Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seul dağları

Sahil Qənbərli Sahil Qənbərli
., Dizayn
15 Dekabr 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Bildschirmfoto 2020 12 14 um 14.52.46
Paylaş

Gəlin, diqqətlə düşünək. Memarlıqda komfort vacibdir, yoxsa estetika? Bir məkan sizin zövqünüzü oxşamalıdır, yoxsa sizə rahatlıq verməlidir? Əgər hər ikisinin də vacib olduğunu düşünürsünüzsə, deməli, memarlığın nə işə yaradığını az-çox anlamısınız. Memarlıq insan var olandan bu günə, hətta bu dəqiqəyə qədər inkişafdadır. Bunun qarşısını almaq qeyri-mümkündür (Bəziləri memarlığa insanlıq tarixi kimi baxırlar. Təzadlı yanaşma deyil). Çünkü insanın zövqü və istəkləri dayanmadan, ətraf mühitə uyğun olaraq dəyişir. (Bəlkə də Lefebvrenin dediyi dialektika məhz elə buna görədir).

Bu dəfə sizə Seulda yerləşən böyük bir ərazinin necə həm ticarət mərkəzi, həm dincəlmək üçün unikal məkan ola biləcəyini sərgiləyən konseptual layihə haqqında danışmaq istəyirəm. (Ümumiyyətlə memarlıq haqqında danışmaq da, dinləmək də sıxıcı ola bilir. Çalışacam, buna yol verməyim.)Bildschirmfoto 2020-12-14 um 14.52.46

Layihənin memarları insanların bu parkda həm sosiallaşmaq, həm dincəlmək, həm də böyük sərgilər təşkil edə bilməsi üçün çox həssaslıqla işləyiblər. Adətən, səs “kirliliyi* olan yerlərdə sərgilər elə də uğurlu alınmır. Amma hətta bunu da nəzərə alan memarlar, məkanlar arasında qeyri-adi bağlantılar yarada biliblər. Layihənin geometrik fiqurları Seul dağlarından ilhamlanaraq hazırlanıb. Bu fiqurlar açıq və qapalı məkanları çox ustalıqla bir-birinə bağlayır.

Bildschirmfoto 2020-12-14 um 14.52.50

Modullar həmçinin kafe, su parkı və planter kimi proqramlaşdırılmış məkanların bağlantılarını, giriş-çıxışlarını təmin etmək üçün üç ölçüdə əyilmiş, bəzən də bükülmüşdür. Bu özü maraqlı estetik formalar yarada biləcək üsuldur. Memarlar tez-tez bunlardan istifadə edirlər. Gərək memarlara həm də problem həllçisi kimi baxasınız. Biz ən qeyri-adi hallarda belə qısa, eyni zamanda effektiv həll yollarını tapmaq üçün baş sındırırıq. Sizə deyim ki, çox vaxt da bizdə alınır. Memar olmaq üçün bu, ən vacib xüsusiyyətlərdən biridir.

Bildschirmfoto 2020-12-14 um 14.52.53

Qayıdaq layihəmizə. Göyərtələr 9.00 metr genişliyindədir. Yollar və yaşıl zonalar üçün 3.00 metr zolaqlar həmin genişliyə daxildir. Ana kütlənin (burda bütün obyekt nəzərdə tutulur) şimal yamacındakı göyərtə səviyyəsindəki məkan sadəcə böyük giriş kimi görünsə də, bu məkan eyni zamanda obyektin siluetini unikal şəkildə önümüzə sərir. Eyni zamanda yaşıl zonalar və su elementləri də özünün başlanğıc səviyyəsini burdan götürür. Layihə müəlliflərinin şimal fasada bu qədər önəm verməklərinin əsl səbəbi isə bundan əvvəl danışdığımız fundamental dizayn qanunları ilə əlaqədardır.

Layihə Seul üçün olduqca vacib olan məsələni – yalnış inşalanmanın qarşısını almaq, onları standartlaşdırmaq məsələsinə də həll metodu gətirir. Şəhərin köhnə binalarını, şəhərə uyğun olmayan, şəhər siluetinə yad inşaların problem kimi bir bütün olaraq ələ alınıb, həll edilməsinə böyük şərait yaradır.

Bildschirmfoto 2020-12-14 um 14.52.57Taksonomiyaya diqqət yetirəndə maraqlı məkanlar qabağımıza çıxır. Ən azından Bakıda üzünə həsrət qaldığımız məkanlardan bəhs edirəm. Maraqlıdır, bizim memarlar bunlardan daha vacib nə barədə düşünürlər ki, çox vaxt saldıqları parklar eybəcər alınır? Çətin sualdır.

Diqqət edin, Seulda, demək olar ki, hər şeyi düşünüblər, bir insanın istirahəti, vaxtının səmərəli keçməsi üçün yaradıla biləcək bir çox məkan eyni obyektin peykləri kimi fəaliyyət göstərir. Memarlığı möhtəşəm edən də budur.

Bildschirmfoto 2020-12-14 um 14.53.01

Master plan daxil sərt zəmin planlarını də təqdim edirəm. Mənə elə gəlir ki, layihə memarları burda dizayn qanunlarından kənara çıxa bilməyiblər. Maraqlı üsuldur. Adətən, bir neçə qanunları, prinsipləri çeynəyən memarlar (Məsələn Zaha Hadid) öz stillərini yaratmaqda çətinlik çəkmirlər. Amma görünən odur ki, bu layihənin memarları “palaza bürün, elnən sürün” deyiblər. Başa düşüləndir.

Bildschirmfoto 2020-12-14 um 14.53.04

Bildschirmfoto 2020-12-14 um 14.53.14

Layihə haqqında məlumat

Memarlar: Avoid Obvious Architects

Yer: Seul, Cənubi Koreya

Müştəri: Seul İcra Hakimiyyəti

Memarlıq və Peyzaj memarlığı: Daewook Lee, M. Chan, P. Kung, Vicky Chan

Quruluş: Madsen Consulting Engineering – Erik Madsen, Cristian Vimer

Landşaft Məsləhətçisi: Sookyung Shi

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör