Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ümidli pessimist

Gülnar Əhməd Gülnar Əhməd
Sərbəst
04 Yanvar 2021

Ümidli pessimist filosofun, kainatın nizamını, niyyətini, məqsədini tənqidi

Teleoloji arqument yaxud dizayn dəlili, köhnə sözlə nizam və qayə dəlili, əsas olaraq, kainatda olan tam yaxud qismən görünən nizamlılıq, məqsədlilik, lütfikarlıq, gözəllik kimi nümunələri təhlil edir. Təqdimatını, sözü gedən nümunələrdən bol-bol misallar çəkərək edir. İkinci addımda, bunların səbəbi üzərində dayanır. Anologiya (bənzətmə), yaxud təsadüf, təkamül və digər oxşar alternativ ateistik təqdimatların uğursuzluqlarını gösrətir. Və bu dəlillə, yeganə gerçək açıqlayıcı səbəb olaraq tanrının varlığına və nizamlayıcılığına varır.

Bertrand Russell yazılarında, teleoloji arqument olaraq adlandıra biləcəyimiz üç ayrı dəlil növündən söz edir: “əvvəlcədən qurulu nizam dəlili”, “niyyət dəlili” və “məqsəd dəlili”. Əslində bunlar üçü, bir arqumentə tabe alt dəlillərdir. Dəlilləri öz aralarındakı bağlarla qiymətləndirsək, “əvvəlcədən qurulu nizam dəlili”nin (dizayna bağlı dəlil) iddiasını belə də oxuya bilərik: kainatda xaos yox, kosmos hökmrandır; kainat, nizamlı olaraq forma və funksiya sahibdir; o, müəyyən niyyətlərlə müəyyən məqsədlər üçün yaradılıb.

Russell, kainatda qurulu bir nizam olduğuna yəni onun müəyyən bir dizaynla yaradıldığına şübhə ilə yanaşırdı. Kainatdakı nizamın yanında nizamsızlıqlara baxanda onun bir dizayn məhsulu olduğuna inanmaq çox çətindir deyirdi.

Keçək, Russellin yanaşmalarının təfərrüatına.

Dizayna əsaslanan dəlilə görə, bildiyimiz dünyanı araşdıranda, bu dünyadakı təbii proseslərlə və ağıla uyğun şəkildə izah olunmayan bir yığın nizama rast gələrik. Bunlar, uca bir məqsədin əlamətləri olaraq təfsir oluna bilər. Belə bir xülasə, emprik əsaslarla və emprizmin məlum qanunlarına uyğun formada əldə edilən bir arqument olaraq xarakterizə və qəbul edilsə də Russell, onun mətiqi cəhətdən əskik olduğunu söyləyir.

“Əgər bu arqument keçərlidirsə, tanrının dinlərə görə qəbul edilən bəzi keyfiyyətlərinin lazımi olmadığı, yaxud, məcburi olmadığı ortaya çıxır. Məsələn, tanrının “qadir-i mütləq” və “aləm-i mütləq”liyi. Əgər tanrı, dinlərin iddia elədiyi kimi mükəmməldirsə, gərək içində yaşadığımız kainat, daha yaxşı dizayn olunaydı. Amma elə deyil. Russell belə davam edir:

“Milyon illərdir bu dünyanın, hakimi-mütləq, qadiri-hakim tərəfindən, içindəki hər şeyi ilə birlikdə, bütün əskiklikləri ilə ən yaxşı formada yaradıldığına inanıldığını görmək, insanı heyrətə salır. Mən həqiqətən buna heç cür inana bilmirəm. Sizə dünyanı mükəmməlləşdirmək üçün hakimi-mütləq, qadiri-mütləq qüvvəsi verilsəydi, miyonlarla illər ərzində ku-klux-klan və faşistlərdən daha yaxşı bir şey yarada bilməyəcəyinizimi düşünürsünüz?”

Russellın fikrincə, dizayna əsaslanan arqumentin, tanrının varlığını sübut eləmək üçün ən əsas sübutlardan biri olduğu söylənsə də, nə kainatın dizayn məhsulu olduğu, nə də bu dizaynı icra edə bilən tanrının varlığı sübut edilə bilməmişdir.

Bundan başqa, Russell, bu kainatın hansısa dizayndan çıxdığını qəbul eləsək də, bu dizaynın müəyyən niyyətlə həyata keçirildiyini isbat eləməyin mümkün olmadığını iddia edir. Dünyadakı hər şeyin bizim həyatımız üçün təşkil olunduğu və dünyanın mexanizmində ən kiçik bir dəyişikliyin olmasının bizim burada yaşamağımızı mümkünsüz edəcəyi fərziyyəsinə əsaslanan “niyyət” dəlili, Russellə görə elmi məlumatlarla əsla dəstəklənməyən və “asanlıqla gülüş hədəfi ola biləcək bir mühakimə”dir. Buradakı mühakimə, eynilə dovşanların ağ quyruqları ona görə var ki, onlar daha yaxşı ovlana bilsin, yaxud burun ona görə yaradılıb ki, eynək taxmaq mümkün olsun deyə iddia eləmək kimi ciddilikdən uzaqdır deyir Russell.

Ona görə, biz, Darvin sayəsində və Darvindən bəri dünyanın bir niyyət və məqsəd daşımadığını çox yaxşı bilirik. Darvindən bəri canlı varlıqların mühitlərinə nə üçün və necə uyğunlaşdığını anlamışıq. Şərait onlara deyil, onlar özləri şəraitə uyğunlaşaraq inkişaf etmişdir. Bizə dizayn kimi görünən də canlıların bu ətraf mühitə uyğunlaşma qabiliyyətidir.

Russellin yazılarında qarşımıza çıxan və teleoloji arqument çərçivəsində toxuna biləcəyimiz digər dəlil “məqsəd” dəlilidir. Buradakı həm niyyət, həm də məqsəd dəlili daha çox Tennant tərəfindən müdafiə olunan kosmik teologiya deyilən, daha çox biologiya elminin verdiyi bilgilərdən irəli gələn canlı həyat ilə təbii nizam arasında bir ahəng olduğu və bu ahəngin də ancaq hansısa bir niyyət və məqsəd çərçivəsində izah oluna biləcəyini dəstəkləyən mühakimədir. Russellə görə bu mühakimənin də qüvvəsi yoxdur. Russell, mühakiməni belə çürüdür: dindarlara görə insanların bu dərəcədə zəkalı və ərdəmli olmaları ağılasığmazdır. Onlara görə “heç olmasa bizim qədər zəkalı və ərdəmli, bizi meydana gətirmək üçün kosmik mexanizmi hərəkətə gətirmiş biri (ilahi zəka) olmalıdır.” Fəqət, bu mühakimə Russellə onu irəli sürənlər qədər təsir eləmir. Çünki, məqsəd anlayışı kainata yox insana tətbiq oluna biləcək anlayışdır. Yəni qeyri-şüurlu varlıqların yox, ancaq şüurlu varlıqların bir məqsədi ola bilər. Bundan əlavə kainata baxanda buradakı zəka sahibi varlıqların, zəkadan kəm varlıqlardan çox az olduğunu görmək mümkündür. Dolayısıyla, nə kainatı başdan ayağa əhatə edən bir dizayndan, nə də onu idarə edən məqsəddən danışmaq mümkündür. Russell deyir: Kainat genişdir. Eddinqtona inansaq, bəlkə kainatın heç bir yerində insanlar qədər zəkalı varlıqlar yoxdur. Dünyadakı bütün maddələri düşünsəniz, onları zəkalı varlıqların cəmi ilə müqayisə etsəniz, ikinci birincidən çox az olacaq. Buna görə, təsadüf qanunlarının atomları necəgəldi seçərək zəkalı bir orqanizma yaradacağı tamamilə imkansız olsa da, kainatda az da olsa orqanizma olacaqdır. Belə uzun bir prosesin zirvəsi olaraq kifayət qədər əla görünmürük.”

Bundan başqa insanın inkişaf etmiş bir zəkaya və xeyli təməl ərdəmlərə sahib olması nə onun xüsusi olaraq dizayn olunmuş bir varlıq olduğunun göstəricisidir, nə də belə bir vəziyyətdə tanrının varlığına. Əlqərəz, Russellə görə insan “bir tərəfdən baxanda, sahilə vuran dalğaların gətirdiyi qəribə təsadüfdür, düşünə bilərik ki, ondakı ərdəmlərlə şərin xəlitəsi, təsadüfi bir mənbədən gəlib.” Bundan başqa, bu dünyanın nə zamansa yox olacağı fikri özlüyündə “məqsəd” düşüncəsinin mənasını itirir. Russellin ifadəsi ilə “Yerüzü daima yaşanabiləcək bir formada qalmayacaq, insan irqi itib gedəcək… kainatın çökəcəyini, axırda hardasa bir yerdə ən xırda diqqətçəkən bir tərəfi olacak bir şeyin varolmasının mümkün olmadığını bizə termodinamikanın ikinci qanunu dəqiq deyir… Elmi sübutdan söhbət getdiyi müddətdə, kainat bu planet üstündə yavaş-yavaş irəliləyən mərhələlərdən keçərək hədsiz dərəcədə dəyərsiz bir nəticəyə varır; sonda universal ölümə qədər asta-asta sürünür. Bunu məqsəd dəlili olaraq ələ alası olsaq, bu məqsədin mənim xoşuma gəlmədiyini söyləyə bilərəm. Bu baxımdan hər hansı tanrıya inanmaq üçün bir səbəb görmürəm.”

Bu şəkildə məqsəd dəlilinin tanrı varlığını ispatlama işində gücsüz qaldığını söyləsə və bir əsərində “yaşadığımız dünya həqiqətən bir plana uyğun olaraq gerçəkləşirsə, bu planı quranın yanında Neron övliya olardı” şəklində ironik ifadə işlətsə də Russell, kainatın bir dizayndan və dizayndan gələn məqsəddən xali olduğunu – aqnostik yanaşma ilə ahəngli şəkildə – kəskin və kateqorik olaraq rədd etmir.

Bəlkə də Russellin məqsəd dəlili mövzusunda fokuslandığı məsələ və rədd etdiyi nüans, kainatın bir məqsədinin olmasından çox, insanın özünü kainatın son məqsədi olaraq görməsi və özünü kainatın mərkəzinə yerləşdirməsidir. O, Elm və din kitabında, “Adəm övladının güzgüyə baxıb güzgüdəki əksinin universal məqsədin, eralar boyu hey varmaq istədiyi nəticə sanaraq lovğalanması, bir qədər axmaqlıq deyilmi” deyə sualını verdikdən sonra cavabında yazır, “Mən milyon illərin hər şeyə qadir tanrısı olsaydım, insanın özünü bütün cəhdlərimin nəticəsi sayaraq lovğalanmasına dözə bilməzdim.” Və əlavə edir, “Kopernik inqilabı, insanı universal məqsədin tək idealı sayanlara, daha təvazökar olmağı öyrətmədikcə öhdəsinə düşən işi tam yerinə yetirmiş sayılmır.”

Nəticə olaraq qeyd edək ki, göründüyü kimi, Russell, əsərlərində dağınıq şəkildə məqsəd dəlilinə qarşı müxtəlif tənqidi fikirlər yönəltsə də, yekun olaraq, kainatın bir məqsədinin olub-olmadığını və varsa belə bu məqsədin nə olduğu xüsusindakı qeyrikafiliyi etiraf edir. Özünü ümidli bir pessimist adlandıran filosof, aqnostik mövqeyinə uyğun olaraq “doqmatik olaraq, kosmik bir məqsədin olmadığını iddia edə bilmərəm. Fəqət onun lehinə ola biləcək dəlilin kiçicik bir hissəsinin də olmadığını söyləyəcəm” deyir. Və nəzəriyyədə aqnostik mövqeyini qorusa da, praktikada bu dəlili ateizmin lehinə istifadə edir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
a-look-at-the-fascist-agenda-behind-the-great-reset-and-the-wefs-reboot-propaganda
.

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

06 Yanvar 2021

Redaktorun seçimi

Xalq artisti kəraməti

Sebastião Salgado: “Sperma əvəzinə qan gəlirdi”

Avropa və biz

90-ların “korona”sız uşaqlığı

Dixotomiya və Mürəkkəblik

Eldarın milyonçu qohumları

Qarabağ və ədalətsizlik

T of Generation – Baku

Üç narrativ arasında dolaşmış dünya: Böyük Qərbin yeni dini – infantil sosializm

Ölümlə oynayanlar

Transylvania: Built on Grass – Rəna Əfəndi təqdim edir

“Ustad və Marqarita”nın bütün ekranlaşdırma cəhdləri

“Cekin tikdiyi ev” – Lars von Trierin son xuliqanlığı

AzLogos-u “bəyənməmək”

Çörəyi dizində Ermənistan

Elman Rüstəmovun iqtisadi nəzəriyyəsi

İlqar Məmmədovun «arvadları»

Nüvə silahının casus tarixçəsi

Gecənin sonuna səyahət

Maurizio Lazzarato. Qeyri-maddi əmək

Tamaşa var, çörək yoxdu

Nəzarətsiz aqressiya və ya qadın əmtəə kimi

“Bakılılar günü” – olsun, olmasın?

Koqnitiv dissonans

Azərbaycanlıları dəyişdirmək mümkündürmü?

Psycho Meykhana Illustration Series

Qırx üç dərəcə istilik

Müqəddəs Luis gəmisi xilas etmədi

Elina – qisas yox, oyanma məsələsi

Yer üzərində həyatın yaranma səbəbi açıqlanıb

Ümidli pessimist

Gülnar Əhməd Gülnar Əhməd
Sərbəst
04 Yanvar 2021

Ümidli pessimist filosofun, kainatın nizamını, niyyətini, məqsədini tənqidi

Teleoloji arqument yaxud dizayn dəlili, köhnə sözlə nizam və qayə dəlili, əsas olaraq, kainatda olan tam yaxud qismən görünən nizamlılıq, məqsədlilik, lütfikarlıq, gözəllik kimi nümunələri təhlil edir. Təqdimatını, sözü gedən nümunələrdən bol-bol misallar çəkərək edir. İkinci addımda, bunların səbəbi üzərində dayanır. Anologiya (bənzətmə), yaxud təsadüf, təkamül və digər oxşar alternativ ateistik təqdimatların uğursuzluqlarını gösrətir. Və bu dəlillə, yeganə gerçək açıqlayıcı səbəb olaraq tanrının varlığına və nizamlayıcılığına varır.

Bertrand Russell yazılarında, teleoloji arqument olaraq adlandıra biləcəyimiz üç ayrı dəlil növündən söz edir: “əvvəlcədən qurulu nizam dəlili”, “niyyət dəlili” və “məqsəd dəlili”. Əslində bunlar üçü, bir arqumentə tabe alt dəlillərdir. Dəlilləri öz aralarındakı bağlarla qiymətləndirsək, “əvvəlcədən qurulu nizam dəlili”nin (dizayna bağlı dəlil) iddiasını belə də oxuya bilərik: kainatda xaos yox, kosmos hökmrandır; kainat, nizamlı olaraq forma və funksiya sahibdir; o, müəyyən niyyətlərlə müəyyən məqsədlər üçün yaradılıb.

Russell, kainatda qurulu bir nizam olduğuna yəni onun müəyyən bir dizaynla yaradıldığına şübhə ilə yanaşırdı. Kainatdakı nizamın yanında nizamsızlıqlara baxanda onun bir dizayn məhsulu olduğuna inanmaq çox çətindir deyirdi.

Keçək, Russellin yanaşmalarının təfərrüatına.

Dizayna əsaslanan dəlilə görə, bildiyimiz dünyanı araşdıranda, bu dünyadakı təbii proseslərlə və ağıla uyğun şəkildə izah olunmayan bir yığın nizama rast gələrik. Bunlar, uca bir məqsədin əlamətləri olaraq təfsir oluna bilər. Belə bir xülasə, emprik əsaslarla və emprizmin məlum qanunlarına uyğun formada əldə edilən bir arqument olaraq xarakterizə və qəbul edilsə də Russell, onun mətiqi cəhətdən əskik olduğunu söyləyir.

“Əgər bu arqument keçərlidirsə, tanrının dinlərə görə qəbul edilən bəzi keyfiyyətlərinin lazımi olmadığı, yaxud, məcburi olmadığı ortaya çıxır. Məsələn, tanrının “qadir-i mütləq” və “aləm-i mütləq”liyi. Əgər tanrı, dinlərin iddia elədiyi kimi mükəmməldirsə, gərək içində yaşadığımız kainat, daha yaxşı dizayn olunaydı. Amma elə deyil. Russell belə davam edir:

“Milyon illərdir bu dünyanın, hakimi-mütləq, qadiri-hakim tərəfindən, içindəki hər şeyi ilə birlikdə, bütün əskiklikləri ilə ən yaxşı formada yaradıldığına inanıldığını görmək, insanı heyrətə salır. Mən həqiqətən buna heç cür inana bilmirəm. Sizə dünyanı mükəmməlləşdirmək üçün hakimi-mütləq, qadiri-mütləq qüvvəsi verilsəydi, miyonlarla illər ərzində ku-klux-klan və faşistlərdən daha yaxşı bir şey yarada bilməyəcəyinizimi düşünürsünüz?”

Russellın fikrincə, dizayna əsaslanan arqumentin, tanrının varlığını sübut eləmək üçün ən əsas sübutlardan biri olduğu söylənsə də, nə kainatın dizayn məhsulu olduğu, nə də bu dizaynı icra edə bilən tanrının varlığı sübut edilə bilməmişdir.

Bundan başqa, Russell, bu kainatın hansısa dizayndan çıxdığını qəbul eləsək də, bu dizaynın müəyyən niyyətlə həyata keçirildiyini isbat eləməyin mümkün olmadığını iddia edir. Dünyadakı hər şeyin bizim həyatımız üçün təşkil olunduğu və dünyanın mexanizmində ən kiçik bir dəyişikliyin olmasının bizim burada yaşamağımızı mümkünsüz edəcəyi fərziyyəsinə əsaslanan “niyyət” dəlili, Russellə görə elmi məlumatlarla əsla dəstəklənməyən və “asanlıqla gülüş hədəfi ola biləcək bir mühakimə”dir. Buradakı mühakimə, eynilə dovşanların ağ quyruqları ona görə var ki, onlar daha yaxşı ovlana bilsin, yaxud burun ona görə yaradılıb ki, eynək taxmaq mümkün olsun deyə iddia eləmək kimi ciddilikdən uzaqdır deyir Russell.

Ona görə, biz, Darvin sayəsində və Darvindən bəri dünyanın bir niyyət və məqsəd daşımadığını çox yaxşı bilirik. Darvindən bəri canlı varlıqların mühitlərinə nə üçün və necə uyğunlaşdığını anlamışıq. Şərait onlara deyil, onlar özləri şəraitə uyğunlaşaraq inkişaf etmişdir. Bizə dizayn kimi görünən də canlıların bu ətraf mühitə uyğunlaşma qabiliyyətidir.

Russellin yazılarında qarşımıza çıxan və teleoloji arqument çərçivəsində toxuna biləcəyimiz digər dəlil “məqsəd” dəlilidir. Buradakı həm niyyət, həm də məqsəd dəlili daha çox Tennant tərəfindən müdafiə olunan kosmik teologiya deyilən, daha çox biologiya elminin verdiyi bilgilərdən irəli gələn canlı həyat ilə təbii nizam arasında bir ahəng olduğu və bu ahəngin də ancaq hansısa bir niyyət və məqsəd çərçivəsində izah oluna biləcəyini dəstəkləyən mühakimədir. Russellə görə bu mühakimənin də qüvvəsi yoxdur. Russell, mühakiməni belə çürüdür: dindarlara görə insanların bu dərəcədə zəkalı və ərdəmli olmaları ağılasığmazdır. Onlara görə “heç olmasa bizim qədər zəkalı və ərdəmli, bizi meydana gətirmək üçün kosmik mexanizmi hərəkətə gətirmiş biri (ilahi zəka) olmalıdır.” Fəqət, bu mühakimə Russellə onu irəli sürənlər qədər təsir eləmir. Çünki, məqsəd anlayışı kainata yox insana tətbiq oluna biləcək anlayışdır. Yəni qeyri-şüurlu varlıqların yox, ancaq şüurlu varlıqların bir məqsədi ola bilər. Bundan əlavə kainata baxanda buradakı zəka sahibi varlıqların, zəkadan kəm varlıqlardan çox az olduğunu görmək mümkündür. Dolayısıyla, nə kainatı başdan ayağa əhatə edən bir dizayndan, nə də onu idarə edən məqsəddən danışmaq mümkündür. Russell deyir: Kainat genişdir. Eddinqtona inansaq, bəlkə kainatın heç bir yerində insanlar qədər zəkalı varlıqlar yoxdur. Dünyadakı bütün maddələri düşünsəniz, onları zəkalı varlıqların cəmi ilə müqayisə etsəniz, ikinci birincidən çox az olacaq. Buna görə, təsadüf qanunlarının atomları necəgəldi seçərək zəkalı bir orqanizma yaradacağı tamamilə imkansız olsa da, kainatda az da olsa orqanizma olacaqdır. Belə uzun bir prosesin zirvəsi olaraq kifayət qədər əla görünmürük.”

Bundan başqa insanın inkişaf etmiş bir zəkaya və xeyli təməl ərdəmlərə sahib olması nə onun xüsusi olaraq dizayn olunmuş bir varlıq olduğunun göstəricisidir, nə də belə bir vəziyyətdə tanrının varlığına. Əlqərəz, Russellə görə insan “bir tərəfdən baxanda, sahilə vuran dalğaların gətirdiyi qəribə təsadüfdür, düşünə bilərik ki, ondakı ərdəmlərlə şərin xəlitəsi, təsadüfi bir mənbədən gəlib.” Bundan başqa, bu dünyanın nə zamansa yox olacağı fikri özlüyündə “məqsəd” düşüncəsinin mənasını itirir. Russellin ifadəsi ilə “Yerüzü daima yaşanabiləcək bir formada qalmayacaq, insan irqi itib gedəcək… kainatın çökəcəyini, axırda hardasa bir yerdə ən xırda diqqətçəkən bir tərəfi olacak bir şeyin varolmasının mümkün olmadığını bizə termodinamikanın ikinci qanunu dəqiq deyir… Elmi sübutdan söhbət getdiyi müddətdə, kainat bu planet üstündə yavaş-yavaş irəliləyən mərhələlərdən keçərək hədsiz dərəcədə dəyərsiz bir nəticəyə varır; sonda universal ölümə qədər asta-asta sürünür. Bunu məqsəd dəlili olaraq ələ alası olsaq, bu məqsədin mənim xoşuma gəlmədiyini söyləyə bilərəm. Bu baxımdan hər hansı tanrıya inanmaq üçün bir səbəb görmürəm.”

Bu şəkildə məqsəd dəlilinin tanrı varlığını ispatlama işində gücsüz qaldığını söyləsə və bir əsərində “yaşadığımız dünya həqiqətən bir plana uyğun olaraq gerçəkləşirsə, bu planı quranın yanında Neron övliya olardı” şəklində ironik ifadə işlətsə də Russell, kainatın bir dizayndan və dizayndan gələn məqsəddən xali olduğunu – aqnostik yanaşma ilə ahəngli şəkildə – kəskin və kateqorik olaraq rədd etmir.

Bəlkə də Russellin məqsəd dəlili mövzusunda fokuslandığı məsələ və rədd etdiyi nüans, kainatın bir məqsədinin olmasından çox, insanın özünü kainatın son məqsədi olaraq görməsi və özünü kainatın mərkəzinə yerləşdirməsidir. O, Elm və din kitabında, “Adəm övladının güzgüyə baxıb güzgüdəki əksinin universal məqsədin, eralar boyu hey varmaq istədiyi nəticə sanaraq lovğalanması, bir qədər axmaqlıq deyilmi” deyə sualını verdikdən sonra cavabında yazır, “Mən milyon illərin hər şeyə qadir tanrısı olsaydım, insanın özünü bütün cəhdlərimin nəticəsi sayaraq lovğalanmasına dözə bilməzdim.” Və əlavə edir, “Kopernik inqilabı, insanı universal məqsədin tək idealı sayanlara, daha təvazökar olmağı öyrətmədikcə öhdəsinə düşən işi tam yerinə yetirmiş sayılmır.”

Nəticə olaraq qeyd edək ki, göründüyü kimi, Russell, əsərlərində dağınıq şəkildə məqsəd dəlilinə qarşı müxtəlif tənqidi fikirlər yönəltsə də, yekun olaraq, kainatın bir məqsədinin olub-olmadığını və varsa belə bu məqsədin nə olduğu xüsusindakı qeyrikafiliyi etiraf edir. Özünü ümidli bir pessimist adlandıran filosof, aqnostik mövqeyinə uyğun olaraq “doqmatik olaraq, kosmik bir məqsədin olmadığını iddia edə bilmərəm. Fəqət onun lehinə ola biləcək dəlilin kiçicik bir hissəsinin də olmadığını söyləyəcəm” deyir. Və nəzəriyyədə aqnostik mövqeyini qorusa da, praktikada bu dəlili ateizmin lehinə istifadə edir.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
5a689ef82269a21ae871e3c8
.

Qumarbaz yanılqısı

17 Yanvar 2021
thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021
7196877808_0e5d10d0f6_h
.

Gələcəyin müharibələri nəyə bənzəyəcək?

11 Yanvar 2021
a-look-at-the-fascist-agenda-behind-the-great-reset-and-the-wefs-reboot-propaganda
.

“Böyük sıfırlama” nə vaxt baş verəcək?

06 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel