Azlogos
  • Qaydalar
  • Kimlər var

WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Flora Kərimovanın sidik terapiyası

Günel Mövlud Günel Mövlud
., Sərbəst
11 İyul 2019
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
414347332
Paylaş

Bilənlər bilir, bilməyənlərə qısaca deyim ki, son aylar böyük ispan rejissoru Luis Bunuelin xatirələrini azərbaycan dilinə tərcümə edirəm. Ümumiyyətlə, memuar ədəbiyyatından çox xoşum gəlir. Xüsusilə, yaşlı sənət adamlarının. Yaşlanmış sənət adamlarının, yazıçı, filosofların memuarları adətən çox səmimi olur. Bu yaşda onları daha reputasiya, gülməli, qeyri-ciddi görünmək qorxusu narahat etmir və adamlar özlərini rahat buraxa bilirlər. 

Səmimiyyətlə dolu xatirələr silsiləsindən J.J. Russonun “Etiraflar”ı, Markesin bütün memuarları, Baninin “Qafqaz günləri” və “Paris Günləri” ağlımda qalanlardı. Həmçinin, hazırda çevirməsi ilə məşğul olduğum “Mənim son nəfəsim” – Bunuelin xatirələri. 

Bu mətnləri maraqlı edən tək şey, sənətkarların yaşlandıqca qələm işində peşəkarlaşması deyil. Eyni zamanda, uşaqlığını, gəncliyini yazanda, onlar indiki vaxtlarında, həyat təcrübəsinin onlara verdiyi bir olğunluq, müdriklik və obyektivliklə öz uşaqlıq, gənclik ehtiraslarına soyuq başla baxa, yeni kriteriyarlarla dəyərləndirə bilirlər. Onların öz həyatlarına, o hadisələrə tərəfsiz, aydın baxışları, səmimi analizləri çox maraqlı olur, anlayırsan ki, belə bir tərəfsiz dəyərləndirmə bacarığına sahib olmaq üçün adam gərək həm çox şey yaşasın, həm yaşadıqlarına rahat baxa bilmək üçün dərin bazaya sahib olsun, həm də hoqqabazlıq etməyəcək qədər daxilən rahatlana, özündən əmin ola bilsin.

Təəssüf ki, bütün sadaladıqlarım bizim yaşı artıq memuar yazacaq səviyyəyə gəlib çıxmış qələm, sənət adamları ilə bağlı demək mümkün deyil. Məsələ, təkcə səmimiyyət məsələsi də deyil əslində. Azərbaycanda həyatları olduqca zəngin keçən, Sovet və müstəqillik dövründə yaşayan, iki dövrün ikisində də yaşayıb yaratmış nə qədər adam ölüb getdi. Özlərindən sonra heç bir memuar, mətn buraxmadan. Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslan, İlhamə Quliyeva kimi (ağlımda qalanlardan) nə qədər adam nə qədər şey yaza bilərdi. Axı onlar təkcə sovet dövrünü görməmişdilər. Onlar sovet dövrünün nə qədər vacib adamlarını tanımış, onlarla ünsiyyətdə olmuş, nə qədər ölkə gəzmiş, nələr yaşamaışdılar. Amma bizim sənət adamlarında ümumiyyətlə yazmaq ənənəsi, mədəniyyəti olmadığından, o qədər maraqlı hekayətlərin burulğanından keçmiş bu adamlar heç nə olmamış kimi, ölüb getdilər. 

İndi ölkədə Nisə Qasımova, Zeynəb Xanlarova, Flora Kərimova kimi nəhəng sənət adamları var. İlahi haraları gəzməyib, kimləri görməyib, nələr yaşamayıblar bu adamlar? Hanı onların yazdıqları, hanı onların memuarları, kitabları? Məsələ səmimiyyət məsələsidirmi? Mentalitetdənmi qorxurlar? Öz dövrlərinin əxlaqda, geyimdə, davranışda inqilabçıları olmaq onlara utancmı verir indi? Məsələ təkcə budurmu? Düşünmürəm.

Məsələ təkcə utanmaq olsaydı, Flora Kərimova kimi agbirçək bir sənətkar 20 ildir, sidik içdiyini və ailə üzvlərinə də sidik içirdiyini (aman allahım, ölmək istəyirəm) belə rahatca deməzdi. Deməli, utanıb, çəkinib eləmirlər, məsələ başqadır.

Yoxdur bu adamlarda öz yaşadıqlarını tarixin, dövrün prizmasından dəyərləndirib, sənətkar baxışı ilə baxmaq bacarığı, aydın başla analiz etmək bacarığı. Yoxdur! Bunun üçün onlar ömürləri boyu mütaliə etməliydilər, dövrlərinin müasirləri ilə kulturoloji müzkirələr aparmalı idilər, dünya ilə tanış olmalı idilər. Bizsə mətbuatda, televiziya programlarında bu sənətkarların ancaq məişət atışmalarını, xırda intriqalarını oxumuşuq.

İllər əvvəl deyəsən azərbaycan televiziyasının çəkdiyi bir veriliş vardı. Sadə bir dekor, iki kətil, üz-üzə oturmuş Flora Kərimova və İlhamə Quliyeva. Nə danışırdılar öz dövrlərinin nəhəngləri, böyük, ecazkar səsləri olan bu iki sənətkar? Hansı sənət müzakirəsi, hansı estetik mübahisə gedirdi onların arasında. Bilirsiniz nədən danışırdılar? “Sən çoxlu brilyant taxırsan!”, “Sənin də brilyantların az deyil, amma bicliyindən taxmırsan!”

Bax, bu idi iki böyük sənətkarın dialoqu. 

Kül bizim başımıza. 

Əslində, yazı belə isterik alınmaya da bilərdi, amma etiraf edim ki, Bunuelin aşağıdakı parçasından sonra, Flora Kərimovanın “Mən sidik içirəm” etirafı doğrudan da o qədər gülməli göründü ki, özümü saxlaya bilmədm.

“Yayda, nahar sonrası saatlarda, istinin dözülməz dərəcədə artdığı, boş küçələrdə ancaq milçəklərin vızıldaşdığı vaxtlarda, biz parçasatanın dükanına toplaşıb, o illərin “erotik” jurnallarına (allah bilir, o jurnallar bura necə gəlib çıxmışdı) baxırdıq. «Оha de Parra» ya «КDT» kimi jurnallarda o vaxt bizi vəcdə gətirən naturalistik reproduksiyalar, bu günkü erotik şəkillərlə müqayisədə adamı mələk məsumluğu ilə təəccübləndirə bilərdi. Bu şəkillərdəki qadınların ancaq ayağının ya da döşünün bir hissəs açıq olurdu. Amma bu qədəri belə bizim xəyallarımızı və hisslərimizi vəcdə gətirməyə bəs edirdi. O vaxt cəmiyyətdə qadınlarla kişilərin tamamilə bölünməsi bizim dumanlı istəklərimizi daha da itiləyirdi. İndi, ilk seksual hisslərim yadıma düşəndə, burnuma parça qoxusu gəlir…”

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör