Azlogos
  • Qaydalar
  • Kimlər var

Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində Şeytan ayələri
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“İtirilmiş zaman” haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
25 Avqust 2021

Əgər sevgi ölübsə, deməli əvvəldən olmayıb.

Atalar məsəli

Yazıçılar əsər yazarkən əksər hallarda belə bir səhvə yol verirlər: yazıçılar yazdıqları səhnələri, hadisələri, yaratdıqları obrazları gözlərinin qarşısında canlandırıb, səhnələri, hadisələri, obrazları aydın şəkildə görürlər və elə zənn edirlər ki, oxucu da bu hadisələri, səhnələri, obrazları onun kimi gözlərinin qarşısında canlandırıb, aydın şəkildə görəcək.

Yazıçılar əsər yazarkən işlədikləri mövzunun təsiri ilə müəyyən ovqata, ruh halına girirlər və elə zənn edirlər ki, onun bu ovqatı, ruh halı da tam şəkildə oxucuya ötürüləcək. Oxucu əsəri oxuduğu zaman onun kimi eyni ovqata köklənəcək, eyni ruh halına girəcək. Yazıçı mövzunu beynində bişirdiyinə, səhnələri, hadisələri aydın təsəvvür etdiyinə görə səhnələri, hadisələri geniş yazmağa, müxtəlif təsvirlərlə əsərdə geniş fon yaratmağa bir növ ehtiyac görmür. Yazıçı əsər yazarkən yaranan ruh halına, ovqatına, hadisələri, səhnələri başında geniş təsəvvür etməsinə aldanaraq təsvirlərdə genişliyə o qədər də ehtiyac olmadığını düşünür. Nəticədə hadisələrin, səhnələrin, obrazların təsviri natamam alınır. Yazıçının ovqatı, ruh halı oxucuya ötürülmür. Oxucu, yazıçının aydın təsəvvür etdiyi səhnələri, hadisələri, əsəri oxuyarkən onun kimi tam, geniş görə bilmir.

Bu problemin bir əks tərəfi də var. Yazıçı ovqatını, ruh halını, əsərdə nə demək istədiyini oxucuya tam ötürə bilməyəcəyindən çox qorxur. Qorxur ki, oxucu onun aydın şəkildə gördüyü hadisələri, səhnələri təsəvvür etməkdə çətinlik çəkəcək. Bu qorxunun nəticəsində yazıçı əsərdə ucundan tutub, ucuzluğa gedir. Artıq, lazımsız şeylər yazır. Necə deyərlər, əsərdə at izi, it izinə qarışır.

Bəs nə etməli? Əlbəttə ki, qızıl ortanı tapmaq, hadisələri, səhnələri təsvir edərkən ölçü hissini itirməmək lazımdır. Qızıl ortanı tapmaq, ölçü hissini itirməmək isə konkret olaraq yazıçıdan heç olmasa orta səviyyədə peşəkarlıq tələb edir.

“Qanun” nəşriyyatında nəşr olunmuş “İtirilmiş zaman” kitabının arxa qapağında yazılıb:

ITIRILMISH_ZAMAN“Roman gənc bir qızın sevgilisinin Qarabağ müharibəsində şəhid olması və buna görə ailə qurmaqdan imtina etməsi fonunda müharibənin insan talelərində yaratdığı faciələri oxuculara çatdırır. 90-cı illərin ab-havasını oxucuya çatdıran müəllif əsl sevginin, sədaqətin hələ də mövcud olduğunu gənc nəsilə çatdırmaq istəyir”.

Problem ondadır ki, müəllif 90-cı illərin ab-havasını oxucuya lazımı qədər çatdıra bilməyib. Yuxarıda qeyd etdiyim səhvə yol verib. Yazdığı hadisələri, səhnələri gözləri qarşısında aydın təsəvvür edib və elə düşünüb ki, oxucu da onun kimi hadisələri, səhnələri aydın təsəvvür edəcək. 90-cı illəri, Qarabağ müharibəsini görmüş adamlar müəllifin əsərdə nə demək istədiyini başa düşəcəklər, onun ağrılarını hiss edəcəklər, amma o hadisələrin, o illərin canlı şahidi olmayan, tutaq ki, iyirmi yaşlı X. adlı bir adam, bir oxucu, kitabı oxuyarkən müəllifin nə demək istədiyini başa düşməkdə, onun ağrılarını hiss etməkdə çətinlik çəkəcək. Fikirimcə, müəllif əsərdə 90-cı illərin ab-havasını yaratmağa xüsusi diqqət ayırmalı idi. Belə olduğu halda süjetin effekti daha da arta bilərdi. Süjetə, hadisəyə, əhvalata ictimai-siyasi-mədəni məzmunlu təsvirlər əlavə edildikdə, dövrün ab-havasını yaratmağa xüsusi diqqət ayırdıqda, bizim şəxsi tarixçəmizin, əhvalatımızın (olsun lap hansısa uydurulmuş sevgi əhvalatının) əhəmiyyəti də avtomatik olaraq artır…

“İtirilmiş zaman” əsərinin qəhramanı Səadət adlı, atasız böyüyən bir qızdır. Səadət 1992–ci ildə Bakı Dövlət Üniversitetinə daxil olur. Yəqin ki, test üsulu ilə imtahanlar keçirilməsəydi bu atasız, kasıb qız universitetə girə bilməyəcəkdi. Bunu müəllif əsərin əvvəlində qeyd edir:

“Məktəbli vaxtlarımda universitet tələbəsi olmaq mənim üçün xəyaldan başqa bir şey deyildi. Kimlərin tanışı və maddi imkanı var idisə, onların tələbə biletləri cibində idi. Düzdür, fəhlə və kəndli övladları da ali məktəblərə qəbul olurdu, amma çox təsadüfi hallarda. Arzularımı qəlbimdə dəfn etməyə hazırlaşan məqamda, mənim kimi gənclərin üzünə ali məktəb qapıları açıldı. 1992-cı ilin qəbul imtahanının ilk dəfə test üsuli ilə obyektiv keçirilməsinə qərar verildi. Mənim kimi ürəyi təhsil almaq arzusu ilə aşıb-daşan neçə-neçə gənc arzularına qovuşdular. Mən də orta məktəbdən xəyalını qurduğum BDU-nun tələbəsi adını qazandım”.  

90-ci illər və BDU. Müharibə, kasıbçılıq, ard-arda məğlubiyyətlər, kütləvi depressiya, xaos, qeyri-müəyyənlik, gələcəyə inamsızlıq… Adam heç xatırlamaq istəmir o illəri, amma xatırlamalıyıq, xatırlamağa məcburuq, işimiz budur. Xoşumuza gəlsə də, gəlməsə də bu, bizim həyatımızdı. Deməyim odur ki, müəllif o dövrün tələbəlik illərini, universitetdəki ab-havanı bacardığı qədər geniş təsvir etməli idi.

İndi isə əsərdə gördüyüm ikinci əsas qüsur haqqında qısaca danışmaq istəyirəm. Müəllif əsərdə lazımsız yerə sevgi, ölüm, xəstəliklər, xoşbəxtlik, bədbəxtlik haqqında fikirlərini yazır. Məsələn, kitabın iyirmi ikinci səhifəsində oxuyuruq:

“Ölüm bəşəriyyətin yaşadığı, min illərlə davam edən xofudur, ağrısıdır. Dünyaya gələrkən hər birimiz öləcəyimizi və hər an əzizlərimizi itirə biləcəyimizi bilsək də, nədənsə bizə ölüm səfəri çox uzaq görünür…”

Kitabı əlimdə qırmızı qələmlə oxuyurdum. Bu cümlələrə və bu qəbildən olan digər cümlələrə rast gəldikdə səhifənin qırağına yazırdım: “Lazım deyil”.

Yerli müəlliflərin əsərlərdə ölüm, sevgi, xoşbəxtlik, bədbəxtlik haqqında fikirlər yazıb, öz ayaqları ilə “bataqlığa girmələri” haqqında ayrıca yazı yazmaq fikrim var. Ona görə də bu mövzuya burada ciddi girmək istəmirəm. Sadəcə indi, bəribaşdan yerli müəlliflərə demək istəyirəm ki, ölüm, sevgi, xoşbəxtlik, bədbəxtlik kimi mövzularda fikirlər yazmaqdan uzaq durun. Sizlik deyil bu mövzularda fikirlər yazmaq…

Göstərdiyim və göstərməyə ehtiyac görmədiyim qüsurlara baxmayaraq “İtirilmiş zaman” əsəri xoşuma gəldi. Əsərdə səmimiyyət, ağrı, həm də yazıçı cəsarəti gördüm. Həqiqətən əsərdə qadın tənhalığı səmimi və cəsarətli tərzdə təsvir olunub. Əsərin qəhramanı Səadətin Qarabağ müharibəsində həlak olmuş sevgilisinə yas tutaraq ərə getməməsinə isə öz tərəfimdən bir oxucu kimi heç bir dəqiq münasibət bildirə bilmədim. Bilmədim Səadət sevgilisinin ölümünə yas tutaraq ərə getməməklə düz hərəkət edib, yoxsa səhv? Amma orası dəqiqdir ki, Səadətin aqibəti məni yaman kədərləndirdi. Əsəri oxuyub bitirəndən sonra ərə getməyən tanışlar, dostlar haqqında düşünməyə məcbur oldum. Xüsusən, Aygün Aslanlının, Sevda Sultanovanın taleyi məni çox narahat etdi. Başları qarışdı kinoya zada, həyat yaddan çıxdı. Niyə belə olmalı idi? Adam heç bilmir kimi müqəssir, günahkar çıxartsın.

Ərə getməyən, hansısa səbəblərə görə ərə getmək istəməyən qızlar zəhmət çəkib “İtirilmiş zaman” əsərini oxusunlar və papaqlarını qabaqlarına qoyub düşünsünlər. Birdəfəlik başa düşsünlər ki, həyat Hindistan kinosu deyil.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022

Redaktorun seçimi

30 ilin əfsanələşmiş şayiələri

Fundamental dizaynın əsas prinsipləri

Mərkəzi Bankın yeni binası

Azərbaycan müəllimi müqəddəsdir?

Yaxşı tanımadığımız evimiz

Ucalsız keçən 15 il…

Gürcüstanın mədəniliyi

Svetlana Aleksiyeviç: “Faşizm – bayağı operetta, kommunizm – qorxunc təhlükədir”

Dövranın gərdişi və mikrofon barədə

Nevzorovun təhqirləri və bizim türkmən əslimiz

Üzeyir bəyin qanını nə qaraldardı?

Post-müharibə dövrünün kinematoqrafı

Əkrəm Əylislinin “Daş yuxular”ının yozumu

«Bismillah»-dan 85 il sonra yaranan sual: ateizm cinayətdirmi?

Köhnə və yeni nağıllar

Sonuncu “Molla Nəsrəddin”çinin ABŞ yolu

Diasporanın gücü

Edam cəzası olsun, olmasın?

Cambridge Casus Toru və Kim Philby

“Mənəvi üstünlüyün” gorbagor olması

Həqiqəti bulandıran miflər, müharibədə ermənilərin məğlubiyyətinə səbəb oldu

Qarabağ və ədalətsizlik

Eldarın milyonçu qohumları

Dəvədən böyük fil

Parc de la Distance – Covid-19 həyat tərzi

Toponimika siyasət kimi: Çinarlı olan Vəng

Aliyə Məmmədova: “Musiqi — müəllifin özünü ifadəsinin təcəssümüdür.”

Oxudu, oxudu oldu… başdanxarab

QKÇP – Son çırpınış

Suzan Sontaq. Nümunəvi əzabkeş Pavese

“İtirilmiş zaman” haqqında

Seymur Baycan Seymur Baycan
., Kültür
25 Avqust 2021

Əgər sevgi ölübsə, deməli əvvəldən olmayıb.

Atalar məsəli

Yazıçılar əsər yazarkən əksər hallarda belə bir səhvə yol verirlər: yazıçılar yazdıqları səhnələri, hadisələri, yaratdıqları obrazları gözlərinin qarşısında canlandırıb, səhnələri, hadisələri, obrazları aydın şəkildə görürlər və elə zənn edirlər ki, oxucu da bu hadisələri, səhnələri, obrazları onun kimi gözlərinin qarşısında canlandırıb, aydın şəkildə görəcək.

Yazıçılar əsər yazarkən işlədikləri mövzunun təsiri ilə müəyyən ovqata, ruh halına girirlər və elə zənn edirlər ki, onun bu ovqatı, ruh halı da tam şəkildə oxucuya ötürüləcək. Oxucu əsəri oxuduğu zaman onun kimi eyni ovqata köklənəcək, eyni ruh halına girəcək. Yazıçı mövzunu beynində bişirdiyinə, səhnələri, hadisələri aydın təsəvvür etdiyinə görə səhnələri, hadisələri geniş yazmağa, müxtəlif təsvirlərlə əsərdə geniş fon yaratmağa bir növ ehtiyac görmür. Yazıçı əsər yazarkən yaranan ruh halına, ovqatına, hadisələri, səhnələri başında geniş təsəvvür etməsinə aldanaraq təsvirlərdə genişliyə o qədər də ehtiyac olmadığını düşünür. Nəticədə hadisələrin, səhnələrin, obrazların təsviri natamam alınır. Yazıçının ovqatı, ruh halı oxucuya ötürülmür. Oxucu, yazıçının aydın təsəvvür etdiyi səhnələri, hadisələri, əsəri oxuyarkən onun kimi tam, geniş görə bilmir.

Bu problemin bir əks tərəfi də var. Yazıçı ovqatını, ruh halını, əsərdə nə demək istədiyini oxucuya tam ötürə bilməyəcəyindən çox qorxur. Qorxur ki, oxucu onun aydın şəkildə gördüyü hadisələri, səhnələri təsəvvür etməkdə çətinlik çəkəcək. Bu qorxunun nəticəsində yazıçı əsərdə ucundan tutub, ucuzluğa gedir. Artıq, lazımsız şeylər yazır. Necə deyərlər, əsərdə at izi, it izinə qarışır.

Bəs nə etməli? Əlbəttə ki, qızıl ortanı tapmaq, hadisələri, səhnələri təsvir edərkən ölçü hissini itirməmək lazımdır. Qızıl ortanı tapmaq, ölçü hissini itirməmək isə konkret olaraq yazıçıdan heç olmasa orta səviyyədə peşəkarlıq tələb edir.

“Qanun” nəşriyyatında nəşr olunmuş “İtirilmiş zaman” kitabının arxa qapağında yazılıb:

ITIRILMISH_ZAMAN“Roman gənc bir qızın sevgilisinin Qarabağ müharibəsində şəhid olması və buna görə ailə qurmaqdan imtina etməsi fonunda müharibənin insan talelərində yaratdığı faciələri oxuculara çatdırır. 90-cı illərin ab-havasını oxucuya çatdıran müəllif əsl sevginin, sədaqətin hələ də mövcud olduğunu gənc nəsilə çatdırmaq istəyir”.

Problem ondadır ki, müəllif 90-cı illərin ab-havasını oxucuya lazımı qədər çatdıra bilməyib. Yuxarıda qeyd etdiyim səhvə yol verib. Yazdığı hadisələri, səhnələri gözləri qarşısında aydın təsəvvür edib və elə düşünüb ki, oxucu da onun kimi hadisələri, səhnələri aydın təsəvvür edəcək. 90-cı illəri, Qarabağ müharibəsini görmüş adamlar müəllifin əsərdə nə demək istədiyini başa düşəcəklər, onun ağrılarını hiss edəcəklər, amma o hadisələrin, o illərin canlı şahidi olmayan, tutaq ki, iyirmi yaşlı X. adlı bir adam, bir oxucu, kitabı oxuyarkən müəllifin nə demək istədiyini başa düşməkdə, onun ağrılarını hiss etməkdə çətinlik çəkəcək. Fikirimcə, müəllif əsərdə 90-cı illərin ab-havasını yaratmağa xüsusi diqqət ayırmalı idi. Belə olduğu halda süjetin effekti daha da arta bilərdi. Süjetə, hadisəyə, əhvalata ictimai-siyasi-mədəni məzmunlu təsvirlər əlavə edildikdə, dövrün ab-havasını yaratmağa xüsusi diqqət ayırdıqda, bizim şəxsi tarixçəmizin, əhvalatımızın (olsun lap hansısa uydurulmuş sevgi əhvalatının) əhəmiyyəti də avtomatik olaraq artır…

“İtirilmiş zaman” əsərinin qəhramanı Səadət adlı, atasız böyüyən bir qızdır. Səadət 1992–ci ildə Bakı Dövlət Üniversitetinə daxil olur. Yəqin ki, test üsulu ilə imtahanlar keçirilməsəydi bu atasız, kasıb qız universitetə girə bilməyəcəkdi. Bunu müəllif əsərin əvvəlində qeyd edir:

“Məktəbli vaxtlarımda universitet tələbəsi olmaq mənim üçün xəyaldan başqa bir şey deyildi. Kimlərin tanışı və maddi imkanı var idisə, onların tələbə biletləri cibində idi. Düzdür, fəhlə və kəndli övladları da ali məktəblərə qəbul olurdu, amma çox təsadüfi hallarda. Arzularımı qəlbimdə dəfn etməyə hazırlaşan məqamda, mənim kimi gənclərin üzünə ali məktəb qapıları açıldı. 1992-cı ilin qəbul imtahanının ilk dəfə test üsuli ilə obyektiv keçirilməsinə qərar verildi. Mənim kimi ürəyi təhsil almaq arzusu ilə aşıb-daşan neçə-neçə gənc arzularına qovuşdular. Mən də orta məktəbdən xəyalını qurduğum BDU-nun tələbəsi adını qazandım”.  

90-ci illər və BDU. Müharibə, kasıbçılıq, ard-arda məğlubiyyətlər, kütləvi depressiya, xaos, qeyri-müəyyənlik, gələcəyə inamsızlıq… Adam heç xatırlamaq istəmir o illəri, amma xatırlamalıyıq, xatırlamağa məcburuq, işimiz budur. Xoşumuza gəlsə də, gəlməsə də bu, bizim həyatımızdı. Deməyim odur ki, müəllif o dövrün tələbəlik illərini, universitetdəki ab-havanı bacardığı qədər geniş təsvir etməli idi.

İndi isə əsərdə gördüyüm ikinci əsas qüsur haqqında qısaca danışmaq istəyirəm. Müəllif əsərdə lazımsız yerə sevgi, ölüm, xəstəliklər, xoşbəxtlik, bədbəxtlik haqqında fikirlərini yazır. Məsələn, kitabın iyirmi ikinci səhifəsində oxuyuruq:

“Ölüm bəşəriyyətin yaşadığı, min illərlə davam edən xofudur, ağrısıdır. Dünyaya gələrkən hər birimiz öləcəyimizi və hər an əzizlərimizi itirə biləcəyimizi bilsək də, nədənsə bizə ölüm səfəri çox uzaq görünür…”

Kitabı əlimdə qırmızı qələmlə oxuyurdum. Bu cümlələrə və bu qəbildən olan digər cümlələrə rast gəldikdə səhifənin qırağına yazırdım: “Lazım deyil”.

Yerli müəlliflərin əsərlərdə ölüm, sevgi, xoşbəxtlik, bədbəxtlik haqqında fikirlər yazıb, öz ayaqları ilə “bataqlığa girmələri” haqqında ayrıca yazı yazmaq fikrim var. Ona görə də bu mövzuya burada ciddi girmək istəmirəm. Sadəcə indi, bəribaşdan yerli müəlliflərə demək istəyirəm ki, ölüm, sevgi, xoşbəxtlik, bədbəxtlik kimi mövzularda fikirlər yazmaqdan uzaq durun. Sizlik deyil bu mövzularda fikirlər yazmaq…

Göstərdiyim və göstərməyə ehtiyac görmədiyim qüsurlara baxmayaraq “İtirilmiş zaman” əsəri xoşuma gəldi. Əsərdə səmimiyyət, ağrı, həm də yazıçı cəsarəti gördüm. Həqiqətən əsərdə qadın tənhalığı səmimi və cəsarətli tərzdə təsvir olunub. Əsərin qəhramanı Səadətin Qarabağ müharibəsində həlak olmuş sevgilisinə yas tutaraq ərə getməməsinə isə öz tərəfimdən bir oxucu kimi heç bir dəqiq münasibət bildirə bilmədim. Bilmədim Səadət sevgilisinin ölümünə yas tutaraq ərə getməməklə düz hərəkət edib, yoxsa səhv? Amma orası dəqiqdir ki, Səadətin aqibəti məni yaman kədərləndirdi. Əsəri oxuyub bitirəndən sonra ərə getməyən tanışlar, dostlar haqqında düşünməyə məcbur oldum. Xüsusən, Aygün Aslanlının, Sevda Sultanovanın taleyi məni çox narahat etdi. Başları qarışdı kinoya zada, həyat yaddan çıxdı. Niyə belə olmalı idi? Adam heç bilmir kimi müqəssir, günahkar çıxartsın.

Ərə getməyən, hansısa səbəblərə görə ərə getmək istəməyən qızlar zəhmət çəkib “İtirilmiş zaman” əsərini oxusunlar və papaqlarını qabaqlarına qoyub düşünsünlər. Birdəfəlik başa düşsünlər ki, həyat Hindistan kinosu deyil.  

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
IMG-20221228-WA0082
.

Şeytan ayələri

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel