bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Rulet, poker ve slot makineleri gibi seçeneklerle dolu Bettilt giriş bölümü farklı deneyimler yaşatıyor.

Akıllı telefon kullanıcıları Bettilt ile daha hızlı işlem yapabiliyor.

Casino tutkunları için özel oyun odaları sunan Bahsegel eğlenceyi garanti ediyor.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Eldarın milyonçu qohumları

Toğrul Maşallı Toğrul Maşallı
., Bazar
01 İyun 2020
Oxuma vaxtı:10 dəqiqəyə oxunur
6A22910A 1FD4 4D61 BC36 56302094F7A6 cx21 cy6 cw73 w1200 r1
Paylaş

Aşurov və Məlikov

Bakı milyonçuları deyildikdə, ilk əvvəl XXI əsr yox, məhz XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlində fəaliyyət göstərən sahibkarlar ağıla gəlir. O dövrdə 100 min rubl da az pul deyildi (müqayisə üçün, bir fəhlənin illik maaşı 280-380 rubl arasında idi), amma bütün sahibkarları milyonçu adlandırırlar. Bunun belə olmasında həm bədii ədəbiyyatın, həm M. Süleymanovun çox böyük rolu var.

Eyni zamanda o dövrdə fəaliyyət göstərən sahibkarlardan əsasən Hacı Zeynalabdin Tağıyev yada düşür. Bəzən İsmailiyyə barədə söhbət düşdükdə həmçinin Musa Nağıyevı da xatırlayırlar. Mərkəzdə olarkən daha biri – Murtuza Muxtarovu da yada salmaq mümkündür. Amma reallıqda azərbaycanlı sahibkarların sayı 3 deyildi, hətta 10 da deyildi. Yalnız neft, gəmi, ticarət sahəsində fəaliyyət göstərən azərbaycanlı iri sahibkarların sayı 100-ə yaxın idi. Eyni zamanda ölkənin ən iri torpaq sahiblərinin də sayı 200 idi (onların əsas hissəsini xan və bəylər təşkil edirdi). Onların adlarının səslənməməsi, əlbəttə ki, çox da şöhrətpərəst olmamaları ilə bağlı idi. Misal üçün, o dövr haqqında əsas məlumat mənbəyi qismində çıxış edən “Kaspi” qəzetinin sahibi H.Z. Tağıyev idi. Əlbəttə ki, bu qəzet də əsasən Tağıyev haqqında materiallara yer verirdi.

Müasir günümüzdə də sahibkarların adı tez-tez hallanır, bəzən hətta heç gözlənilməyən yerlərdən. Mayın 30-da OCCRP (Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi) “Dethroined Azerbaijani Elites Made Big İnvestments in Europe” (“Tacdan atılmış Azərbaycan elitası Avropada böyük sərmayələr edib”) adlı təhqiqat buraxıb. Təhqiqat sabiq MT naziri Eldar Mahmudovun oğlu və qızının Avropadaki mülklərinə həsr olunub. Amma bizim üçün maraqlı olan əsas məsələ başqadır. Müvafiq varidat və mülk ilə bağlı jurnalistlərin sorğusuna Anar və Nərgiz Mahmudovlar cavab veriblər ki, “their family wealth is inherited from an ancestor, the 19th-century entrepreneur Aslan Ashurov” (ailə varidatı ulu babalarından, 19-cu əsrdə sahibkar olan Aslan Aşurovdan miras qalıb).

Əslinə qalsa məlum oldu ki, ailənin A. Aşurov ilə əlaqəsi var. Onun qızı, Kübrə Aşurova, Teymur Məlikova ərə getmişdi. Onların nəvəsi isə E. Mahmudovun həyat yoldaşıdır. Maraqlıdır ki, T. Məlikov da iri sahibkar idi. Misal üçün, onların ailəsinin hələ də yaşadığı İçərişəhərdəki ev, vaxtilə 50-55 min rubla alınmışdı. Eyni zamanda T. Məlikov Sovetin Yeni İqtisadi Siyasət dövründə nepman idi və ticarət sahəsində kifayət qədər vacib insan sayılırdı (deyilənə görə onu “qırmızı tacir” adlandırırdılar. Sovet hökuməti ilə əməkdaşlıq edən iri tacirlərə belə deyilirdi). Düzdür, sonradan repressiyalara məruz qaldı, amma buna baxmayaraq artıq 40-50-ci illərdə balıq sənayesi, sonradan isə yerli sənaye sistemində çalışırdı. O dövrün korrupsiyasını və s. amilləri nəzərə alsaq heç də az gəlirli olmayan vəzifələr tuturdu (Dağıstan balıq trestinin müdiri və s.). Yəni onun mirası daha real idi, nəinki A. Aşurovun. Amma nəyə görəsə Mahmudovlar Aşurovu qeyd etməyə qərar verdilər.

Aslan Aşurov

Yaxşı, bəs kimdir bu Aslan Aşurov? Tədqiqatçıların məlumatına görə Aslan Aşurov 1850-ci ildə Bakıda, Hacı Qurban Aşur oğlu Aşurovun ailəsində anadan olub. Qurban Aşurov o dövr üçün nisbətən iri tacir hesab olunurdu. Müqayisə üçün, 1876-ci ildə Qurban Aşurov və ailəsi 1-ci gildiya tacir statusu alıblar. Belə ki, H.Z. Tağıyev müvafiq statusu 1882-ci ildə alıb. Maraqlıdır ki, artıq o dövrdə bu status bütöv ailəyə verilmişdi. Adətən isə status ayrı şəxsə verilir. Digər gildiyalardan fərqli olaraq, 1-ci gildiya ixrac-idxal əməliyyatları ilə, gəmi sahibliyi ilə məşğul olmağa imkan verirdi. Məhz gəmiçilik ailənin əsas gəlir mənbəyinə çevrilmişdi. Hətta Sovet dövründə dərc olunmuş kitabların birində qeyd olunurdu ki, “Xəzər gəmi sahibləri içərisində… azərbaycanlı kapitalistlər: Hüseynovlar, Dadaşovlar.. Q.K. Aşurov onların ən iriləri sırasında idi”.

Aslan Aşurov da müvafiq işin davamçısı idi və tədricən Bakıda ən iri gəmiçilərdən birinə çevrilmişdi. Bu dövrdə o yalnız bu sahə ilə məşğul deyildi, müxtəlif sahələrə yatırım edirdi. 1898-ci ildə yazılmış qulluq dəftərində qeyd olunur ki, Aslan Aşurovun üç daş evi, beş paroxodu, beş yelkənli gəmisi, üç barkazı, səkkiz barjı var idi. Eyni zamanda 2 hamamı da var idi. Daş evləri aşağıdaki ünvanlar üzrə yerləşdirdi:

İndiki Süleyman Tağızadə 31-də (S. Rüstəmov küçəsi ilə kəsişmədə) iki mərtəbəli ev. 1887-ci ildə Meşədi Mirzə Qafar İsmaylov tərəfindən tikilib (maraqlıdır ki, bu memar Bakıda 170-dən çox bina tikib. Amma ondan 17-20 dəfə az bina tikən memarların adları indi məşhurdur. Faktiki olaraq 19-cu əsrin Bakı obrazını yaradan şəxs barədə biz heç bir şey bilmirik).

İndiki 28 may küçəsi və R. Behbudov küçələrinin kəsişməsində.

İndiki Dilarə Əliyeva küçəsi və Bülbül prospektinin kəsişməsində.

Bu binaları Aşurov əsasən icarəyə verirdi və pis də qazanmırdı. Şirkətlərinin dövriyyəsi barədə nəsə demək çətindir. Amma bundan başqa Saratov və Stavropolda torpaqları, Pirşağıda bağı və ola bilər ki, bəzi neft şirkətlərində payı da var idi. Eyni zamanda binaların birinin yaxınlığında elektrik stansiyası da tikmişdi və şəhərin o zaman periferiyasını (Vağzal ətrafı) elektrik enerjisi ilə təmin edirdi. Bakı miqyasında əlbəttə ki, Tağıyev və Nağıyev səviyyəsində sahibkar olmasa da, orta iri sahibkar hesab oluna bilərdi. Hətta 3 binasının olması onun milyonerlər sırasında olduğunu da təsdiqləyir (o dövrdə eyni zamanda 3 binaya malik olmaq, 1-ci gildiya tacir olmaq heç də ucuz deyildi). Bundan başqa Aslan Aşurov həmçinin ictimai fəaliyyətlə də məşğul olurdu.

İclasda 5 müsəlman var, onların 3-ü yatır

Aşurovlar ailəsinin əsas ictimai fəaliyyət sahəsi Bakı Şəhər Duması idi. Hacı Qurbandan başlamış, onun oğulları və nəvələri Bakı şəhər dumasının deputatları idi. Hətta bir dövrdə 3 Aşurov eyni zamanda Duma üzvü idi (iki qardaş və bir oğul). Onlar arasında ən uzunmüddətli deputat məhz Aslan Aşurov olub. Bakı şəhər Duması ilk dəfə 1878-ci ildə seçilmişdi. Aslan Aşurov isə artıq 1882-ci ildən deputat idi. O, 27 il ərzində, 1909-cu ilə kimi deputat olub. 1909-cu ildə isə vəfat edib.

1897-ci ildə vacib hadisə baş verdi. O zaman Həsən bəy Məlikov (ya da bizim tanıdığımız Zərdabi) ilk dəfə Bakı Şəhər Dumasına seçildi. Dumanın müsəlman deputatlarının passiv olması ona bu addımı atdırmışdı. Belə ki, Aslan Aşurovun da daxil olduğu 1893-1897-ci il Duma iclaslarının birinə Zərdabi də gəlmiş və çox ciddi təəccüblənmişdi. İclasda deputatların sayı az idi (ümumiyyətlə 72 deputatdan 20-25 gəlsə böyük iş olardı), müsəlman deputatların sayı isə 5 idi (halbuki 72 nəfərin yarısı müsəlman, yarısı xristian olmalı idi). Zərdabinin yoldaşı Hənifə Məlikova öz xatirələrində qeyd edir ki, “iclasda 5 müsəlman deputat var idi, onlardan 3-ü ayaqlarını büküb, yatırdılar”. Aslan Aşurovun bu deputatlardan fərqləndiyinə dair məlumatımız yoxdur. Düzdür, ona lazım olan bir çox qərarlar məhz deputatlar tərəfindən verilirdi (binaların, elektrik stansiyanın və s. tikintisə icazə və s.). Ola bilər ki, müvafiq iclaslarda aktiv iştirak edirdi. Amma neçə iclasa gəldiyinə dair məlumatımız yoxdur. Misal üçün, digər nisbətən aktiv sahibkar və deputat M. Rəsulov, il ərzində 41 iclasdan 14-nə gəlmişdi.

Bakı şəhər Dumasının nisbətən aktiv dövrü məhz H. Zərdabi, Ə. Ağayev, N. Vəzirov, M. Əzizbəyovun və digərlərinin seçilməsi ilə bağlı idi. O da 1897-ci ildən sonraki dövrü əhatə edir. Bu dövrdə A. Aşurov da aktiv idi. Amma heç də şəhərin abadlığı üçün çalışmırdı. Onun əsas fəaliyyət sahəsi siyasət idi.

1904-cü ildə Dumaya Aşurovlar ailəsinin 3 üzvü seçildi. O dövrdə Bakı inqilabi mərkəzlərin birinə çevrilmişdi. Rusiya imperiyası tarixində ilk kollektiv müqavilə, genişmiqyaslı tətillər və s. məhz Bakıda baş verirdi. Eyni zamanda sol hərəkatının nümayəndələri (bolşeviklər, menşeviklər, eserlər və s.) güclənməyə başlamışdı. Beləliklə Bakı həm iqtisadi mərkəzlərdən birinə (əhali yüksək sürətlə artır, texnoloji cəhətdən inkişaf edirdi), həm də inqilab və mübarizə mərkəzinə çevrilirdi. Bunun da nəticəsi olaraq əks-inqilabi hərəkat formalaşmağa başladı.

1905-ci ildə Bakıda ilk dəfə erməni-müsəlman qırğını baş verdi. Bu qırğının təşkilatçıları monarxist və sağ hərəkatın təmsilçiləri hesab olunur. Düzdür, A. Aşurov ermənilər və müsəlmanlar arasında sülh danışıqlarında iştirak edib. Amma eyni zamanda o, 1905-ci ilin oktyabrında (17 oktyabr manifestindən 3 gün sonra) Bakıda yaradılan “Yakor” (Lövbər) təşkilatının təsisçilərindən biri olub. Bu təşkilatın əsas məqsədi Rusiya monarxiyasını saxlamaq idi (müvafiq olaraq monarxiyanın əsas prinsiplərinə sadiq olaraq. Oktyabr manifestindən 3 gün sonra yaranması da təsadüfi deyil. Məhz oktyabr manifesti bir çox monarxistlərin fikrincə imperiyaya ciddi zərbə idi). Eyni zamanda bu təşkilat Rusiya üzrə formalaşan qaragüruh hərəkatının bir hissəsi idi. Çox vaxt keçmədi, Aslan Aşurov və Ağabala Quliyev “Rus Xalq İttifaqı” adlı təşkilatın üzvləri oldular. Bu, Rusiyanın ən iri qaragüruh təşkilatı idi (maraqlıdır ki, gələcəkdə A. Quliyev pantürkizmi dəstəkləyəcəkdi). Hətta rəsmi olaraq bu təşkilat yahudilərə qarşı təbliğat (Sion protokollarını dərc edirdi, poqromlar həyata keçirirdi və s.) və sol hərəkat (ən azı 3 deputatın öldürülməsi onlar tərəfindən təşkil edilmişdi. Hesab edilir ki, məhz monarxist təşkilatlar Bakıda fəhlə hərəkatının liderlərindən olan Pyotr Montin və Xanlar Səfərəliyevin öldürülməsini təşkil etmişdilər) ilə mübarizə aparırdı. Yəni sözün əsl mənasında mürtəce və qaragüruh təşkilat idi. Aslan Aşurov da ora həm üzv idi, həm də maliyyə cəhətdən dəstəkləyirdi (müvafiq qəzetlərə yardım göstərirdi və s.).

Bolşeviklərin əleyhinə səs vermiş deputat

1909-cu ildə A. Aşurov vəfat etdi. Onun yerini oğlu Ağa Aşurov tutdu (bütün mənalarda. Həm şirkətdə hissədar kimi, həm də Bakı Şəhər Dumasında). O, elektrik üzrə mühəndis idi, Almaniyada təhsil almışdı. Bakıda Aşurovların elektrik enerji stansiyasının tikilməsi məhz onun ideyası hesab olunur. Amma əsas karyerası Fevral İnqilabından sonra başladı. Bu dövrdə o, Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdi. Yeri gəlmişkən, o da 1918-ci ilin martında baş vermiş qırğından sonra barışıq komitəsində iştirak etmişdi.

AXC yaranandan sonra isə nazirlər kabinetində müxtəlif vəzifələrdə (ticarətdən rabitə nazirliyinə kimi) çalışmışdı. Ondan başqa Parlamentdə də aktiv iştirak edirdi. 1920-ci ilin aprelin 27-də parlamentin son iclasında isə A. Aşurov hakimiyyətin bolşeviklərə təslim edilməsinin əleyhinə səs verən yeganə deputat olur.

Maraqlıdır ki, buna baxmayaraq, o Sovetlərdə qalır. Əslində, mühacirət etməyi çalışırdı, amma icazə verilməmişdi. Nəticədə Rostova köçdü və 1936-ci ildə orada vəfat etdi.

 

İstifadə olunmuş mənbələr

Dethroined Azerbaijani Elites Made Big Investments in Europe. URL: https://www.occrp.org/en/investigations/dethroned-azerbaijani-elites-made-big-investments-in-europe

Tahirzadə Ə. Aşurovlar: soyun sənədli tarixi. 2014

Гусейнова Д.С. Рабочие-моряки Каспия (90-е годы ХIX в. – 1907 г.). Баку, 1981.

Меликова Х. Биография Гасан бека Меликова-Зардаби. Из сборника «Современники о Г. Зардаби». Баку. 1985

Муфти-заде. Некролог о Ханлар Гасан-оглы Сафаралиева. Красный архив. 1941. С. 52-53.

Сеидова Ф. Каменная память архитектуры. Газета «Эхо» от 24.12.2011.

Советская социальная политика 1920-1930-х годов: идеология и повседневность. Москва, 2007.

Фатуллаев Ш.С. Градостроительство и архитектура Азербайджана XIX – начала ХХ века. Ленинград. 1986.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör