Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qorxaqlığımız genetikdir?

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
07 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
3019210 1024x787
Paylaş

Tez-tez eşitdiyimiz ifadə var, guya insanın formalaşmasında genetika xüsusi rol oynayır. Nəyə görə “guya” sözünü işlətdiyimə aydınlıq gətirim. Hətta azərbaycanlılar üçün özəl olaraq genetika ilə bağlı hazırlanıb dövriyyəyə buraxılmış klişelər mövcuddur. “Rüşvət bizim qanımızdadır” klişesini eşitməyən tapılmaz. Pedaqoqikanın inkişaf etməməsi, Milli Elmlər Akademiyasının başının quşların adlarının dəyişməsinə və mələyin uçma sürətinə qarışması nəticəsində total savadsızlıq baş alıb gedir.

Doğrudur, əvvəllər hətta qlobal səviyyədə genetikanın şəxsiyyətin xarakterinə, onun formalaşma diaqonalına çox ciddi təsir etdiyi qeyd olunurdu. Bununla bağlı çoxsaylı elmi araşdırmalar var idi. Lakin aparılan son tədqiqatlar köhnə fikirlərin səhihliyini şübhə altına alır. Onillərlə sərtliyini qoruyan, ehkama çevirilmiş elmi tezislər belə yeni araşdırmarlarla elastiklik qazanır. Genetika sahəsi isə əsl inqilab poliqonuna çevirilib.

Belə ki, insanın formalaşmasında başlıca rolu ailə tərbiyəsi oynayır. Əsas da uşağın 6 yaşa qədər öz valideynləri ilə olan münasibətləri onun gələcəyinə birbaşa təsir edən amillərdəndir. Bundan başqa insanı əhatə edən sosial mühit, havaya qarışmış olan mentalitet, ümumi dəyərlər toplusu və təbii ki, təhsil – şəxsiyyətin formalaşmasında mühüm və vacib rola malikdir. Bu sayaq araşdırmalar genetikanın şəxsiyyətə təsiri barədə ortaya çıxmış mübahisələrsiz ötüşmür. Elm dünyasındakı müəyyən mühafizəkar dəstə öz fikirlərindən dönmək istəmir.

Bir sıra xəstəliklər, bədən quruluşu, ümumi görünüş təbii ki, genetik fabrikin proqressiv ötürücülərindəndir. Bu faktdır və heç kim də bunu dana bilməz. Ancaq məsuliyyətdən yaxa qurtarırmış kimi “şəxsiyyət genetika vasitəsi ilə formalaşır” demək ətrafda baş verən haqsızlıqlara birbaşa haqq qazandırmaqdır. Bunu təsdiqləmək tərbiyənin rolunu ciddiyə almamağa və onu xəyalən zibilqabına tullamağa bənzəyir. Həm də böyük bir təsirə malik ətraf mühit faktoru da var. İnsanlar uşaqlıqdan təqlid etməyə fokuslanır və daha çox görərək götürürlər. Açığı bəzi xarakterik xüsusiyyətlərin – cəsurluq və qorxaqlığın genetik ötürücülərlə gəlməyi bu sahədəki mübahisələri daha da qızışdırır.

Misal üçün Sovetdən qalma 1937-ci il xofu. Bir vaxtlar adamların sümüklərinədək işləmiş həmin vahiməni bu gün gənc azərbaycanlıların davranışlarında nə qədər sezmək olar?!

Ölkədə bu qədər yaltaq, qorxaq şəxslərin çoxluğunun səbəbi bizə bir miras olaraq 1937-ci ildənmi qalıb?

Cavab vermək asan deyil. Bir şey dəqiqdir ki, Azərbaycanda güclü, oturuşmuş ənənələr yoxdur. Həm də xalq olaraq siyasi savadımız və siyasi fəallığımız olduqca aşağıdır. Bu da cəmiyyətdə birbaşa köləlik tikanlarının cücərməsi, tez bir zamanda böyüyüb yetişməsi üçün münbit şərait yaradır.

Nəsildən-nəsilə ötürülən ənənə və “müqəddəs” tapşırıq elə “başını aşağı sal, işini gör, siyasətə qarışma” cümlələri ilə təşəkkül tapırsa onda xalq əlbəttə qorxacaq, yeri gəlsə başını vertikal və şaquli formaya salıb yaltaqlıq sənətini də nümayiş etdirəcək. Bu da material formada olan şeydir.

Şüuraltımız uşaqlıqdan ciddi şəkildə qorxaqlığa meylli ifadələrlə doldurulur: “yeməyini yeməsən xoxan gəlib səni aparacaq”, “sakit olmasan həkim çağıracam gəlib sənə iynə vuracaq” və s. Yetkin halda həmin şəxs polisi, müdiri, məmuru xoxan olaraq görməyə başlayır. Polis dəyənəyi o adama ağrıdan xəbər verən həkim iynəsi kimi görünür. O da sabah öz övladlarını o cür qeyri-azad və qorxu ilə yetişdirir.  

Oxumaq, tətbiq etmək, dəyişmək və qorxulardan xilas olub qəlbi sağaltmaq yolunu seçməsək şəxsiyyət olaraq, həm də şəxsiyyət yetişdirmək üzrə çox-çox geridə qalıb amorf maddəyə çevriləcəyik.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
1
.

Azərbaycan solunun qısa tarixi – I hissə

Tural Həmid
16 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör