Azlogos
  • Kimlər var
  • Bizi tanı

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri Gürcü ədəbiyyatında azərbaycanlılar Şərqdən Qərbə. Söz və göz mədəniyyəti Allaha ən sadə və ən səmimi yalvarış məkanı Çağdaş kinematoqrafiyada əsas trendlər Etibar qazanmağın vacibliyi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bizim olmayan Maqomayev

T. A. T. A.
., Kültür
19 Avqust 2019

Azərbaycanlılar hər zaman öz həmvətənlərinin haradasa xaricdə, əlbəttə yaxşı olardı ki, Qərb ölkələrində, ya da heç olmasa Rusiyada, ən azından mədəniyyət sahəsində uğur qazanmalarını istəyir(?) Yaxşı, gəlin səmimi olaq, əslində istəmir, çünki paxıldır, amma işdi-şayəd uğur qazanılar və təsdiqlənərsə sevinməyə, fəxr etməyə, sahiblənməyə tələsir. Olsun.

Həm də o saat təlaşa düşürlər, narahat olurlar. Qorxurlar ki, bu uğura azərbaycan milli geyimini geyindirə bilməyəcəklər. Bu uğurdan bizim durna gözlü bulaqların, uca dağların, şəlalələrin, yaylaqların, qışlaqların, zəfəranın qoxusu gəlməyəcək, şırıltısı eşidilməyəcək. Olsun.  

Tərs kimi də, uğur qazananların əksəriyyəti elə «vid-fasonda» olur ki, üst-başlarına heç cür «milli don» geyindirmək olmur. Uğurlar da məhz qeyri-milli olduğu üçün qazanılır. Yəni, əgər sənin adın Məmmədov Məmmədirsə və Allah sənə elə səs bəxş edib ki, sən rus, ya amerika müsabiqəsində Farinelli Kastratın ariyasını oxuyub hamını mat qoyursan, bizim insanlar nə qədər çəpik çalsalar, nə qədər «halaldır, torpaq yetişdirir» qışqırsalar da, ürəklərində gileylidirlər – «axı niyə bu uğuru Bayatı Şiraz oxuyaraq qazanmadı?» deyə. Niyə uğuru milliliyimiz yox, bizdən olan kimsənin başqa bir mədəniyyətin nümunəsinə müraciət etməsi sayəsində qazanırıq? Belə çıxır ki, bizim mədəniyyətimiz uğursuz, milli koloritimiz maraqsızıdır?

Bu komplekslər bizdə sovet illərində – rusun gürcü, özbək, erməni sevdasından sonra dərinləşdi. Hisslərimizə o toxundu ki, bığlı, qıyıq göz, rəngli gülməli xalatlar geyinmiş, rusca aksentlə, hətta bəzən öz dilində oxuyan özbəklərin «Yalla» qrupu ümumsovet miqyasında uğur qazandı, bizim Rəşid Behbutov isə nə qədər çalışsa da, istedad baxımından Yalladan üstün olsa da, gurultulu uğura, məhz «milli libaslı» uğura imza ata bilmədi.

Götürək gürcüləri. Onlardan danışmaq, onlardan misal gətirmək nə qədər sulandırılsa da, şiti çıxsa da, buradakı kontekstdə yeri var. Gürcülər özlərini simaları, aksentləri, rəqsləri, yeməkləri ilə, olduqları kimi sevdirə bildilər. Genatsvali, Mimino, Aragvi adlı restoranlar sovet vaxtından bu günə kimi Rusiyada qastronomik bayram həvəskarlarının sevimli məkanlarıdır. Biz isə… Zəfəranı mütləq «ZAFFERANO»ya çevirməliyik ki, qapısından içəri addım atan olsun.

Kikabidze bığlı, saqqallı, aksentli gürcü olduğu üçün, Frunzik Mkrtçyan eybəcər, iri burunlu, komik erməni olduğu üçün sevildilər. Bizimkilər isə, özləri ola-ola, özləri qala-qala sevilmədi ki, sevilmədi. Bəli, Zeynəb Xanlarova SSRİ xalq artisti adını aldı, amma müdrik kəslər çox yaxşı bilir ki, bu, konyunktura idi və «dlya qaloçki» edilmişdi. Əlinizi vicdanınıza qoyun və söyləyin, Allah eşqinə, peyğəmbər xətrinə – Zeynəbi mərkəzdə tanıyan, sevən, arzulayan vardımı?

UĞURUN RƏHNİ

Azərbaycanlılar üçün bu, yalnız bir şərtə bağlıdır – gərək öz fitri istedadınla başqasının mədəniyyətinə xidmət edəsən.

Youtube-da bir video var. Müslüm Maqomayevin 2002-ci ildə, Bakıda qeyd olunan yubileyinin videosu… Orada, hansısa sarayın foyesində Zeynəb Xanlarova ilə Maqomayevin yanbayan dayandıqları bir kadr olduqca diqqətə şayandır. Öz qəribəliyi, dəxlisizliyi, bəlkə də lazımsızlığı ilə. Bunu niyə xatırladım bilmirəm, bəlkə də belə dəxlisiz yanbayanlıq ömrümdə görmədiyim üçün.

Bəli, Maqomayev böyük insan, şəxsiyyət olub. Düşünürəm ki, ona münasibətdə azərbaycanlılar üç əsas kateqoriyaya bölünür:

1 – Avropalılaşmış (rus-sovet substratının əsasında), «şəhərləşmiş», əsasən rusdilli, ya da rus.-az. dilli, amma rus dilinin həyatlarında daha böyük yerə malik olduğu azərbaycanlılar. Onlar doğrudan da, səmimi olaraq Müslüm Maqomayevə sənətinə görə vurğundurlar. Bu kateqoriya azsaylıdı, Müslümü də ona görə seviblər ki, ondan öncə də, sonra da ciddi musiqiyə, səviyyəli estradaya maraqları olub. Müslümə məhəbbət, Müslümə pərəstiş bu insanlarda zövqlərinə müvafiq formalaşıb. Əlbəttə, Müslümün azərbaycanlı, daha doğrusu bakılı olması onlar üçün ürəyə yatan bir bonus olub.

2 – Müslüm «böyüdüyü» nisbətdə onu «azərbaycanlılaşdıran», ona «doğmalaşan», onu «özəlləşdirən» kateqoriya. Bu kateqoriyadan azərbaycanlıları bu gün də Youtube-da görə bilərsiniz. Müslüm haqqındakı paylaşımların hamısının altında «velikiy sın azerbaycanskoqo naroda» yazıb ekstaza düşürlər. Onlar Maqomayevi sırf azərbaycanlı olduğu üçün tanıyır, təkcə bu «məziyyətini» vurğulayır, önə çəkirlər. Onlara görə Müslüm ona görə böyükdür ki, azərbaycanlıdır – Müslüm ona görə azərbaycanlıdır ki, böyükdür. Bu azərbaycanlılar, sovet illərində olduğu kimi, bu gün də erməni və gürcü ilə «spartakiada» yarışı səviyyəsində qalıblar. Mükafatı da Moskvadan, rusdan gözləyirlər. Yoxsa Maqomayevin sənətinə nə birbaşa aidiyyatları var, nə də Maqomayevə ehtiyacları.

3 – Fikrimcə, ən çoxsaylı kateqoriya budur, hər halda faiz nisbətini çox rahat, cəsarətlə və vicdan əzabı çəkmədən 80-85% kimi göstərə bilərik. Maqomayevi gördükləri halda «görməyən», haqqında eşitdikləri halda onu «eşitməyən» azərbaycanlılar. Onlar üçün Maqomayev zahirən, daxilən, sənətən və həyat tərzi etibarilə yad ünsürdür. Sadəcə yaddır. Birmənalı yaddır. YAD! Ola bilsin kiməsə çatmadı, bir daha təkrar edim – 80-85% azərbaycanlılar üçün YAD!

Bu azərbaycanlılar Maqomayevi ermənilərlə dostluğuna, «90-cı illərdə Azərbaycanın Qarabağ boyda dərdi var ikən» susduğuna, «dilimizi bilmədiyinə» görə ittiham edə bilərlər ki, edirlər də. Vəssalam! Bütün başqa hallarda, günlərdə, aylarda və illərdə – Maqomayev onlar üçün yoxdur, olmayıb və olmayacaq.

Zeynəb isə var. Zeynəbə «yaltaq» deyə, danlaya bilərlər, lap ünvanına nalayiq sözlər səsləndirə, min cür mənəviyyatsız şayiə yaya, «vedrə» bağlaya bilərlər. Lakin, Allah şahiddir ki, Zeynəb azərbaycanlıların özüdür – onlar vəhdət halındadırlar. Zeynəb onlar üçün hər zaman var olub və olacaq (Allah canına dəyməsin). Çünki Zeynəblə «nerv» bağlantıları var.

Müslüm Maqomayev isə YAD-dır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021

Redaktorun seçimi

Andre Morua: “Mənəvi dəyərlər – çürük əxlaqçıların mənasız uydurması deyil”

Şahmat taxtasının ikinci yarısı və Kassandra kəhanəti

Covid-19 və konspirasiya nəzəriyyələri. Fake-news ehtiyacımız

Azərbaycan talışları

Tarixin dolambacları

Koronavirus və Maqomayev

«Qanun»dan kənar tərcümələr

Transmilli fallos fenomeni

Koronavirusun yaşatdığı antropoloji şok

Qalibiyyətə şübhə edən biçarələr

Bibliyada təsvir olunan hadisələr uydurma imiş

Azad olunmuş ərazilər və bazar iqtisadiyyatına keçid

Hadisə və hekayə qıtlığı

“Müəyyən qədər” maliyyə sabitliyi

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

OneWeb qlobal internet layihəsi ilk peyklərini orbitə çıxarıb

Biznesdə kitabların yazmadığı şeylər – I Hissə

“Qıraxdın” iqtisadiyyatı

Elon Musk Starship prototip raketini təqdim etdi

Armine Adibekyan: «Azərbaycanda baş verənləri zərrəbinlə izləyirik»

Naftalin qoxulu ritorika

Stalin: qısa bioqrafiya

Gözlənilən oldu, “Məxməri inqilab” baş tutdu

Rəsulzadə o yazısına başqa bir başlıq qoya bilməzdimi?

Bizim ağsaqqallar

Peçat sözdən sonra qışqıranlar

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

İsrailin kino tövbəsi

Futbol sadəcə futbol deyil

Bizim dövrün dəliləri

Bizim olmayan Maqomayev

T. A. T. A.
., Kültür
19 Avqust 2019

Azərbaycanlılar hər zaman öz həmvətənlərinin haradasa xaricdə, əlbəttə yaxşı olardı ki, Qərb ölkələrində, ya da heç olmasa Rusiyada, ən azından mədəniyyət sahəsində uğur qazanmalarını istəyir(?) Yaxşı, gəlin səmimi olaq, əslində istəmir, çünki paxıldır, amma işdi-şayəd uğur qazanılar və təsdiqlənərsə sevinməyə, fəxr etməyə, sahiblənməyə tələsir. Olsun.

Həm də o saat təlaşa düşürlər, narahat olurlar. Qorxurlar ki, bu uğura azərbaycan milli geyimini geyindirə bilməyəcəklər. Bu uğurdan bizim durna gözlü bulaqların, uca dağların, şəlalələrin, yaylaqların, qışlaqların, zəfəranın qoxusu gəlməyəcək, şırıltısı eşidilməyəcək. Olsun.  

Tərs kimi də, uğur qazananların əksəriyyəti elə «vid-fasonda» olur ki, üst-başlarına heç cür «milli don» geyindirmək olmur. Uğurlar da məhz qeyri-milli olduğu üçün qazanılır. Yəni, əgər sənin adın Məmmədov Məmmədirsə və Allah sənə elə səs bəxş edib ki, sən rus, ya amerika müsabiqəsində Farinelli Kastratın ariyasını oxuyub hamını mat qoyursan, bizim insanlar nə qədər çəpik çalsalar, nə qədər «halaldır, torpaq yetişdirir» qışqırsalar da, ürəklərində gileylidirlər – «axı niyə bu uğuru Bayatı Şiraz oxuyaraq qazanmadı?» deyə. Niyə uğuru milliliyimiz yox, bizdən olan kimsənin başqa bir mədəniyyətin nümunəsinə müraciət etməsi sayəsində qazanırıq? Belə çıxır ki, bizim mədəniyyətimiz uğursuz, milli koloritimiz maraqsızıdır?

Bu komplekslər bizdə sovet illərində – rusun gürcü, özbək, erməni sevdasından sonra dərinləşdi. Hisslərimizə o toxundu ki, bığlı, qıyıq göz, rəngli gülməli xalatlar geyinmiş, rusca aksentlə, hətta bəzən öz dilində oxuyan özbəklərin «Yalla» qrupu ümumsovet miqyasında uğur qazandı, bizim Rəşid Behbutov isə nə qədər çalışsa da, istedad baxımından Yalladan üstün olsa da, gurultulu uğura, məhz «milli libaslı» uğura imza ata bilmədi.

Götürək gürcüləri. Onlardan danışmaq, onlardan misal gətirmək nə qədər sulandırılsa da, şiti çıxsa da, buradakı kontekstdə yeri var. Gürcülər özlərini simaları, aksentləri, rəqsləri, yeməkləri ilə, olduqları kimi sevdirə bildilər. Genatsvali, Mimino, Aragvi adlı restoranlar sovet vaxtından bu günə kimi Rusiyada qastronomik bayram həvəskarlarının sevimli məkanlarıdır. Biz isə… Zəfəranı mütləq «ZAFFERANO»ya çevirməliyik ki, qapısından içəri addım atan olsun.

Kikabidze bığlı, saqqallı, aksentli gürcü olduğu üçün, Frunzik Mkrtçyan eybəcər, iri burunlu, komik erməni olduğu üçün sevildilər. Bizimkilər isə, özləri ola-ola, özləri qala-qala sevilmədi ki, sevilmədi. Bəli, Zeynəb Xanlarova SSRİ xalq artisti adını aldı, amma müdrik kəslər çox yaxşı bilir ki, bu, konyunktura idi və «dlya qaloçki» edilmişdi. Əlinizi vicdanınıza qoyun və söyləyin, Allah eşqinə, peyğəmbər xətrinə – Zeynəbi mərkəzdə tanıyan, sevən, arzulayan vardımı?

UĞURUN RƏHNİ

Azərbaycanlılar üçün bu, yalnız bir şərtə bağlıdır – gərək öz fitri istedadınla başqasının mədəniyyətinə xidmət edəsən.

Youtube-da bir video var. Müslüm Maqomayevin 2002-ci ildə, Bakıda qeyd olunan yubileyinin videosu… Orada, hansısa sarayın foyesində Zeynəb Xanlarova ilə Maqomayevin yanbayan dayandıqları bir kadr olduqca diqqətə şayandır. Öz qəribəliyi, dəxlisizliyi, bəlkə də lazımsızlığı ilə. Bunu niyə xatırladım bilmirəm, bəlkə də belə dəxlisiz yanbayanlıq ömrümdə görmədiyim üçün.

Bəli, Maqomayev böyük insan, şəxsiyyət olub. Düşünürəm ki, ona münasibətdə azərbaycanlılar üç əsas kateqoriyaya bölünür:

1 – Avropalılaşmış (rus-sovet substratının əsasında), «şəhərləşmiş», əsasən rusdilli, ya da rus.-az. dilli, amma rus dilinin həyatlarında daha böyük yerə malik olduğu azərbaycanlılar. Onlar doğrudan da, səmimi olaraq Müslüm Maqomayevə sənətinə görə vurğundurlar. Bu kateqoriya azsaylıdı, Müslümü də ona görə seviblər ki, ondan öncə də, sonra da ciddi musiqiyə, səviyyəli estradaya maraqları olub. Müslümə məhəbbət, Müslümə pərəstiş bu insanlarda zövqlərinə müvafiq formalaşıb. Əlbəttə, Müslümün azərbaycanlı, daha doğrusu bakılı olması onlar üçün ürəyə yatan bir bonus olub.

2 – Müslüm «böyüdüyü» nisbətdə onu «azərbaycanlılaşdıran», ona «doğmalaşan», onu «özəlləşdirən» kateqoriya. Bu kateqoriyadan azərbaycanlıları bu gün də Youtube-da görə bilərsiniz. Müslüm haqqındakı paylaşımların hamısının altında «velikiy sın azerbaycanskoqo naroda» yazıb ekstaza düşürlər. Onlar Maqomayevi sırf azərbaycanlı olduğu üçün tanıyır, təkcə bu «məziyyətini» vurğulayır, önə çəkirlər. Onlara görə Müslüm ona görə böyükdür ki, azərbaycanlıdır – Müslüm ona görə azərbaycanlıdır ki, böyükdür. Bu azərbaycanlılar, sovet illərində olduğu kimi, bu gün də erməni və gürcü ilə «spartakiada» yarışı səviyyəsində qalıblar. Mükafatı da Moskvadan, rusdan gözləyirlər. Yoxsa Maqomayevin sənətinə nə birbaşa aidiyyatları var, nə də Maqomayevə ehtiyacları.

3 – Fikrimcə, ən çoxsaylı kateqoriya budur, hər halda faiz nisbətini çox rahat, cəsarətlə və vicdan əzabı çəkmədən 80-85% kimi göstərə bilərik. Maqomayevi gördükləri halda «görməyən», haqqında eşitdikləri halda onu «eşitməyən» azərbaycanlılar. Onlar üçün Maqomayev zahirən, daxilən, sənətən və həyat tərzi etibarilə yad ünsürdür. Sadəcə yaddır. Birmənalı yaddır. YAD! Ola bilsin kiməsə çatmadı, bir daha təkrar edim – 80-85% azərbaycanlılar üçün YAD!

Bu azərbaycanlılar Maqomayevi ermənilərlə dostluğuna, «90-cı illərdə Azərbaycanın Qarabağ boyda dərdi var ikən» susduğuna, «dilimizi bilmədiyinə» görə ittiham edə bilərlər ki, edirlər də. Vəssalam! Bütün başqa hallarda, günlərdə, aylarda və illərdə – Maqomayev onlar üçün yoxdur, olmayıb və olmayacaq.

Zeynəb isə var. Zeynəbə «yaltaq» deyə, danlaya bilərlər, lap ünvanına nalayiq sözlər səsləndirə, min cür mənəviyyatsız şayiə yaya, «vedrə» bağlaya bilərlər. Lakin, Allah şahiddir ki, Zeynəb azərbaycanlıların özüdür – onlar vəhdət halındadırlar. Zeynəb onlar üçün hər zaman var olub və olacaq (Allah canına dəyməsin). Çünki Zeynəblə «nerv» bağlantıları var.

Müslüm Maqomayev isə YAD-dır.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri
.

Ruanda soyqırımı. ABŞ, Fransa və Belçikanın qanlı əlləri

06 Mart 2021
borchalo1_d6e17ac8
.

Gürcü ədəbiyyatında azərbaycanlılar

05 Mart 2021
5e7d964a7152d82d90327cd8
.

Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

05 Mart 2021
Bildschirmfoto 2021-03-05 um 12.14.22
.

Allaha ən sadə və ən səmimi yalvarış məkanı

05 Mart 2021
39902
.

Çağdaş kinematoqrafiyada əsas trendlər

05 Mart 2021
Seymur
.

Etibar qazanmağın vacibliyi haqqında

04 Mart 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel