Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Ölüvay gənclik haqqında

Seymur Baycan Seymur Baycan
Mövqe
13 Avqust 2024
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
MyCollages (1)
Paylaş

Hörmətli Mirmehdi Ağaoğlunun yazısını oxudum. Yazıda Akop Martayan türkcəsinin açıq-aşkar, kəskin təsirlərin hiss etdim. Müəllifə sərt iradlarımı bildirdim. Mirmehdi bəy bəzi iradlarımı qəbul etdi, bəzilərin qəbul etmədi. Aramızda balaca bir müzakirə oldu. Mirmehdi bəy “türkcə”nin təsirlərini nəzərdə tutaraq bildirdi ki, bu qarşısıalınmaz bir prosesdir. Əlbəttə, mən bu fikirlə qətiyyən razılaşmadım…

Bir yazıçının, qələm adamının “türkcə”nin təsirlərini nəzərdə tutaraq “bu qarşısıalınmaz prosesdir” deməyi təslimçilik, tənbəllik, məsuliyyətsizlik, axınla üzməkdir. Yazıçı dili qorumalıdır, dilin keşiyində dayanmalıdır. “Bu qarşısıalınmaz prosesdir” deyib yaxasını kənara çəkməməlidir, məsuliyyətdən qaçmamalıdır. 

İndi maraqlı bir sual yaranır, yaxşı, bəs mənim dilim niyə aşınmaya məruz qalmayıb? Niyə mən azərbaycan dilində yaza bilirəm, amma hörmətli Mirmehdi bəyin dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalaraq moltanı dilinə çevrilib? Niyə mənim dilim Akop Martayan türkcəsinin təsirinə məruz qalmır, amma Mirmehdi bəyin dili Akop Martayan türkcəsinin təsirinə məruz qalır? Məncə, Zamin Hacıdan, Şərif Ağayardan tutmuş ta Elxan Elatlıya qədər dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalaraq moltanı dilinə çevrilmiş hər bir qələm adamı bu sualı özünə verməlidir. 

Ədalət naminə onu qeyd edək ki, Mirmehdi bəy “bu qarşısıalınmaz prosesdir” hökmü verməkdə az da olsa, müəyyən qədər haqlıdır. Başa düşürəm, türk seriallarının, türk mediasının qabağında dayanmaq asan deyil. Amma bir qələm adamı, bir yazıçı dilinə belə söz gətirməməlidir. Qarşısıalınmaz proses öz yerində, gəlin razılaşaq ki, səviyyəsizlik, düşüklük də tüğyan etməkdədir. Akop Martayan türkcəsinin Azərbaycan dilini bu qədər əzməsi kiçik qardaş xəstəliyinin, özünə hörmət etməməyin, düşüklüyün, səviyyəsizliyin bariz təzahürüdür. 

Məsələn, ağsaqqal bir kişi nəvəsi yaşda bir türkü görən kimi quyruğunu bulaya-bulaya “abi, geliyorum, abi gidiyorum” deyərək nəvəsi yaşda türkə yalmanır. Bu da qarşısıalınmaz prosesdir? Ağsaqqal bir kişinin nəvəsi yaşda bir türkə quyruğun bulaya-bulaya “abi geliyorum, abi gidiyorum” deməyinin adı düşüklük, səviyyəsizlik, özünə hörmət etməmək deyilsə, bəs nədir?

Məsələn, o gün görürəm bir azərbaycanlı qadın körpəsinə “türkcə” layla çalır. Ay qadın, körpəyə layla çalırsan, lap əcəb edirsən. Alqışlayırıq, təqdir edirik. Bəs sənin öz laylan yoxdur? Öz laylası olmasa, deyərəm ki, hə də, bu qadının öz laylası yoxdur, başqa yerdən, başqa ölkədən, başqa dildən layla transfer etməyə məcburdur. Axı bu qadının öz laylası var. Bəs öz laylası olduğu halda niyə körpəsinə “türkcə” layla çalır? Çünki düşükdür, səviyyəsizdir, özünə hörmət etmir, uşağına “türkcə” layla çalmaqla türklərə yaltaqlanır. 

Məsələn, bir azərbaycanlı gəncin Tolstoyu, Dostoyevskini, Çexovu, Bulqakovu Akop Martayan türkcəsində oxuması düşüklük, səviyyəsizlik, böyük qardaşa – türklərə yaltaqlanmaqdır, özünə hörmət etməməkdir. Bütün dünya bilir ki, rus ədəbiyyatı Akop Martayan türkcəsinə yaman gündə tərcümə olunub. Rus ədəbiyyatının Akop Martayan türkcəsinə yaman gündə tərcümə olunmasını bu fani dünyada bilməyən adam yoxdur. Türk tərcüməçiləri rus yazıçılarının əsərlərini ixtisar edirlər, hətta əsərlərə əlavələr edirlər, yazıçının üslubunun başına daş salırlar, yazıçının dilinin anasını ağlar günə qoyurlar. 

Kim Tolstoyu, Dostoyevskini, Çexovu, Bulqakovu Akop Martayan türkcəsində oxuyubsa, belə hesab eləsin ki, ən yaxşı halda əsərlərin məzmunu, süjeti, xülasəsi ilə tanış olub. Təkrar edirəm, ən yaxşı halda. Axı Tolstoy, Dostoyevski, Çexov, Bulqakov Azərbaycan dilinə tərcümə olunub. İnsafən də pis tərcümə olunmayıb. Ən azı türklərin tərcüməsindən min dəfə yaxşıdır. Bəs bir azərbaycan gənci niyə Tolstoyu, Dostoyevskini, Çexovu, Bulqakovu Akop Martayan türkcəsində oxuyur? Çünki səviyyəsizdir, düşükdür, özünə hörmət etmir, türklərə yaltaqlanır.

Məsələn, bir siyasətçinin, siyasətlə maraqlanan şəxsin Rusiyada, Ukraynada baş verən hadisələri türk kanallarından, türk mənbələrindən öyrənməsi düşüklükdür, səviyyəsizlikdir. Camaat, gəlin sizə dəqiq, sadə bir resept verim. Hansısa siyasətçi danışığında, yazısında “sözümü tuturam”, “görməzdən gəlir”, “olmazsa olmaz”, “qəbullanmaq” , “alqılamaq”, “izləyici”, “sorğulamaq”, “toplum”, “anlamına gəlir”, “sonuca varılmaz”, “yaşanır”, “yaşandı” kimi sözlərdən istifadə edirsə, bilin ki, həmin adam qeyri-ciddi adamdır. Hansısa siyasətçinin danışığında, yazısında Akop Martayan türkcəsinin təsirini görəndə, hiss edəndə dəqiq bilin ki, həmin adam qeyri-ciddi mənbələrdən qidalanır, siyasətdən qandığı qrafa yoxdur, iki eşşəyin arpasını bölə bilmir…

Əslində, bu yazını və bu qəbildən olan digər yazıları mən yazmalı deyiləm. Akop Martayan türkcəsinin at oynatması, Azərbaycan dilini məhv etməsi barədə yazıları Mirmehdi Ağaoğlu, Rəşad Səfər, Vüqar Van, Orxan Həsəni, Orxan Saffari, Əli Zərbəli, Təvəkkül Boysunar (ərkim çatan şəxslərin adların sadaladım) yazmalıdır. Təəssüflər olsun ki, gənclərdə xarakter, mübarizlik, döyüşkənlik, əzm yoxdur. Gənclik yaxşı mənada dava-dalaş, mübarizə, müqavimət, razılaşmamaq, axına qarşı üzmək deməkdir. “Bu təbii prosesdir”, “bu qarşısıalınmaz prosesdir” deyib axınla üzmək, hər şeylə razılaşmaq, məsuliyyətdən qaçmaq, mübarizə aparmamaq, müqavimət göstərməmək gənc adama heç yaraşmır. Bu adamlar indidən, gənc vaxtlarında belə ölüvay, belə xaraktersizdirlərsə, bəs qocalanda nə günə düşəcəklər? Adam bunu təsəvvür etməyə belə qorxur. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör