Azlogos
  • Kimlər var
  • Bizi tanı

Rusiya Liviyada necə güc faktoruna çevrildi? Alkoqol - qədərində içmək bacarığı və genlər İntihar və azadlıq Xankəndinə niyə girmədik? XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Netflix”iniz var?

Bilal Əşrəfov Bilal Əşrəfov
., Kültür
03 Yanvar 2020

Bu yazını oxumağa qərar vermisinizsə, ehtimal ki, var. Hətta bir neçə nəfərlə şərikinə istifadə etməyiniz də mümkündür. Sahə ilə maraqlananlar Netflix-in hansı uğurlara imza atdığını azdan-çoxdan müşahidə etməkdədir.

Şirkətin hazırda 148 milyonu ödənişli olmaqla 150 milyondan (2014-cü ildə 50 milyon idi) çox istifadəçisi var. 2018-ci il üzrə əldə etdiyi ümumi gəlir təxmini 16 milyard dollar, xalis gəlir isə 1 milyard 200 milyon dollar təşkil edir. Ümumi aktivləri 26 milyarda yaxındır. Son bir neçə ildə nə qədər böyüməsi mövzusuna toxunmayacam (istəyənlər Netflix-in investorlar üçün hesabatına nəzər yetirə bilər).

İstərdim rəqəmlərə bir qədər ara verim, ən azından Azərbaycan kimi qloballaşmadan nəsibini az almış ölkədə belə Netflix-in istifadəçilərin həyatına necə sürətlə girib yer tutduğunu rəqəmlərsiz də görmək mümkündür. İstehlakçı cəbhəsində vəziyyət belədir. Kontent cəhətdən də səviyyə göz qabağındadır: 2011-ci ildə heyətinə David Fincher kimi rejissoru daxil edən Netflix Kevin Spacey və Robin Wright kimi aktyor/aktrisa ilə uzunmetrajlı House of Cards layihəsinə başlayır, məşhur Roma filmi isə 10 Oskar nominasiyasından üçünün qalibi olur.

"Netflix"iniz var?

Kontent keyfiyyətindəki artım bu ilki «The Irishman» və «Marriage Story» kimi zəngin aktyor və rejissor heyətinə sahib filmlərlə isə zirvəyə çatdı. Xüsusilə, The Irishman bu baxımdan səciyyəvidir. Son dövrlərdə Marvel filmlərinin kinoteatrları işğal etməsi ilə bağlı narahatlığını dilə gətirən əfsanəvi rejissor Martin Scorsese-nin Netflix-ə keçməsi, filmini bu platformada publikaya təqdim etməsi, kino sahəsində dinamikanın dəyişdiyinin və sahənin professionallarının da artıq bu reallıqdan yola çıxaraq seçimlərini etdiyinin siqnalıdır. Sahənin peşəkarlarından aldığı dəstəklə Netflix gücünü daha da artırır. The Wall Street Journal isə Netflix-in bu il Qızıl Qlobus mükafatlarında dominantlıq edəcəyini yazıb.

Düşünürəm ki, Netflix-in bu sahədə necə bir inqilab etdiyi zaman keçdikçə daha aydın başa düşülür. Bəs bu ilin öz inqilabı nə olacaq, nələr gözlənilir? Financial Times redaksiya heyətinin 2020-ci ilə dair proqnozlarının yer aldığı “Forecasting the world in 2020” adlı yazıda sözü gedən sahədə (HBO və Apple ilə yanaşı) Disney-in iştirakı ilə rəqabətin daha da güclənəcəyi qeyd olunur. Bu isə ən sadə şəkildə sahənin artıq Disney, Apple və FT-in qeyd etmədiyi Amazon kimi nəhəng şirkətlərin marağını, hətta investisiyasını cəlb edəcək qədər böyüdüyünü, daha doğrusu gəlirli hala gəldiyini göstərir. Yəni servislərin yaradılması; öz filmlərini, seriallarını və şoularını istehsal etmələri Netflix-in başlatdığı «hərəkat» sayəsində gəlirli biznesə çevrilib.

"Netflix"iniz var?

The Economist jurnalının dərc etdiyi “Who will win the media wars?” başlıqlı yazıda 600 milyon abunəsi olan əyləncə sektoruna hər il kobud hesabla 100 milyarddan çox olmaqla, 5 ildə 650 milyard dollar investisiya qoyulduğu qeyd olunur. Bu isə təxminən Amerikan neft sənayəsi qədər həcm deməkdir. Qeyri-neft sektorunun inkişafı beləmi olur? Bu arada, söz düşmüşkən, Danimarkanın qeyri-neft sektoru da o qədər güclüdür ki, artıq dünya danimarkalıların istehsal edə biləcəyindən daha çox film/serial tələb edir. Uzun sözün qısası: belə servislərdə partlayış var, onlara qlobal tələbat artır, amma bu balaca ölkə bu tələbatı qarşılayacaq qədər professional heyətə sahib deyil (Danimarkanın bu sahədə nə yerdə olduğunu anlamaq üçün The New York Times-da mövzuya dair çıxan məqaləni oxumağı tövsiyə edirəm).

Beləliklə filmlər/seriallar artıq başqa mərkəzlərdən çıxır. Bu isə öz növbəsində standart film/serial istehsalının yenidən formalaşması mənasına gəlir. Təbii ki, rəqabət bəzilərinin xoşuna gəlmir. Dünyanın ən böyük kinoteatr şəbəkəsi olan Cineworld-un rəhbəri bilet satışlarını zədələdiyi üçün Netflix-i qınayıb. Amma bazarın təbiəti belədir; rəqabət gəldisə, dövrün tələbləri ilə ayaqlaşmaq məcburiyyətindəsən yoxsa başqaları tortun daha böyük hissəsini götürəcək. The Economist jurnalı da yuxarıda qeyd etdiyim məqalədə, dinamik bazarların istehlakçıya aşağı qiymət və yuxarı keyfiyyət düsturunu təmin etdiyini qeyd edir. Netflix-in indiyə qədər bazarda çox da rəqibi yox idi; bununla belə sadəcə daha çox abunəçi əldə edərək gəlirini artırmaq üçün ortaya işlər qoymasının necə nəticələndiyini gördük. İndi isə bazara rəqiblər girir, bu da sadə məntiqlə Netflix-in yalnız yeni istifadəçilər cəlb etməyə yox, həmçinin artıq mövcud olan istifadəçiləri başqa alternativlərə yönəlməkdən qorumağa da sövq edəcək (Netflix indidən kinoteatr satın almağa başlayıb). Onu da qeyd edim ki, digər şirkətlərin bazarda paylarını, yəni müxtəlifliyi artırmaları növbəti onillikdə biz istehlakçıları hansı kinematoqrafik zövqlərin gözlədiyinə dair ehtimallar qurmağa imkan verir.

"Netflix"iniz var?

Təbii ki, bu zövqlərin heç biri pulsuz olmayacaq, əksinə bəlkə də bir neçə servisə ödəniş etməyi şərtləndirəcək. Bu isə artıq üçüncü dünya ölkəsi insanlarının problemidir. Gözucu nəzər yetirdim: məsələn, Netflix-in paketləri sırasıyla 5–7 dollar, standart 9–11 dollar, premium isə 11–13 dollardır. Amerikada saatlıq minimum əmək haqqı təxminən 10 dollar edir (hətta 15$ olması üçün siyasi hərəkat da var). Yəni ABŞ-da minimum əmək haqqına işləyən bir işçi bu servisin aylıq ödənişini bir, uzaqbaşı iki saatlıq əməyi ilə ödəyir. Niyə məhz ABŞ-ı nümunə gətirirəm, çünki kontent əsasən orada hazırlanır, bu səbəblə də oranın qiymətlərini nəzərə almaq daha uyğundur. ABŞ ilə yanaşı, aşağı-yuxarı elə onun səviyyəsində olan başqa ölkələr də uzaqbaşı fərq daha on dollardır.

Həmçinin, bəlkə də fərqinə varmısınız, başqa ölkələr üzrə mövcud kontentlər Azərbaycan üçün mövcud deyil, daha doğrusu region üzrə lisenziyalaşdırılmış kontentlərin zənginliyi ölkələrə görə dəyişir. Çünki daha çox abunəçiyə sahib ölkələrdən şirkət daha çox gəlir əldə edir deyə həmin ölkələr üzrə daha çox kontent təqdim edir (məsəlçün, Netflix-in öz orijinal kontentləri xaric, aldığı kontentlərin lisenziyasını nadir hallarda dünya üzrə alır, çünki elə olacağı təqdirdə daha çox xərci çıxacaq; ona görə də lisenziyalar adətən ölkələr üzrə alınır, bununla da az gəlir əldə olunan ölkə üçün, az xərc çəkilir). Bizdə isə həm ümumilikdə istifadəçi azdır, həm də qrup şəklində abunəlik nisbətən daha çox yayılıb deyə, gəlir də müvafiq olaraq az əldə olunur.

Bütün hallarda nikbinlik üçün əsas var. Hələlik başqa servislərdən yararlana bilməsək də, mövcud servisin (Netflix timsalında) güclü rəqiblərlə dolu dinamik bazarda daha keyfiyyətli məhsul ortaya qoyacağına əmin ola bilərik.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021

Redaktorun seçimi

Miqren nədir

2020 – Zamanın məhvərini dəyişmiş rəqəmlər

Sol və sağ liberalizm – ortaq məxrəc və ixtilaflar

300 Giethoornlu

Elvin Adıgözəl: “Türkmənistana çevrilmir ölkə”

Satanizm və sairə

 Fotoqrafiyanın kəşfi: texnologiyadan müasir incəsənətə qədər

İsmayıl Səfi: “Biz Rusiyaya bu bölgədəki opponentimiz kimi baxmırıq”

“Carmen” və parislilər

“Xalqımızın duası, Türkiyənin puası, Raketlərin şüası…”

Repçi və Bandotdel

Azərbaycanlı identifikasiyası: siyasi kimlik və milli ideya

Putin Qərbin dostudur

Virus+Virus

Maskirovka

Yəhudi diasporası

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Parc de la Distance – Covid-19 həyat tərzi

Axundovun yaratdığı xalq

Ölümünüzdən illər sonra yenidən dirilmək istərdinizmi?

Azərbaycanlıların mühacirət mediası

Serena filminin təqdimi

Analoqu olmayan böhranın dərsləri

Rüstəm Hüseynov – Bakı etüdləri

İşğaldan işğala

Lars von Trier: “Ateistəm. Yaxşı insan olmalıyam”

Sevda Sultanova təqdim edir

Atomik Türkiyə 

Azərbaycan oxucusu nə istəyir?

Gülüstan və Türkmənçay müqavilələrinin müsbət tərəfləri

“Netflix”iniz var?

Bilal Əşrəfov Bilal Əşrəfov
., Kültür
03 Yanvar 2020

Bu yazını oxumağa qərar vermisinizsə, ehtimal ki, var. Hətta bir neçə nəfərlə şərikinə istifadə etməyiniz də mümkündür. Sahə ilə maraqlananlar Netflix-in hansı uğurlara imza atdığını azdan-çoxdan müşahidə etməkdədir.

Şirkətin hazırda 148 milyonu ödənişli olmaqla 150 milyondan (2014-cü ildə 50 milyon idi) çox istifadəçisi var. 2018-ci il üzrə əldə etdiyi ümumi gəlir təxmini 16 milyard dollar, xalis gəlir isə 1 milyard 200 milyon dollar təşkil edir. Ümumi aktivləri 26 milyarda yaxındır. Son bir neçə ildə nə qədər böyüməsi mövzusuna toxunmayacam (istəyənlər Netflix-in investorlar üçün hesabatına nəzər yetirə bilər).

İstərdim rəqəmlərə bir qədər ara verim, ən azından Azərbaycan kimi qloballaşmadan nəsibini az almış ölkədə belə Netflix-in istifadəçilərin həyatına necə sürətlə girib yer tutduğunu rəqəmlərsiz də görmək mümkündür. İstehlakçı cəbhəsində vəziyyət belədir. Kontent cəhətdən də səviyyə göz qabağındadır: 2011-ci ildə heyətinə David Fincher kimi rejissoru daxil edən Netflix Kevin Spacey və Robin Wright kimi aktyor/aktrisa ilə uzunmetrajlı House of Cards layihəsinə başlayır, məşhur Roma filmi isə 10 Oskar nominasiyasından üçünün qalibi olur.

"Netflix"iniz var?

Kontent keyfiyyətindəki artım bu ilki «The Irishman» və «Marriage Story» kimi zəngin aktyor və rejissor heyətinə sahib filmlərlə isə zirvəyə çatdı. Xüsusilə, The Irishman bu baxımdan səciyyəvidir. Son dövrlərdə Marvel filmlərinin kinoteatrları işğal etməsi ilə bağlı narahatlığını dilə gətirən əfsanəvi rejissor Martin Scorsese-nin Netflix-ə keçməsi, filmini bu platformada publikaya təqdim etməsi, kino sahəsində dinamikanın dəyişdiyinin və sahənin professionallarının da artıq bu reallıqdan yola çıxaraq seçimlərini etdiyinin siqnalıdır. Sahənin peşəkarlarından aldığı dəstəklə Netflix gücünü daha da artırır. The Wall Street Journal isə Netflix-in bu il Qızıl Qlobus mükafatlarında dominantlıq edəcəyini yazıb.

Düşünürəm ki, Netflix-in bu sahədə necə bir inqilab etdiyi zaman keçdikçə daha aydın başa düşülür. Bəs bu ilin öz inqilabı nə olacaq, nələr gözlənilir? Financial Times redaksiya heyətinin 2020-ci ilə dair proqnozlarının yer aldığı “Forecasting the world in 2020” adlı yazıda sözü gedən sahədə (HBO və Apple ilə yanaşı) Disney-in iştirakı ilə rəqabətin daha da güclənəcəyi qeyd olunur. Bu isə ən sadə şəkildə sahənin artıq Disney, Apple və FT-in qeyd etmədiyi Amazon kimi nəhəng şirkətlərin marağını, hətta investisiyasını cəlb edəcək qədər böyüdüyünü, daha doğrusu gəlirli hala gəldiyini göstərir. Yəni servislərin yaradılması; öz filmlərini, seriallarını və şoularını istehsal etmələri Netflix-in başlatdığı «hərəkat» sayəsində gəlirli biznesə çevrilib.

"Netflix"iniz var?

The Economist jurnalının dərc etdiyi “Who will win the media wars?” başlıqlı yazıda 600 milyon abunəsi olan əyləncə sektoruna hər il kobud hesabla 100 milyarddan çox olmaqla, 5 ildə 650 milyard dollar investisiya qoyulduğu qeyd olunur. Bu isə təxminən Amerikan neft sənayəsi qədər həcm deməkdir. Qeyri-neft sektorunun inkişafı beləmi olur? Bu arada, söz düşmüşkən, Danimarkanın qeyri-neft sektoru da o qədər güclüdür ki, artıq dünya danimarkalıların istehsal edə biləcəyindən daha çox film/serial tələb edir. Uzun sözün qısası: belə servislərdə partlayış var, onlara qlobal tələbat artır, amma bu balaca ölkə bu tələbatı qarşılayacaq qədər professional heyətə sahib deyil (Danimarkanın bu sahədə nə yerdə olduğunu anlamaq üçün The New York Times-da mövzuya dair çıxan məqaləni oxumağı tövsiyə edirəm).

Beləliklə filmlər/seriallar artıq başqa mərkəzlərdən çıxır. Bu isə öz növbəsində standart film/serial istehsalının yenidən formalaşması mənasına gəlir. Təbii ki, rəqabət bəzilərinin xoşuna gəlmir. Dünyanın ən böyük kinoteatr şəbəkəsi olan Cineworld-un rəhbəri bilet satışlarını zədələdiyi üçün Netflix-i qınayıb. Amma bazarın təbiəti belədir; rəqabət gəldisə, dövrün tələbləri ilə ayaqlaşmaq məcburiyyətindəsən yoxsa başqaları tortun daha böyük hissəsini götürəcək. The Economist jurnalı da yuxarıda qeyd etdiyim məqalədə, dinamik bazarların istehlakçıya aşağı qiymət və yuxarı keyfiyyət düsturunu təmin etdiyini qeyd edir. Netflix-in indiyə qədər bazarda çox da rəqibi yox idi; bununla belə sadəcə daha çox abunəçi əldə edərək gəlirini artırmaq üçün ortaya işlər qoymasının necə nəticələndiyini gördük. İndi isə bazara rəqiblər girir, bu da sadə məntiqlə Netflix-in yalnız yeni istifadəçilər cəlb etməyə yox, həmçinin artıq mövcud olan istifadəçiləri başqa alternativlərə yönəlməkdən qorumağa da sövq edəcək (Netflix indidən kinoteatr satın almağa başlayıb). Onu da qeyd edim ki, digər şirkətlərin bazarda paylarını, yəni müxtəlifliyi artırmaları növbəti onillikdə biz istehlakçıları hansı kinematoqrafik zövqlərin gözlədiyinə dair ehtimallar qurmağa imkan verir.

"Netflix"iniz var?

Təbii ki, bu zövqlərin heç biri pulsuz olmayacaq, əksinə bəlkə də bir neçə servisə ödəniş etməyi şərtləndirəcək. Bu isə artıq üçüncü dünya ölkəsi insanlarının problemidir. Gözucu nəzər yetirdim: məsələn, Netflix-in paketləri sırasıyla 5–7 dollar, standart 9–11 dollar, premium isə 11–13 dollardır. Amerikada saatlıq minimum əmək haqqı təxminən 10 dollar edir (hətta 15$ olması üçün siyasi hərəkat da var). Yəni ABŞ-da minimum əmək haqqına işləyən bir işçi bu servisin aylıq ödənişini bir, uzaqbaşı iki saatlıq əməyi ilə ödəyir. Niyə məhz ABŞ-ı nümunə gətirirəm, çünki kontent əsasən orada hazırlanır, bu səbəblə də oranın qiymətlərini nəzərə almaq daha uyğundur. ABŞ ilə yanaşı, aşağı-yuxarı elə onun səviyyəsində olan başqa ölkələr də uzaqbaşı fərq daha on dollardır.

Həmçinin, bəlkə də fərqinə varmısınız, başqa ölkələr üzrə mövcud kontentlər Azərbaycan üçün mövcud deyil, daha doğrusu region üzrə lisenziyalaşdırılmış kontentlərin zənginliyi ölkələrə görə dəyişir. Çünki daha çox abunəçiyə sahib ölkələrdən şirkət daha çox gəlir əldə edir deyə həmin ölkələr üzrə daha çox kontent təqdim edir (məsəlçün, Netflix-in öz orijinal kontentləri xaric, aldığı kontentlərin lisenziyasını nadir hallarda dünya üzrə alır, çünki elə olacağı təqdirdə daha çox xərci çıxacaq; ona görə də lisenziyalar adətən ölkələr üzrə alınır, bununla da az gəlir əldə olunan ölkə üçün, az xərc çəkilir). Bizdə isə həm ümumilikdə istifadəçi azdır, həm də qrup şəklində abunəlik nisbətən daha çox yayılıb deyə, gəlir də müvafiq olaraq az əldə olunur.

Bütün hallarda nikbinlik üçün əsas var. Hələlik başqa servislərdən yararlana bilməsək də, mövcud servisin (Netflix timsalında) güclü rəqiblərlə dolu dinamik bazarda daha keyfiyyətli məhsul ortaya qoyacağına əmin ola bilərik.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

thumbs_b_c_4d830fd26ec2308949afb4e24470a843
.

Rusiya Liviyada necə güc faktoruna çevrildi?

15 Yanvar 2021
RIAN_00136586_HR_ru-pic4_zoom-1000x1000-65244
.

Alkoqol – qədərində içmək bacarığı və genlər

15 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
1552562310-город Степанакерт, Арцах - Stepanakert city, Artsak
.

Xankəndinə niyə girmədik?

13 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
beaten-to-death-1538703563-1563041099-1592017534-1599969096
.

XXI əsrdə ölüm nədir və niyə biz ondan qorxuruq?

13 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel