Azlogos
  • Qaydalar
  • Kimlər var

1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik 4bpq10e42793ce16c5n 800c450 Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bahis keyfini doyasıya yaşamak isteyenlerin tercihi Bettilt olmalıdır.

Türkiye’de oyuncuların önemli kısmı düşük miktarlı bahislerle başlar, Bahsegel deneme bonusu düşük limitleri destekler.

Bahis dünyasında gelecek yılın yeniliklerini sunacak olan Bahsegel şimdiden konuşulmaya başlandı.

Bahis platformlarının %72’si artık kripto para desteği sunmaktadır; Bettilt 2025 bu yeniliği güvenli şekilde entegre etmiştir.

Futbol ve basketbol kuponları yapmak için Bettilt kategorisi tercih ediliyor.

2025 yılında yepyeni özellikler sunacak olan bahsegel sabırsızlıkla bekleniyor.

Online platformda hızlı işlem garantisi sunan bahsegel giriş kullanıcılarına zaman kazandırır.

Yüksek kazanç oranlarıyla her zaman dikkat çeken bahsegel türkiye bahis dünyasında liderdir.

Kullanıcılar sisteme hızlı giriş yapmak için paribahis linkini kullanıyor.

Online dünyada daha çok eğlence isteyenler casino kategorisine yöneliyor.

Yatırım yapanlar için özel olarak hazırlanan paribahis güncel giriş kampanyaları büyük ilgi görüyor.

Global casino oyunları pazarının yıllık büyüme oranı %10 olarak hesaplanmıştır; bu, paribahis güncel link’in yatırım yaptığı bir alandır.

Slot makineleri ve rulet heyecanı yaşayan kullanıcılar paribahis giriş sayfasına yöneliyor.

Bahis dünyasında kazancın adresi haline gelen bettilt güvenilirliğiyle öne çıkar.

Global pazarda da kendini kanıtlayan bettilt platformu Türk oyunculara da hitap ediyor.

VIP rulet masaları yüksek bahis yapmak isteyenler için özel olarak hazırlanmıştır, bettilt indir apk bu ayrıcalığı sunar.

Canlı bahislerde yüksek oran ve hızlı işlem avantajı sunan bahsegel giriş güncel, profesyonel bir bahis deneyimi yaşatır.

Kullanıcılarına özel ödül ve geri ödeme programlarıyla Paribahis kazanç sağlar.

Curacao Gaming Authority’ye göre 2024 itibarıyla 2.100’den fazla aktif lisans geçerlidir; bu lisanslardan biri bettilt bonus’e aittir.

Artıq çox gecdir

AzLogos AzLogos
Elm
29 Aprel 2019
Oxuma vaxtı:14 dəqiqəyə oxunur
Global istilesme
Paylaş

BMT-nin mütəxəssisləri belə nəticəyə gəliblər ki, hətta bəşəriyyət təcili ağlını başına yığsa belə, antropogen tullantılar ucbatından Arktikada başlayan qlobal istiləşmə və ağır dəyişikliklərdən qaçmaq mümkün deyil. Lakin nə Rusiya, nə də Qərb ölkələri onsuz da kədərli olan vəziyyəti daha da ağırlaşdırmamaqdan ötrü ciddi səy göstərməyə tələsmir.

Mart ayında BMT, Yer kürəsinin gələcəyi ilə bağlı taleyüklü və kədərli bir hesabat təqdim edib. O, iqlimin qlobal dəyişməsi səbəbilə yaranan  məhvedici nəticələrin qarşısının alınması ilə bağlı bəşəriyyətin bütün ümidlərinin üzərindən xətt çəkir. Mütəxəssislər belə nəticəyə gəliblər ki, hətta 2015-ci il Paris razılaşmasının reallaşdırılmasına dərhal başlanılsa və atmosferə karbondioksid qazının buraxılması kəskin azaldılsa belə (ki, demək olar, mümkün deyil), biz qlobal temperaturun 1,5 dərəcə artmasına mane ola bilməyəcəyik. Üstəlik böyük ehtimalla, bəşəriyyət istiləşmənin 2 dərəcə artması üçün göstərilən bütün səyləri korlayacaq. Artıq yaxın onillikdə insanlar istiləşən dünyada yaşamağa uyğunlaşmalı olacaqlar. Bu vəziyyəti ancaq planet miqyasında ekoloji fəlakət adlandırmaq mümkündü. 

Planetin ən zəif bölgəsi Arktikadı, amma baş verən dəyişikliklər bütün Şimal yarımkürəsinin iqliminə təsir eləyir. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər qış aylarında bu bölgədə temperatur Selsi üzrə 3-5 dərəcə, 2080-ci ilə qədər isə 5-9 dərəcə artacaq və nəticədə qütb regionları böyük miqdarda buzdan məhrum olacaq, bütün yer kürəsində dəniz səviyyəsi yüksələcək. 

Təsəvvür eləyək ki, möcüzə baş verəcək və buxar qazları mənbələrinin hamısı – avtomobillər, zavodlar və istilik elektrik stansiyaları – bir anda karbondioksid buraxmağı dayandıracaq. Bu halda da artıq atmosferə atılmış karbonun gecikmiş təsiri nəticəsində qış temperaturu, 2100-cü ilə qədər XX əsrlə müqayisədə 4-5 dərəcə artacaq. 

Hesabata əsasən, Uzaq Şimalın yerli xalqları – onların 70%-i Rusiyada yaşayır – artıq iqlim dəyişikliklərinin yerli ekosistemə, orda yaşayan heyvan və bitki qruplarına mənfi təsirləri ucbatından yaranan ərzaq böhranının ilk əlamətləri ilə üzləşməyə başlayıblar.

2050-ci ildə əbədi buzlaqların əriməsi dörd milyon insan və Qütb bölgələrində mövcud olan infrastrukturlar üçün təhlükəyə çevriləcək.

1979-cu ildən etibarən Arktikada dəniz buzları 40% azalıb, iqlim modelləri isə göstərir ki, CO2 tullantılarınan hazırkı tempi ilə 2030-cu ilə qədər arktik yay bütünlüklə buzdan məhrum olacaq. Qrenlandiyada buzlaqların və buz qalxanların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə xeyli təsir eləyəcək. Vəziyyət ancaq tullantıların dayandırılması halında bir qədər yaxşılaşa bilər: əbədi buzlaşma bugünkü buzlarla müqayisədə 45% azalacaq. Bu, yavaş hərəkət eləyən nəhəng iqlim bombasıdı, çünki altında 1672 ton karbon gizlənib. Belə ki, müsbət əks ilgək daha böyük istiləşməyə gətirib çıxaracaq. Arktikanın dəniz sakinlərinin həyatı çətinləşəcək. İş ondadı ki, soyuq su, tərkibində böyük miqdarda karbondioksid saxlayır, buzun əriməsi isə onun turşuluğunu artırır. Sənaye inqilabı başlayandan bəri okeanın turşuluğu 30% artıb. Suyun turşuluğu nə qədər çox olursa, arktika mərcanları, dəniz kirpiləri və plankton orqanizmlər çanaqlarının və çaxmaqdaşı skeletlərin formalaşmasına o qədər çox enerji sərf eləyir.

Açıq müzakirələrin hələ də davam eləməsinə baxmayaraq, iqlimi tədqiq eləyən araşdırmaçıların 90%-indən çoxu uzun müddətdi belə nəticəyə gəliblər ki, qlobal istiləşmə realdı və onun əsas səbəbi – insanın fəaliyyətidi. Lakin məmurlar mütəxəssisləri dinləmək istəmirlər, iqlim skeptikləri isə çoxdan təkzib olunmuş, amma hələ də populyar olan arqumentlər gətirməklə daha böyük qarışıqlıq yaradırlar. 

SÜBUT VARMI? 

İqlim dəyişikliklərinin səbəbini müəyyənləşdirmək kifayət qədər çətindi, ancaq çoxsaylı elmi araşdırmalar sayəsində antropogen təsirlə bağlı bir sıra təkzibolunmaz dəlillər əldə edilib. Məlumdu ki, yer altından çıxarılan yanacağın yandırılması hər il atmosferə səkkiz milyard ton karbon (30 milyard ton  karbondioksid qazı) atılması ilə nəticələnir. Bu, hətta bir ildə buxar qazlarının emalında istifadə olunan vulkanik qatqıların maksimal miqdarından, təxminən, 100 dəfə çoxdu. Eyni zamanda karbonun turşulaşdırılması zamanı havada oksigenin konsentrasiyası azalır. Bunu ABŞ-ın Skripps okeanoqrafiya institutundan olan bir tədqiqatçı sübut edib. 

Həmçinin alimlər müəyyənləşdiriblər ki, atmosferdə, məhz, faydalı filizlərin tərkibində olan karbonun konsentrasiyası artır.  İş ondadı ki, karbonun müxtəlif növləri mövcuddu – karbon-12-nin və karbon-13-ün izotopları. Birinci altı, ikinci yeddi neytrona sahibdi. Bitkilərdə C13/C12 nisbəti atmosferdə olduğundan daha aşağıdı və qədim dövrlərdə yeraltı yanacaq, məhz, onların hissələrindən meydana gəlirdi. Bu isə o deməkdi ki, sonuncunun yandırılması zamanı atmosferdə C13/C12 nisbəti azalmalıdı. Alimlər də spektrometrik metodların köməyilə, məhz, bunu üzə çıxarıblar.  

Peyk məlumatları göstərir ki, 1970-ci ildən 1996-cı ilə qədər Yer atmosferinin üst qatları daha az konkret uzunluğa malik (12-17 mikrometr) istilik şüaları dalğası buraxmağa başlayıb, onlar da karbondioksid qazı tərəfindən udulur. 

Hesablamalar göstərir ki, itirilən istilik səthə qayıdır və onu qızdırır. Alimlərin sözlərinə görə, bu məlumatlar iqlim skeptiklərinin, karbondioksid qazı konsentrasiyasının böyüməsi ilə qlobal istiləşmə arasında əlaqəni isbatlayan heç bir sübutun olmaması ilə bağlı arqumentlərini təkzib edir. 

Beləliklə, bu, sübut edir ki, məhz, sənaye karbon tullantıları Yerin atmosferində karbondioksid qazının artmasına gətirib çıxarır və istixana effektini gücləndirir. İstixana effektinin lehinə olan dəllilərdən biri də odur ki, orta gecə temperaturları ildən-ildən gündüz temperaturlarından daha sürətlə artır. Ki, bu da Günəşin təsirini təkzib edir. Bundan əlavə, stratosfer soyuyur, troposfer isə isinir. Qazların istilik genişlənməsi effekti nəticəsində troposferlə stratosfer arasındakı sərhədin (tropopauza) yerdəyişməsi müşahidə olunur – o, daha da yüksəlir. Bu şərtlərdə ionosferin sıxılması da baş verməlidi və bu da təsdiqlənib. 

ASTEROİDDƏN DAHA PİS 

İqlim dəyişiklikləri əvvəllər də baş verirdi, üstəlik sözügedən prosesin əsas təkanverici qüvvəsi karbondioksid qazı idi. Qaz çoxalanda istiləşmə başlayırdı, azalanda isə əksinə. Buz dövrlərinin növbələşməsi, termal maksimumlar və digər paleoiqlim dəyişiklikləri hər zaman ətraf mühitdə dəyişikliklərin baş verməsi, bir çox heyvan növlərinin yoxa çıxması ilə nəticələnib. Problem ondadı ki, indi karbondioksid qazının havaya buraxılma tempi keçmişdə baş verən bir çox təbii proseslərdən qat-qat yüksəkdi. 

İndi müşahidə etdiklərimiz Yer kürəsinin tarixində yalnız bir neçə dəfə baş verib: perm dövrünün sonlarında, trias dövrünün sonlarında və kembri dövrünün ortalarında.  

Bu halların hər birində o qədər güclü, genişmiqyaslı  püskürmələr olurdu ki, onlar yerə düşən asteroidin dağıdıcı nəticələrini kölgədə qoyurdu və nəhəng məhvolmalara gətirib çıxarırdı (canlı varlıqların növlərinin 90% yoxa çıxmasına qədər).

GƏLƏCƏYƏ BAXIŞ

Alimlər, bundan sonra vəziyyətin necə olacağını söyləyə bilməkdən ötrü iqlim modellərindən istifadə eləyirlər. İqlim modelləri atmosfer, okean, yer səthi, buzlaqlar və günəş radiasiyası arasında qarşılıqlı təsirin riyazi təsvirindən ibarətdi. Belə modellər növbəti ilin isti və ya soyuq olacağını xəbər vermir, ancaq ümumiləşdirilmiş tendensiyanı on, yüz illərlə öncədən müəyyənləşdirməyə imkan yaradır. İqlim modellərinin güvənliliyi, onun artıq baş vermiş bir şeyi xəbər verməyi bacarıb-bacarmadığı ilə müəyyənləşdirilir. Əgər modellər keçmişi doğru təkrarlayırsa, onların gələcəklə bağlı yanlış olacağını düşünmək üçün heç bir əsas yoxdu. 

İqlim dəyişiklikləri üzrə hökumətlərarası ekspertlər qrupunun (İDHEQ) hesabatlarına əsasən, atmosferdə karbondioksid qazı konsentrasiyasının antropogen mənşəli artımını nəzərə almayan modellər, hazırda müşahidə olunan proseslərə uyğun gəlmir. 

2014-cü ildə “Nature Climate Change”də nəşr olunmuş məqalədə  alimlərdən ibarət beynəlxalq qrup sübut eləyib ki, on beş illik müddətdə aparılan müşahidələrə, antropogen təsirlə birlikdə hazırkı təbii dəyişkənlik fazasını (məsələn, El-Ninyo) da nəzərə alan modellər daha yaxşı uyğun gəlir. Bu səbəbdən də bəzi proqnozlar temperaturun yüksəlməsini yalnız son bir neçə ildə böyüdürlər, vəssalam. 

Nəzərə almaq lazımdı ki, iqlim sistemi müsbət əks əlaqələr ilgəklərinə malikdi və proqnozlardakı qeyri-müəyyənliklər daha çox gələcək nəticələrin kifayət qədər dəyərləndirilməməsinə meyllənir. Beləliklə də, İDHEQ-in proqnozları reallığı yumşaldır. Məsələn, peyk məlumatları göstərir ki, dəniz səviyyəsi proqnozlarda deyiləndən daha sürətlə yüksəlir. Analoji olaraq, dəniz buzlarının əriməsi prosesi modellərin proqnozlarında göstərilən rəqəmlərdən 40% çoxdu. 

İLK QURBANLAR 

İqlimin dəyişməsi nəticəsində qlobal istiləşmənin ilk real qurbanları və itkilər  meydana çıxıb. Günəş istisi Yer Kürəsinin hava örtüyündə ləngidiyinə görə, atmosferin enerjisi artır. Bu da təbii fəlakətlərin, o cümlədən qasırğaların, quraqlıqların, istilik dalğalarının və daşqınların güclənməsinə səbəb olur. 

Avstraliyalı mütəxəssislər və məmurlar etiraf ediblər ki, mozaikquyruqlu rif siçovulu (Melomys rubicola) iqlim dəyişiklikləri ucbatından nəsli kəsilən ilk canlı növü olub. Güclənən daşqınlar və fırtınanın yaratdığı dalğalar nəticəsində, canlının, Torres  boğazındakı kiçik mərcan rifi Brambl-Keydə yerləşən məskəni su altında qalıb. Sonuncu dəfə bu məməlini 2009-cu ildə görüblər. Planetdə dəniz səviyyəsi orta hesabla 20 santimetr yüksəlib (1901-ci ildən 2010-cu ilə qədər), ancaq 1990-cı illərin ortalarından Torres boğazında bu proses ikiqat intensiv gedir. 

“Valaka” qasırğası zamanı fırtına dalğaları Havay arxipelaqının Şərq adalarını da yer üzündən silib. Bir kilometr uzunluğu və 120 metr eni olan bu quru parçası yox olmaq təhlükəsi ilə üzləşən rahib-suitilərinin və sayı sürətlə azalan yaşıl dəniz tısbağalarının həyatı üçün vacib əhəmiyyət kəsb eləyirdi. 

Qlobal istiləşmənin qurbanları yalnız heyvanlar deyil. 

“Xristian yardımı” ictimai təşkilatının hesabatına əsasən, iqlimin antropogen səbəblərdən dəyişməsi nəticəsində meydana çıxan ekstremal hava şərtləri artıq minlərlə insanın həyatına son qoyub və on milyardlarla dollar iqtisadi zərər vurub. 

ABŞ-ın cənub-şərqi sahillərində başlayan “Florens” qasırğası özüylə birlikdə iqlim dəyişikliyi ucbatından adi leysandan 50% güclü olan leysanlar gətirmişdi. Eyni vaxtda Yaponiyada baş verən daşqın 230 insanın, ardınca gələn “Cebi” fırtınası isə daha 17 insanın həyatına son qoymuşdu. Orta temperaturun yüksəlməsi ucbatından bütün dünyada 30 dəfə daha çox hiss edilən hərarət və quraqlıq müşahidə olunurdu. Məlumatlarda günvurmadan Yaponiyada 60-dan çox, Kanadada 70-ə yaxın, Avropa ölkələrində isə onlarla insanın öldüyü deyilirdi. Üstəlik minlərlə insan halı pisləşdiyinə görə xəstəxanalara yerləşdirilmişdi. 

Stenford universitetinin professoru Noa Diffenbonun (Noah Diffenbaugh) və digər mütəxəssislərin fikrincə, 2018-ci ildə 104 insanın ölümünə səbəb olub, 3,5 milyard dollar zərər vuran  dəhşətli Kaliforniya yanğınları, məhz, əlverişsiz hava şərtləri, o cümlədən temperaturun artması və yağıntı miqdarının azalması nəticəsində baş vermişdi. Sözügedən səbəblərdən bölgə, daha quraq və alovun yayılması üçün daha əlverişli yerə çevrilmişdi. Tədqiqatçılar, təbii fəlakətlərin əsas səbəbkarının qlobal istiləşmə olduğu barədə eyni fikirdədilər.

Və nəhayət, 2015-ci ildə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan bir qrup alimin məqaləsində deyilirdi ki, 2007-2010-cu ildə baş verən quraqlıqlar Suriya müharibəsinin əsas faktorlarından biri olub. Müşahidələr tarixində ən güclü rütubət çatışmazlığı məhsulun məhvinə, fermerlərin kütləvi şəkildə şəhərlərə köçməsinə yol açmışdı. Şəhərlərdə isə İraq qaçqınları ucbatından artıq sosial gərginlik yaşanırdı. Və bu, inqilabi əhval-ruhiyyənin artması və hərbi münaqişəylə nəticələnmişdi. İqlim modellərinə əsasən, quraqlıqla bağlı situasiyanın daha da ağırlaşacağını nəzərə alsaq, bütün dünyada miqrasiyalar daha geniş miqyas alacaq və onsuz da gərgin olan geopolitik vəziyyəti bir az da kəskinləşdirəcək. 

BU, İFLASDI!

2019-cu il martın 15-də bütün dünyada, o cümlədən Rusiyada on minlərlə tələbə, müxtəlif ölkələrdə məmurların qlobal istiləşmə probleminə qarşı laqeyd münasibətinə etiraz etməkdən ötrü küçələrə çıxdılar. Alimlərin artıq otuz ildi iqlimin antropogen dəyişiklikləri barədə xəbərdarlıq etmələrinə baxmayaraq, son illər sənaye tullantılarının səviyyəsi rekord həddə çatıb. Etiraz aksiyalarının iştirakçıları, qətiyyətli mövqeyinə görə Nobel sülh mükafatına namizəd olmuş 16 yaşlı isveçli siyasi fəal Qreta Tunberqdən ilhamlanmışdılar. Gənclər, ölkələrindən tələb edirlər ki, qlobal temperaturun Selsi üzrə 1,5 dərəcə artmasını dayandırmaq üçün ciddi səy göstərsinlər.

Amma heç iqlimşünasları çox insan dinləmir. O cümlədən digər sahələr üzrə alimləri də. 

Məsələn, 2018-ci ildə Rusiya elmlər akademiyası bir sıra səbəblərdən Paris razılaşmasını ratifikasiya etməməyi tövsiyə eləmişdi. Səbəb kimi məsələn, “iqlim dəyişikliklərinin dəyərləndirilməsində əhəmiyyətli qeyri-müəyyənliklər olması, həmçinin dünya və Rusiya elmi cəmiyyətlərinin qlobal istiləşmənin səbəbləri ilə bağlı vahid fikrə sahib olmadıqları” göstərilirdi. 

Və bu, o vaxt baş vermişdi ki, rusiyalı iqlimşünaslar qlobal istiləşməyə, məhz, buxar qazlarının antropogen tullantılarının səbəb olduğunu, iqlim dəyişikliklərinin Rusiyaya zərərdən başqa heç nə verməyəcəyini vurğulayırdılar. Heç kim Sibirdə və Uzaq Şimalda nəhəng sahələri əhatə eləyən əbədi buzlaqların əriməsinə, eləcə də məhsuldar torpaqlarda erroziyanın artmasına mane olmadı. Halbuki ekspert səviyyəsində nə Rusiyada, nə də dünyada heç kim belə bir problemin mövcudluğuna şübhə eləmir. Odur ki, Rusiya Elmlər Akademiyasının bu problemi inkar etməyini ancaq Rusiya elminin  iflası adlandırmaq olar. 

Aleksandr Yenikeyev

Lenta.Ru

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Mesud
.

Miqrenin müalicəsində inqilabi kəşfə imza atan azərbaycanlı alim – Məsud Aşina

AzLogos
07 Sentyabr 2024
Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

AzLogos
07 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

Hacı Hacıyev
17 Avqust 2021
Ca 1214NID Brain Bank online 1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

AzLogos
28 İyun 2021
Getty 177226897 2000133320009280339
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

Niyyət Bayramzadə
15 İyun 2021
SCIENCE IS A COMMUNAL SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

Nicat Əsədullayev
19 May 2021
Bildschirmfoto 2021 04 09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

Vüsal Quliyev
09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör