Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Çuşka akademizm, akademik çuşkalıq

Əli Novruzov Əli Novruzov
., Mövqe
05 İyul 2019
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
59351c7788670
Paylaş

Mən elə zənn edirdim ki, Azərbaycan ən azı dünyagörüşü baxımından yavaş-yavaş sivil, modern dövlətə çevrilmək istəyir, özünə hörmət edən mədəni sistemə transformasiya keçirir.

Ələkbər düz deyirmiş, gərək evdən tez-tez çıxım, şəhərə çox baş çəkim, oturduğum bir-iki marjinal kafenin pəncərəsindən bayıra boylanım.

Həqiqətən də rastınıza çıxan ilk dövlət müəssisəsinin qapısına yaxınlaşan kimi qaranlıq orta əsrlərin kəsif iyi burunu elə ovur, bütün bu modernite nağılları dərhal havaya buxarlanır.

Sən demə bu bəzəkli fasadların arxasında təzək var imiş, üstünü basanda qoxusu çıxan kateqoriyadan.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə getmişdim. Tələbə deyiləm, universitet mətbəəsində beşcə dəqiqəlik işim var idi. Bax əsl sürpriz də burada başladı.

Sən demə Azərbaycanda şortik geyinmiş insanları universitetlərə buraxmırlar. Tələbə olub olmamağı da vacib deyilmiş. Mən universiteti 9 il əvvəl bitirmişəm, təhsil müəssisələrinə gediş gəlişim yoxdur, sosial şəbəkələrdən də istifadə etmirəm, ona görə də bu məlumatı bağışlanmaz şəkildə belə gec öyrənməyimi oxucunun başa düşəcəyinə ümid edirəm.

Təhsil Nazirliyinin qaynar xəttinə zəng edib dəqiqləşdirdim: guyamış hər bir universitetin öz daxili nizamnaməsi varmış və bu nizamnaməni ictimaiyyətə açıqlamağa borclu deyillərmiş. Guya həmin nizamnamə ilə də şortik geyənlərin universitet ərazisinə buraxılması qadağan imiş.

Bir daha xatırladım, bu barədə öncədən məlumat verməyə də borclu deyillərmiş. Təhsil Nazirliyinin qaynar xəttindən belə dedilər. Yəni dövlət öz vətəndaşına məlumat verməyə borclu deyil.

Hər biriniz dünyanın top siyahılarına düşən əcnəbi universitetlərin reklam xarakterli şəkillərini, videolarını çox görmüsüz. Son dövrlər orada oxuyan azərbaycanlılar da az deyil. Bu universitetlərdə tələbələrinin rahat geyim tərzi dərhal nəzərə çarpır. Zatən normal universitet də tələbənin üst-başına nəzarət etmək üçün deyil, tələbəyə bilik vermək, onu ixtisaslı mütəxəssisə çevirmək üçündür.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühafizə xidmətinin rəhbərliyinə qədər getdim. Bu böyük çinovnikdə şahidi olduğum elementar mədəni səviyyədən mənə dərhal aydın oldu ki, niyə bu “elm ocağında” Nobel mükafatçıları yox, Anqola diktatoru duş Santuş yetişib.

Universitet qarşısında bir-iki tələbə ilə söhbət etmək imkanım oldu. Sən demə tələbələrin saç-saqqalına da iradlar olur, hətta “nizamnamə çərçivəsində” geyim tərzinə də. Əksəriyyət narazıdır, amma obyektiv və subyektiv səbəblərdən etiraz edə bilmirlər.

Bir anlıq Oksford və Kembricdə qapıda duran mühafizləri, onların universitetə gələn tələbə və qonaqların saçına, saqqalına, dırnağına, geyiminə, ayaqqabısına nəzarət etməklərini, “daxili nizamnaməyə” uyğun gəlməyən adamı içəri buraxmamaqlarını təsəvvür etməyə çalışın.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bütün bunlar gerçəklikdir, təxəyyül məhsulu deyil.

Məşhur bir lətifə var. Bir nəfərin yolda qarnı bərk sancılanır. Bir təhər özünü ictimai tualetə yetirir. Kabinəyə girib rahatlanmaq istəyəndə tualet nəzarətçisinin qapını az qala uçurduğunu görür. Adam məcbur qapını açır və görür ki, tualet nəzarətçisi əlindəki su ilə dolu aftafanı ona doğru uzadır. Təbii ki, qarın ağrısının imkan verdiyi qədər başını işlədən adam nəzarətçidən niyə aftafanı kabinəyə qoymadığını soruşur. Tualet nəzarətçisi də cavab verir: “Bəs məni bura nə üçün təyin ediblər?”

Məsələ şortik, mühafizə rəisi, Azərbaycan universitetlərinin mövcudluq şəkli deyil. Əsl məsələ bilirsiz nədir? Dövlət özünü o məşhur lətifədəki ictimai tualet nəzarətçisi kimi aparmalı deyil.

Azərbaycan təhsilində bütün problemlər həll olunub, indi də universitetlər tələbələrin estetik görünüşünü düzəltməklə məşğuldurlar. Hətta tələbələr bir kənara, universitetə ötəri yolu düşən adamlara da çəki-düzən verməyə çalışırlar.

Haradasa orada ideal bir tələbə obrazı var – qalstuklu, kostyumlu, klassik ayaqqabıda, saçı səliqə ilə yana daranmış, üzü qırxılı – bütün tələbələr də həmin ideala can atmalıdır. Baş boş olsa da, eybi yoxdur.

Ona görə axırda bizim universitetlərdə duş Santuş kimi şəxsiyyətlər yetişir. Bizim fəxrimiz.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör