Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Seymur Baycan – 44

Seymur Baycan Seymur Baycan
., Sərbəst
21 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Seymur Baycan yazıçı
Paylaş

Səkkiz il əvvəl ağır xəstələnmişdim. Obrazlı desəm, ölümün ayaq səslərini eşidirdim. Ölüm lap köhnə şey olsa da, hər kəs üçün yenidir. Həmin günlər çox gərgin idim. Təkcə dünyamı dəyişəcəyimə, qarşıda məni gözləyən məchulluğa görə yox. Həm də ona görə ki, ürəyimdə yazılmasını lazım bildiyim xeyli sözlər vardı və o sözləri yazmadan bu dünyadan getmək mənə ağır gəlirdi. Ölümün adamın başının üstünü qəfil alması axmaq mənzərədir. Ona görə də, gərək çalışıb bu günün işini sabaha saxlamayasan, hər günü son gün kimi yaşayasan. Ernest Heminquey “Kilimancaro qarları” əsərində bu məsələyə yüksək səviyyədə bədii aydınlıq gətirib. Əsəri oxuyanlar nə demək istədiyimi başa düşdü. Oxumayanlar tapıb oxusalar Allaha da xoş gedər, bəndəyə də. “Kilimancaro qarları ”Heminqueyin ən gözəl əsərlərindən biridir.

Həqiqətən 44 il yaşamağım mənə möcüzə kimi görünür. Gözlərimə inanmıram. Belə baxanda 44 heç də böyük rəqəm sayılmaz. O zaman 44 il yaşamağım niyə mənə möcüzə kimi görünür? Bunun səbəbini bilmirəm. Bu suala cavabım yoxdur.

Bəs oxduqlarımdan, gördüklərimdən, eşitdiklərimdən hansı nəticələri çıxarmışam, hal-hazırda nələr düşünürəm? Səhv də olsa, düz də olsa gəldiyim nəticələri, düşüncələrimi yazmaq istərdim.

Birincisi, hansısa bir sahənin peşəkarına çevrilmək lazımdır. Milan Kundera deyirdi ki, insanın ən böyük azadlıqlarından biri, işini itirmək qorxusunun olmamasıdır. İşini itirmək qorxusu insanı əzir, onu yaltaqlıq, əclaflıq, xəbərçilik, köləlik etməyə itələyir. Peşəkarlıq isə öz növbəsində insanı işini itirmək qorxusundan azad edir. Peşəkar insan işini itirməkdən qorxmur. O, rəhbərlik tərəfindən öz ləyaqətinə, azadlığına təhlükə hiss etdikdə, əgər istəsə qapını çırparaq çıxıb gedə bilər.

Peşəkarlıq bəzən insanda zərərli nəticələrə səbəb olan ifrat əminlik hissi də yaradır. Yaxşı ustaların çox vaxt əyyaş, məsuliyyətsiz adam olması heç də təsadüf deyil. Pis usta iş tapmaq üçün məsuliyyətli olmağa, işə vaxtında gəlib-getməyə məcburdur. Yaxşı usta isə düşünür ki, ona hər zaman ehtiyac var. Nə vaxt istəsə iş tapa bilər. Ona görə özünü buraxır, içir, işə vaxtında gəlmir, götürdüyü işi vaxtında bitirmir. Amma hansısa peşəkarın əyyaş, məsuliyyətsiz, hətta yaltaq, əclaf adam olması əsla universal həqiqəti dəyişmir. Hər hansı sahədə peşəkar olmaq vacibdir.

İkincisi, biz insanlar fanilər, ölənlər sinifinə mənsubuq. Nəfsimiz, tamahımız Dəməşq qılıncından itidir. Hər an vicdanımıza ömür boyu təmizləyə bilməyəcəyimiz ləkə düşə bilər. Hər an yolumuzu aza bilərik. Həyatın hər sahəsində təmiz qalmaq, ideal olmaq çətindir. Ona görə də heç olmasa həyatın bir sahəsini təmiz saxlamaq, ora heç bir halda haram qatmamaq lazımdır. Bu təmiz saxladığın, haram qatmadığın sahəni öz arşınına çevirib başqalarının sənə münasibətini də bu arşınla ölçməlisən. Təmiz saxladığın, haram qatmadığın sahəyə hörmət bəsləyən, bunu qiymətləndirən adamlara sən də hörmət bəsləməlisən, onları qiymətləndirməlisən. Təmiz saxladığın sahəyə hörmət bəsləməyən, bunu qiymətləndirməyən adamlara, istisnasız olaraq hər kəsə, bir daha təkrar edirəm, istisnasız olaraq hər kəsə, hətta ailə üzvlərinə belə sən də hörmət bəsləməməlisən, onları həyatından nə qədər gec deyil silib atmalısan. Axırda olacaq hadisə nə qədər əvvəldə olsa, bir o qədər yaxşıdır. Məsələn, həyatın digər sahələrində bilərəkdən və ya bilməyərəkdən otuz cürə yaramazlıq edə bilərəm, amma məşğul olduğum ədəbiyyat sahəsini təmiz saxlamağa, ora haram qatmamağa çalışıram. Ən azı heç vaxt vəzifəsinə, puluna, mövqeyinə görə kiminsə pis əsərinə yaxşı əsər demərəm. Bunu görən, qiymətləndirən adama hörmətim sonsuzdur, görməyən, qiymətləndirməyən adam kim olursa olsun mənim üçün məna və əhəmiyyət kəsb etmir. Bu çox spesifik söhbətdir və hərçənd şeytan detallarda gizlənsə də, əfsuslar olsun bu söhbətdə detallara girmək olmur. Ümumiyyətlə, yaxşı yazı yazmağın dəqiq resepti olmadığı kimi, necə yaşamağın da dəqiq resepti yoxdur. Bu mövzuda ancaq çox ümumi məsələlərə toxuna bilərik. Belə də ki, kimə necə rahatdırsa elə də yaşasın, sonra da zəhmət çəkib vaxtında ölsün. Vaxtında ölmək böyük xoşbəxtlikdir.

İndi, hal-hazrda heç bir arzum yoxdur. Yeganə arzum məni özünə dogma hesab edən adamları bir qram da qüssələndirmədən sakitcə, təhqir olunmadan, əzab çəkmədən ölməkdir. Nə qədər qəribə olsa da məni özünə dogma hesab edən üç-dörd adam var. Bu mənim özümü də təccübləndirir. Sevilmək heç də həmişə xoşbəxtlik sayılmaz. Bəzən sevilmək sevməkdən daha çox adamdan güc, məsuliyyət tələb edir. Ən əsası sevilmək adamın bu dünyadan könüllü surətdə gemək azadlığını əlindən alır. Sənin üçün hər şey bitib, yazmısan, oxumusan, yemisən, gəzmisən, baxmısan, indən belə görəcəyin bir iş yoxdur, nə etsən yenə də təkrarçılıq olacaq, ancaq başqalarına görə yaşamağa məcbursan. Bundan axmaq, bundan absurd, bundan alçaldıcı vəziyyət olarmı? İndi səni sevən, özünə doğma hesab edən adamlara necə başa salasan ki, sənin üçün ölmək yaşamaqdan daha rahatdır. Sənin rahatlıq kimi gördüyün ölümü onlar faciə hesab edirlər. Bax budur problem. Bax budur insan ruhları arasındakı dərin uçurum.

Akutaqava Rünoske deyirdi ki, niyə bir adam yatdığım yerdə məni boğub öldürmür. Rünoskeni başa düşürəm, hiss edirəm və dəstəkləyirəm. Mən ümüdümü bu təzə çıxan virusa bağlamışdım. Çox sevinmişdim virus yayılanda. Virusa yoluxmaq ümüdü ilə bütün gün adamların gur olduğu yerlərdə sülənirdim. Virus ümüdlərimi puç elədi. Nəsə çox zəif çıxdı bu virus. Heyf.

Yenə neçə gündür Volterin “Kandid”də qaldırdığı sualın altında əzilməkdəyəm. Görəsən hansı yaxşıdır, bilib özünü bədbəxt hiss etmək, yoxsa bilməyib özünü xoşbəxt saymaq? Donuz xoşbəxtliyi də bir şey deyil. Adam nəsə özünə yaraşdırmır. Qəbul edə bilmir. Məhz bu donuz xoşbəxtliyini nəzərdə tutaraq dahilərdən biri belə demişdir: “Mənə xoşbəxt adam göstərin, onun necə mənasız olduğunu sizə beşcə dəqiqədə sübut edim.”

Digər tərəfdən baxdıqda bilmək də duz yüküdür, əzabdır. Biləndə adam canıyla əlləşir. Beləcə qalırsan iki daşın arasında. Bilmirsən hansı yaxşıdır. Bilib özünü bədbəxt hiss etmək, yoxsa bilməyib özünü xoşbəxt saymaq? Qəti, birmənalı cavab vermək olmur. Necə deyərlər, yuxarı bığ, aşağı saqqal. Mənə çox maraqlıdır, görəsən başımda hələ nə qədər bu cür axmaq-axmaq fikirlər gəzdirəcəyəm?

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör