Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Arzusuz yaşamaq mümkündürmü?

Seymur Baycan Seymur Baycan
Kültür
14 Noyabr 2020

Çox da varlı olmayan ailəmiz dola­nışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı. Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra sus­duğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çö­kər­di. Ev təsər­rü­fatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məc­bu­riyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Ba­cılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məs­lə­hətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti so­yut­ma­sı­na cürbəcür ədviyyatlarla fərqli dad qa­zandırardıq. Bunun çox dadlı və ca­na faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük ta­nıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.

Gi de Mopassan

“Jül əmi” hekayəsindən

“Jül əmi” hekayəsində qəddar, amansız bir Mopassan görürük. Bu, heç də yeni xəbər deyil. Yaradıcılığına dərindən yox, lap azacıq bələd olan hər kəsə aydındır ki, Mopassan çox amansız, qəddar yazıçıdır. O, həyatını qələmə aldığı adamları heç əfv etmir, bağışlamır. Ən xırda bir səhvi, yaxud hər hansı naqis cəhəti böyüdərək, şişirdərək Mopassan adamları yıxıb-sürüyür, əzir və onları həyatın keşməkeşləri, sərt zarafatları qarşısında olduqca aciz vəziyyətdə göstərir. Mopassanı oxuyarkən atın qabağına ət, itin qabağına ot qoyan, “həyat adlanan bir zibilə qərq olduğumuzu” anlayırıq və mütləq kimisə, kimlərisə xatırlayırıq, nələrsə barəsində düşünürük.

Amma çox maraqlıdır ki, Mopassan öz amansızlığı, qəddarlığı ilə adamı dərin depressiyanın içinə dürtmür. Mopassanın ən qəddar, ən amansız əsərlərini oxuyanda belə adamın vücudunu şirin bir kədər bürüyür. Adamda istər-istəməz Mopassanın bədbəxt, həyatı alınmamış obrazlarına qarşı təəssüf və mərhəmət hissi yaranır. İstər-İstəməz, hər şeydən əvvəl bir oxucu kimi Mopassanın çox vaxt heç nədən, adi səhvlərin ucbatından həyatı alınmamış, həyatı məhv olmuş obrazlarının halına yanırsan. Bunun çox sadə bir səbəbi var. Mopassan öz amansızlığını, qəddarlığını, kədərini, insanların həyat qarşısında acizliyini karnaval estetikasında təqdim etməyi bacaran yazıçıdır. Mopassanı oxuyarkən bilirsən ki, yazdıqlarının hamısı bu və ya digər formada olmuş, real hadisələrdir. Bununla bərabər yenə də bu reallığı reallıq kimi qəbul etmək çətindir. Hər şey adama zarafat kimi görünür. Ən azı hər şeyi zarafat kimi qəbul etmək məcburiyyətində qalırsan. Başqa cür mümkün də deyil. Əks halda adam dəli ola bilər.

Hər dəfə məzun günü formalarının üstünə müxtəlif rəsmlər çəkilmiş, müxtəlif arzular yazılmış, atlanıb-düşən, şənlənən, sevinən məzunları görəndə məni kinayəli bir gülmək tutur. Məzunlar elə hesab edirlər ki, şagird, tələbə olmaqdan canlarını qurtarmaqla həyatda böyük bir nailiyyət əldə ediblər. Daha bilmirlər ki, bu vaxta qədər baş verənlər olsa-olsa jurnal idi, kino hələ qabaqdadır. Həyat adlı əjdaha səbrlə dayanıb onları, öz qurbanlarını gözləyir. Bu əjdaha elə bir əjdahadır ki, nə qədər adam udsa da qarnı və gözü əsla doymur. Əksinə, qurbanlarını udduqca daha da acır.

Ümumiyyətlə, Mopassan az qala bütün əsərlərində deyir və xəbardarlıq edir ki, arzularla bağlı çox ehtiyatlı olmaq lazımdı. Bacardıqca gərək kiçik, lap kiçik arzuların ətəyindən yapışasan. Yəni, loru dildə desək, ayağını gərək yorğanına görə uzadasan. Arabanı ölçüb, darvazanı tiksəsən. Amma hər məsələdə olduğu kimi burda da incə bir nüans var. Məsələ ondadır ki, adi, balaca, həyata keçməsi, reallaşması çox mümkün görünən arzuların həyata keçməməsi adamı daha çox yandırır.

Heç yadımdan çıxmaz hərbi xidməti başa vurmağıma on gün, bir həftə qalmışdı. Bizim hərbi hissədə bir əsgər vardı. Sözün həqiqi mənasında əcaib bir adam idi. Birdən, heç hazır olmadığın bir vaxtda elə söz deyirdi ki, adamın tükləri biz-biz dururdu, matın-qutun quruyurdu, əlin üzündə qalırdı. Bax bu əcaib adam hərbi xidməti başa vurmağıma on gün, bir həftə qalmış mənə yaxınlaşdı və dedi:

– Evə getməyə hazırlaşırsan?

– Hə.

– Kefdəsən.

– Niyə?

– Hər gün səhər şirin çay içəcəksən.

Adamın cahilliyinə, arzusunun adiliyinə, bayağılığına gülmüşdüm. Bir az da bu cahilliyə, adamın belə adi, bayağı arzuyla yaşamasına paxıllığım tutmuşdu. Mən fkirləşirdim ki, darıxmaqdan, əmrlə yatmaqdan, əmrlə yuxudan oyanmaqdan canım qurtarır. Fikirləşirdim ki, əsgərliyi qurtaran kimi gərək işləyəm, özümə yol açam, nələrsə quram, nələrsə yaradam, ən azı özümə təzə pal-paltarlar, ayaqqabı, saat alam. Bu isə deyir ki, kefdəsən, evə gedirsən, hər səhər şirin çay içəcəksən. Bunun arzusuna bax sən allah? Əsgərlikdə və o qəbildən olan yerlərdə (xüsusən həbsxanada) adama elə gəlir ki, həyat çox sürətlə səndən uzaqlaşır, hamı harasa getdi, sən qaldın, həyata, harasa çıxıb gedən adamlara çatmaq üçün gərək möhkəm qaçasan, qan-tərə batasan. Amma azad olunanda görürsən hər şey yerindədir, həyat da heç hara uzaqlaşmayıb, həyat yerində dayanıb. Adamlar da heç hara getməyiblər, onlar da yerlərində dayanıblar. Belə bir ovqatda, belə bir ab-havada şirin çayla bağlı arzu mənə bayağı, həm də gülməli görünməyə bilməzdi.

Sonralar, çox sonralar səhvimi başa düşdüm. Başa düşdüm ki, əgər nüvəsində qara niyyət, nüvəsində xüsusi bir acgözlük, görməmişlik yoxdursa, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq heç bir insan arzusuna gülmək, heç bir insan arzusunu bayağı qəbul etmək olmaz…

Sonralar, çox sonralar başa düşdüm ki, adamların böyük hissəsi müxtəlif arzularını özləri ilə bərabər qəbirə aparmalı olurlar. Hər adamı basdırdıqda, biz onun cəsədi ilə bərabər müxtəlif arzularını da basdırmalı, müxtəlif arzularının üstünü torpaqlamalı oluruq.

Mopassan az qala bütün əsərlərində deyir və xəbardarlıq edir ki, insanlar arzularla bağlı ehtiyatı əldən buraxanda, yəni arzu kisəsinin dibi görünməyəndə həyat adamı çox pis cəzalandırır. Mopassan az qala bütün əsərlərində adamlara çox ağır bir təklifdə bulunur: mümkünsə arzusuz yaşamağı bacarmaq lazımdı.

Bilirəm, indi Günel Mövlud kimi şitin biri çıxıb deyəcək ki, arzusuz yaşamaq olmaz, insanı yaşadan arzudur zad… Əlbəttə, nə qədər şit səslənsə də arzularla yaşamaq insanın fundamental haqqıdır. Deməli, onda belə çıxır ki, hal-hazırda qarşımızda iki variant var. Birincisi, nə qədər çətin olsa da arzusuz yaşamağı bacarmalıyıq. Cehizsiz və qarımış qız ərə gedəndə naz eləmədiyi kimi, arzusuz yaşayan insan da həyatın axmaq zarafatları, keşməkeşləri qarşısında “naz eləmir”. İkincisi, yox əgər arzusuz yaşamağı bacarmırıqsa, onda həyatın bizi kəskin şəkildə məyus edəcəyinə hazır olmalıyıq və bunu həyatın reallığı kimi qəbul etməliyik. Hər kəsə aid etmək olmasa da, ümümilikdə vəziyyət təəssüf ki, bu cürdür. Kimə hansı variant məqbuldursa, buyurub seçsin. Hər kəs özü yaxşı bilir ayaqqabısı hardan sıxır. Üçüncü variant yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021

Redaktorun seçimi

Tənqid trendi

Həyat adamı məyus edir, elə deyil?

İrəvan Xanlığının unudulmuş dövrü – Xəzinə xəritəsi

Alzheimerin proqnozlaşdırılması mümkün olacaq

Yaxşı pişiyə yaxşı siçan

“Müəmma dövrü”, yoxsa qaydasız döyüş?

Abbas Atilay – Futbolsuz ölkənin final macərası

Saturn halqalarını itirir

Bu xarabadan çıxıb getmək…

Koronavirus əleyhinə ilk vaksin vuruldu

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

Küçədə nə işiniz var?

Azərbaycan 2020: Gələcəkdən baxış

Azərbaycanı niyə pisləyirik?

Qara şar filminin təhlili

Leonardo da Vinçinin əlyazmaları hamıya əlçatan oldu

Ət yeməyən gəlin

Pandemiyanın qazananı…

Xocalı qətliamı olduğu kimi

Vaginal təbəddülatlar və içimizdəki Tükəzban

Zorakılıq və istefa

Kəlbəcərin işğalı (1993)

Mirzə Ələkbər Sabirin qətli

Feminizm haqqında hər şey

Prof. Aşina ilə ayaqüstü söhbət

Toponimika siyasət kimi: Çinarlı olan Vəng

İş yerində cəsarət

Homo. “Erectus”dan “sapiens”ə

Kinoprokatsız kino

Facebook düşüncələri

Arzusuz yaşamaq mümkündürmü?

Seymur Baycan Seymur Baycan
Kültür
14 Noyabr 2020

Çox da varlı olmayan ailəmiz dola­nışığını birtəhər təmin edirdi. İdarədə axşamacan çalışan atamın maaşı qəpik-quruş sayılardı. Məndən başqa iki bacım da vardı. Hər şeydə qənaət eləmək anamın canını sıxırdı və bundan dolayı atam vaxtaşırı ondan ağır tənbehlər, üstüörtülü kinayələr eşidərdi. Zavallı atamın bunların cavabında etdiyi jest mənə dərin iztirab verərdi. Alnının tərini silməsini xatırladan bu hərəkətdən sonra sus­duğundan onun bu çarəsiz kədəri qismən mənim də çiyinlərimə çö­kər­di. Ev təsər­rü­fatımızda bacardıqca hər şeyə qənaət edərdik: qonaq çağırıldığımız yerlərə getməzdik ki, qarşı tərəfi qonaq dəvət etmə məc­bu­riyyəti duymayaq. Ərzağın ən ucuzunu, yatıb-qalmışını özümüzə rəva bilərdik. Ba­cılarım donlarını özləri biçib-tikərdilər və metrəsi on beş santimə satılan hər hansı kantı alıb-almamaq barədə uzun-uzadı məs­lə­hətləşərdilər. Hər gün yediyimiz ət şorbasına və mal əti so­yut­ma­sı­na cürbəcür ədviyyatlarla fərqli dad qa­zandırardıq. Bunun çox dadlı və ca­na faydalı olması söylənsə də, şəxsən mən fərqli bir şeyə üstünlük ta­nıyardım.
Hər səfər düyməm qopub düşəndə və ya şalvarım cırılanda atamın amansız kötəklərinə tuş gələrdim.

Gi de Mopassan

“Jül əmi” hekayəsindən

“Jül əmi” hekayəsində qəddar, amansız bir Mopassan görürük. Bu, heç də yeni xəbər deyil. Yaradıcılığına dərindən yox, lap azacıq bələd olan hər kəsə aydındır ki, Mopassan çox amansız, qəddar yazıçıdır. O, həyatını qələmə aldığı adamları heç əfv etmir, bağışlamır. Ən xırda bir səhvi, yaxud hər hansı naqis cəhəti böyüdərək, şişirdərək Mopassan adamları yıxıb-sürüyür, əzir və onları həyatın keşməkeşləri, sərt zarafatları qarşısında olduqca aciz vəziyyətdə göstərir. Mopassanı oxuyarkən atın qabağına ət, itin qabağına ot qoyan, “həyat adlanan bir zibilə qərq olduğumuzu” anlayırıq və mütləq kimisə, kimlərisə xatırlayırıq, nələrsə barəsində düşünürük.

Amma çox maraqlıdır ki, Mopassan öz amansızlığı, qəddarlığı ilə adamı dərin depressiyanın içinə dürtmür. Mopassanın ən qəddar, ən amansız əsərlərini oxuyanda belə adamın vücudunu şirin bir kədər bürüyür. Adamda istər-istəməz Mopassanın bədbəxt, həyatı alınmamış obrazlarına qarşı təəssüf və mərhəmət hissi yaranır. İstər-İstəməz, hər şeydən əvvəl bir oxucu kimi Mopassanın çox vaxt heç nədən, adi səhvlərin ucbatından həyatı alınmamış, həyatı məhv olmuş obrazlarının halına yanırsan. Bunun çox sadə bir səbəbi var. Mopassan öz amansızlığını, qəddarlığını, kədərini, insanların həyat qarşısında acizliyini karnaval estetikasında təqdim etməyi bacaran yazıçıdır. Mopassanı oxuyarkən bilirsən ki, yazdıqlarının hamısı bu və ya digər formada olmuş, real hadisələrdir. Bununla bərabər yenə də bu reallığı reallıq kimi qəbul etmək çətindir. Hər şey adama zarafat kimi görünür. Ən azı hər şeyi zarafat kimi qəbul etmək məcburiyyətində qalırsan. Başqa cür mümkün də deyil. Əks halda adam dəli ola bilər.

Hər dəfə məzun günü formalarının üstünə müxtəlif rəsmlər çəkilmiş, müxtəlif arzular yazılmış, atlanıb-düşən, şənlənən, sevinən məzunları görəndə məni kinayəli bir gülmək tutur. Məzunlar elə hesab edirlər ki, şagird, tələbə olmaqdan canlarını qurtarmaqla həyatda böyük bir nailiyyət əldə ediblər. Daha bilmirlər ki, bu vaxta qədər baş verənlər olsa-olsa jurnal idi, kino hələ qabaqdadır. Həyat adlı əjdaha səbrlə dayanıb onları, öz qurbanlarını gözləyir. Bu əjdaha elə bir əjdahadır ki, nə qədər adam udsa da qarnı və gözü əsla doymur. Əksinə, qurbanlarını udduqca daha da acır.

Ümumiyyətlə, Mopassan az qala bütün əsərlərində deyir və xəbardarlıq edir ki, arzularla bağlı çox ehtiyatlı olmaq lazımdı. Bacardıqca gərək kiçik, lap kiçik arzuların ətəyindən yapışasan. Yəni, loru dildə desək, ayağını gərək yorğanına görə uzadasan. Arabanı ölçüb, darvazanı tiksəsən. Amma hər məsələdə olduğu kimi burda da incə bir nüans var. Məsələ ondadır ki, adi, balaca, həyata keçməsi, reallaşması çox mümkün görünən arzuların həyata keçməməsi adamı daha çox yandırır.

Heç yadımdan çıxmaz hərbi xidməti başa vurmağıma on gün, bir həftə qalmışdı. Bizim hərbi hissədə bir əsgər vardı. Sözün həqiqi mənasında əcaib bir adam idi. Birdən, heç hazır olmadığın bir vaxtda elə söz deyirdi ki, adamın tükləri biz-biz dururdu, matın-qutun quruyurdu, əlin üzündə qalırdı. Bax bu əcaib adam hərbi xidməti başa vurmağıma on gün, bir həftə qalmış mənə yaxınlaşdı və dedi:

– Evə getməyə hazırlaşırsan?

– Hə.

– Kefdəsən.

– Niyə?

– Hər gün səhər şirin çay içəcəksən.

Adamın cahilliyinə, arzusunun adiliyinə, bayağılığına gülmüşdüm. Bir az da bu cahilliyə, adamın belə adi, bayağı arzuyla yaşamasına paxıllığım tutmuşdu. Mən fkirləşirdim ki, darıxmaqdan, əmrlə yatmaqdan, əmrlə yuxudan oyanmaqdan canım qurtarır. Fikirləşirdim ki, əsgərliyi qurtaran kimi gərək işləyəm, özümə yol açam, nələrsə quram, nələrsə yaradam, ən azı özümə təzə pal-paltarlar, ayaqqabı, saat alam. Bu isə deyir ki, kefdəsən, evə gedirsən, hər səhər şirin çay içəcəksən. Bunun arzusuna bax sən allah? Əsgərlikdə və o qəbildən olan yerlərdə (xüsusən həbsxanada) adama elə gəlir ki, həyat çox sürətlə səndən uzaqlaşır, hamı harasa getdi, sən qaldın, həyata, harasa çıxıb gedən adamlara çatmaq üçün gərək möhkəm qaçasan, qan-tərə batasan. Amma azad olunanda görürsən hər şey yerindədir, həyat da heç hara uzaqlaşmayıb, həyat yerində dayanıb. Adamlar da heç hara getməyiblər, onlar da yerlərində dayanıblar. Belə bir ovqatda, belə bir ab-havada şirin çayla bağlı arzu mənə bayağı, həm də gülməli görünməyə bilməzdi.

Sonralar, çox sonralar səhvimi başa düşdüm. Başa düşdüm ki, əgər nüvəsində qara niyyət, nüvəsində xüsusi bir acgözlük, görməmişlik yoxdursa, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq heç bir insan arzusuna gülmək, heç bir insan arzusunu bayağı qəbul etmək olmaz…

Sonralar, çox sonralar başa düşdüm ki, adamların böyük hissəsi müxtəlif arzularını özləri ilə bərabər qəbirə aparmalı olurlar. Hər adamı basdırdıqda, biz onun cəsədi ilə bərabər müxtəlif arzularını da basdırmalı, müxtəlif arzularının üstünü torpaqlamalı oluruq.

Mopassan az qala bütün əsərlərində deyir və xəbardarlıq edir ki, insanlar arzularla bağlı ehtiyatı əldən buraxanda, yəni arzu kisəsinin dibi görünməyəndə həyat adamı çox pis cəzalandırır. Mopassan az qala bütün əsərlərində adamlara çox ağır bir təklifdə bulunur: mümkünsə arzusuz yaşamağı bacarmaq lazımdı.

Bilirəm, indi Günel Mövlud kimi şitin biri çıxıb deyəcək ki, arzusuz yaşamaq olmaz, insanı yaşadan arzudur zad… Əlbəttə, nə qədər şit səslənsə də arzularla yaşamaq insanın fundamental haqqıdır. Deməli, onda belə çıxır ki, hal-hazırda qarşımızda iki variant var. Birincisi, nə qədər çətin olsa da arzusuz yaşamağı bacarmalıyıq. Cehizsiz və qarımış qız ərə gedəndə naz eləmədiyi kimi, arzusuz yaşayan insan da həyatın axmaq zarafatları, keşməkeşləri qarşısında “naz eləmir”. İkincisi, yox əgər arzusuz yaşamağı bacarmırıqsa, onda həyatın bizi kəskin şəkildə məyus edəcəyinə hazır olmalıyıq və bunu həyatın reallığı kimi qəbul etməliyik. Hər kəsə aid etmək olmasa da, ümümilikdə vəziyyət təəssüf ki, bu cürdür. Kimə hansı variant məqbuldursa, buyurub seçsin. Hər kəs özü yaxşı bilir ayaqqabısı hardan sıxır. Üçüncü variant yoxdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel