Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Qırmızı xəttlərlərsiz toplumun qırmızı xəttli adamları

Elmir Mirzəyev Elmir Mirzəyev
Mövqe
30 Aprel 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Elmir 680x325
Paylaş

Seymur Baycan çox gözəl yazmışdı bu haqda neçə il öncə. “Bizim qırmızı xəttimiz” adlanırdı, ictimai təfəkkürdən bəhs edən o esse.

Bu mövzuda, Azərbaycan publisistikasında bənzəri olmayan, dəfələrlə sitatlara daşınmış bu esse “Eyni hərəkətə başqa-başqa adların qoyulduğu, başqa-başqa rənglərin və mənaların verildiyi bir cəmiyyətdə yaşayırıq” cümləsi ilə başlanır və cəmiyyətdə heç bir qırmızı xəttin olmadığından bəhs edirdi.

Dediklərində tam haqlı idi Seymur, doğrudan da toyda “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” – deyib kəsdiyimiz o məşhur Qırmızı Lentdən başqa heç bir qırmızı xəttlərimizin olmadığı da alt şüurumuzda hamımıza məlum idi. Publisist də bizim bu kütləvi təhtəlşüurumuzu sanki bir psixoanalitik kimi görə bilmiş, qələmə alaraq dilə gətirmiş və ictimai müzakirəyə çıxarmışdı. 

O zamandan 5 ilə yaxın bir müddət keçir və bu müzakirə zaman-zaman davam etməkdə idi. Bəzi adamlar, yazarlar, yaşlı nəslin nümayəndələri Seymuru təkzib etmək istəyir, bunun üçün gücənir, hıqqanır, amma ortaya həmin esse kimi tutarlı bir əks-arqument qoya bilmirdilər. Səmimiyyət və ehtirasları ilə istənilən cəmiyyətin təfəkkür barometri rolu oynayan gənclik də bu müzakirədə tamamilə Seymurun tərəfində idi. Çünki o bəlli həqiqətləri dilər gətirmiş, başdan-ayağa xəstə cəmiyyətin dəqiq diaqnozunu verə bilmişdi və ən başlıcası – bu müzakirədə çoxlarından fərqli olaraq tam səmimi idi. Qısası haqlı idi Seymur, “Bizim qırmızı xəttimiz” iddiasında.    

Lakin bu günlərdə məlum oldu ki, bu belə deyilmiş.

Məlum oldu ki, bu cəmiyyətdə kimlərinsə “Qırmızı xətti” mövcud imiş və bu iddialarında bu insanlar çox səmimidirlər.  Və bu anlamda Seymurun “Azərbaycan böyük bir teatra bənzəyir” fikri görünür yanlış imiş.

Bu günlərdə «Müsəlman Birliyi» Hərəkatının sədri, toplum içində kifayət qədər nüfuzlu, hazırda həbsdə yatan 34 yaşlı ilahiyyatçı Taleh Bağırzadənin bir çıxışının audio yazısı yayıldı. Orada ilahiyyatçı açıq mətnlə deyir ki, onların “ağası”, “qırmızı xətti” İranın Ali Ruhani lideri ayətullah Əli Xameneyidir.

Çıxışda ilahiyyatçı onu da qeyd edib ki, «müxalifəti aldatmırıq, onlara demişik ki, biz rəhbərçiyik. Xameneyi ağa bizim rəhbərimizdir, müxalifətdən də istifadə edirik. Onlar da sağ olsunlar, bunu qəbul elədilər və bizə tribuna verdilər. Amma onlar bizim qırmızı xətti çox yaxşı bilir…»

Çətin ki, kimsə bu audio yazının saxta olduğunu iddia edə. Bu yazı həqiqidir, reallıq da belədir, bizim cəmiyyətdə kifayət qədər çox insanın fikrini ifadə edib bu sözlərilə ilahiyyatçı.   

Çox maraqlıdır ki, bu audio yazının üzə çıxması məhz bu günlərdə, İranın Ali Ruhani liderinin məlum “Qafqazların İran torpağı” olması bəyanatından cəmi bir neçə gün sonra baş verdi. Deyəcəklər ki, məqsədsiz deyil – əlbəttə, kim dartışacaq ki, bu fikri?

Eyni zamanda cəmiyyətdə o “qırmızı xətti” olan insanların kifayət qədər çox olmasını, bu ideya ətrafında sıx birləşməsini, böyük nüfuza malik olmasını, söz sahibliyinə, mənəvi üstünlüyə haqlı iddiasını kim mübahisələndirə bilər?

“Elə bir dəyər varmı ki, o dəyərə heç kim toxuna bilməsin?” – soruşurdu haqqında bəhs etdiyimiz essedə müəllif.

Varmış Seymur bəy, varmış. Və bunu sən də, biz də, başqaları da çox gözəl bilirdilər. İndi isə öz dilindən də eşitdilər. Bununla nəsə dəyişəcəkmi?

Əslində belə görünür ki, cəmiyyət buna möhtacdır. Qırmızı xəttlərə. İstənilən qırmızı xəttlərinin çoxdan pozulduğu toplumun bunlara rəğmən qırmızı xətti mövcud olan adamları alqışlaması da tam təbiidir, burada təəccüblənəcək bir şey də yoxdur.

O da bir həqiqətdir ki, insan gərək hər şeyi öz gözü ilə görsün, yoxsa inanmayacaq.

Biz də gərək hər şeyi gözümüzlə görək.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör