Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Transmilli fallos fenomeni

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
02 Noyabr 2022
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Daa
Paylaş

Uzun illər işlənilməmiş qalan problematikaya yenidən qayıtmaq zərurətini əlahəzrət zaman diqtə edir. Problemin üstündən sükutla keçilməsi, ibrəti-aləm bir fenomenin unudulmağa üz tutması yolverilməzdir, çünki nəticələrin çıxarıldığına dair ciddi şübhələr var.

Nəticələr çıxarılmalı, hadisənin arxasında dayanan düşüncə, tərtib, sistem və kosmos görülməlidir.

Öz müxalifətinin, vətəndaş hərəkatının üstünə top-tüfəng əvəzinə transmilli penislə gedən avtoritarizm, görünür sıradan avtoritarizm deyil artıq, postmodern dövrün maariflənmiş mütləqiyyətidir.

Heydər Camala görə fallos və vaginanın metafizik mənaları, bu fenomeni anlamaqdan ötrü, bizə açar rolu oynaya bilərlər. Həqiqi fallisizm – əbədi vaginal müəmmanın tələsinə düşməmək iradəsidirsə, transmilli penis bu qaydaya tabe deyil, əksinə, vaginal müəmma onun tələsinə düşmüşdür.

Transmilli penis şəxsiləşdirilməməli, androgen mahiyyəti unudulmamalı, fədaya məhkumluğu və hətta xədimlik perspektivi nəzərə alınmalıdır. Hər bir müdriklik, son nəticədə vaginal ətalətdən doğulur. Obyektiv tale isə, vaginal ətalətin aqressiyasıdır.

Okeanı aşıb gələn ideya və ideallar, Azərbaycanda hansı durğu(!) işarəsi qiyafəsinə bürünürsə bürünsün, transmilli penis qarşısında duruş gətirə bilməz – transatlantik ideyalar transmilli penis qarşısında acizdir.

Bəli, şəxsiləşdirilməməli və hərfi başa düşülməməlidir – adı transmilli, özü isə sapına qədər milli ola bilər transmilli penis, hətta olmalıdır. Transmilliyə qalib gəlməlidir. Adını transmilli qoyaraq həqiqətdə milli olanın, adını milli qoyub həqiqətdə transmilli olanı məğlub etməsi labüddür.

Bir transmilli penis təkcə ətalətli vaginaya deyil, ictimai sektada təmsil olunan hər kəsə daxil olmuşdur. Ətalətli vagina üzərindən, ən azından glans penisi ilə hər kəsə toxunmuş, sürtülmüşdür. Transmilli penis sıx sıraları laxlatmış; bütün planların, söhbətlərin, hədəflərin, ümidlərin üstünə qonmuşdur. Sistemi içindən darmadağın etmişdir.

Sektantlar bu haqda danışmağa ona görə utanırlar ki, ideallarının bir transmilli penislə göylərə sovrulduğunu etiraf etməyə qorxurlar.

Transmilli penis daim sərt ereksiya vəziyyətindədir. Yəni permanent olaraq dörd gözü açıq, ayıq-sayıqdır. Hər an fantastik performans göstərməyə hazırdır, yorğunluqdan deyil, gərginlikdən gözləri qan çanağına dönmüşdür. Bu gözlərdə biz təbəssüm, qayğıkeşlik, hətta məhəbbət görürük. Uşaqla uşaq dilində, böyüklə böyük dilində danışar transmilli penis. Gah nala, gah mıxa vurmaz transmilli penis. Xalqın ağzını da bağlayar lazım gəlsə transmilli penis.

Əsrarəngiz transmilli penis gecə-gündüz aramızdaydı, evlərimizdəydi, yeməyimizdəydi, söhbətimizdəydi, qoynumuzdaydı. İctimai sekta kollektiv halda, bütün pozalarda transmilli penisə zövqlərin ən alisini yaşatdı və məğlub oldu. Özünü fəda etdi, yandırdı.

Transmilli penisə məğlub olanlar, məğlub olmaqdan başqa bir opsiyalarının olmaması faktı ilə barışa bilmədiklərindən ekzistensial əzaba düçar oldular. Bəli, mümkünsüzü istədilər, amma realist ola bilmədilər. Beləliklə, bəzən, “realist ol, mümkünsüzü istə” düsturunun işləmədiyini anladılar. Daha doğrusu, anlamaqda gecikdilər.

Rejimə yox, transmilli penisə məğlub olmağın acısı, acıların ən acısıdır.

P.S. Bu dərin məyusluğu yalnız bircə fakt ovuda bilər ki, dünya tarixində böyük bir gənclər hərəkatını kökündən dağıdıb tar-mar edən amansız-repressiv dövlət aparatı yox, xüsusi təyinatlı qəddar qırxıqbaşlar yox, “podval”larda işgəncə verən “bandotdel” yox, ordu-polis-kəşfiyyat yox, heç Mütəllibovun vaxtındakı banal qoçu dəstələri də yox, bircə penis oldu. Dünya vətəndaş hərəkatı tarixinə düşəcək analoqu olmayan hadisədir.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör