Azlogos
  • Kimlər var
  • Bizi tanı

Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası Tənqid trendi “Stansiya” - Oasys AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili Ara Papyan: "Azərbaycan xərcləri bizə yükləyəcək"
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mifologiyada cins kateqoriyası

Həsən Hüseynov Həsən Hüseynov
., Gender
01 Yanvar 2020

Mif haqqında danışarkən bəzi sərhədlərin mövcudluğunu qəbul etməliyik, çünki mif (“söz”, “nitq”) hüdudsuz bir məfhumdur. Bu yunan sözü ünsiyyət zamanı bir çox şeyləri ehtiva edir: uydurmanı da, son dərəcə dərinlərə kök salmış bir şeyi də, hansısa ali həqiqəti də. Biz, “mif” sözünü, məhz, bu cür genişmiqyaslı və rəngarəng anlamlarda istifadə edirik.

Mifologiyada cins kateqoriyası

Odur ki, əgər mifin – özündə bu dünyanın necə qurulduğu, onun başlanğıcları barədə izahat daşıyan rəvayət olduğunu qəbul etsək – eyni zamanda bu, elə bir rəvayətdir ki, hər dəfə yeni, növbəti nəsil tərəfindən təkrar nəzərdən keçirilməlidir – başa düşərik ki, insanın cinsiyyəti kimi bir mövzu bizi narahat etməyə bilməz. Çünki o, bizə maraqlıdır, çünki biz bu iki, bəlkə üç cinsli, hətta dörd cinsli dünyada müasir insanın yaşadığı şərtlərdə yaşayırıq. Bununla belə, onu da anlayırıq ki, insanın bu əcaib özəlliyi qədim insanları da – mifologiyanın yaranması onlarla bağlıdır – maraqlandırırdı. Özü də təkcə insanın yox, bir çox heyvanların da kişiyə və qadına, ya da hansısa qarışıq cinsə aid olması, ya da başqa variantlar qədim insanı narahat edib.

Bəs niyə sözügedən problem bizi və bir çox mifologiya tədqiqatçılarını bu gün yenidən narahat etməyə başlayıb, səbəb nədir?

Mifologiya ilə bağlı nəzəriyyədə bir neçə istiqamətlər mövcuddur və onların hamısı mifdə özünə aid şeyləri araşdırır. Məsələn, mifologiyanın tədqiqində ən nüfuzlu istiqamət (onu neoevhemerizm məktəbi adlandırmaq olar) belə deyirdi: mif – erkən tarixi təfəkkürün şəklini dəyişmiş formasıdır, mif – bəşəriyyətin, kosmosun önsözüdür və buna görə də, mif – varlıq haqda təlimin ən erkən ontologiyası, ən erkən antropologiya və sosiologiyadır. Mif – dünya-aləmin quruluşu, ümumiyyətlə, dünya və məxluqi-insan haqqında rəvayətdir.

Hələ qədimlərdə yaranmış digər bir nəzəriyyəni isə struktural-semiotik nəzəriyyə adlandırmaq olar: o, çukçalarla qədim yunanların, Amazoniya hinduları ilə slavyanların rəvayət kompleksləri arasındakı bənzərliklərin səbəblərini izah edən çoxlu ən rəngarəng nəzəriyyələr toplusudur. Müəyyən ümumi nağıl motivləri, süjetlər var və həmin rəvayət kompleksləri ilə bu və ya digər struktural – semiotik nəzəriyyə məşğul olur.

Miflərlə bağlı son dərəcə maraqlı daha bir yanaşma da var. Burda mifologiya dünyası sanki kənardan, insanı əhatə eləyən zahiri dünyanın (səma, dəniz, təbiət) yox, insanın içində baş verən bir şeyin izahı kimi nəzərdən keçirilir. Və təbii ki, bu baxışın atası, miflərin psixoloji nöqteyi-nəzərdən tədqiqinin əsasını qoyan Ziqmund Freyddir — psixoanaliz kimi nəhəng bir nəzəriyyənin təməlində Edip haqqında mif yatır.

Ancaq bu da sonuncu yanaşma, ya da miflərə doğru atılan sonuncu addım deyil. Hətta deyə bilərik ki, yunan mifoloji ənənəsini insanın sırf ekzistensial təcrübəsi kimi oxumaq olar və lazımdır: bu, sadəcə ekzistensiya, mövcudluqdur. Əgər mifologiyaya belə sadəlövh gözlərlə baxsaq, qeyri-adi bir şey görəcəyik: çoxqatlı insan varlığının yaşantıları, tanrılar ən müxtəlif mifoloji süjetlərdə mövcuddur.

Məsələn, eyni zamanda həm kişi, həm də qadın olan Tiresiy haqqında mifdən, ya da əvvəlcə qadın olan, sonra kişiyə çevrilmək istəyən və məğlubedilməz bir kişiyə çevrilən Keney haqqında mifdən başlaya bilərik.

Mifologiyada cins kateqoriyasıZevs bir tərəfdən açıq-aşkar kişi – yaşlı qoca, ya da heç vaxt gücünü itirməyən tanrıdır, digər tərəfdən isə o, övladını – Dionisi öz bədənində daşıyır: onu ombasına, ya da başqa harasınasa (ədəbli cəmiyyətdə bu söz dilə gətirilmir) tikir və körpə doğulana qədər orda daşıyır. Deməli, Zevs təkcə kişi yox, həm də qadın fərddir. Üstəlik, əsl kişiyə aid edilən bütün aşkar xüsusiyyətlərə – məsələn, cəsur olmaq – baxmayaraq, Zevs həm də həddindən artıq qorxaqdır. O, taxtından devrilməkdən qorxur və ən çox qorxduğu şey də odur ki, oğlu tərəfindən devrilə bilər. Zevsə deyəndə ki növbəti sevgilisi oğlan doğacaq və həmin uşaq ona qalib gələcək, o, doğuşun baş tutmaması üçün plan qurur. Bu silsilədən ən məşhur əhvalat isə – Afinanın əhvalatıdır.

Məlum olduğu kimi, Afina – Zevsin, qəribə, sirli təfəkkür, müdriklik ilahəsi Metidadan olan qızıdır. Zevs Metidanın oğlan doğacağını öyrənəndə onu udur. Nəticədə Afina Zevsin başından yaraq-əsləhəli və insan doğmağı bacaran məxluq kimi çıxır. Afina qadındırmı? Biz onun bakirə qız, ilahə olduğunu, heç bir doğuşla əlaqəli olmadığını, kişiləri dəstəklədiyini oxuyuruq. Həmçinin bu ilahə döyüşçü, dövlət qurucusudur və kişi məziyyətlərinə (ənənəvi, patriarxal cəmiyyətlərdə kişilərə aid edilən məziyyətlərə) sahibdir. Afina son dərəcə müdrikdir, eyni zamanda kinlidir. Deməli, o qarışıq – kişi-qadın məxluqdur. Və təbii ki, qadınla kişinin qarışığı olan bu məxluqda həm Zevsdən, həm də Metidadan gəlmə çoxlu xüsusiyyətlər var. Ancaq o, nə qadındır, nə də kişi. O – hansısa üçüncü cinsin təmsilçisidir, əcaib və təhlükəli zatdır. Ona sitayiş etmək olar, lakin sadəcə qəribə bir ilahə kimi.

Bir az da dərinə getsək, görərik ki, Dionis, Apollon, Artemida kimi tanrılar, bir tərəfdən aşkar görünən cinsi əlamətlərə malikdirlər, amma digər tərəfdən (əgər onlardan bəhs edən mifləri ekzistensial nöqteyi-nəzərdən oxusaq) kifayət qədər kişiliyə, ya da kifayət qədər qadınlığa sahib olmadıqları, ya da qarışıq, həm kişiyə, həm də qadına xas xarakterə malik olduqları üçün daima əzab çəkirlər. Afrodita və Hermes dünyaya hermafrodit – eyni vaxtda həm kişi, həm də qadın əlamətləri daşıyan insan gətirirlər. Belə insanlar real həyatda da kifayət qədər çoxdur. Amma miflərdə fərqli cinslərdən olan – hərdən birləşən, hərdən ayrılan – müxtəlif məxluqların eyni vaxtda iştirakı bir şeydən xəbər verir: yunan mifologiyası özündə bu gün bizim üçün çox vacib olan bir fikri daşıyır – hər insanın içində başqa, qəribə, fərqli biri var, insanın, sözün hərfi mənasında, yalnız öz genderinin çərçivəsinə salınması imkansızdır. İnsan mürəkkəb məxluqdur və hətta ilk baxışda sanki miflərdə və onlardan əvvəl də mövcud olduğunu düşündüyümüz o kişilik və qadınlıq çərçivələrindən də mürəkkəbdir.

Miflər bizi vərdiş etdiyimiz bölgülərə yenidən baxmağa, müasir insan, müasir ədəbiyyat üçün son dərəcə maraqlı olan o qəribə, yeni, qeyri-adi şeyi tapmağa məcbur edir.

Mən müasirlik deyəndə XX əsri, ya da Otto Veyningerin, Freydin, Karl Qustav Yunqun nəzəriyyələrinin yarandığı XX əsrin başlanğıcını da nəzərdə tutmuram. Mən XXI əsr ədəbiyyatının və insanının əhval-ruhiyyəsindən danışıram. Çünki onlar tez-tez gender məsələsində tamamilə neytral qalmağa çalışırlar. İstəmirlər ki, onlara qadın və ya kişi, ya da kişilik və qadınlığın qarışığı olaraq yanaşılsın. Onların hər biri özünə görə qeyri-adidir.

Yunan mifologiyası bizə çox gözəl imkan verir: bir insanda başqasını, loru dillə desək, iki və ya üç cinsi görmək imkanı. Və əgər yunan miflərini bu rakursdan oxusaq, orda xeyli gözəl şeylər tapa bilərik.

Həsən Hüseynov

Filologiya elmləri doktoru, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırmalar Universitetinin professoru

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Redaktorun seçimi

“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilir

Alzheimerin proqnozlaşdırılması mümkün olacaq

Ölümə məhkum edilən dullar

Cəfər Cabbarlının ölümü – 1

Alkoqolik sənətkarlar haqqında

İnfo-terrorun fəsadı – Panika

Kayfizm – azərbaycanlıların gerçək dini

İqtisadi inkişaf modeli seçimi: Sinqapur nümunəsi

Amputant gözəllik – utancdan imtina

Siyasət – mümkün ola biləcəklərin sənəti

Hökumətin fiziki məhdudiyyəti

Frankfurtda “Tarixdən əvvəl həyat” – Abbas Atilayın fotosessiyası

Psycho – Masturbasiya

1984, yoxsa 2020?

Seçim: monarxiya, yoxsa xalqın seçimi?

Bizim dövrün dəliləri

Üçüncü Reyxin «mavi» üzü

Talışlarla gələn şiəlik

Operativ Qərargah və Kampanella

Əlillərin sevişməsi

Dövlətə incəsənət lazımdırmı?

Koronavirusdan sonra da qapalı məktəb

Hökumətin koronavirus sınağı

Aydınlanma tariximizin sui-qəsdləri

“Gecəyarısı uşaqları” adlı cəfəngiyyat

Mağaranın əjdahası və müqəddəsi

Sosial elmlərin güzgüdə əksi: utopiya və antiutopiya

Statistika və təəssürat

Elina – qisas yox, oyanma məsələsi

Xankəndinə niyə girmədik?

Mifologiyada cins kateqoriyası

Həsən Hüseynov Həsən Hüseynov
., Gender
01 Yanvar 2020

Mif haqqında danışarkən bəzi sərhədlərin mövcudluğunu qəbul etməliyik, çünki mif (“söz”, “nitq”) hüdudsuz bir məfhumdur. Bu yunan sözü ünsiyyət zamanı bir çox şeyləri ehtiva edir: uydurmanı da, son dərəcə dərinlərə kök salmış bir şeyi də, hansısa ali həqiqəti də. Biz, “mif” sözünü, məhz, bu cür genişmiqyaslı və rəngarəng anlamlarda istifadə edirik.

Mifologiyada cins kateqoriyası

Odur ki, əgər mifin – özündə bu dünyanın necə qurulduğu, onun başlanğıcları barədə izahat daşıyan rəvayət olduğunu qəbul etsək – eyni zamanda bu, elə bir rəvayətdir ki, hər dəfə yeni, növbəti nəsil tərəfindən təkrar nəzərdən keçirilməlidir – başa düşərik ki, insanın cinsiyyəti kimi bir mövzu bizi narahat etməyə bilməz. Çünki o, bizə maraqlıdır, çünki biz bu iki, bəlkə üç cinsli, hətta dörd cinsli dünyada müasir insanın yaşadığı şərtlərdə yaşayırıq. Bununla belə, onu da anlayırıq ki, insanın bu əcaib özəlliyi qədim insanları da – mifologiyanın yaranması onlarla bağlıdır – maraqlandırırdı. Özü də təkcə insanın yox, bir çox heyvanların da kişiyə və qadına, ya da hansısa qarışıq cinsə aid olması, ya da başqa variantlar qədim insanı narahat edib.

Bəs niyə sözügedən problem bizi və bir çox mifologiya tədqiqatçılarını bu gün yenidən narahat etməyə başlayıb, səbəb nədir?

Mifologiya ilə bağlı nəzəriyyədə bir neçə istiqamətlər mövcuddur və onların hamısı mifdə özünə aid şeyləri araşdırır. Məsələn, mifologiyanın tədqiqində ən nüfuzlu istiqamət (onu neoevhemerizm məktəbi adlandırmaq olar) belə deyirdi: mif – erkən tarixi təfəkkürün şəklini dəyişmiş formasıdır, mif – bəşəriyyətin, kosmosun önsözüdür və buna görə də, mif – varlıq haqda təlimin ən erkən ontologiyası, ən erkən antropologiya və sosiologiyadır. Mif – dünya-aləmin quruluşu, ümumiyyətlə, dünya və məxluqi-insan haqqında rəvayətdir.

Hələ qədimlərdə yaranmış digər bir nəzəriyyəni isə struktural-semiotik nəzəriyyə adlandırmaq olar: o, çukçalarla qədim yunanların, Amazoniya hinduları ilə slavyanların rəvayət kompleksləri arasındakı bənzərliklərin səbəblərini izah edən çoxlu ən rəngarəng nəzəriyyələr toplusudur. Müəyyən ümumi nağıl motivləri, süjetlər var və həmin rəvayət kompleksləri ilə bu və ya digər struktural – semiotik nəzəriyyə məşğul olur.

Miflərlə bağlı son dərəcə maraqlı daha bir yanaşma da var. Burda mifologiya dünyası sanki kənardan, insanı əhatə eləyən zahiri dünyanın (səma, dəniz, təbiət) yox, insanın içində baş verən bir şeyin izahı kimi nəzərdən keçirilir. Və təbii ki, bu baxışın atası, miflərin psixoloji nöqteyi-nəzərdən tədqiqinin əsasını qoyan Ziqmund Freyddir — psixoanaliz kimi nəhəng bir nəzəriyyənin təməlində Edip haqqında mif yatır.

Ancaq bu da sonuncu yanaşma, ya da miflərə doğru atılan sonuncu addım deyil. Hətta deyə bilərik ki, yunan mifoloji ənənəsini insanın sırf ekzistensial təcrübəsi kimi oxumaq olar və lazımdır: bu, sadəcə ekzistensiya, mövcudluqdur. Əgər mifologiyaya belə sadəlövh gözlərlə baxsaq, qeyri-adi bir şey görəcəyik: çoxqatlı insan varlığının yaşantıları, tanrılar ən müxtəlif mifoloji süjetlərdə mövcuddur.

Məsələn, eyni zamanda həm kişi, həm də qadın olan Tiresiy haqqında mifdən, ya da əvvəlcə qadın olan, sonra kişiyə çevrilmək istəyən və məğlubedilməz bir kişiyə çevrilən Keney haqqında mifdən başlaya bilərik.

Mifologiyada cins kateqoriyasıZevs bir tərəfdən açıq-aşkar kişi – yaşlı qoca, ya da heç vaxt gücünü itirməyən tanrıdır, digər tərəfdən isə o, övladını – Dionisi öz bədənində daşıyır: onu ombasına, ya da başqa harasınasa (ədəbli cəmiyyətdə bu söz dilə gətirilmir) tikir və körpə doğulana qədər orda daşıyır. Deməli, Zevs təkcə kişi yox, həm də qadın fərddir. Üstəlik, əsl kişiyə aid edilən bütün aşkar xüsusiyyətlərə – məsələn, cəsur olmaq – baxmayaraq, Zevs həm də həddindən artıq qorxaqdır. O, taxtından devrilməkdən qorxur və ən çox qorxduğu şey də odur ki, oğlu tərəfindən devrilə bilər. Zevsə deyəndə ki növbəti sevgilisi oğlan doğacaq və həmin uşaq ona qalib gələcək, o, doğuşun baş tutmaması üçün plan qurur. Bu silsilədən ən məşhur əhvalat isə – Afinanın əhvalatıdır.

Məlum olduğu kimi, Afina – Zevsin, qəribə, sirli təfəkkür, müdriklik ilahəsi Metidadan olan qızıdır. Zevs Metidanın oğlan doğacağını öyrənəndə onu udur. Nəticədə Afina Zevsin başından yaraq-əsləhəli və insan doğmağı bacaran məxluq kimi çıxır. Afina qadındırmı? Biz onun bakirə qız, ilahə olduğunu, heç bir doğuşla əlaqəli olmadığını, kişiləri dəstəklədiyini oxuyuruq. Həmçinin bu ilahə döyüşçü, dövlət qurucusudur və kişi məziyyətlərinə (ənənəvi, patriarxal cəmiyyətlərdə kişilərə aid edilən məziyyətlərə) sahibdir. Afina son dərəcə müdrikdir, eyni zamanda kinlidir. Deməli, o qarışıq – kişi-qadın məxluqdur. Və təbii ki, qadınla kişinin qarışığı olan bu məxluqda həm Zevsdən, həm də Metidadan gəlmə çoxlu xüsusiyyətlər var. Ancaq o, nə qadındır, nə də kişi. O – hansısa üçüncü cinsin təmsilçisidir, əcaib və təhlükəli zatdır. Ona sitayiş etmək olar, lakin sadəcə qəribə bir ilahə kimi.

Bir az da dərinə getsək, görərik ki, Dionis, Apollon, Artemida kimi tanrılar, bir tərəfdən aşkar görünən cinsi əlamətlərə malikdirlər, amma digər tərəfdən (əgər onlardan bəhs edən mifləri ekzistensial nöqteyi-nəzərdən oxusaq) kifayət qədər kişiliyə, ya da kifayət qədər qadınlığa sahib olmadıqları, ya da qarışıq, həm kişiyə, həm də qadına xas xarakterə malik olduqları üçün daima əzab çəkirlər. Afrodita və Hermes dünyaya hermafrodit – eyni vaxtda həm kişi, həm də qadın əlamətləri daşıyan insan gətirirlər. Belə insanlar real həyatda da kifayət qədər çoxdur. Amma miflərdə fərqli cinslərdən olan – hərdən birləşən, hərdən ayrılan – müxtəlif məxluqların eyni vaxtda iştirakı bir şeydən xəbər verir: yunan mifologiyası özündə bu gün bizim üçün çox vacib olan bir fikri daşıyır – hər insanın içində başqa, qəribə, fərqli biri var, insanın, sözün hərfi mənasında, yalnız öz genderinin çərçivəsinə salınması imkansızdır. İnsan mürəkkəb məxluqdur və hətta ilk baxışda sanki miflərdə və onlardan əvvəl də mövcud olduğunu düşündüyümüz o kişilik və qadınlıq çərçivələrindən də mürəkkəbdir.

Miflər bizi vərdiş etdiyimiz bölgülərə yenidən baxmağa, müasir insan, müasir ədəbiyyat üçün son dərəcə maraqlı olan o qəribə, yeni, qeyri-adi şeyi tapmağa məcbur edir.

Mən müasirlik deyəndə XX əsri, ya da Otto Veyningerin, Freydin, Karl Qustav Yunqun nəzəriyyələrinin yarandığı XX əsrin başlanğıcını da nəzərdə tutmuram. Mən XXI əsr ədəbiyyatının və insanının əhval-ruhiyyəsindən danışıram. Çünki onlar tez-tez gender məsələsində tamamilə neytral qalmağa çalışırlar. İstəmirlər ki, onlara qadın və ya kişi, ya da kişilik və qadınlığın qarışığı olaraq yanaşılsın. Onların hər biri özünə görə qeyri-adidir.

Yunan mifologiyası bizə çox gözəl imkan verir: bir insanda başqasını, loru dillə desək, iki və ya üç cinsi görmək imkanı. Və əgər yunan miflərini bu rakursdan oxusaq, orda xeyli gözəl şeylər tapa bilərik.

Həsən Hüseynov

Filologiya elmləri doktoru, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırmalar Universitetinin professoru

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

MyCollages (1)
.

Aygün Aslanlı: “Sevda Sultanova baş ifritədir”

18 Yanvar 2021
72bf790de768
.

Mərkəzi Bankın yeni binası

18 Yanvar 2021
567
.

Tənqid trendi

18 Yanvar 2021
Bildschirmfoto 2021-01-18 um 08.06.01
.

“Stansiya” – Oasys

18 Yanvar 2021
2a636268-88cf-4a6f-a877-1d503225bf6e_850
.

AXC dövründə Azərbaycan siyasi sisteminə xarici təsirlər: neft amili

17 Yanvar 2021
bff788fb822295cd80b2656d1b04af1d
.

Ara Papyan: “Azərbaycan xərcləri bizə yükləyəcək”

17 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel