Azlogos
  • Qaydalar
  • Kimlər var

Azərbaycanın sovetləşməsində Türkiyənin rolu Məhv olmuş xalq: “Bakinets” “Afina Məktəbi” - Raffaello Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992)
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Liberalizmin atası” olmayan “veselçak”ın ardından

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
29 Noyabr 2020

Xalq Cəbhəsinin yaradıcılarından biri – Hikmət Hacızadənin vəfatından sonra sosial şəbəkələrdə gözə dəyən fikirlərdən biri onun “liberalizmin atası” kimi dəyərləndirilməsi və yaxın tariximizdə rolunun reallıqda olduğundan artıq böyüdülməsi oldu. Məsələ, təkcə Hacızadə deyil. Ürəyi geniş, duyğusal insanlarımız adətən həyatdan gedən kəsin mahiyyətini olduğundan artıq böyütməyə, onu xüsusən, poetik minor notlarda tərənnümə aludə olduğundan reallıqdan uzaqlaşır.

Hacızadənin vəfatı xəbərini eşidəndə onunla sonuncu görüşümüzü xatırladım. Görüş bir neçə il əvvələ təsadüf edir. Hacızadə ölkəmizdə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən 2002, 2009, 2016-cı il referendumlarının məqsədindən, nəticələrindən bəhs edən “Seçim” adlı film üçün, rejissor Əli İsa Cabbarovla seçdiyimiz üç qəhrəmandan biri idi. Onun iştirakı filmin süjetini dinamikləşdirdi, yüngül ovqata saldı, hərçənd, qəhrəmanımız mövzudan çox başqa mətləblər haqda danışdı, gitara çaldı, məzəli-duzlu söhbətlər elədi. Özünəməxsus tərzdə ifadə etdiyi söyüşlərin bəzisi emosional tonu saxlamaqdan ötrü filmə salındı, bəzisinin isə orada yer almasını məqbul saymadıq.

Qısası, Hacızadənin siyasi, diplomatik kimliyindən çox (vaxtilə səfir olduğunu nəzərə alaraq), bir dostumun təbiri ilə desəm, “veselçak” obrazı vardı. “Veselçak” obrazına azad düşüncə ilə etik davranış arasında ara-sıra sərhədi itirməyini, buna görə mübahisələrin mərkəzinə gəlməsini də əlavə etsək, onun portreti, düşünürəm, tamamlanmış olacaq.

Yəni bəzilərinin sosial şəbəkələrdə şişirtdiyi kimi Hacızadə “liberalizmin atası” deyildi. “Liberal dəyərlərin daşıyıcısı” olmaqla “liberalizmin atası” olmaq arasında fərq, güman edirəm ki, hər kəsə məlumdur.

Hacızadənin əlbəttə ki, cəmiyyətimiz üçün faydalı sayılacaq müəyyən işləri vardı, bəzi mühüm kitabların nəşrində rolu olmuşdu. Misalçün, “Demokratiya haqqında 150 000 işarə” kitabı antik Yunanıstandan tutmuş Amerikayadək müxtəlif müəlliflərin nəzəriyyələrini, proqramlarını bölüşür və izah edir. Bundan başqa o, “Demokratiya: Gediləsi uzun bir yol” antologiyasını hazırlayıb.

Yəni hər iki kitab tərcümələrə söykənən, insan haqlarının, demokratiyanın fərqli təcrübələri barədə maarifləndirən ədəbiyyat idi. Lakin Hacızadənin “liberalizmin atası” adlanan Con Lokk qədər çəkili, samballı fəaliyyəti, siyasi fikrə əhəmiyyətli təsir göstərəcək ideyaları, konsepsiyaları, nəzəriyyəsi olmayıb axı. Əslində, bu, Hacızadənin yox, cəmiyyətimizin faciəsidir ki, onun kimi intellektual, böyük siyasi təcrübəyə malik şəxs cəmiyyətdə fikir formalaşdıracaq gücə, çəkiyə sahib deyildi. Və ya başqa cür desəm, Hacızadə böyük mənada fikir adamı deyildi.

“Seçim” filmində Hacızadəyə ünvanlanan suallardan bir neçəsi Xalq Cəbhəsinin hakimiyyət dövrü ilə bağlıydı. Cəbhə hakimiyyətinin uğursuzluqla bitməsinin səbəbləri nə idi: dövrə adekvat sərt siyasətin olmaması, başqa məzmunlu siyasi xəttin yürüdülməməsi? Özünü qoruya bilməyən hakimiyyət ölkəni qoruya bilərmi?

Hacızadə sualları Cəbhə hakimiyyətinə ünvanlanmış qərəz kimi qəbul edərək, aqressiv reaksiya verdi və bu suallara demək olar ki, cavab vermədi. Mənə elə gəlir ki, klassik müxalifət liderlərinin xalqla münasibətinin qırılma nöqtələrindən birini burada axtarmaq lazımdır. Yəni öz ünvanlarına tənqidi qəbul edə biməmək, səhvlərini etiraf etməmək, hakimiyyətdə və bir-birinin arasında davamlı günahkar axtarmaq, illər boyu tipik fəaliyyət və ritorikadan kənara çıxa bilməmək, funksional fəalyyət məqsədilə alternativ axtarmamaq və s..

Bir dəfə keçmiş daxli işlər naziri İsgəndər Həmidovdan soruşdum ki, siz torpaqların işğalında özünüzü günahkar bilirsinizmi? Əslində, daha çox mənəvi məsuliyyəti nəzərdə tuturdum. Təəccübləndi ki, niyə özümü günahkar bilməliyəm. Halbuki, onun nazir olduğu dönəmdə Kəlbəcər işğal olunmuşdu.

Üstəlik, nə Hacızadənin, nə hakimiyyətdə olmuş digər cəbhəçilərin ən azı 1992-93-cü illlər dövrünü, siyasi fəaliyyətlərini, səhvlərini və ya elə 2003-ci il hadisələrini tədqiq edən bir araşdırması, analitik kitabı yoxdur. Səhv etmirəmsə, yalnız Pənah Hüseyn “Cinayətimiz məğlubiyyətimzdir” məqalələr toplusunda buna cəhd göstərmişdi.

…Hər halda, yazımı əsasında demokratik münasibətin dayandığı, Hacızadınin iştirakçısı olduğu və özümün şahidi olduğum işıqlı epizodla bitrmək istəyirəm. 1990-cı illərin sonu. Elçibəy bir qrup adamla Müsavat partiyasının qərargahına gəlir. Birinci mərtəbəni qalxanda yuxarıdan Hacızadə əlində bulka pilləkənləri atıla-atıla düşür. Elçibəyin yanından keçəndə ona gözucu baxıb az qala mızıldanaraq salamlaşır. Yoluna davam etmək istəyəndə Elçibəy onu saxlayır. Yeri gəlmişkən, Elçibəyi reallıqda iki dəfə görmüşəm. Hər ikisində də, o, mənim yadımda mütəvazi, eleqant, alicənab adam kimi qalıb. Elçibəy Hacızadəni saxlayıb, ondan dərin sayğıyla hal-əhval tutdu. Daha nəsə demək istəyirdi ki, Hacızadə ona dilucu, etinasız cavab verib pilləkənləri yenə atıla-atıla düşməyə başladı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

171517184-kapakic2
.

Azərbaycanın sovetləşməsində Türkiyənin rolu

06 May 2023
Бакинцы40-49-Ноябрьская-демонстрация-в-1948-году
.

Məhv olmuş xalq: “Bakinets”

29 Mart 2023
raffael-die-schule-von-athen-100_1280x720
.

“Afina Məktəbi” – Raffaello

28 Mart 2023
IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023

Redaktorun seçimi

Alim Gəncəli haqqında

Radiasiya – çoxlarını qorxuya salan söz (info-animasiya)

Koronavirus necə öldürür?

Dumanda azmış kirpi

Svetlana Aleksiyeviç: “Faşizm – bayağı operetta, kommunizm – qorxunc təhlükədir”

Təbii olmamağın fəsadları haqqında

İşlətdiyimiz sözlərin anlamı

Azərbaycan-Ermənistan münaqişəsi: Qazax cəbhəsi

Salman Qəmbərov Morgenland Festivalında

Teymurun duzlu-istiotlu ölkəsi

33 yaşlı amerikalı Antarktidanı təkbaşına qət edib

Azərbaycanda kitab oxunurmu?

H. Z. Tağıyevin “qələm qoçuları”

Moskvada Fərəc Qarayevin müəllif konserti

Düşünməyin ağrıları

Füzuli və Cəbrayılın işğalı (1993)

Vegetarianlığı bəşəriyyət üçün “məhvedici” adlandırdılar

Empatiya. Necə yaranır və nə üçün lazımdır?

Seks və dölləndirmə – bitməyən macəramız

Qoşulaq, qoşulmayaq?

Xəzərin “Həyat yolu” və yüzillik sinemateka

Satanizm və sairə

Uşaqlıq zədəsi haqqında

Mənalı və mənasız söhbətlər

Qara dəlik

Əl Cahizin “Təkamül” ideyeası

Azərbaycanlılar niyə memuar yazmır?

1917

Dağlıq Qarabağın sərhədləri necə cızılırdı?

Super süni zəka nəyimizə lazımdır?

“Liberalizmin atası” olmayan “veselçak”ın ardından

Sevda Sultanova Sevda Sultanova
., Mövqe
29 Noyabr 2020

Xalq Cəbhəsinin yaradıcılarından biri – Hikmət Hacızadənin vəfatından sonra sosial şəbəkələrdə gözə dəyən fikirlərdən biri onun “liberalizmin atası” kimi dəyərləndirilməsi və yaxın tariximizdə rolunun reallıqda olduğundan artıq böyüdülməsi oldu. Məsələ, təkcə Hacızadə deyil. Ürəyi geniş, duyğusal insanlarımız adətən həyatdan gedən kəsin mahiyyətini olduğundan artıq böyütməyə, onu xüsusən, poetik minor notlarda tərənnümə aludə olduğundan reallıqdan uzaqlaşır.

Hacızadənin vəfatı xəbərini eşidəndə onunla sonuncu görüşümüzü xatırladım. Görüş bir neçə il əvvələ təsadüf edir. Hacızadə ölkəmizdə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən 2002, 2009, 2016-cı il referendumlarının məqsədindən, nəticələrindən bəhs edən “Seçim” adlı film üçün, rejissor Əli İsa Cabbarovla seçdiyimiz üç qəhrəmandan biri idi. Onun iştirakı filmin süjetini dinamikləşdirdi, yüngül ovqata saldı, hərçənd, qəhrəmanımız mövzudan çox başqa mətləblər haqda danışdı, gitara çaldı, məzəli-duzlu söhbətlər elədi. Özünəməxsus tərzdə ifadə etdiyi söyüşlərin bəzisi emosional tonu saxlamaqdan ötrü filmə salındı, bəzisinin isə orada yer almasını məqbul saymadıq.

Qısası, Hacızadənin siyasi, diplomatik kimliyindən çox (vaxtilə səfir olduğunu nəzərə alaraq), bir dostumun təbiri ilə desəm, “veselçak” obrazı vardı. “Veselçak” obrazına azad düşüncə ilə etik davranış arasında ara-sıra sərhədi itirməyini, buna görə mübahisələrin mərkəzinə gəlməsini də əlavə etsək, onun portreti, düşünürəm, tamamlanmış olacaq.

Yəni bəzilərinin sosial şəbəkələrdə şişirtdiyi kimi Hacızadə “liberalizmin atası” deyildi. “Liberal dəyərlərin daşıyıcısı” olmaqla “liberalizmin atası” olmaq arasında fərq, güman edirəm ki, hər kəsə məlumdur.

Hacızadənin əlbəttə ki, cəmiyyətimiz üçün faydalı sayılacaq müəyyən işləri vardı, bəzi mühüm kitabların nəşrində rolu olmuşdu. Misalçün, “Demokratiya haqqında 150 000 işarə” kitabı antik Yunanıstandan tutmuş Amerikayadək müxtəlif müəlliflərin nəzəriyyələrini, proqramlarını bölüşür və izah edir. Bundan başqa o, “Demokratiya: Gediləsi uzun bir yol” antologiyasını hazırlayıb.

Yəni hər iki kitab tərcümələrə söykənən, insan haqlarının, demokratiyanın fərqli təcrübələri barədə maarifləndirən ədəbiyyat idi. Lakin Hacızadənin “liberalizmin atası” adlanan Con Lokk qədər çəkili, samballı fəaliyyəti, siyasi fikrə əhəmiyyətli təsir göstərəcək ideyaları, konsepsiyaları, nəzəriyyəsi olmayıb axı. Əslində, bu, Hacızadənin yox, cəmiyyətimizin faciəsidir ki, onun kimi intellektual, böyük siyasi təcrübəyə malik şəxs cəmiyyətdə fikir formalaşdıracaq gücə, çəkiyə sahib deyildi. Və ya başqa cür desəm, Hacızadə böyük mənada fikir adamı deyildi.

“Seçim” filmində Hacızadəyə ünvanlanan suallardan bir neçəsi Xalq Cəbhəsinin hakimiyyət dövrü ilə bağlıydı. Cəbhə hakimiyyətinin uğursuzluqla bitməsinin səbəbləri nə idi: dövrə adekvat sərt siyasətin olmaması, başqa məzmunlu siyasi xəttin yürüdülməməsi? Özünü qoruya bilməyən hakimiyyət ölkəni qoruya bilərmi?

Hacızadə sualları Cəbhə hakimiyyətinə ünvanlanmış qərəz kimi qəbul edərək, aqressiv reaksiya verdi və bu suallara demək olar ki, cavab vermədi. Mənə elə gəlir ki, klassik müxalifət liderlərinin xalqla münasibətinin qırılma nöqtələrindən birini burada axtarmaq lazımdır. Yəni öz ünvanlarına tənqidi qəbul edə biməmək, səhvlərini etiraf etməmək, hakimiyyətdə və bir-birinin arasında davamlı günahkar axtarmaq, illər boyu tipik fəaliyyət və ritorikadan kənara çıxa bilməmək, funksional fəalyyət məqsədilə alternativ axtarmamaq və s..

Bir dəfə keçmiş daxli işlər naziri İsgəndər Həmidovdan soruşdum ki, siz torpaqların işğalında özünüzü günahkar bilirsinizmi? Əslində, daha çox mənəvi məsuliyyəti nəzərdə tuturdum. Təəccübləndi ki, niyə özümü günahkar bilməliyəm. Halbuki, onun nazir olduğu dönəmdə Kəlbəcər işğal olunmuşdu.

Üstəlik, nə Hacızadənin, nə hakimiyyətdə olmuş digər cəbhəçilərin ən azı 1992-93-cü illlər dövrünü, siyasi fəaliyyətlərini, səhvlərini və ya elə 2003-ci il hadisələrini tədqiq edən bir araşdırması, analitik kitabı yoxdur. Səhv etmirəmsə, yalnız Pənah Hüseyn “Cinayətimiz məğlubiyyətimzdir” məqalələr toplusunda buna cəhd göstərmişdi.

…Hər halda, yazımı əsasında demokratik münasibətin dayandığı, Hacızadınin iştirakçısı olduğu və özümün şahidi olduğum işıqlı epizodla bitrmək istəyirəm. 1990-cı illərin sonu. Elçibəy bir qrup adamla Müsavat partiyasının qərargahına gəlir. Birinci mərtəbəni qalxanda yuxarıdan Hacızadə əlində bulka pilləkənləri atıla-atıla düşür. Elçibəyin yanından keçəndə ona gözucu baxıb az qala mızıldanaraq salamlaşır. Yoluna davam etmək istəyəndə Elçibəy onu saxlayır. Yeri gəlmişkən, Elçibəyi reallıqda iki dəfə görmüşəm. Hər ikisində də, o, mənim yadımda mütəvazi, eleqant, alicənab adam kimi qalıb. Elçibəy Hacızadəni saxlayıb, ondan dərin sayğıyla hal-əhval tutdu. Daha nəsə demək istəyirdi ki, Hacızadə ona dilucu, etinasız cavab verib pilləkənləri yenə atıla-atıla düşməyə başladı.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

171517184-kapakic2
.

Azərbaycanın sovetləşməsində Türkiyənin rolu

06 May 2023
Бакинцы40-49-Ноябрьская-демонстрация-в-1948-году
.

Məhv olmuş xalq: “Bakinets”

29 Mart 2023
raffael-die-schule-von-athen-100_1280x720
.

“Afina Məktəbi” – Raffaello

28 Mart 2023
IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel