bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Beyinyumanın anatomiyası

Aygün Aslanlı Aygün Aslanlı
Mövqe
01 May 2019
Oxuma vaxtı:11 dəqiqəyə oxunur
Aygun
Paylaş

Kütləvi informasiya vasitələri – televiziya, qəzetlər, virtual media müasir dünyamızın vazkeçilməzinə çevrilib. Az qala, hər saniyə lazımlı-lazımsız informasiyalar qəbul eləyirik. Əfsus ki, bu fasiləsiz informasiya axını həmişə bilgiləndirmək məqsədi güdmür, əksinə dinləyicini, oxucunu, tamaşaçını bu və ya digər istiqamətə yönləndirmək, manipulyasiya eləməyi hədəfləyir və bunun üçün ən müxtəlif üsullardan yararlanır. Ukraynalı sosioloq, publisist Viktor Soroçenko “Təbliğat metodlarının ensiklopediyası” kitabında həmin üsulları təsnifləyib.

“Həkimlər məsləhət görürlər ki…”

Siyasətçilərin və jurnalistlərin fəndlərini üzə çıxartmaq – əyləncəli və intellektual idmandır. Bir halda ki, televizora baxmağa, qəzet oxumağa məcburuq, hərdən onları incələmək də lazımdır. Ən azından, profilaktik məqsədlərlə, hələ də özümüz olduğumuza, tamamən “elektorata”, ya da “bazar seqmentinə” çevrilmədiyimizə əmin olmaqdan ötrü. İnsanları yanıltmaq üçün KİV-də tez-tez istifadə olunan üsullardan biri “anonim avtoritet” metodudur. Bu metod “boz təbliğata” aid edilir. Çoxdan sübut olunub ki, cəmiyyətə təsir eləməyin ən effektiv üsullarından biri nüfuzlu mənbələrə müraciət etməkdir. Həmin adamlar dindar da ola bilər, samballı siyasi xadim də, elm adamı, ya da başqa bir peşənin sahibi də. Adı açıqlanmır. Bununla belə informasiyanın daha inandırıcı olması üçün sənədlərdən, ekspertlərin rəylərindən, şahid ifadələrindən və sair sitatlar gətirilə bilər. Məsələn bu formada: “Alimlər çoxillik araşdırmalar nəticəsində müəyyənləşdiriblər ki…”, “həkimlər məsləhət görürlər ki…”, “prezidentin ən yaxın ətrafından adını gizli saxlamaq istəyən mənbə bildirir ki…” Hansı alimlər? Hansı həkimlər? Hansı mənbə? Bu şəkildə təqdim olunan informasiyalar əksər hallarda yalandır. Mövcud olmayan avtoritetlərə istinad sıravi insanların gözündə xəbərə ağırlıq və ciddiyyət qazandırır. Halbuki mənbənin şəxsiyyəti məlum deyil və jurnalistlər yalan məlumata görə məsuliyyət daşımırlar. Odur ki, əgər populyar KİV-də informasiya “mənbələr xəbər verir ki”, ya da “alimlər məsləhət görür ki” tipli sözlərlə başlayırsa, əmin olun: bu xəbər yox, təbliğat, ya da gizli reklamdır. Üstəlik mesajın müəllifləri elmdən çox uzaqdılar, dediklərinin həqiqət olduğuna özləri belə o qədər də inanmırlar..

“Adi əhvalat”la beyinyuma əməliyyatı

…Ya da “gündəlik əhvalat” insanı neqativ, etiraz hissi yaradan informasiyaya alışdırmaqdan ötrü istifadə olunur. Xüsusi ədəbiyyatda bu metod “sakit” və “işgüzarcasına” ifadələri ilə təsvir edilir. Yəni əgər insanları zorakılığa, qana, qətllərə və sair bu kimi əməllərə alışdırmaq lazımdırsa, alicənab görkəmli aparıcı hər gün sakit üz ifadəsi və rəvan səslə, sanki sözarası sizə ən ağır cinayətlər haqqında məlıumat verir. Bir neçə həftə davam edən bu cür “beyinyumadan” sonra əhali cəmiyyətdə baş verən ən dəhşətli cinayətlərə, kütləvi qətllərə belə reaksiya verməyi dayandırır (psixoloji vərdiş effekti yaranır).

Bu üsul 1973-cü ildə Çilidə dövlət çevrilişi zamanı əhalinin, Pinoçetin xüsusi xidmət orqanlarının cinayətlərinə laqeyd qalmasına nail olmaq məqsədilə istifadə edilib. Postsovet məkanında isə bu metod, kütləvi etiraz aksiyalarını, siyasi müxalifətin fəaliyyətini işaqlandıran zaman işə salınır. Məsələn, hakim rejimin əleyhdarları mitinq keçirir, OMON, polis, milis onu dubinka və gözyaşardıcı qazların köməyi ilə dağıdır. Mitinqdə iştirak edən qadınlar, qocalar, siyasi liderlər xüsusi amansızlıqla döyülür, həbs olunur. Ertəsi gün jurnalistlər işgüzar tonla, həyəcansız, sanki söz düşmüşkən xəbər verirlər ki, bəs, dünən növbəti etiraz aksiyası keçirilib, hüquq mühafizə orqanları da güc tətbiq eləməyə məcbur qalıblar, filan qədər ictimai asayiş pozucusu həbs olunub, onlara qarşı “mövcud qanunvericiliyə uyğun olaraq” cinayət işi açılıb.

Bu üsul, KİV-ə, hadisələrin obyektiv işıqlandırılması illüziyası yaratmaq imkanı verir, eyni zamanda da baş verən hadisənin əhəmiyyətini azaldır, kütləvi auditoriyada elə təəssürat yaradır ki, sanki söhbət ictimai dəyər baxımından xüsusi diqqətə ehtiyac duyulmayan mənasız bir şeydən gedir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini ləğv olunmaqdan qoruyan metod

“Oğrunu tutun” metodunun məqsədi – öz təqibçilərinə qarışmaqdı. William Egan Colbynin rəhbərliyi dövründə (1970-ci illər) MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) təcrübəsi bu metodun necə istifadə olunduğuna ən parlaq nümunədir. 70-ci illərdə MKİ-ni terroçuluqda, qətllərdə, partlayışlarda, dövlət çevrilişlərində, narkotik biznesində və s. işlərdə ittiham eləyəndə MKİ və rəhbəri Colby öz ifşaçılardan daha bərk qışqırmağa başladı. Təşkilat özü-özünü elə cani-dildən ifşa eləyirdi ki, əsl ifşaçılar onları güclə sakitləşdirdilər. Beləcə Colby MKİ-nin ləğvinə imkan verməyib. Eyni metod xalqın qəzəbini əsas problemdən yayındırıb başqa istiqamətə yönəltmək üçün də istifadə olunur.

Ağlına yox, hisslərinə…

“Emosional rezonans” texnikası – təbliğat xarakterli informasiyalar yayarkən geniş auditoriyada həmin informasiyalara uyğun əhval-ruhiyyə yaratmaq vasitəsidir. Bu metod, insanın, təbliğat, ya da reklam xarakterli “beyin yuma” üsullarından qorunmaq üçün şüur səviyyəsində qurduğu psixoloji müdafiəni dağıdır. Təbliğat siyasətinin əsas qaydalarından birində deyilir ki, ilk növbədə insanın ağlına yox, duyğularına müraciət eləmək lazımdı. Təbliğat məqsədli materiallardan qorunmağa çalışan insan rassional səviyyədə həmişə əks-arqumentasiya sistemi qurmağa və təbliğatçıların bütün səylərini heçə endirməyə qadirdir. Lakin təbliğatın təsiri emosional səviyyədə, insanın şüurlu nəzarətindən xaricdə baş verirsə, heç bir rassional kontrarqument işə yaramır.

Bu cür metodlar hələ qədim zamanlardan məlumdur. Onların hamısının əsasında sosial induksiya fenomeni (emosional yoluxma) dayanır. Iş ondadır ki, bizim keçirdiyimiz emosiyalar və hisslər – əksər hallarda sosial hadisələrdir. Onlar epidemiya kimi yayıla, bir anda onminlərlə, yüzminlərlə insanı yoluxdura, kütləni unison “oxumağa” məcbur edə bilər. Biz sosial məxluqlarıq və başqalarının hisslərini asanlıqla mənimsəyirik. Bu, fərdlərarası münasibətlərdə daha yaxşı nəzərə çarpır – xüsusilə də məsələ yaxın adamlarımızla əlaqəli olanda. Hamıya məlumdur ki, doğma insanın kefini pozmaq nə deməkdi və hərdən bunu eləmək necə asan olur. Məsələn, mənfi hisslərlə yüklənmiş ana həmişə onu körpəsinə ötürür. Həyat yoldaşlarından birinin pis əhvalı dərhal digərinə də təsir eləyir və s.

Emosional yoluxmanın təsiri özünü kütlə içində xüsusilə güclü göstərir. Kütlə – üzvlərinin, emosional vəziyyətinin oxşarlığı ilə xarakterizə edilən sosial toplumdur. Kütlədə emosiyalara yoluxma qarşılıqlı baş verir. Kütləvi emosional yoluxmanın təbiəti, demək olar ki, araşdırılmayıb. Bununla bağlı irəli sürülən maraqlı fərziyyələrdən biri iddia edir ki, sözügedən prosesdə insan orqanizmi tərəfindən yaradılan elektromaqnit sahələrində rezonans təbəddülatlarının yaranması əsas rol oynayır.

Insanın kütlə içində davranışı bir çox mənbələrdə təsvir olunub və onların hamısı bir məqamda razılaşır: insan kütlənin bir parçasına çevriləndə hisslərinin hökmü altına düşür. Kütlə içində insan davranışının tipik əlamətləri – vəziyyətdən asılı olaraq yaranan hisslərin (əhval-ruhiyyə) üstünlüyü, təhrif edilmiş özünətəlqin, asan idarəolunmadır. Bu vəziyyəti müxtəlif vasitələrin köməyilə gücləndirmək mümkündür. Lazımi əhval-ruhiyyə – uyğun xarici mühit, sutkanın müəyyən saatı, işıqlanma, yüngül coşdurucu vasitələr, müxtəlif teatrallaşmış formalar, musiqi, mahnı və sa vasitələrlə əldə edilir.

Psixologiyada xüsusi termin var – fassinasiya. Bu termin – münasib fon təsir vasitələrilə qəbul olunan materialın effektivliyinin artırılması şərtlərinə verilən addır. Fassinasiyadan daha çox teatr tamaşalarında, şou-proqramlarda, siyasi və dini tədbirlərdə istifadə olunur – kütlə içindəki insanların xüsusi emosional əhvala yoluxdurulması məqsədilə. Yəni lazımi informasiya qabaqcadan müəyyənləşdirilmiş konkret fonda ötürülür, özü də həmin informasiya çox olmamalıdır.

“Vəziyyətə emosional uyğunlaşma”

Müasir dünyamızda yaşadığımız emosiyalar daha çox kütləvi kommunikasiya vasitələri tərəfindən yaradılan induksiyanın nəticəsidir (şəxsidən ümumiyə doğru düşünmə metodu-red).

Emosional rezonansın yaradılması – əksər informasiya verilişlərinin və əyləncəli şouların başlıca hədəfidir. KİV hər zaman geniş auditoriyada güclü emosiyalar yaratmağa çalışır, lazım olanda isə həmin emosiyaları çılğınlıq həddinə çatdırır. Bu üsulun adı –psixoloji şokdur.

Sadə nümunə: radio və televiziya aparıcılarının ölkədə və dünyada baş verən hadisələrlə bağlı xəbərləri hansı intonasiya ilə oxuduqlarına fikir verin. Söhbət faciəvi hadisələrdən gedəndə (qəzalar, müharibə, terror aktı), adətən, intonasiya nəcib bir kədərlə, ya da təqsirkarlara ünvanlanmış narazılıqla yüklənir. Əgər bu xəbərin ardınca, məsələn, dövlət başçısının mədənçilər, təyyarəçilər, müəllimlər, həkimlər və. sairlə görüşü haqqında məlumat verilsə, aparıcının üz ifadəsinin bir anda dəyişdiyini, səsində açıq-aşkar “konstruktiv optimizm” və millətin xoşbəxt gələcəyinə inam notları peyda olduğunu görəcəksiniz. Bu metod – “vəziyyətə emosional uyğunlaşma” adlanır. Bu cür sadə üsulla auditoriyanın bu və ya digər hadisəyə emosional münasibətini formalaşdırmaq mümkündür.

“Bizim xalqımız dözüb, çox dözüb…”

Emosional uyğunlaşmadan əlavə auditoriyanı lazımi intensivliklə “yırğalanmağa” vadar edən başqa metodlar da mövcuddur. Onlardan biri də ritorik qradasiyadır.

Nümunə: Şərhçi arqumentlərini get-gedə artan gərginliklə təkrarlayır – “bizim xalqımız dözüb, çox dözüb, lap çox dözüb! Biz aclığa, yoxsulluğa, təhqirlərə, rüsvayçılığa dözmüşük! Biz əziyyət çəkmişik, uzun müddət əziyyət çəkmişik, çox uzun müddət əziyyət çəkmişik! O vaxta qədər ki….”

Bu üsul dinləyicini emosional olaraq coşdurur. Xəbərin duyğusal təsirini artırmaqdan ötrü tez-tez onu daha yaxşı yadda qalan və asan mənimsənilən konkret təfərrüatlarla zənginləşdirirlər. Bu zaman “Şahid ifadələri” metodu xüsusilə effektiv olur. Çünki o, insanın şəxsi təcrübə elementləri ilə dəstəklənir. Auditoriyada lazımi əhval-ruhiyyə yaratmaq üçün istifadə olunan üsulların əksəriyyəti II Dünya Müharibəsi zamanı və onun başlanmasına az qalmış Almaniyada yaradılıb. Adətən, Almaniyada radioverilişlərdə aqressiv duyğuları süni şəkildə gücləndirən səsli təsir metodlarından istifadə olunurdu. Məsələn, Adolf Hitlerin bütün nitqləri Wilhelm Richard Wagnerin operalarından parçalarla müşayiət olunurdu. Bu musiqi dinləyicilərə üzücü təsir edirdi. Ağır, mürəkkəb musiqi insanı əzməyə qadir olan nasist hərbi maşınının yaxınlaşdığını xəbər verir, təhlükə hissi doğururdu. Kütləvi psixozu artırmaq məqsədilə mitinqlər, marşlar, hərbi paradlar radioda translyasiya edilirdi. Emosional rezonansın daha mürəkkəb nümunələrindən biri də müasir televiziyanın ayrılmaz hissəsinə çevrilmiş çoxsaylı teleseriallar, əyləncəli reality və tok-şoulardır. Bu tip proqramlarda hadisələrin necə yüksək emosional gərginlik şəraitində baş verdiyinə diqqət yetirin. Serial qəhrəmanları münasibətlərini daima yüksək səslə aydınlaşdırır, hisslərini son dərəcə qızğınlıqla nümayiş etdirirlər. Serialların süjetləri tamaşaçını hər zaman emosional gərginlikdə saxlamaq məqsədi güdür: “Görəsən, sonra nə olacaq?”

Tok-şoularda isə peşəkarlıqla hazırlanmış və “küçədən gəlmiş sadə insanların” rolunu oynayan iştirakçılar öz həyatlarını ətraflı, emosional şəkildə və təsirli cümlələrlə danışır, elə canlı efirdəcə onları incidənlərin dərsini verməyə çalışırlar. Belə teleşouların ən vacib elementlərindən biri – dava-dalaş, ya da münasibətlərin qızğın şəkildə aydınlaşdırılmasıdır. Bu zaman tamaşaçı auditoriyasını coşdurmaq, onun hisslərinə təsir etmək hədəflənir.

Bütün bunlar boş yerə edilmir. Məqsəd – tamaşaçıda emosional asılılıq yaratmaqdır. Sözügedən mənbədən tez-tez kəskin emosiyalar dozası almağa alışan insan gələcəkdə də həmin proqramı seçəcək. Beləcə televiziya bosları özləri üçün serialdan asılı, şoudan asılı və s. daimi auditoriya yaradırlar, onları kəskin emosiyalar keçirməyin, məhz, bu üsuluna alışdırmaqdan ötrü zombiləşdirirlər. Daimi auditoriya isə – maldı, onu reklamverənlərə sərfəli şəkildə satmaq olar. Kütləvi medianın zombiləri bütün digər narkomanlar kimi daima “kayf” tutmağa çalışacaqlar və deməli, dayanmadan kommersiya və siyasi reklamlarla “duzlanmış” hər yeni çıxan teleməhsulu udacaqlar.

Faydalı məsləhət: televizoru söndürün

Təbliğat xarakterli “beyinyuma” prosesindən ən sadə psixoloji qorunmaq üsulu informasiyanın mənbəyilə bütün “əlaqələri” şüurlu şəkildə kəsməkdir. Məsələn, aradabir, iki-üç həftəlik televizora baxmağı dayandırın ki, şüurunuz bərpa olunsun, televiziyanın təlqin etdiyi vəhşət keçsin. Bundan sonra müşahidə qabiliyyəti kəskin şəkildə güclənir və siz bir müddət hansı verilişlərdə “beyinyuma” əməliyyatı getdiyini asanlıqla hiss eləyəcəksiniz.

Daha bir məsləhət: əgər obyektiv informasiya axtarırsınızsa, kitabxanaya yollanın.

Yox, əgər bir doza reklam, ya da siyasi təbliğat qəbul eləmək istəyirsinizsə, televizoru açın, ya da qəzet alın. Və udun… Amma hərdənbir dayanın və beyninizə doldurmaq istədikləri o hazır ştampları və illüziyaları düşüncələrinizdən təmizləyin.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
MyCollages (1)
Mövqe

Ölüvay gənclik haqqında

Seymur Baycan
13 Avqust 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör