bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi Firudin Allahverdi
., Kültür
13 Avqust 2024
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
Music art
Paylaş

Ötən ilin sonunda ölkəmiz üçün mühüm bir tədbir – Musiqi Forumu keçirildi. Təəssüf ki, bəzi şəxsi səbəblərdən forumda iştirak edə bilməsəm də, musiqi sənayesində müəyyən dərəcədə iştirakıma və özümü bu sənayenin daha da kamilləşməsini arzu edənlərin sırasında hesab etdiyimə görə düşündüm ki, təhsilli, sıravi bir musiqiçi kimi musiqimizin qarşısında duran taleyüklü məsələlərlə bağlı mən də öz görüşlərimi paylaşım.

Güman edirəm ki, Azərbaycan musiqisinin – eləcə də az, ya çox dərəcədə digər incəsənət sahələrinin qarşısında duran əsas vəzifələr kimi mövcud vəziyyətin təftişi və beynəlxalq sənayeyə inteqrasiyanı görsək, hədəfləri daha aydın müəyyən edə bilərik.

Məsələ burasındadır ki, biz mütləq təftiş olunmalı bir irsə – Sovet irsinə malikik. Sovet İttifaqı – yarandığı zamanlardakı modernist keyfiyyətlərini tezliklə itirərək, bəlkə də reaksionist adlandıra biləcəyimiz ənənəvi cəmiyyətə çevrildi. Sonralar effektiv surətdə yenilənmədiyi üçün bu sistem keyfiyyət və mahiyyyət etibarı ilə təxminən 1930-40-cı illər standartlarını sonadək saxladı. Sovet İttifaqı – çoxumuzun da xatırladığı kimi – son dövrlərinə qədər özünü dünyadan təcrid etmiş, qlobal dinamikanı anlamaqda çətinlik çəkən bir sistem idi. O baxışın özünü doğrultmadığını, cəmiyyətin müxtəlif sahələrini keyfiyyət baxımından irəli aparmadığını tarix 30 ildən də artıq müddət əvvəl qətiyyətlə sübut etdi. Biz görünür müxtəlif səbəblərdən – təcrübəsizlik, müharibə, massiv demoqrafik dəyişikliklər və s. ucbatından o irsi təftiş etməyə gecikəsi olduq. Amma bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan nəinki 90 il əvvəlin, nəinki 30 il əvvəlin, heç 5 il əvvəlin də Azərbaycanı deyil. Bu gün əgər biz gələcəyin Azərbaycanının incəsənət strategiyasını, o cümlədən musiqi strategiyasını qurmaq istəyiriksə, yaxşı olardı ki, hələ də sahib olduğumuz Sovet irsinin təftişindən başlayaq; arzu olunardı ki, bu, musiqi təhsilindən təltifləndirmələrə, incəsənət – dövlət münasibətlərindən müəllif hüquqlarına və sairədək geniş bir diapazonda həyata keçirilsin.

Bu sahələrdən bəzilərinə qısaca nəzər yetirsək görərik ki, məsələn Musiqi təhsili hələ də özündə kolonial keçmişin izlərini saxlamaqdadır. Bu, özünü musiqi tarixi, musiqi terminologiyası və digər aspektlərdə göstərir. Misal üçün, musiqi tarixinin tədrisi zamanı tarixi kontekstə demək olar ki, önəm verilmir. Məsələ burasındadır ki, yüksək incəsənətin əsrlər boyu ya kilsənin, ya aristokratiyanın, sonralar isə həm də burjuaziyanın patronajlığında yarandığını etiraf eləmək kommunist təbliğatına uyğun gəlmirdi. İndi isə bu kontekstin yaddan çıxarılması 21-ci əsrin azərbaycanlı tələbəsinə musiqi tarixini daha aydın dərk etməkdə maneçilik törədə bilər.

Eləcə də bəzi Avropa musiqi alətlərinin adlarını hazırda ya təhrif olunmuş şəkildə (məs.,qoboy – heç olmasa hoboy deyə yazsaq daha doğru olduğunu düşünürəm), ya da üçüncü dilin vasitəsilə (məs.,skripka – daha orijinal, ya da daha beynəlxalq violinlə əvəz etmək olar: necə ki, bəzi yerli musiqiçilər artıq çoxdan təcrübə edir) istifadə etməyə davam edirik.

XX və XXI əsr boyu musiqi (eləcə də bütövlükdə incəsənət) tarixi və tənqidi ilə bağlı yazılmış müəyyən sayda kitab var ki, bunların bəziləri nə Sovet zamanı rus dilinə, nə də müstəqillik dövründə azərbaycan dilinə tərcümə olunmayıb. İncəsənət sahələrinə qədəm qoyacaq gənclərin mütləq oxumalı olduğu bu kult kitablar, təbii olaraq bugünkü beynəlxalq incəsənət cameəsinin leksikonunu təyin edir. Onları, həmçinin bu mövzuda digər audiovizual vəsaitləri (sənədli filmlər və s.) tərcümə edə bilsək gənc kadrlarımızın dünya ilə dialoqa hazırlığı daha keyfiyyətli olar.

Ümumiyyətlə, musiqi təhsil sistemimizi bütövlükdə bu günkü beynəlxalq reallıqlar süzgəcində təftiş edə bilsək, uzun müddətli strategiya qurmağa kömək etmiş olardı. Həm yerli, həm də dünya musiqi sənayesinin ehtiyaclarını öyrənib, musiqi təhsilimizi o ehtiyacları keyfiyyətli şəkildə ödəyəcək kadrlar yetişdirən hala gətirə bilsək, bunun uzunmüddətli töhfələr verəcəyini gözləyə bilərik.

Fəxri adlar, dövlət mükafatlandırmaları üçün kriteriyalar da dövrə uyğunlaşdırılsa, daha effektiv ola bilər. Kriteriyalar kimi həm yüksək beynəlxalq incəsənət platformalarında uğurlu çıxışlar, həm də kommersiya uğurlarını  nəzərdən keçirmək mümkündür. Xatırlatmaq yerinə düşər ki, 1960-cı illərdə Beatles qrupu Britaniya kraliçası tərəfindən dövlət mükafatları ilə təltif ediləndə, onların Britaniya xəzinəsinə qazandırdığı valyuta da nəzərə alınmışdı. (Bu günün özündə belə Beatles biznesi tək Liverpool şəhərinə ildə 80 milyon funt sterlinqdən çox gəlir gətirir.) Bəlkə biz də o prinsipi götürək? Tutaq ki, pop janrı sənətçilərini dövlət büdcəsinə verdiyi töhfəyə görə mükafatlandıraq?..

Beynəlxalq musiqi sənayesinə inteqrasiyanı keyfiyyətli şəkildə qurmağın yolu da, böyük ehtimalla, elə məhz keçmiş irsin təftiş olunmasından keçir. Unutmayaq ki, Sovet İttifaqı dağılanda yerli və beynəlxalq musiqi sənayesinin bir-birilə əlaqəsi, bir-birinə uyğun olmayan elektrik başlığı və yuvasını xatırladırdı: tərəflər bir-birini anlamır, arada kontakt baş vermirdi. Müstəqillik dövründə post-sovet ölkələrinin bəziləri ildırım sürəti ilə, bəziləri gecikmə ilə olsa da hər halda kifayət edəcək addımlarla bu kontaktları qurmağa başladı. Təəssüf ki, bizim ölkəmizin bu yarışdakı sürətini (həm də əvvəldə saydığım tarixi-siyasi səbəblərə görə) heç də kafi saymaq olmaz.

Halbuki Azərbaycan öz yeraltı sərvətlərini dünya bazarına uğurla çıxara bildiyi kimi, eyni uğurla qeyri-maddi sərvətlərini də beynəlxalq platformalara çıxara bilər. Bunun üçün yəqin ki, aşağı-yuxarı eyni prinsipləri sınamaq lazım gələcək: kompetent xarici mütəxəssislərin (prodüserlər, pedaqoqlar və s.) dəvəti, onların musiqi sənayemizin hazırkı vəziyyəti ilə tanış edilməsi, müzakirələr aparmaq və nəhayət qeyri-maddi sərvətimizi beynəlxalq platformalara daşıyacaq “kəmərləri” çəkmək. Bütün bunlar savadlı və keyfiyyətli şəkildə edilsə, ölkəyə xaricdən mütəmadi olaraq (demək olar ki, gündəlik qaydada) valyuta gələr, bundan həm musiqiçilər, həm də dövlət büdcəsi fayda görər. Onu da qeyd etmək yerinə düşər ki, maddi sərvətdən fərqli olaraq qeyri-maddi sərvət bitmir; infrastruktur düzgün qurulsa və zaman-zaman yenilənsə, daim işlək bir mexanizmə çevrilir.

(“Musiqi eksportu”nun bəzi sadə prinsiplərini indidən də müəyyən etmək mümkündür; məsələn, aydındır ki, biz beynəlxalq platformalarda sözlü musiqi janrlarında ingilis, ispan, ya da ərəb dilli məhsullarla rəqabətə girə bilməyəcəyik, deməli, yaxşı olar investisiyanı zatən kifayət qədər potensiala malik olduğumuz instrumental janrlara – jazz, ethno, techno və digərlərinə qoyaq.)

Yeri gəlmişkən, prodüserlik, menecerlik, müəllif hüquqlarının fərqli aspektləri və digər anlayışlar təəssüf ki, hələ də Azərbaycan musiqi sənayesində aparıcı rolları oynamır. Halbuki prodüserlik, adından göründüyü kimi “istehsalçı” deməkdir – musiqi əsərinə bir məhsul kimi baxan dünyagörüşünün və nizamın yaratdığı anlayışdır. Bu ixtisasların və nizamın ölkəmizdə oturuşmasına çalışsaq, qarşılığında davamlı açılacaq yeni iş yerləri əldə edəcəyimiz də şübhəsizdir.

Təcrübə göstərir ki, ictimai və geniş problemlərin nəinki həlli yolları, hətta onların düzgün diaqnozu belə sistematik baxış tələb edir. Arzu olunardı ki, incəsənət sahəsində problemlərin həm təftişinin həyata keçirilməsi, həm də proqramlı həll təkliflərinin hazırlanmasına məşğul olan, incəsənət araşdırmaları mərkəzi formatında bir qurum yaradılsın. Bu mərkəzdə beynəlxalq mütəxəssislərin də iştirak etdiyi komissiyalar formalaşdırılsın və bu komissiyalar həm mövcud vəziyyəti professionalca təftiş etsin, həm də həll yolları ilə bağlı proqram şəklində təkliflər versin. İdealda bu işi bəlkə mövcud elmi qurumlar etməliydi: amma Sovet qurumları müasir dünyada effektiv çalışsaydı, yəqin ki, indi əhaliyə keyfiyyətli xidmət göstərən innovativ sosial qurumların yaradılmasına ehtiyac olmazdı. Bu cür innovativ həll nəticəsində əldə olunan uğurlar bundan sonrakı seçimlərimiz zamanı da hansı prinsipi götürməyimizə aydın işarə etməlidi.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör