Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mehdi Hüseynin ölümü – 2

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
08 Dekabr 2020

Yazının əvvəli

Mehdi Hüseynin ölümündən üç gün sonra – 1965-ci il martın 13-də bir qrup gənc yazıçı Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Vəli Axundova birgə müraciət imzaladılar. Müraciət kifayət qədər sərt tonda idi. “Mehdi Hüseyn cəhalətin, qrupbazlığın, yerlipərəstliyin qəti düşməni idi. Yazıçılarımızın səmərəli işinə, yaradıcılığına mane olan, Yazıçılar İttifaqında saf atmosferi korlayan hər cür meyllərə qarşı yorulmadan mübarizə aparırdı. Təsadüfi deyildir ki, o, məhz belə bir mübarizədə vəfat etdi” cümlələri ilə başlayan müraciət belə davam edirdi: “Mehdi Hüseynin həssas ürəyi son vaxtlar sovet yazıçısının müqəddəs mənəvi simasını itirib dedi-qoduya qurşanmış bir sıra intriqa düşkünlərinin amansız həmləsinə dözmədi”.

Bütün bunlardan sonra müraciət müəllifləri Mərkəzi Komitədən “Mehdi Hüseynin ölümünə bais olan səbəblərin araşdırılmasını” dilə gətirirdilər. Üstəlik, bunu xahiş yox, tələb kimi səsləndirirdilər. “Bu işdə müqəssir olanlara cəza verilməsini” istəyənlər Süleyman Rəhimov, Məmməd Rahim və Süleyman Rüstəmin nalayiq hərəkətlərinə kommunist prinsipiallığı ilə yanaşılmasını” tələb edirdilər.

Müraciətə imza atanlar arasında Əkrəm Əylisli, Tofiq Bayram, Əlibala Hacızadə, Anar, Cabir Novruz, İsi Məlikzadə, Fikrət Sadıq, Fikrət Qoca, Aqşin Babayev, Yusif Səmədoğlu, Vaqif Vəkilov, Ağacavad Əlizadə, Ələkbər Salahzadə və b. vardı.

Tarixçi Cəmil Həsənli yazır ki, həmin müraciətdən iki gün sonra, martın 15-də ittiham hədəfi olan şəxslər – Süleyman Rəhimov, Süleyman Rüstəm və Məmməd Rahim Vəli Axundova və Azərbaycan KP MK-nın Rəyasət Heyətinə 8 səhifəlik izahat xarakterli məktub ünvanlayırlar. Məktubda onlar M.Hüseynin qəfil vəfatından kədərləndiklərini bildirirlər. Sitat: “Aramızda bu və ya digər yaradıcılıq, nəzəri mübahisə və təşkilatımızdakı iş üslubu münaqişəsinin olmasına baxmayaraq biz illər uzunu bir yerdə yazıb yaratmışıq”.

Məktub müəllifləri Yazıçılar İttifaqının mərhum rəhbərinin ruhuna hörmət olaraq narazılıq yaradan məsələləri bu tezliklə qaldırmaq istəmədiklərini vurğulayandan sonra barələrindəki suçlamalara isə belə reaksiya verirdilər: “Heç kəs, heç zaman partiya məsuliyyətindən, Sovet dövlətinin haqq-ədalət qanunundan qaça bilməz. Özü də lazım gəlsə baş qərargahımızın – Sovet İttifaqı Mərkəzi Komitəsinin mötəbər heyətinin iştirakı ilə bütün bu məsələlərə qayıtmaq, dərindən tədqiq etmək və həqiqəti aşkara çıxarmaq olar”.

İttiham olunan “üçlük” həmçinin M.Hüseynin vəfatının səbəbkarı kimi göstərilmələrindən gileylənir, “Azərbaycan ictimaiyyətinin fikrini çaşdırmaq, hamıya, hər yerdə özləri barədə yalanlar, iftiralar aşılamaq” cəhdlərinə etiraz edirdilər.

Məktubda indiyədək İosif Oratovski və Markar Davityanın da Yazıçılar İttifaqının binasında öz əcəli ilə öldüyü xatırlanır, Mehdi Hüseynin də onlar, eləcə də Bülbül, Ələsgər Ələkbərov, Fuad Əfəndiyev, İsmayıl Soltan, Əyyub Abbasov kimi mədəniyyət, elm və ədəbiyyat adamları kimi qəflətən vəfat etdiyinə diqqət çəkilirdi.

“Üçlük” eyni zamanda şair və İttifaqın katibi Nəbi Xəzridən şikayətlənirdilər. Yazırdılar ki, o hər yerdə fəxrlə deyir: “Mən Süleyman Rəhimovu, Süleyman Rüstəmi, Məmməd Rahimi öldürəcəkdim, heyf ki, məni tutdular, qoymadılar”.

Məktub müəllifləri onu da bildirirdilər ki, Nəbi Xəzrinin hərəkətlərindən respublika prokurorluğuna şikayət ediblər. Sitat: “Əgər bu gün Nəbi Xəzrinin ağsaqqaların başına stul qaldırmasının qabağı alınmasa, o bir başqasına qarşı daha təhlükəli cinayətə əl atacaqdır”. Bu sitat Yazıçılar İttifaqı daxilində ixtilafın nə qədər kəskin, amansız şəkil aldığını bir daha gözlərimiz önünə sərir.

“Üçlük” M.Hüseyn vəfat edən kimi Nəbi Xəzrinin onları küçə söyüşləri ilə söyməyə başladığını yazırdı. Sitat: “Yoldaşımızın cənazəsinə hörmət əlaməti olaraq binanı tərk etməyə məcbur olduq”.

Məktub müəllifləri N.Xəzrinin cəzalandırılmasını tələb edirdilər.

Onlar eyni məzmunlu məktubları Azərbaycan KP MK ilə yanaşı, SOV. İKP MK-ya da yollamağa başlamışdılar.

Nəbi Xəzri isə Vəli Axundova ünvanladığı məktubda “üçlüyün” ittihamlarını qətiyyətlə yalanlayır, Mehdi Hüseynin qəfil ölümündən mütəəssir olduğu üçün başqaları ilə yanaş özünün də Süleyman Rəhimovu itələdiyini bildirirdi. “Lakin hücum və döymək olmayıb” yazan N.Xəzri əlavə edirdi: “…məndən olan şikayət yazıçı S.Rəhimovvə şair M.Rahimin əməllərinin nəticəsi kimi həyatını Mehdi Hüseynin ölümündən diqqəti yayındırmaq cəhdidir”.

Ən maraqlısı isə o idi ki, N.Xəzri “növbəti qurban” kimi özünün seçildiyini vurğulayır və Vəli Axundovdan onu Süleyman Rəhimovun təqiblərindən qorumağı xahiş edirdi.  

Qarşılıqlı şikayət məktublarının sayı artdıqca Yazıçılar İttifaqında yaranmış gərgin vəziyyəti araşdırmaq üçün Mərkəzi Komitə martın 17-də Rəyasət Heyətinin üzvlərindən ibarət xüsusi komissiya yaratmaqdan başqa çıxış yolu görmədi.

Burada kiçik bir haşiyə çıxaq. Yazıçılar İttifaqında getdikcə kəskinləşən intriqalardan, günbəgün idarəolunmaz və eybəcər şəkil alan maraq toqquşmalarından bezən M.Hüseyn hələ 1962-ci il noyabrın 30-da Vəli Axundova ərizə ilə müraciət edərək İttifaqın birinci katibi vəzifəsindən azad edilməsini istəmişdi. Lakin bu ilk deyildi. Onun Mərkəzi Komitəyə oxşar müraciətlərinin tarixi hələ 1959-cu ildən – İttifaq sədri olduqdan vur-tut bir il sonra başlayırdı. Di gəl, M.Hüseynin bu istəyinə heç vaxt müsbət cavab verilmədi. Çünki partiya və hökumət quruluş fəlsəfəsi intriqaçılığa əsaslanan Yazıçılar İttifaqının yoluna da elə bu “fəlsəfə” ilə davam etməsində maraqlı idi. Ədəbiyyat üzərində tam nəzarətin ən asan, ən optimal yolu bu hesab olunurdu. Qanlı 30-cu illərdən bəri heç nə dəyişməmişdi. Başadüşüləndir: 30 ildir effekt verən bir metodu dəyişdirərək yeni, nəticəsi naməlum macəraya atılmağa nə gərək vardı?!

Qayıdaq mövzumuza.

Beləliklə, aylar keçir, lakin Mehdi Hüseynin ölümü ətrafında qalmaqal dərinləşir, sular durulmaq əvəzinə daha da “bulanır”, hadisələr içindən çıxılmaz şəkil alır, bütün bu baş verənlərin necə bitəcəyini proqnozlaşdırmaq tamamilə mümkünsüzləşirdi.

İş o yerə çatdı ki, 1965-ci il iyunun 1-də Azərbaycan KP MK-nın Rəyasət Heyəti məlum ölüm faktı ilə bağlı xüsusi müşavirə çağırmaq məcburiyyətində qaldı. Müşavirədə “açıldı sandıq, töküldü pambıq”…

Çıxışlarda nələr danışıldı, nələr!!

Bu barədə üçüncü və sonuncu yazımızda…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021
seymur-baycan-1
.

Ölü evdən qeydlər

02 Yanvar 2021

Redaktorun seçimi

“Cekin tikdiyi ev” – Lars von Trierin son xuliqanlığı

Zəhmətimin «Sizif əməyi» olduğunu bildiyim halda

Kəlbəcərin işğalı (1993)

Yemişsatan arvadın əhvalatı

Qulu Məhərrəmli: “Nə qədər qucaqlanmalı insan var”

Müasir meymunlar da təkamül edir – Bir qrup meymun Daş dövrünə keçib (Video)

Azərbaycan Demokratik Respublikası – 100

СНАП

“Anna Karenina” və kişilər haqqında

Muradın ödəmədiyi aliment

Primakov söhbəti

Üzeyir Mehdizadə və eşşəklər

Bozbaş bişirmək azadlığı

Üç narrativ arasında dolaşmış dünya: Böyük Qərbin yeni dini – infantil sosializm

Söyüş

Teymurun duzlu-istiotlu ölkəsi

Bakı. Hökumət evi. Tarix və miras.

Azərbaycan və İrlandiya

Sevda Sultanova təqdim edir

Proyeksiya (sonu)

Tokio metrosunda ağ-qara bir gün

Afaq Bəşirqızı haqlıdırmı?

Müasir memarlıqda ekstrim məkanlar – 2

65 yaşdan yuxarı olanların aqibəti

Azərbaycan neftin ucuzlaşmasından gündə 28 milyon dollar itirir

Qəzəbli erməni ürəyi

Naxçıvan davası

Həqiqət, elm fəlsəfəsi və elmi təfəkkür üzərinə qeydlər

Əsl kommunizm necə olur?

Qrafika dəyişimi sivilizasion seçim kimi

Mehdi Hüseynin ölümü – 2

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
08 Dekabr 2020

Yazının əvvəli

Mehdi Hüseynin ölümündən üç gün sonra – 1965-ci il martın 13-də bir qrup gənc yazıçı Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Vəli Axundova birgə müraciət imzaladılar. Müraciət kifayət qədər sərt tonda idi. “Mehdi Hüseyn cəhalətin, qrupbazlığın, yerlipərəstliyin qəti düşməni idi. Yazıçılarımızın səmərəli işinə, yaradıcılığına mane olan, Yazıçılar İttifaqında saf atmosferi korlayan hər cür meyllərə qarşı yorulmadan mübarizə aparırdı. Təsadüfi deyildir ki, o, məhz belə bir mübarizədə vəfat etdi” cümlələri ilə başlayan müraciət belə davam edirdi: “Mehdi Hüseynin həssas ürəyi son vaxtlar sovet yazıçısının müqəddəs mənəvi simasını itirib dedi-qoduya qurşanmış bir sıra intriqa düşkünlərinin amansız həmləsinə dözmədi”.

Bütün bunlardan sonra müraciət müəllifləri Mərkəzi Komitədən “Mehdi Hüseynin ölümünə bais olan səbəblərin araşdırılmasını” dilə gətirirdilər. Üstəlik, bunu xahiş yox, tələb kimi səsləndirirdilər. “Bu işdə müqəssir olanlara cəza verilməsini” istəyənlər Süleyman Rəhimov, Məmməd Rahim və Süleyman Rüstəmin nalayiq hərəkətlərinə kommunist prinsipiallığı ilə yanaşılmasını” tələb edirdilər.

Müraciətə imza atanlar arasında Əkrəm Əylisli, Tofiq Bayram, Əlibala Hacızadə, Anar, Cabir Novruz, İsi Məlikzadə, Fikrət Sadıq, Fikrət Qoca, Aqşin Babayev, Yusif Səmədoğlu, Vaqif Vəkilov, Ağacavad Əlizadə, Ələkbər Salahzadə və b. vardı.

Tarixçi Cəmil Həsənli yazır ki, həmin müraciətdən iki gün sonra, martın 15-də ittiham hədəfi olan şəxslər – Süleyman Rəhimov, Süleyman Rüstəm və Məmməd Rahim Vəli Axundova və Azərbaycan KP MK-nın Rəyasət Heyətinə 8 səhifəlik izahat xarakterli məktub ünvanlayırlar. Məktubda onlar M.Hüseynin qəfil vəfatından kədərləndiklərini bildirirlər. Sitat: “Aramızda bu və ya digər yaradıcılıq, nəzəri mübahisə və təşkilatımızdakı iş üslubu münaqişəsinin olmasına baxmayaraq biz illər uzunu bir yerdə yazıb yaratmışıq”.

Məktub müəllifləri Yazıçılar İttifaqının mərhum rəhbərinin ruhuna hörmət olaraq narazılıq yaradan məsələləri bu tezliklə qaldırmaq istəmədiklərini vurğulayandan sonra barələrindəki suçlamalara isə belə reaksiya verirdilər: “Heç kəs, heç zaman partiya məsuliyyətindən, Sovet dövlətinin haqq-ədalət qanunundan qaça bilməz. Özü də lazım gəlsə baş qərargahımızın – Sovet İttifaqı Mərkəzi Komitəsinin mötəbər heyətinin iştirakı ilə bütün bu məsələlərə qayıtmaq, dərindən tədqiq etmək və həqiqəti aşkara çıxarmaq olar”.

İttiham olunan “üçlük” həmçinin M.Hüseynin vəfatının səbəbkarı kimi göstərilmələrindən gileylənir, “Azərbaycan ictimaiyyətinin fikrini çaşdırmaq, hamıya, hər yerdə özləri barədə yalanlar, iftiralar aşılamaq” cəhdlərinə etiraz edirdilər.

Məktubda indiyədək İosif Oratovski və Markar Davityanın da Yazıçılar İttifaqının binasında öz əcəli ilə öldüyü xatırlanır, Mehdi Hüseynin də onlar, eləcə də Bülbül, Ələsgər Ələkbərov, Fuad Əfəndiyev, İsmayıl Soltan, Əyyub Abbasov kimi mədəniyyət, elm və ədəbiyyat adamları kimi qəflətən vəfat etdiyinə diqqət çəkilirdi.

“Üçlük” eyni zamanda şair və İttifaqın katibi Nəbi Xəzridən şikayətlənirdilər. Yazırdılar ki, o hər yerdə fəxrlə deyir: “Mən Süleyman Rəhimovu, Süleyman Rüstəmi, Məmməd Rahimi öldürəcəkdim, heyf ki, məni tutdular, qoymadılar”.

Məktub müəllifləri onu da bildirirdilər ki, Nəbi Xəzrinin hərəkətlərindən respublika prokurorluğuna şikayət ediblər. Sitat: “Əgər bu gün Nəbi Xəzrinin ağsaqqaların başına stul qaldırmasının qabağı alınmasa, o bir başqasına qarşı daha təhlükəli cinayətə əl atacaqdır”. Bu sitat Yazıçılar İttifaqı daxilində ixtilafın nə qədər kəskin, amansız şəkil aldığını bir daha gözlərimiz önünə sərir.

“Üçlük” M.Hüseyn vəfat edən kimi Nəbi Xəzrinin onları küçə söyüşləri ilə söyməyə başladığını yazırdı. Sitat: “Yoldaşımızın cənazəsinə hörmət əlaməti olaraq binanı tərk etməyə məcbur olduq”.

Məktub müəllifləri N.Xəzrinin cəzalandırılmasını tələb edirdilər.

Onlar eyni məzmunlu məktubları Azərbaycan KP MK ilə yanaşı, SOV. İKP MK-ya da yollamağa başlamışdılar.

Nəbi Xəzri isə Vəli Axundova ünvanladığı məktubda “üçlüyün” ittihamlarını qətiyyətlə yalanlayır, Mehdi Hüseynin qəfil ölümündən mütəəssir olduğu üçün başqaları ilə yanaş özünün də Süleyman Rəhimovu itələdiyini bildirirdi. “Lakin hücum və döymək olmayıb” yazan N.Xəzri əlavə edirdi: “…məndən olan şikayət yazıçı S.Rəhimovvə şair M.Rahimin əməllərinin nəticəsi kimi həyatını Mehdi Hüseynin ölümündən diqqəti yayındırmaq cəhdidir”.

Ən maraqlısı isə o idi ki, N.Xəzri “növbəti qurban” kimi özünün seçildiyini vurğulayır və Vəli Axundovdan onu Süleyman Rəhimovun təqiblərindən qorumağı xahiş edirdi.  

Qarşılıqlı şikayət məktublarının sayı artdıqca Yazıçılar İttifaqında yaranmış gərgin vəziyyəti araşdırmaq üçün Mərkəzi Komitə martın 17-də Rəyasət Heyətinin üzvlərindən ibarət xüsusi komissiya yaratmaqdan başqa çıxış yolu görmədi.

Burada kiçik bir haşiyə çıxaq. Yazıçılar İttifaqında getdikcə kəskinləşən intriqalardan, günbəgün idarəolunmaz və eybəcər şəkil alan maraq toqquşmalarından bezən M.Hüseyn hələ 1962-ci il noyabrın 30-da Vəli Axundova ərizə ilə müraciət edərək İttifaqın birinci katibi vəzifəsindən azad edilməsini istəmişdi. Lakin bu ilk deyildi. Onun Mərkəzi Komitəyə oxşar müraciətlərinin tarixi hələ 1959-cu ildən – İttifaq sədri olduqdan vur-tut bir il sonra başlayırdı. Di gəl, M.Hüseynin bu istəyinə heç vaxt müsbət cavab verilmədi. Çünki partiya və hökumət quruluş fəlsəfəsi intriqaçılığa əsaslanan Yazıçılar İttifaqının yoluna da elə bu “fəlsəfə” ilə davam etməsində maraqlı idi. Ədəbiyyat üzərində tam nəzarətin ən asan, ən optimal yolu bu hesab olunurdu. Qanlı 30-cu illərdən bəri heç nə dəyişməmişdi. Başadüşüləndir: 30 ildir effekt verən bir metodu dəyişdirərək yeni, nəticəsi naməlum macəraya atılmağa nə gərək vardı?!

Qayıdaq mövzumuza.

Beləliklə, aylar keçir, lakin Mehdi Hüseynin ölümü ətrafında qalmaqal dərinləşir, sular durulmaq əvəzinə daha da “bulanır”, hadisələr içindən çıxılmaz şəkil alır, bütün bu baş verənlərin necə bitəcəyini proqnozlaşdırmaq tamamilə mümkünsüzləşirdi.

İş o yerə çatdı ki, 1965-ci il iyunun 1-də Azərbaycan KP MK-nın Rəyasət Heyəti məlum ölüm faktı ilə bağlı xüsusi müşavirə çağırmaq məcburiyyətində qaldı. Müşavirədə “açıldı sandıq, töküldü pambıq”…

Çıxışlarda nələr danışıldı, nələr!!

Bu barədə üçüncü və sonuncu yazımızda…

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021
seymur-baycan-1
.

Ölü evdən qeydlər

02 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel