Ölkə miqyasında zibil biznesinin pərdəarxası
Bizim yeni smartfonlara, tabletlərə, noutbuklara və digər elektron əşyalara tələbatımız ildən ilə artır. Bununla bərabər, elektron məhsul tullantılarının miqdarı da artır. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, hər il Yer Kürəsinin əhalisi təxminən 50 milyon ton müxtəlif elektronika tullayır. Onların emal edilməsi çox baha başa gəlir, buna görə Avropa ölkələri və Amerika öz tullantılarnı emal üçün üçüncü dünya ölkələrinə göndərir. Belə ölkələrin rəhbərlikləri isə ölkələrindəki aclıq, kasıblıq və işsizlik problemindən əziyyət çəkən vətəndaşlarının, yəni ucuz işçi qüvvəsinin hesabına bu tullantıların emalından milyonarla gəlir götürür.
Belə ölkələrdən biri də Qanadır. Dünyanın ən böyük texno-tullantı zibilliklərindən biri bu ölkədə yerləşir. Elektron tullantıların emal edilməsi hər il Qanaya 100-dən 250 milyon dollaracan gəlir gətirir. Tullantı poliqonunun özündə 20 min adam işləyir, daha 200 min nəfər texnoloji tullantıların emalı ilə bu və ya digər yolla əlaqəlidir (tullantı axtaranların ailə üzvləri, təhlükəsizlik işçiləri, dilerlər, logistika işçiləri, korrupsiyalaşmış məmurlar və sair).
Hananın paytaxtı Akra şəhərinin yaxınlığında, Aqboqbloşi adlanan bir bataqlıq yerləşir. Onun ətrafında Atlantik Okeana axan çaylar dolanır. Aqboqbloşini jurnalistlər və fotograflar alovlar diyarı da adlandırırlar. Buranın yanan sahələrinə düşməzdən əvvəl, diqqətinizi böyük bir bazar cəlb edəcək. Onun bir hissəsi ucuz meyvə-tərəvəz satır, digəri isə müxtəlif metal tullantılar satan dilerlərdən ibarətdir. Daha diqqətlə nəzər salsanız, sınıq televizorların üstündə oturub avtomobil hissələrini, məişət texnikası və elektron cihazlarını dayanmadan çəkiclə döyəcləyən kişiləri görəcəksniz. Üfüq nəhəng tüstü-duman və al qırmızı alovun dilləriylə bürünüb.
Aqboqbloşinin yerli əhalisinin əksəriyyəti 7- 25 yaş arası uşaq və yeniyetmələrdir. Onlar sübh açılandan işə başlayıb qaranlıq düşəndə işlərini bitirirlər.
Aqboqbloşi – dünyanın ən böyük elektronika tullantılarının poliqonudur.
Buraya hər il təxminən 200 min ton elektronik tullantı daşınır. Əsasən Qərbi Avropa və ABŞ-dan gələn bu tullantılar hökuməti milyonçu etsə də, yerli xalqı zəhərləyir, demək olar ki, bu yerdə dünyanın ən ciddi bioloji faciələrindən bir yaşanır – Aqboqbloşidə insanların yaşı nadir hallarda 35-i keçir.
Aqboqbloşi sakinləri qırıq texnikadan nadir metallar əldə edirlər. Mis və alüminium xüsusilə yüksək qiymətləndirilir. Mis yandırma yoluyla əldə edilir. Buna görə də, Aqboqbloşidə daim ocaqlar yandırılır.
Alovlar içindəki emalatxananın əsas işçi qüvvəsi – 10 -18 yaşda olan oğlanlardır. Onların gündəlik qazancı 10 Hana sedisi ola bilər – yəni təxminən 3,5 dollar.
Elektron tullantılarının yandırılması zamanı çoxlu miqdarda zərərli maddələr ayrılır.
Qurğuşun, civə, arsen yerli sakinlərin ağciyərlərinə daxil olur və onların sağlamlığına böyük zərər yetirir.
Aqboqbloşinin sakinləri baş ağrısı, yuxusuzluq və ürəkbulanmadan şikayət edirlər.
Şəraitə baxmayaraq, burada pul qazanmaq Hananın digər bölgələrinə nisbətən daha asandır. Sözün əsl mənasında planetin ən çirkli şəhərlərindən biri Aqboqbloşidə yaşamaq olduqca təhlükəlidir.
Ancaq bu həmişə belə olmayıb, bir vaxtlar burda göllər, çaylar, sıx olmasa da, yetərincə yaşıllıq olan agaclıq sahələri ilə zəngin bir şəhər olub. Aqboqbloşi buraya elektron tullantılar toplanmağa başlayandan, bir neçə il ərzində korlanıb. Dünyanın ən böyük inkişaf etmiş ölkələri məhz buraya milyon tonlarla «rəqəmsal» tullantı göndərir. Hazırda Aqboqbloşi poliqonu planetin ən böyük zibilxanasıdır.
Yaxın zamanlardan bəri tullantıların poliqona daşınması qadağan edilmişdi, ancaq bu qadağa bir sıra ölkələri tamamilə heç nədən çəkindirmir. Uzun illərdir bu poliqona Yaponiya, ABŞ və Böyük Britaniyadan konteynerlər gəlir, hazırda poliqon ərazisi təxminən 4 akr təşkil edir. Bir zamanlar ekoloji baxımdan ideal hesab edilən şəhərin əhalisi bu gün təxminən 40 min nəfərdir. Bəzi yerli sakinlər üçün poliqon sözün əsl mənasında əsas dolanışıq vasitəsinə çevrilmişdir – burada tullantı dağlarının arasında uşaqlar və gənclər çalışırlar.