Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Canlı rulet yayınlarında gecikme olmaması, Casinomhub yükle tarafından sağlanan güçlü altyapının bir göstergesidir.

Yeni üyelere verilen avantajlı kampanyalar arasında casinomhub giriş fırsatları dikkat çekiyor.

Bahis dünyasında yenilikçi çözümler sunan bettilt farkını hissettiriyor.

Kumarhane eğlencesini dijital dünyaya taşıyan bettilt giriş çeşitliliği artıyor.

Türkiye’de şans oyunlarını yalnızca Milli Piyango ve Spor Toto düzenleyebilirken, bettilt giriş uluslararası lisansla faaliyet gösterir.

Adres değişikliklerine çözüm sunan pinco kullanıcılar için önem taşıyor.

Bahis severlerin güvenle oynadığı adres bettilt olarak bilinir.

Gerçek casino atmosferini hissetmek isteyenler bettilt seçeneklerine yöneliyor.

Her oyuncu güven içinde bahis yapabilmek için bettilt altyapısına ihtiyaç duyuyor.

İnternet üzerinden daha kolay erişim için bettilt giriş sayfası kullanılıyor.

Bahis dünyasında kullanıcıların %63’ü en çok futbol bahislerinden kazanç elde ettiğini belirtmiştir; bu, bahsegel giriş’in sunduğu güçlü oranlarla uyumludur.

Kullanıcılarına güvenli ortam sağlayan altyapısıyla bahsegel sektörde ön plandadır.

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Mehdi Hüseynin ölümü

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
29 Noyabr 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
305238

Mehdi Hüseyn

Paylaş

1934-cü ildə yaradılan Azərbaycan Yazıçılar İttifaqının (hazırda: Birliyinin) quruluş fəlsəfəsi (kağız üzərində nə yazılmasından asılı olmayaraq!) Leninin məşhur tezisinə əsaslanırdı: ədəbiyyatı partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək!

Məhz bu anormal tezisin nəticəsidir ki, bu ittifaq yarandığı ilk gündən şər yuvasına çevrildi: karyerist və komformist maraqlardan irəli gələn danosbazlıq, intriqaçılıq elə günümüzdə də həmin təşkilatın ruhunu, mövcudluğunu təşkil edir.

İttifaq tarixinin ən amansız konfliktlərindən biri isə 1960-cı illərin əvvəlində daha da şiddətli hal alan Mehdi Hüseyn – Süleyman Rəhimov ixtilafı idi.

Ustad Sabir Əhmədlinin yazdığı kimi, o vaxtacan da Yazıçılar İttifaqında xeyli çəkişmə, intriqa yaşanmışdı. Hətta bu çəkişmələr, intriqalar səbəbilə təşkilatın adını ikiyə ayırır, “İt-tifaqı” deyə çağırırdılar.

Lakin Mehdi Hüseynlə Süleyman Rəhimovun qovğası bu intriqabazlığın kulminasiya nöqtəsi idi.

İş o yerə çatmışdı ki, Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Vəli Axundov tərəfləri Mərkəzi Komitəyə çağırtmalı olmuşdu. Mərkəzi Komitədəkilər münaqişənin səbəbini bilmək, daha doğrusu, iki qrupun öz ağzından eşitmək istəmişdilər. Cavablardan belə başa düşmək olardı ki, intriqanın kökündə ədəbiyyat məsələləri dayanır. Halbuki, Sabir Əhmədlinin yazdığı kimi, “bunlarınkı sənət, məslək, ideya davasından artıq, şöhrət və qazanc üstündə idi…”

Süleyman Rəhimov adətən başına çalpapaq qoyduğundan onun tərəfdarlarını “çalpapaqlılar” adlandırırdılar. Çalpapaqların başçısı Mərkəzi Komitədəki iclasda Vəli Axundova deyir: “Vəli Yusifoviç, təsəvvür edin ki, biz bir maşında gedirik. Bu maşının da sürücüsü Mehdi Hüseyndir. O, maşını yaxşı sürmür, çala-çökəyə salır, bizi də atıb-tutur, içimiz tökülür”. Vəli Axundov cavabında dillənir: “O, yaxşı sürə bilmir, Siz də bir yandan onun başını qatır, sürməyə qoymursunuz”.

Süleyman Rəhimovun İttifaqa rəhbərlik uğrunda Mehdi Hüseynlə amansız mübarizəsi 1965-ci il martın 10-da faciəli sonluğa gətirib çıxarır: qurumun Rəyasət Heyətinin gərgin keçən iclasında Mehdi Hüseynin ürəyində şiddətli ağrılar başlayır və elə oradaca dünyasını dəyişir.

Həmin vaxt SSRİ Yazıçılar İttifaqı yanında Sovet xalqları ədəbiyyatı komissiyasında Azərbaycan üzrə məsləhətçi işləyən görkəmli yazıçımız Çingiz Hüseynov xatirələrində yazır: “1965-ci il mart ayının 10-da günün axırında Markov məni təcili olaraq yanına çağırtdırdı. Onun kabinetinə daxil oluram. Markov qıpqırmızıdır, başdan-ayağa pörtmüş halda telefonla Bakı ilə danışır. Bir şey anlamadan “Necə öldürüblər?!” deyir və telefonun dəstəyini mənə uzadır. “Öyrən onlarda, Bakıda nə baş verib?” Dəstəyin digər ucundakı Yazıçılar İttifaqının katibi Nəbi Xəzridir. O, həyəcanla qışqırır: “Mehdi Hüseyni öldürdülər, birbaşa iclasda…”. Sonra isə qatillərin adını çəkir: “Süleyman Rəhimov!… Məmməd Rahim!…” Mən soruşuram: “Bu nə cəfəngiyyatdır?” Nəbi Xəzri isə təsdiq edir ki: “Öldürdülər!””

Moskvadakılar şokdadırlar. Yekun qənaət aydındır: “İntriqanın nəticəsidir!” Məsələ burasındadır ki, bir müddət əvvəl Bakıda yazıçılar üçün inşa edilmiş binanın bölgüsü olub. Lakin bölgü narazılıq yaradıb. Moskvaya göndərilən şikayətlərin ardı-arası kəsilmir.

(Tarixçi Cəmil Həsənli yazır ki, doğrudan da, 47 mənzildən ibarət olan binada ev almaq üçün 175 yazıçı müraciət eləmişdi. Mehdi Hüseyn yaranmış narazılığı azaltmaqdan ötrü Vəli Axundova məktub unvanlayır. Xahiş edir ki, yeni binada ev alan yazıçıların əvvəlki mənzilləri ehtiyacı olan digər yazıçılara verilsin. Axundov onun xahişini nəzərə alır və bununla bağlı Bakı şəhər icraiyyə komitəsinin o vaxtkı sədri Əliş Ləmbəranskiyə müvafiq göstəriş verir).

Təcili olaraq Moskvadan Bakıya Çingiz Hüseynovun da daxil olduğu briqada yollanır. Yazıçının xatirələrindən oxuyuruq ki, briqada üzvləri ertəsi gün artıq Mehdi Hüseynin evində imiş. Onun həyat yoldaşı Fatma xanım dayanmadan ağlayır və göz yaşları içində deyirmiş: “Onu Süleyman (Rəhimov – E.A) öldürdü. O mənə demişdi ki, qoy Mehdi mənimlə intriqa aparmağı qurtarsın, yoxsa ürəyini partladaram. Allah onun cəzasını verməyəcək?”

Hadisə baş verən gün isə iclas iştirakçılarının bir çoxunun imzası ilə akt hazırlanır. Aktda deyilirdi: “Bu gün, yəni mart ayının 10-da saat 3.40-da Rəyasət Heyətinin iclasında Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahimlə Mehdi Hüseyn arasında mübahisə baş verdi. Süleyman Rəhimov və Məmməd Rahim Mehdi Hüseyni dəfələrlə təhqir etdilər. Bunun nəticəsində Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəfat etdi…” Sənədi imzlayanlar arasında Nəbi Xəzri, İmran Qasımov, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, İsmayıl Şıxlı, Əli Vəliyev, Əhməd Cəmil, Osman Sarıvəlli, Hüseyn Abbaszadə vardı.

Mehdi Hüseynin ölümü ilə nəticələnən hadisə barədə məlumat tezliklə SSRİ-nin hər tərəfinə yayılır və böyük müzakirələrə səbəb olur. Bir çoxları hadisənin araşdırılması üçün ittifaqın o zamankı Baş prokuroru Rudenkoya müraciət göndərməyi təklif edirlər: onların fikrincə, baş verən hadisəyə cinayət faktı kimi yanaşmaq lazımdır. Lakin Sovet rəhbərliyi məsələnin həllini Azərbaycan SSR KP MK-ya həvalə etməyi üstün tutur…

Moskvada yaşayan tanınmış tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Əziz Şərif martın 16-da Mirzə İbrahimova (həmin vaxt ona Azərbaycan Yazıçılar İttifaqına müvəqqəti rəhbərlik tapşırılmışdı) yazırdı: “Xasiyyətində olan bəzi nöqsanlara baxmayaraq (hansımız nöqsansızıq?), mən Mehdini ürəkdən istəyirdim və onun ölümü mənə ağır zərbə oldu… Mühitimizdəki çirkinliklər olmasaydı! aramızda gəzən və duru suyumuzu bulandıran alçaqlar meydan sulamağa imkan tapmasaydılar, nə yaxşı olardı, necə rahat yaşayardıq!…”

Əziz Şərifin hansı “duru su”dan danışdığını söyləməyə çətinlik çəkirik. Hər halda indi – aradan onillər keçdikdən sonra əsla şübhə qalmır ki, Azərbaycan ədəbi mühitində “sular” lap başından, 1930-cu illərin əvvəlindən bulanmışdı. İndi isə o ancaq üfunət qoxuya bilərdi…

Moskvada da daxil olmaqla SSRİ-nin dörd bir yanında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin iclasındakı məşum hadisənin şoku yaşanarkən, Bakıda Mehdi Hüseynin ölümü ətrafında ajiotaj güclənir, hadisələr daha gərgin istiqamətdə inkişaf etməyə başlayırdı. Halbuki gözləmək olardı ki, bu ölüm faktından sonra ara nisbətən sakitləşəcək, “şər yuvasındakılar” ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan intriqalarına, ən azı, bir müddət ara verəcəklər.

Lakin, yuxarıda da dediyimiz kimi, növbəti günlərdə tərəflər arasında ixtilaf əndazəni tamam aşdı…

*23 nəfər gənc yazıçı Vəli Axundova ünvanladıqları məktubda ondan nə tələb etmişdilər?

*Vəli Axundova göndərilən başqa bir məktubda Mehdi Hüseyndən sonra kim özünü “növbəti qurban” elan eləmişdi?

*Mehdi Hüseynin “qatili” kimi göstərilən Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahim özləri haqqında ittihamlara nə cavab vermişdilər?

Bu sualların cavabını növbəti yazıda öyrənəcəksiniz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
17062009622612741817 1200x630
.

Başı bəlalı “Qadınım”

AzLogos
17 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör