Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycan vaksin gözləyərkən

Toğrul Maşallı Toğrul Maşallı
., Elm
26 Mart 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
NINTCHDBPICT000569278675
Paylaş

Yoluxanların və xəstəlikdən ölənlərin sayı artdıqca, dünyanın elmə diqqəti də gündən-günə artır. Hamı vaksin gözləyir. Azərbaycan da bu proseslərdən kənarda qalmayıb, yerli elmin vəziyyəti ilə maraqlananların sayı artıb. Sadəcə bizim elm hələ heç bir şey təqdim edə, söz deyə bilməyib. Ən yaxşı halda “bolluca istirahət edin” kimi məsləhətlər eşidirik. Hətta indiki vəziyyətdə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilənlər sırasında bizim alimlərimiz də var. Deyəsən heç hökumət özü də onlardan hansısa bir dəstək, kömək gözləmir. Bəs problem nədədir? Alimlərimizdə, ya sistemdə?

Əslində, yerli elmdən nəsə gözləyiriksə, müvafiq olaraq yerli elmə vəsait də ayırmalıyıq. Əks halda nəsə gözləmək çox mənasızdır. Azərbaycanda elmin maliyyələşdirilməsi ilə bağlı ciddi problemlər var. İlk əvvəl, Azərbaycanda müstəqillikdən öncəki dövrü qısaca təsvir edək.

1988-ci ilin rəsmi məlumatlarına görə, Azərbaycan üzrə orta əməkhaqqı 170 rubl idisə, elm sahəsində çalışanların orta əməkhaqqı 188 rubl idi. Eyni zamanda Azərbaycan SSR-nin dövlət büdcəsindən elmin maliyyəşdirilməsinə birbaşa olaraq 45,2 milyon rubl ayrılırdı. Bu isə büdcənin 0,4%-i demək idi. Bu vəsait həm elmə, həm də alimlərin saxlanılmasına xərclənirdi. Azərbaycan Elmlər Akademiyası və ümumiyyətlə elm sisteminə 1988-ci ildə 79 institut və 4 296 əməkdaş daxil idi. Göstərilən rəqəmlərə nə ali təhsil müəssisələrin elmi fəaliyyəti, nə də ümümsovet səviyyəsində fəaliyyət göstərən institutların fəaliyyəti daxil deyil. Başqa sözlə təxmin edə bilərik ki, 1988-ci ildə Azərbaycan SSR büdcəsinin təxmini 1%-i elmə xərclənirdi. İndiki hesablamalara görə elmin inkişafı üçün, ölkə üzrə elm xərcləri ÜDM-in 2% ya da dövlət büdcəsinin 2%-ni təşkil etməlidir.

Bəs indiki Azərbaycanda vəziyyət necədir? Rəsmi məlumata görə, 2018-ci ildə elmə 117,8 milyon manat xərclənib. 2019-cu il üzrə gözlənilən icra 133,6 milyon manatdır. Bu isə dövlət büdcəsinin 0,5%-ni təşkil edir. 2020-ci ildə plana görə xərclər 193,6 milyon manata kimi artmalı idi və müvafiq olaraq dövlət büdcəsinin 0,7%-ni təşkil edəcəkdi. Əslinə qalsa sovet dövründə olan birbaşa xərclərdən yüksəkdir. Amma burada qeyd etmək lazımdır ki, indiki rəqəmə həm ali təhsil müəssisələri, hətta kənd təsərrüfat nazirliyinin elm fəaliyyəti də daxildir.

Yaxşı bəs bu xərclər hara gedir? Hesablama Palatasının məlumatına görə, bu xərclərin 65,2%-i əməkhaqqı ödənişinə, yəni 2/3-ü maaşa gedir. Sovet dövründə müvafiq göstərici ¼ və 1/3 arasında dəyişirdi. Başqa sözlə bizdə elmin dövlət tərəfindən maliyyəşdirilməsi deyəndə elm işçilərinin maliyyəşdirilməsi başa düşülür. Hesablama Palatasının məlumatına görə, “Milli Elmlər Akademiyası üzrə əmək haqqı xərclərində nəzərdə tutulmuş artım ümumilikdə “Elm” köməkçi bölməsinin müvafiq xərclərində artımı əsaslandırır”. Başqa sözlə hətta 2020-ci ildə olan artım maaşlar ilə bağlıdır.

Məlum olur ki, Azərbaycanda “elm sahəsinə xərclər” elmi infrastrukturun yaradılmasını yox, daha çox Elmlər Akademiyası binasında çalışan şəxslərin saxlanılmasını nəzərdə tutur. Bəs elmi infrastruktura nə ayrılır? Rəsmi məlumata görə, “ümumi dövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar”-a 17,8 milyon manat ayrılıb. Yəni biz alimlərdən hansısa xəstəliyə qarşı vaksin gözlədiyimiz anda, onlar dövlət xidmətləri (yəni dövlət qulluğu və s.) inkişafı ilə bağlı 20 milyona yaxın vəsait alırlar. Fundamental elm bölümündə isə əsas yeri əməkhaqqı tutur.

Yeri gəlmişkən, 2018-ci ilin nəticələrinə görə artıq ölkədə 133 elmi təşkilat və 20 179 elmi işçi mövcuddur. Maraqlıdır ki, 30 ilə elmi təşkilatların sayı 1,7 dəfə, əməkdaşların sayı isə 4,7 dəfə artıb. Düzdür, sovet dövrü statistikasında bir sıra təşkilatlar nəzərə alınmırdı, amma bununla belə, əməkdaşların sayında artım 3-4 dəfədir. Xərclər isə o dövr ilə müqayisədə heç artmayıb. Yəni 1988-ci ildə 4 min əməkdaşa xərclənən indi 20 min əməkdaşa xərclənir. Əgər o zaman müvafiq vəsait elmi tədqiqatlara (müvafiq infrastrukturun, laboratoriyaların, reaktivlərin, avadanlığın və s.) yönəldirsə, indi bu vəsait maaşa gedir.

Elm işçilərinin maaşı da çox yüksək deyil. Rəsmi məlumata görə, 2019-cu ildə onların orta maaşı 516 AZN idi. Bu isə ölkə üzrə dövlət sektorunda çalışanların orta maaşından 15 manat aşağıdır. Eyni zamanda hətta Akademiyada çalışanların böyük hissəsində əməkhaqqı 300-400 manatı keçmir. Sadəcə akademik, direktor və digərlərin nisbətən yüksək (1000 manat civarında) olan əməkhaqqlarına görə orta göstərici bir qədər yüksək görünür.

Belə olduğu halda elmdən vaksin və ya hansısa yeni texnologiya gözləmək mümkün deyil. Adətən elm xərclərini ÜDM ilə müqayisə edirlər. Azərbaycanda müvafiq göstərici heç vaxt 0,2%-dən yuxarı olmayıb. Özəl sektorun bu sahəyə heç bir investisiya yatırmadığını nəzərə alsaq (misal üçün, Akademiyanın dövlət büdcəsindən kənar qazancı 2-4 milyon manat arasındadır), ümumi elmi xərclər ÜDM-in 0,1%-ni təşkil edir. Müqayisə üçün Braziliyada bu xərclər ÜDM-in 1,3%-ni təşkil edir. Hətta Bəhreyndə müvafiq göstərici 0,5%-dir. Elmin normal inkişafını istəyiriksə, ən azı müvafiq göstəricini ÜDM-in 1%-nə kimi çatdırmaq lazımdır (indiki halda 800 milyon manat deməkdir). Heç kim demir ki, bu xərclər yalnız dövlət büdcəsindən maliyyələşməlidir (yəni özəl sektorun da investisiyalar yatırması üçün şərait yaratmaq olar), amma o səviyyəyə çatmayınca, Elmlər Akademiyasından nəsə gözləmək düzgün deyil. Ümumiyyətlə heç lağa qoymağın da yeri yoxdur. 30 milyon qarşılığında (məhz bu qədər vəsait avadanlıq və s. alışına xərclənir) “bolluca istirahət edin”dən başqa bir təklif də ola bilməz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör