Seksual fantaziyanın cəmi və mənşəyi, həssaslığın fasiləsiz quruluşu və rəqəmsal stimulun gələcəyi haqqında poetik esse.
Sənin bədənin məbəddir və mən onu yandırmalıyam. Pillələrin, divarların, taxt və səcdəgahın atəşə necə təslim olduğunu izləmək üçün ovsunlanmış kimi durmaq və baxmaq. Sütunların nə vaxt çökəcəyini, damın dağılacağını, yerin qarla ilə örtüləcəyini və səhərə qədər soyuyacağını xəyalən duyaraq onlarla birlikdə yanacağam. Heç vaxt. Bu məbəd sonuna qədər yanmır. Meyl, cazibə, istək, şəhvət və ehtiras xarabalıqları çürüməyə və yenidən alışmağa, arzu etməyə məcbur edəcək ki, bizim bədənlərimiz təkrar-təkrar külə müraciət etsinlər. Bu seksdir. Bu fantaziyadır. Bu, cinsi fantaziya haqqında mətndir.
Əgər fantaziyanı çay şəklində təsəvvür etsək, onda onun mənbələrini, yolunu, ağzını, boğazlarını və deltanı tapmaq lazımdır. Ancaq seks, hisslər və ümumiyyətlə şüur məsələsində, axtarışlar hələ də bulanıq suda aparılır. Bu ərazilər üçün xəritə yoxdur – yalnız eskizlər və uydurmalar. Bu çay elmi metoddan, fəlsəfədən, siyasətdən və poetikadan sürüşərək axır və quruldayır. Onu əlamətlərin məcmusuyla ölçmək, tutarlı konsepsiyada çap etmək, metaforalara daxil etmək və qanuniləşdirmək mümkün deyil. Mərkəzi sinir sisteminin fraktal nahiyəsi tədqiqatçıya yolun sonsuzluğunda budaqlanan naxışlar qoyaraq onun sahillərini nazikləşdirdi.
Ancaq xəritələr olmadan da anlamaq olar ki, cinsi fantaziya- strukdurdur. Onun çərçivəsi həvəs tapmaq, xəyallarda gizlənmək, mümkünsüzü əldə etmək və ondan həzz almaq üçün özümüzdə danışdığımız, boğduğumuz və yaratdığımız hekayələr və emosiyalardan yığılır. O dinamik və çoxqatlıdır. Bir meyl digərindən gəlir, hisslərlə sıxlaşır, vəziyyətdən asılı olur, özü-özünü udub böyüyən təxəyyül ornamentinə çevrilərək zamanla quruyur.
Seksual fantaziya təcrübə və arzu arasındakı əks-əlaqə ilmələrində dolaşdırılıb. Bunlar öz bədənini azad etmək istəyən şəhvətli ağılın oyunlarıdır. Amma azad olma — sadə şərtilikdir. Fantaziya fəaliyyət üçün bələdçi ola bilməz. O, erotik yan məhsuldur – bədəni sakitləşdirir, məyusluqları kompensasiya edir, ehtirasları vurğulayır və başqa birisinin də olduğu yerdə həqiqətlə toqquşmağa hazırlaşmağa imkan verir.
Fantaziya – hər şeyin əlçatan və mümkün olduğu yerdə əldə edilən seks qaçaqmalçılığının erotik zirzəmisidir.
Özünü psixoanalizdən təkamül psixologiyasına qədər seksuallığın öyrənilməsinə həsr etmiş məktəblər bir məsələdə yekdildirlər – fantaziyanın təbiəti asılıdır.
Cinsiyyətdən – kişilər və qadınlar müxtəlif cür xəyal qururlar.
Tərcihlərdən – heteroseksuallar, geylər və başqaları özlərinkini istəyirlər. Ailədən, cəmiyyətdən, təhsildən, statusundan, yaşından, iqlimdən, insandan – bir sözlə çox şeydən. Bütün bunlardan daha aşkar fərq cinslər arasında təsbit edilir. Bu barədə Freydin davamçıları danışırlar. Darvinist də bunda məna görür. Çox sadələşdirsək, kişi vizual obrazlarla, qadın isə emosional vəziyyətlərlə xəyala qapılır. Görünən odur ki, hər iki reallıq müəyyən dərəcədə hər kəsdə mövcud olur və kəsişir, lakin müəyyən istiqamətlərə doğru sürüklənir.
Kişi affekti konkret həvəs, ereksiya və intensiv arzudan hər vasitə ilə tamamlanmağa nail olmaq üçün artır. Qadında kontekstual inkişaf edir, nüanslara söykənir və mütləq məmnunluğa cəhd etmir. Bu fərqi oyanış dərəcəsi, orqazma münasibət və romantik tərcihlərin statistik ölçüləri də göstərir.
Erotik qırılmanın səbəbləri sonuna kimi aydın deyil. Bu səbəbləri biologiyada, tərbiyədə və mədəniyyətdə axtarmaq olar. Ən sadə və ən ədəbsiz cavabı təkamülçülər verir. Qadın onu resurslarla təmin edən və nəslini qoruyacaq bir tərəfdaş axtarırsa, uyğunlaşma üstünlükləri əldə edir. Bu kontekstdir. Kişi isə toxumunu töküb özündən sonra mümkün qədər çox baş qoymaq üçün həmişə və hər yerdə seks axtarır. Bu taktika ani oyanma, həvəs tələb edir.
Mənim fantaziyam – kişi olaraq müəyyən edilib. Bu, qabaqcadan düşünmələrin maşınıdır ki, onu kökləməklə olmayanı görə bilərsiniz. Onun sərhəddi qradientə bənzəyir, reallıqdan nə qədər uzaqdırsa, o qədər güclüdür. Yaxında olmadığın zaman kömək edir. Parlaq istəklər və canlı yuxular. Bu tanrının neçə üzü var? Çox üzü var. Beləliklə, mən səni çoxaltmağı arzu edirəm — bir əldə minlərlə klon. Hər birinin öz hekayəsi, forması, saç düzümü, geyimləri, təbəssümləri, vərdişləri və əhval-ruhiyyəsi var, amma hər birində səndən bir damla var. Sənin kövrəkliyin və öpüşlərin. Orada əbədi qalacağımı xəyal edərək sənin obrazlarının hərəminə qərq oluram.
Ən qədim vaxtlardan bəri mədəniyyət tərəfindən obrazlara, metaforalara, süjetlərə və vəziyyətlərə toplanan seksual fantaziyalar universallığa cəhd edir. Təkrarlanırlar və hər kəs üçün natamam, ancaq ətraflı və tanış bir qovluğa sığa bilərlər.
Əvvəlcə- arzu edilən olmaq, kiməsə sahib olmaq, müşahidə etmək. Sonra xəyanət haqqında fantaziyalar. Hakimiyyət və tabeçilik haqqında. Haradasa yaxınlıqda – qrup halında məmnuniyyət. R- həddini aşmış rol oyunları. Sonra- sahib olmaq mümkün deyil, amma çox istədiyin obyektlər. Yaxın sərhəd vəziyyəti — məsələn, ləpələnən qumluqların dənəciklərini əzizləmək. T – tabu. Heç nə qadağalar kimi adamı həvəsləndirmir. Cinayət Məcəlləsinin ictimai yerdə seks və ailə hekayələrindən zorlamaya və digər maddələrinə qədər. Fantaziya – hər şeyin əlçatan və mümkün olduğu yerdə əldə edilən seks qaçaqmalçılığının erotik zirzəmisidir.
Fantaziyalar şüurda o qədər köklüdür ki, özlərini seks düşüncəsindən uzaq tutanlar arasında da rast gəlinir. Aseksuallar – erotik cazibəsi sıfıra meylli olan insanlardır, amma … Britaniyanın Columbia Universitetinin psixoloqları bir neçə yüz aseksual insan üzərində araşdırma apardılar və qadınların yarısının və kişilərin dörddə üçünün hələ də bəzən erotik xəyallarda itkin düşdüklərini aşkar etdilər. Aseksuallar daha çox özləri haqqında deyil, başqası haqqında xəyal qururlar, lakin bunlar detallardır. Aseksuallığın çox geniş kateqoriya olduğunu anlamaqla yanaşı, rəqəmlərin bu statistikası fantaziyanın mənşəyinin libido və ehtirasdan daha dərin olduğunu göstərir. Onların bünövrəsində kimyəvi təbəqə də var. Androgenlərin – steroid cinsi hormonların farmakoloji blokadası – cinsi istəyi və nəsə haqqında xəyal etmək motivasiyasını aradan qaldırır.
Nə rəqəmsal stimullaşdırma, nə ehtiras, nə xəsislik, nə kir, nə kimya, nə əxlaq, nə də psixiatriya birinin xəyal edə biləcəyindən çox olmaq arzusuna mane olmayacaq.
Mənim fantaziyalarım vəsvəsələrə çevrildikdə bu bilik lazım olacaq. Onlar üçün kataloq var. Məsələn, Amerika Psixiatriya Dərnəyinin psixi pozuntuların diaqnostik statistik təlimatı. Yaşamağa mane olan zəhlə tökən seksual istəklər arasında fetişizm, mazoxizm, sadizm, frotteurizm, ekspressionizm, pedofiliya, transvestizm və voyeurizm var. Tamamilə tünd meyllər başqa kateqoriyaya ayrılır: nekrofiliya, zoofiliya, koprofiliya və əlaqəli durumlar. O zaman ki, məhz fantaziya sapma halına gəlir – açıq mövzudur. Montrealdakı Filipp Pinelya İnstitutunun psixoloqlarının apardıqları sorğuya görə, normal insanlar hər şey haqqında xəyal qururlar.
Hakimiyyət və tabeçiliklə bağlı durum necədir? Seksuallıq həmişə birinin gücü və zəifliyidir. Sənə ehtiyacım var – bu zəiflikdir. Ancaq səni diz çökdürmək və möhkəm bağlamaq üçün gücüm yetər. Səni bağlamalıyam. Cutdan büzüşdürücü iplə. Bədəninin elə yerlərində düyünlər qoyacaq ki, səni titrəməyə, azad olmağa, qışqırmağa və ağrı və həzzdən inləməyə məcbur edəcək. Hər şeyi doğru edəcəyəm və bundan sonra yenidən diz çökməyi arzu edəcəksən. Ancaq səni açdıqdan sonra mən də yıxılmaq, itaət yerini görmək istəyirəm – o qəzəb ki, məni döşəməyə sıxacaq və şirin əzab çəkməyə məcbur edəcək.
Normallığın sərhədləri haqqında pornoqrafiya üzrə mühakimə etmək asandır. Arzuların bu qara dəlikləri ən populyar saytların əsas səhifələrindən yalnız bir neçə kliklə gizlənmiş məzmunla doludur. Artıq heç kəsi ictimai yerlərdə sapma davranışla, kiçik ponidə paltar dəyişməklə, uşaq bezlərinin təcəssümləri və ya “2 qız və 1 fincan” oyunu ilə təəccübləndirə bilmərsən. Bu gün beyinə hər hansı vizuallıqdan daha dərin nüfuz etməyə çalışan janrlar fəal şəkildə inkişaf edir. Bunlar ASMR kimi həddən artıq həssas təcrübələrdir. Və ya enmə texnikasından istifadə edərək baxanı birbaşa şəhvətdən başqa bir şey olmadığı dünyaya göndərən sıx hipnotik kəsiklər.
İstənilən mürəkkəb fenomen kimi, porno da fantaziya mədəniyyətini zənginləşdirir və dəyərdən salır. Ağılın hüdudlarında qalmalı olan şey birdən gündəlik həyata atılır. O şeyi ki, istəyirsən artıq barmaqlarının arasından sürüşmür. Texnoloji təkrarlanabilirlik dövründəki seksual fantaziya, hər şeyin tezliklə mümkün olacağına işarə edir. Bu gün fetişləşmənin avanqardında super-real seks kuklaları, əlaqəli məhsullarla VR pornoları və deepfakes durur. Birincilər — insan ətinin bahalı surroqatlarıdır. Əks-əlaqənin yoxluğunda, onlar döşəkdə dəliyə bənzəyirlər, ancaq onların canlı olacaqları vaxtı təsəvvür etmək asandır. İnsanlarla yanaşı, bəşər mədəniyyəti tərəfindən icad edilmiş obrazların panteonunun olacağını da təsəvvür etmək asandır: Zevsdən Pikaçuya qədər. Seks botları elektrikli eyş-işrəti arzu edirlərmi? Əlbəttə, çünki başqa seçimləri yoxdur.
VR pornolarında, intensiv stimulyasiyadan başqa, simvolizmə doğru maraqlı dönüş də var. VR qulaqlıqda sahədə oriyentasiya ilə oynayaraq hissləri aldatmaq asandır. Qiqantomaniyanın fetişi hələ heç vaxt kənar müşahidəçiyə belə aydın deyildi. ASMR-ın virtual reallığının köməyi ilə vizual təcrübəyə çevrilir. Və təəccübləndirici texnikalar incə erotik dəlilik ilə vurur.
Məsələn, özünüzü obyektivləşdirə və gözəllərin gəzdiyi döşəməyə çevrirə bilərsiniz. Və ya bir-birinizin əksinə qurtarmağa kömək etmək üçün partnyorunuzla bədənlərinizi dəyişdirmək. Və ya bədənini çılpaq ilbizlərlə dəyişdirmək – planetin ən gözəl seksini səninlə bölüşmək üçün çox şey verərdim.
Deepfakes celebrity mədəniyyətindən sonsuz seksual fantaziya mənbəyi kimi istifadə edir. Maşın təliminin alqoritmlərinin köməyilə istənilən sima pornoda ola bilər. Dipfeyklər böyük porno saytlarında qadağandır və bu kimi sualların yaranmaması lazım olan mühitdə mənəvi problemlərə səbəb olur. Müasir texnologiya təcrübəli pornoqrafları belə şübhə altına alır. Və bu üç fenomeni – robotlaşdırılmış fahişəxana, hədsiz VR və rəqəmsal çevrilmə sehrini birləşdirərək özünüzü ideal seks aləmində tapa biləcəyinizi və əsla oradan çıxmadığınızı təsəvvür etmək asandır.
Texnologiyalar ilə coşdurulmuş şüur yarım dönüşdən işə düşür. Ancaq fantaziyaların mənşəyi hələ də onlardan uzaqdır.
Nə rəqəmsal stimullaşdırma, nə ehtiras, nə xəsislik, nə kir, nə kimya, nə əxlaq, nə də psixiatriya birinin xəyal edə biləcəyindən çox olmaq arzusuna mane olmayacaq. İnsani, hədsiz insani, aşırı ehtiras, hissiyyatın və təxəyyülün strukturu, əbədi dirçəlişində fasiləsizdir. O məndə ilişib qalıb. Onun mükəmməlliyi həzz keyfiyyətində deyil, həmişə sürüşməsində və sataşmasındadır. Mükəmməl fantaziya – sən olmadığın sənsən. Bu səninlə hər şey etməkdir -təsəvvür edilməsi mümkün olanı və olmayanı.
İvan Min
Сигма