Azlogos
  • Kimlər var
  • Bizi tanı

Azərbaycanın ət, yağ, süd dərdi Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar? Vaksin diplomatiyası: Şərq - Qərb rəqabəti yeni müstəvidə Aygün Aslanlı: "Sevda Sultanova baş ifritədir" Mərkəzi Bankın yeni binası
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Mehdi Hüseynin ölümü – 3

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
20 Dekabr 2020

Yazının birinci və ikinci hissələri

Beləliklə, 1965-ci il iyunun 1-də Azərbaycan KP MK-nın Rəyasət Heyəti Mehdi Hüseynin Yazıçılar İttifaqındakı iclasın gedişindəcə ölməsi ilə bağlı xüsusi müşavirə çağırmaq məcburiyyətində qaldı.

Ölkənin o vaxtkı rəhbəri Vəli Axundovun da iştirak etdiyi, arada ölüm faktının unudulub vəzifə, mükafat, ev davalarının yenidən ön plana çıxdığı, Yazıçılar İttifaqının ədəbiyyat təşkilatından çox şəxsi maraq və mənafelər uğrunda amansız mübarizə ocağına çevrildiyinin bir daha təsdiqləndiyi bu müşavirə maraqlı məqamlarla zəngindir.

Əvvəla, toplantının gedişində belə anlaşıldı ki, Nəbi Xəzri Süleyman Rəhimovu heç də məlum ölümdən sonra yaranmış qarışıqlıqda “itələməklə” kifayətlənməyibmiş. Məsələn, Mehdi Hüseynin həm də yerlisi olan tərəfdarı Osman Sarıvəllinin çıxışından: “Mehdi bizim qolumuzun üstündə öldü. Biz özümüzü saxlaya bilmədik, təqsirkar axtarırdıq, Nəbi də özünü saxlaya bilmədi. Anxaq saxlamalı idi. Buna təəssüf etmək lazımdır. Bu barədə Nəbini bir kommunist kimi cəzalandırmalıyıq”.

Yazıçı Əli Vəliyev isə daha konkret danışmışdı: “Mehdinin ölümündən sonra Nəbi Süleyman Rəhimovu vurmuş, ona nalayiq sözlər demiş, qalstukunu dartmışdı…”

Yaxud professor Məmməd Cəfər Cəfərovdan sitat: “Nəbi Xəzri böyük səhv etmişdir, Süleyman Rəhimova əl qaldırmışdır. Mən şəxsən gördüm ki, stolu qaldırıb onu vurmaq istədi…”

Yazıçı İlyas Əfəndiyevin dediklərindən də Mehdi Hüseynin ölümündən sonra yaşananların o qədər bəsit olmadığı anlaşılır: “Mən Nəbinin Süleyman Rəhimova qarşı hərəkətini bağışlamıram”.

Müşavirədə o da aydınlaşır ki, İttifaq sədrinin qalmaqallı iclası zamanı ölməsinin ardından qurumun katiblərindən biri İmran Qasımovun ürəyi gedib və həkim müdaxiləsi nəticəsində özünə gəlib.

İclasdakı çıxışların əksəriyyətində isə Mehdi Hüseynin dünyasını dəyişməsində Süleyman Rəhimov, eləcə də Məmməd Rahim və Süleyman Rüstəmin roluna diqqət çəkilirdi.

Misal üçün, Mir Cəlal: “Yazıçılar İttifaqında bəzi yazıçılar vardır ki, deyir gərək mən deyəni deyəsiniz. Bunun nəticəsində də Mehdi kimi əziz bir yoldaşı itirdik”. Yaxud Osman Sarıvəllinin çıxışından: “Süleyman Rəhimovla Məmməd Rahim çəkişmələrin mərkəzində olmuşlar. Onlar indi yox, Mehdinin ölümündən çox-çox qabaq çəkişmələrin mərkəzində olmuşlar”.

Sarıvəlli adı çəkilənləri “intiriqada canı bərkimiş adamlar” kimi qələmə verirdi.

Şair Əhməd Cəmilin dediklərini isə qarşı tərəfin hətta bir batman balla yeməsi belə mümkünsüz görünürdü. O bildirdi ki, Süleyman Rəhimov, Məmməd Rahim elə hesab edirlər bütün məsələləri özləri həll etməlidir. Ə.Cəmil “Feodal-patriarxal münasibətləri müasir yazıçı ola bilmərik” söylədikdə Axundov ondan “feodal” deyərkən kimi nəzərdə tutduğunu soruşdu. Şair Süleyman Rəhimovla Məmməd Rahimi nişan verdi.

Digər çıxışçılardan Kamal Talıbzadə, İmran Qasımov da Mehdi Hüseynin ölümünü Süleyman Rəhimovun onunla intriqa aparmasına bağladı.

Yazıçı Qılman İlkin isə O.Sarıvəllinin S.Rəhimovu az qala cani kimi təqdim etməsinə qarşı çıxdı və maraqlı bir məqama toxundu: “Osman, sən özün dəfələrlə Mehdi ilə dava etmisən. Bəs necə oldu ki, sən dava edən zaman ölmədi… Mehdi Hüseynin şəxsiyyətini, ailəsini təhqir edən nağılları Osman düzəltmişdir. Sən Osman demisən ki, Mehdinin ürəyi xəstədir, öləcək, gedib qəbrini murdarlayacağam. Həqiqət budur. Bizə gəlib bu həqiqəti deyirlər, bəz biz həqiqəti deməyək?”

İttiham edilənlərdən biri – Məmməd Rahim isə M.Hüseynin ölümündə İmran Qasımovu suçladı: “Mehdini öldürən o olmuşdur… İmran Qasımovun belə şirin-şirin danışmağına baxmayın. O həmişə ara qarışdırmaqla məşğul olmuşdur. Fatma xanım (M.Hüseynin həyat yoldaşı – E.A) fıştırıq burun İmran Qasımov bizə gələn kimi o günü Mehdi səhərə qədər yatmır”.

Bu yerdə Rəsul Rza Fatma xanımın adını çəkməməyi məsləhət gördükdə M.Rahim əsəbiləşir: “Onda sənin adını çəkərik. İmran qasımovu sən zorla bizim Yazıçılar İttifaqına katib təyin etdin”.

Müşavirədə Nəbi Xəzri diqqətçəkən bir faktın üstünü açır. Məlum olur ki, M.Hüseyn son üç ayda ev telefonunun nömrəsini dörd dəfə dəyişdirməli olub. Səbəb isə daim evinə gələn zənglərmiş: onun özünü və ailəsini təhqir edirmişlər.

(Sonradan çıxış edən Mərkəzi Komitə katibi Əli Əmirov da bu faktı təsdiqləyəcək, Yazıçılar İttifaqının mərhum sədrinin ev telefonlarının dəyişdirilməsini Rabitə nazirliyindən bir neçə dəfə şəxsən xahiş etdiyini xatırladacaqdı…)

İttiham hədəfindəki əsas şəxs Süleyman Rəhimov isə müşavirədəki çıxışında baş verənlərdən mənəvi əzab çəkdiyini, odur ki, Vəli Axundovdan ona çıxıb başqa bir respublikaya getməsi üçün şərait yaratmasını istəyir. Heç kəsi öldürmədiyini, toyuq başı belə kəsə bilmədiyini deyən Rəhimov ona şər atdığı üçün Nəbi Xəzrinin məhkəməyə verilməli olduğunu deyir.

Yaşlı yazıçılara “kötük” kimi münasibət bəsləndiyini, Nəbi Xəzrinin bu “kötükləri” çıxarıb atmağı təklif etdiyini söyləyən Rəhimov ara yerdə deyir: “İsmayıl Şıxlı oğlum yaşındadır, ancaq mənə salam vermir, bilmirəm səbəbi nədir”.

İ.Şıxlı dillənir: “Səni görəndə ürəyim bulanır”.

S.Rəhimov N.Xəzrinin ona stul çəkdiyini, bu əməlinə görə 10 il cəza almalı olduğunu deyir: “Ancaq istəyirəm ki, o, vicdan əzabı çəksin”.

O da maraqlıdır ki, müşavirəyə qatılan Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanov da S.Rəhimov, M.Rahim və S.Rüstəmi hədəf alır, bu şair və yazıçıların ədəbiyyatla bağlı məsələlərdən danışmaq yerinə daim şəxsi istəkləri ilə bağlı ərizələr yazmasından gileylənir.

Əlixanov hadisələrin indiki səviyyəyə çatmasında Yazıçılar İttifaqının iki katibinin (N.Xəzri və İ.Qasımov) məsuliyyətinə diqqət çəkir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov isə “baltanı lap kökündən vurur”. Sitat: “Siz Çingiz Aytmatovu yaxşı tanıyırsınız, o, kiçik həcmli əsərləri ilə inqilab etdi, Lenin mükafatı aldı… Süleyman Rəhimov, Məmməd Rahim və Süleyman Rüstəmi Mərkəzi Komitədə qəbul edərkən dedim, özünüzü heç kimdən heç kimdən yuxarı tutmayın, niyə öz yoldaşlarınızı mühakimə edirsiniz…”

İsgəndərov da N.Xəzri ilə İ.Qasımovun M.Hüseynin ölümündən sonrakı davranışlarını qınadı.

Sonda çıxış edən V.Axundov isə üzünü S.Rəhimova tutub ciddi nöqsanları olduğunu dedi, şöhrətpərəstliklə ətrafına adam toplamaq yerinə bu nöqsanları boynuna alması gərəkdiyini söylədi. Ardınca isə tənqidlərini konkretləşdirdi: “İmkan verin başqalarının əsərləri də çap olunsun… Burda deyirsiz, mən deputatam gəlin mənim deputatlığımı Mir Cəlala verin. Mir Cəlal sənin üçün uşaqdır? Bunu belə deyincə yaxşı olardı ki, səni deputat seçən zaman gəlib deyərdin ki, mən deputatlığı istəmirəm, yerimə Mir Cəlal, ya da Əbülhəsəni seçin”.

(Arayış: M.Cəlal çıxışında “Mükafatların mütləq birinin döşünə yığılması və o birisinin yaddan çıxarılması mənəvi cəhətdən doğru deyil” söyləmiş, S.Rəhimov isə, görünür, məhz buna görə öz nitqində deputatlığının M.Cəlala verilməsini istəmişdi).

N.Xəzrinin hərəkətlərini qınayan V.Axundov bunu “böyüyə hərmətsizlik” kimi qiymətləndirdi.

M.İsgəndərov və Ə.Əlixanov kimi, V.Axundovun çıxışından da aydın görünürdü ki, Azərbaycan SSR-nin o vaxtkı rəhbərliyi xüsusilə S.Rəhimovun şəxsi müstəvidəki xahişlərindən əməllicə təngə gəlibmiş. Elə ona görə də Mərkəzi Komitənin birinci katibi yekun nitqində hətta Rəhimovu ona qarşı hörmətsizlikdə günahlandırırdı.

Müşavirə Yazıçılar İttifaqının yeni rəhbərliyinin formalaşdırılması ilə başa çatdı. M.İbrahimov yeni sədr seçildi.

Süleyman Rəhimovla Məmməd Rahim cəza olaraq ittifaqın Rəyasət Heyəti üzvlüyündən, N.Xəzri isə həm katib, həm də Rəyasət Heyəti üzvlüyündən çıxarıldı.

M.Hüseynin bütün Sovet məkanında böyük hay-küy yaradan ölümündən sonra başlayan qalmaqal bununla da səngidi.

Yazıçılar İttifaqındakı nüfuz və imtiyaz ixtilafları, qrup davaları isə hələ çox davam edəcəkdi…

Vacib qeyd: silsilə məqalələr hazırlanarkən əsasən tarixçi prof. Cəmil Həsənlinin “Azərbaycanda Sovet liberalizmi. Hakimiyyət. Ziyalılar. Xalq” kitabında toplanmış (2018) arxiv materiallarından istifadə olunmuşdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021
seymur-baycan-1
.

Ölü evdən qeydlər

02 Yanvar 2021

Redaktorun seçimi

Şəhid biznesi

Elm məbədindən zorakılıq ocağına

“Qeyri-adi novellalar”

Azərbaycan “Nowar”çıları nə istəyir?

Nobel – Şnobelin özüdür!

Landşaft memarlığı? O nədir?

Həmişəki Hindistan – Rəna Əfəndi təqdim edir

Erməni və gürcülərin xristianlaşması

Dil, iqtisadiyyatımızın bünövrəsi kimi

Svetlana Aleksiyeviç: “Faşizm – bayağı operetta, kommunizm – qorxunc təhlükədir”

Freddi Merkurinin misilsiz markaları

Bala, sən qarışma!

Dəstəbazlıq

Yosemite Milli Parkı – Vüqarın obyektivindən

Qurtuluş, yoxsa faciə?

Ruhun sintetik qidası

Prof. Aşina ilə ayaqüstü söhbət

İsveçrə Covid-19 üzərində qələbəyə iddialıdır

İntiqam Hacılı: “Seriallara ayrılan maliyyənin kəsilməsi yaxşı oldu”

“Azərbaycansayağı” siyahıyaalma

Alman xalqını formalaşdıran təhsil sistemi

Karantin sancıları. Xalqın Bakı küçələrinə doğuşu

Azərbaycanı niyə pisləyirik?

Gürcüstanı yenidən yaradan şəxs

Gender araşdırmaları nəyi öyrənir: bədən, kino və hakimiyyət

Polşada ovçuluq, dindarlıq və rasizm

 Fotoqrafiyanın kəşfi: texnologiyadan müasir incəsənətə qədər

Seks və dölləndirmə – bitməyən macəramız

Cem Yılmazın odlu Bakı biletləri

Abşeron Vadisi-Quo Vadis?

Mehdi Hüseynin ölümü – 3

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
20 Dekabr 2020

Yazının birinci və ikinci hissələri

Beləliklə, 1965-ci il iyunun 1-də Azərbaycan KP MK-nın Rəyasət Heyəti Mehdi Hüseynin Yazıçılar İttifaqındakı iclasın gedişindəcə ölməsi ilə bağlı xüsusi müşavirə çağırmaq məcburiyyətində qaldı.

Ölkənin o vaxtkı rəhbəri Vəli Axundovun da iştirak etdiyi, arada ölüm faktının unudulub vəzifə, mükafat, ev davalarının yenidən ön plana çıxdığı, Yazıçılar İttifaqının ədəbiyyat təşkilatından çox şəxsi maraq və mənafelər uğrunda amansız mübarizə ocağına çevrildiyinin bir daha təsdiqləndiyi bu müşavirə maraqlı məqamlarla zəngindir.

Əvvəla, toplantının gedişində belə anlaşıldı ki, Nəbi Xəzri Süleyman Rəhimovu heç də məlum ölümdən sonra yaranmış qarışıqlıqda “itələməklə” kifayətlənməyibmiş. Məsələn, Mehdi Hüseynin həm də yerlisi olan tərəfdarı Osman Sarıvəllinin çıxışından: “Mehdi bizim qolumuzun üstündə öldü. Biz özümüzü saxlaya bilmədik, təqsirkar axtarırdıq, Nəbi də özünü saxlaya bilmədi. Anxaq saxlamalı idi. Buna təəssüf etmək lazımdır. Bu barədə Nəbini bir kommunist kimi cəzalandırmalıyıq”.

Yazıçı Əli Vəliyev isə daha konkret danışmışdı: “Mehdinin ölümündən sonra Nəbi Süleyman Rəhimovu vurmuş, ona nalayiq sözlər demiş, qalstukunu dartmışdı…”

Yaxud professor Məmməd Cəfər Cəfərovdan sitat: “Nəbi Xəzri böyük səhv etmişdir, Süleyman Rəhimova əl qaldırmışdır. Mən şəxsən gördüm ki, stolu qaldırıb onu vurmaq istədi…”

Yazıçı İlyas Əfəndiyevin dediklərindən də Mehdi Hüseynin ölümündən sonra yaşananların o qədər bəsit olmadığı anlaşılır: “Mən Nəbinin Süleyman Rəhimova qarşı hərəkətini bağışlamıram”.

Müşavirədə o da aydınlaşır ki, İttifaq sədrinin qalmaqallı iclası zamanı ölməsinin ardından qurumun katiblərindən biri İmran Qasımovun ürəyi gedib və həkim müdaxiləsi nəticəsində özünə gəlib.

İclasdakı çıxışların əksəriyyətində isə Mehdi Hüseynin dünyasını dəyişməsində Süleyman Rəhimov, eləcə də Məmməd Rahim və Süleyman Rüstəmin roluna diqqət çəkilirdi.

Misal üçün, Mir Cəlal: “Yazıçılar İttifaqında bəzi yazıçılar vardır ki, deyir gərək mən deyəni deyəsiniz. Bunun nəticəsində də Mehdi kimi əziz bir yoldaşı itirdik”. Yaxud Osman Sarıvəllinin çıxışından: “Süleyman Rəhimovla Məmməd Rahim çəkişmələrin mərkəzində olmuşlar. Onlar indi yox, Mehdinin ölümündən çox-çox qabaq çəkişmələrin mərkəzində olmuşlar”.

Sarıvəlli adı çəkilənləri “intiriqada canı bərkimiş adamlar” kimi qələmə verirdi.

Şair Əhməd Cəmilin dediklərini isə qarşı tərəfin hətta bir batman balla yeməsi belə mümkünsüz görünürdü. O bildirdi ki, Süleyman Rəhimov, Məmməd Rahim elə hesab edirlər bütün məsələləri özləri həll etməlidir. Ə.Cəmil “Feodal-patriarxal münasibətləri müasir yazıçı ola bilmərik” söylədikdə Axundov ondan “feodal” deyərkən kimi nəzərdə tutduğunu soruşdu. Şair Süleyman Rəhimovla Məmməd Rahimi nişan verdi.

Digər çıxışçılardan Kamal Talıbzadə, İmran Qasımov da Mehdi Hüseynin ölümünü Süleyman Rəhimovun onunla intriqa aparmasına bağladı.

Yazıçı Qılman İlkin isə O.Sarıvəllinin S.Rəhimovu az qala cani kimi təqdim etməsinə qarşı çıxdı və maraqlı bir məqama toxundu: “Osman, sən özün dəfələrlə Mehdi ilə dava etmisən. Bəs necə oldu ki, sən dava edən zaman ölmədi… Mehdi Hüseynin şəxsiyyətini, ailəsini təhqir edən nağılları Osman düzəltmişdir. Sən Osman demisən ki, Mehdinin ürəyi xəstədir, öləcək, gedib qəbrini murdarlayacağam. Həqiqət budur. Bizə gəlib bu həqiqəti deyirlər, bəz biz həqiqəti deməyək?”

İttiham edilənlərdən biri – Məmməd Rahim isə M.Hüseynin ölümündə İmran Qasımovu suçladı: “Mehdini öldürən o olmuşdur… İmran Qasımovun belə şirin-şirin danışmağına baxmayın. O həmişə ara qarışdırmaqla məşğul olmuşdur. Fatma xanım (M.Hüseynin həyat yoldaşı – E.A) fıştırıq burun İmran Qasımov bizə gələn kimi o günü Mehdi səhərə qədər yatmır”.

Bu yerdə Rəsul Rza Fatma xanımın adını çəkməməyi məsləhət gördükdə M.Rahim əsəbiləşir: “Onda sənin adını çəkərik. İmran qasımovu sən zorla bizim Yazıçılar İttifaqına katib təyin etdin”.

Müşavirədə Nəbi Xəzri diqqətçəkən bir faktın üstünü açır. Məlum olur ki, M.Hüseyn son üç ayda ev telefonunun nömrəsini dörd dəfə dəyişdirməli olub. Səbəb isə daim evinə gələn zənglərmiş: onun özünü və ailəsini təhqir edirmişlər.

(Sonradan çıxış edən Mərkəzi Komitə katibi Əli Əmirov da bu faktı təsdiqləyəcək, Yazıçılar İttifaqının mərhum sədrinin ev telefonlarının dəyişdirilməsini Rabitə nazirliyindən bir neçə dəfə şəxsən xahiş etdiyini xatırladacaqdı…)

İttiham hədəfindəki əsas şəxs Süleyman Rəhimov isə müşavirədəki çıxışında baş verənlərdən mənəvi əzab çəkdiyini, odur ki, Vəli Axundovdan ona çıxıb başqa bir respublikaya getməsi üçün şərait yaratmasını istəyir. Heç kəsi öldürmədiyini, toyuq başı belə kəsə bilmədiyini deyən Rəhimov ona şər atdığı üçün Nəbi Xəzrinin məhkəməyə verilməli olduğunu deyir.

Yaşlı yazıçılara “kötük” kimi münasibət bəsləndiyini, Nəbi Xəzrinin bu “kötükləri” çıxarıb atmağı təklif etdiyini söyləyən Rəhimov ara yerdə deyir: “İsmayıl Şıxlı oğlum yaşındadır, ancaq mənə salam vermir, bilmirəm səbəbi nədir”.

İ.Şıxlı dillənir: “Səni görəndə ürəyim bulanır”.

S.Rəhimov N.Xəzrinin ona stul çəkdiyini, bu əməlinə görə 10 il cəza almalı olduğunu deyir: “Ancaq istəyirəm ki, o, vicdan əzabı çəksin”.

O da maraqlıdır ki, müşavirəyə qatılan Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ənvər Əlixanov da S.Rəhimov, M.Rahim və S.Rüstəmi hədəf alır, bu şair və yazıçıların ədəbiyyatla bağlı məsələlərdən danışmaq yerinə daim şəxsi istəkləri ilə bağlı ərizələr yazmasından gileylənir.

Əlixanov hadisələrin indiki səviyyəyə çatmasında Yazıçılar İttifaqının iki katibinin (N.Xəzri və İ.Qasımov) məsuliyyətinə diqqət çəkir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov isə “baltanı lap kökündən vurur”. Sitat: “Siz Çingiz Aytmatovu yaxşı tanıyırsınız, o, kiçik həcmli əsərləri ilə inqilab etdi, Lenin mükafatı aldı… Süleyman Rəhimov, Məmməd Rahim və Süleyman Rüstəmi Mərkəzi Komitədə qəbul edərkən dedim, özünüzü heç kimdən heç kimdən yuxarı tutmayın, niyə öz yoldaşlarınızı mühakimə edirsiniz…”

İsgəndərov da N.Xəzri ilə İ.Qasımovun M.Hüseynin ölümündən sonrakı davranışlarını qınadı.

Sonda çıxış edən V.Axundov isə üzünü S.Rəhimova tutub ciddi nöqsanları olduğunu dedi, şöhrətpərəstliklə ətrafına adam toplamaq yerinə bu nöqsanları boynuna alması gərəkdiyini söylədi. Ardınca isə tənqidlərini konkretləşdirdi: “İmkan verin başqalarının əsərləri də çap olunsun… Burda deyirsiz, mən deputatam gəlin mənim deputatlığımı Mir Cəlala verin. Mir Cəlal sənin üçün uşaqdır? Bunu belə deyincə yaxşı olardı ki, səni deputat seçən zaman gəlib deyərdin ki, mən deputatlığı istəmirəm, yerimə Mir Cəlal, ya da Əbülhəsəni seçin”.

(Arayış: M.Cəlal çıxışında “Mükafatların mütləq birinin döşünə yığılması və o birisinin yaddan çıxarılması mənəvi cəhətdən doğru deyil” söyləmiş, S.Rəhimov isə, görünür, məhz buna görə öz nitqində deputatlığının M.Cəlala verilməsini istəmişdi).

N.Xəzrinin hərəkətlərini qınayan V.Axundov bunu “böyüyə hərmətsizlik” kimi qiymətləndirdi.

M.İsgəndərov və Ə.Əlixanov kimi, V.Axundovun çıxışından da aydın görünürdü ki, Azərbaycan SSR-nin o vaxtkı rəhbərliyi xüsusilə S.Rəhimovun şəxsi müstəvidəki xahişlərindən əməllicə təngə gəlibmiş. Elə ona görə də Mərkəzi Komitənin birinci katibi yekun nitqində hətta Rəhimovu ona qarşı hörmətsizlikdə günahlandırırdı.

Müşavirə Yazıçılar İttifaqının yeni rəhbərliyinin formalaşdırılması ilə başa çatdı. M.İbrahimov yeni sədr seçildi.

Süleyman Rəhimovla Məmməd Rahim cəza olaraq ittifaqın Rəyasət Heyəti üzvlüyündən, N.Xəzri isə həm katib, həm də Rəyasət Heyəti üzvlüyündən çıxarıldı.

M.Hüseynin bütün Sovet məkanında böyük hay-küy yaradan ölümündən sonra başlayan qalmaqal bununla da səngidi.

Yazıçılar İttifaqındakı nüfuz və imtiyaz ixtilafları, qrup davaları isə hələ çox davam edəcəkdi…

Vacib qeyd: silsilə məqalələr hazırlanarkən əsasən tarixçi prof. Cəmil Həsənlinin “Azərbaycanda Sovet liberalizmi. Hakimiyyət. Ziyalılar. Xalq” kitabında toplanmış (2018) arxiv materiallarından istifadə olunmuşdur.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Visitors-at-MoMA-New-York
.

Müasir incəsənət niyə belə anlaşılmazdır?

16 Yanvar 2021
Seymur-Baycan-yazıçı
.

İntihar və azadlıq

14 Yanvar 2021
maxresdefault
Kültür

Viktorian əxlaqlı Hooverciklərin Whatsapp qorxusu

13 Yanvar 2021
cefer-cabbarli-549x370
Kültür

Cəfər Cabbarlının ölümü – 2

12 Yanvar 2021
5edfc7a8d682d2e515a4761f_who-was-ayn-rand
.

Atlant çiyinlərini düzəltdi

11 Yanvar 2021
seymur-baycan-1
.

Ölü evdən qeydlər

02 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel