Taleh Mirkazım Azərbaycan və İngiltərədə mütəmadi sərgiləri keçirilən, nüfuzlu Saatchi sərgisində təmsil olunan, hazırda isə Almaniyada yaşayan azərbaycanlı rəssamdır. Rənglərin insan psixologiyası ilə birbaşa əlaqəsi olduğuna inanan Mirkazımın impressionist və ekspressionist kompozisiyaları onun “şərq ruhu”nu, eyni zamanda realist dünyagörüşünü və klassik baxışlarını əks etdirir. Kətan üzərində akril və yağlı boya ilə işləyir.
“Velosiped mövzusunu seçməkdə məqsədim velosipedlərin Avropada, xüsusən Almaniyada geniş yayılmasını arzulamağımdır. Velosipedlərin nə qədər vacib olduğunu insanlara çatdırmaq istəyirəm. Velosiped sadəcə idman deyil, eyni zamanda nəqliyyat vasitəsidir. Havanın təmizliyi və insanların sağlamlığı deməkdir.”