyə oynama” tandeminin xronikiləşməsinə gətirib çıxara bilər. Biz insan olaraq həyatımızın hər anında pozitiv və ya neqativ emosiyalar, təcrübələr yaşaya bilərik.Hətta özümüzü optimizmə də kökləyə bilərik, amma insan mənəvi rahatlığı üçün əhvalı ilə səmimi şəkildə “üzləşərək” və bu yolla əslində “o ağrıları sona qədər yaşayaraq və dadaraq” onları özündən uzaqlaşdıra bilər. Səhv etmirəmsə, psixologiyada da bu cür müalicə metodu var. Alimlər deyir ki, neqativ emosiyalar əslində beyin və ruh üçün nələrin dəyişməli olduğuna yol göstərən önəmli hissdir. Düzdür, dildə demək asan gəlir, tətbiqdə hər kəs fərqli reaksiya verə bilər. Atalar demiş, qıraqdan baxana dava asan gəlir.

IiT-Avoiding-Toxic-Positivity-1Bu terminin tətbiqini bəzi nümunələrdə təsvir edə bilsək, məncə, daha aydın olar.

Məsələn, tutaq ki, biri “iş get-gedə daha çox mənə darıxdırıcı gəlməyə başlayır” deyir və siz “sən şükr et ki, heç olmasa işin var, işi olmayan nə qədər adam var” cavabı verirsiz. Və ya başqa misal. İnsan özü dərin depressiya içindədir, bəlli problemləri var, amma dostları ilə müzakirələr zamanı “hər şey əladır, çox yaxşıdır, xırda problemlər olur, amma həll edirik” tipli cavablar verir. Əslində hisslərini etibarlı mühitdə səmimi şəkildə ifadə etsə rahatlaşar. Neqativ emosiyalarını süni pozitivlə gizləməyə çalışmağa cəhd etməklə özünü yormaz.

Reallıqda əsl pozitivliklə toksik pozitivliyi fərqləndirmək lazımdır. Əsl pozitivlik insanın və ya qarşı tərəfin neqativ emosiyalarını inkar etmir. Onu anlayıb, qəbul edir və bundan sonra mövqe ortaya qoyur. Toksik pozitivlik isə bu misalda qarşı tərəfi inandırmağa çalışır ki, əslində sizin yaşadıqlarınız neqativ emosiya və ya təcrübələr deyil, bu hər kəsdə olur, sadəcə özünə inanmalısan, nə bilim şükr etməlisən, “yaxşı gör ki, yaxşı olsun” falan. Onu da demək lazımdır ki, bir çox insanlar şüurlu şəkildə tokisk pozitivlik nümayiş etdirmirlər. Sadəcə hansısa hadisə və tövsiyyə əsasında düşünmədən, analliz etmədən, qavramadan dəbi, trendi, yanaşmanı qəbul edib. Çox adamın da haqqına girib “toksik pozitivlik nümayiş etdirirsiz” demək düz olmazdı. Yazının məqsədi odur ki, onu oxuyan insanlar bu haqda ən azı təkrar düşünsünlər və növbəti bu hadisəyə uyğun vəziyyətdə daha dərin təhlil edə və özlərinə kənardan baxa bilsinlər.

Toksik pozitivlikdən necə xilas ola bilərik?

Zaman-zaman yaşadığımız mənfi, neqativ emosiya və təcrübələrə daha düzgün reaksiya verməyin yollarını mütəxəssislər belə izah edir;

  1. İş və şəxsi həyatınızda yaşanan hisslərinizi onun pozitiv və ya neqativ olmasından asaılı olmayaraq olduğu kimi qəbul etmək və özünüzə də bunu bu formada qəbul etdirmək ilk şərtdir.
  2. İkinci mərhələdə isə artıq reallığı qəbul etdiyiniz üçün mənəvi rahatlamağınız lazımdır. O da çox yaxın çevrələr və ya konkret şəxslər, şəxslə hisslərinizi bölüşmənizdir.
  3. Növbəti mərhələdə isə reallığı qəbul edib, paylaşıb rahatlayandan sonra birlikdə hansı həll yollarının mümkün olduğunu düşünmək və həmən ilk addım nədirsə, hərəkətə keçmək lazımdır.

İndi adını xatırlamıram, amma bir ədibin yaxşı bir sözünü gənc vaxtlarımdan yadımda saxlamışdım: “Daim gülən insanlarla yaxşı davranın, onlar hər-hansı bir yerdə tək olduqda ağlayırlar”. Yəqin ki, cümləni düz xatırlayıram, amma məğzi bu formada idi. Odur ki, əziz dostlar, mənə görə səmimi səhv, qeyri-səmimi düzdən daha faydalıdır.

Sizin də bu mövzuda fikirlərinizi bilmək maraqlı olardı. Yazın, müzakirə edək!

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör