Azlogos
  • Qaydalar
  • Kimlər var

Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azərbaycan müxalif siyasi səhnəsində nekrofiliya aspektləri

AzLogos AzLogos
Mövqe
25 Mart 2020
Oxuma vaxtı:7 dəqiqəyə oxunur
18oktyabr(1)
Paylaş

Ölkədə maraqlı hadisələr baş verməkdədir. 19 yanvar mitinqindən çox deyildi, çox yazıldı. Bu hadisə, müxalif qüvvələrin böyük uğuru kimi qeyd edildi.

Deyiblər hər şeyin təzəsi, dostun köhnəsi. O gün, tribunada, sanki bir zamanlar AzTV-dəki “Tanış üzlər, tanış səslər” verilişinin açıq hava çəkilişini izləyirdik. Hamımızın yaxşı tanıdığımız, bozqurd İsgəndər Həmidov İlqar Məmmədovla çiyin-çiyinə dayanmışdılar. Sabahı gün müxaliflərin Xiyabana gəlişi zamanı da bunu seyr etdik. Özünü müxalifətin lideri kimi mövqeləndirən Əli Kərimlinin yanında kim olsa yaxşıdır? “Azadlıq aşiqi”, “turbina” Nemət Pənahov.

Bundan sonra isə “Müxalifətin zirvə toplantısı” adlandırılmış qüvvələrin Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında baş tutan yığıncağında “Azərbaycan Xalq Hərəkatı” adlı yeni qurumun təsis edilməsi haqda bəyanat verildi.

Siyasi meyitlərin xortlaması

Gözəl mənzərədir, 30 il əvvəlin siyasi meyitləri növbə ilə xortlayır. Əcəba, yeni yaradılmış müstəsna iddialı “Azərbaycan Xalq Hərəkatı”-na kimlər daxildir? Bir göz ataq siyahıya.

Xəbərdə belə deyilir: “Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.” 

Sonra xəbər belə davam edir ki, Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti və Məclisinin formalaşdırılacağı, bölgələrdə dayaq dəstələrinin olacağı bildirilir. 

Gözəl.

Bir çaya iki dəfə girmək olmazmı, olarmı?

Heraklit hesab edirdi ki, “bir çaya iki dəfə girmək olmaz”. Təəssüf ki, nə o, nə də onun sözlərini öz “Dialoqlar”ına daxil etmiş Platon heç ağlına da gətirməzdi ki, onların fikirlərini çox rahatca təkzib edənlər XXI əsrin Azərbaycanında peyda olacaqlar.

Bu deyimin mənası ondan ibarət idi ki, axar çay kimi, həyatda da təkrarlanan heç bir şey, hətta görünən təsadüfi hadisələr, ifadələr, faktlar, hərəkətlər əsla təkrar deyil, fərqlidir və keçmişi geri döndərmək olmaz. Amma görünür bizimkilərə bütün bunların əsla aidiyyatı yoxdur.

Görəsən Azərbaycanda baş verən hadisələri hansı məntiqdən, hansı prizmadan, hansı optikadan təhlil etmək olar?

Jurnalist Sevinc Osmanqızı iki gün öncə İsgəndər Həmidovla müsahibə edərək ən elementar şeyləri soruşur, cavabında isə 30 il əvvəlki kobud-köntöy aqrar və çuşka bir adamın gəvəzələməyini eşidirdi. Xanım jurnalistin bəxti gətirdi ki, okeanın o tayında idi, yoxsa bilmək olmaz, Azərbaycanda hələ də Jiquli 06 avtomobilləri var, sabiq nazir müəllim də ki, vərdişlərini heç yadırğayana oxşamır.

Keçmişdəki cinayətlərini və komik obrazlarını yalnız siyasi pozğunluq kimi təfsir etmək mümkün olan bu insanların yenidən siyasi səhnəyə dönməkdə məqsədi nədir?

Cavab belə oldu ki, “bizi xilas edəcəklər”. Bu imiş onların dərdi.

Klinik nekrofiliya hadisəsi?

Yaxşı, onları qəbul edən, onlar haqda xəbərlər yazan, onlarla müsahibə edən, mitinqə çıxan, xiyabanlara gedən cəmiyyətin ayarları nədir?

Yəqin ki, bunların hansısa elmi təhlili üçün yalnız psixoanalizə müraciət etmək gərəkdir.

Görkəmli alman psixoloqu və sosioloqu, psixoanalizin banisi Ziqmund Freydin tələbəsi Erix Fromun bir zamanlar siyasi pozğunluq təhlilinə yönəlmiş çox dərin bir essesi var – “Adolf Hitler. Klinik nekrofiliya hadisəsi.”

Essenin təhlil hissəsində deyilir ki, siyasətdə destruktiv şəxsiyyətlər əsasən gizlində narsisizmdən, yəni özünə aludəçilikdən, özünə vurulmaqdan, bir də çox dərin darıxma, gərəksizlik hissindən əziyyət çəkirlər.

Narsisizm isə onları acı reallıqdan uzaqlaşdıran yeganə vasitədir. Destruktiv şəxslər bu halda həyatın başqa sahəsində reallaşa bilməyib yeganə olaraq siyasətə yönəlirlər ki, özlərinin təsdiqi üçün dağıdıcı ehtiraslarını təmin etsinlər.

Əlikram Hümbətov “örnəyi”

Əlikram Hümbətov 30 il bundan əvvəl, 1989-cu ildə yuxarıda haqlarında bəhs etdiyimiz fiqurlardan biri idi, hətta adı Xalq Cəbhəsinin yaradıcılarından biri kimi gedirdi. Amma hazırda onun haqqında cəmiyyətdə tamamilə haqlı olaraq birmənalı yanaşma var – keçdiyi yol, etdiyi hərəkətlər, verdiyi bəyanatlar bu adamla heç bir kontakt, hər hansı bir ünsiyyətə ümumiyyətlə yer qoymur. Zatən Azərbaycandan qovulub, vətəndaşlıqdan da məhrum edilib, ardını da necə deyərlər “özü bilər, allahı bilər”, onunla bizim cəmiyyət arasında hər hansı bir ilişki mümkünsüzdür.

Əlikram və onun kimiləri Azərbaycan ictimai sferasında əbədi olaraq susdurulub və bu yalnız belə ola bilərdi, başqa cür yox. Elə insanlar yalnız bunu haqq edir.

Yəqin ki, bununla hamı razı olar.

Yaxşı, belə olan halda bəs İsgəndər Həmidov hansı haqla danışır? Və onun kimilərə bu səhnəni verənlər kimdir? Sevinc Osmanqızı, özünü etibardan çoxdan salmış bu rüsvayçı insanla nə barədə danışmaq istəyirdi?

1990-larda jurnalistləri döyüb “əcəb eləmişəm, sonra öldürəcəm” deyən, onsuz da seperatizmdən əziyyət çəkən çoxmillətli ölkədə açıq-aşkar irqçilik ideyaları yayan, ölkə rəhbərliyində olmasına rəğmən “bizim Çində (!) işimiz olacaq”, “6 dənə atom bombamız var” kimi provakativ yalanlar danışan adama niyə ictimai fikirdə yer verilməlidir, bunun səbəbi nədir?

“Azadlıq aşiqi” Nemət, “başıma güllə sıxacam” Rəhim, “cinayətimiz məğlubiyyətimizdir” Pənah və onlarla onlarkimilər özünü müxalif ictimai fiqur kimi mövqeləndirməyə cəsarət tapa bilirsə, bu cəmiyyətin xəstəliyinin nə qədər ağır olmasının barometridir.

Kimsə izah edə bilərmi – onların “padla” Əlikramdan fərqi nədir?

Kimdir müqəssir?

Əslində ən qeyri-azad adamlar bizlərik. Düşündüklərimizi, doğru bildiklərimizi dilə gətirə bilmirik. Hakimiyyəti ifşa etməkdən asan nə var? Bunlara, özünü utanmadan-çəkinmədən “müxalifət” adlandıran, keçmişin zibilliyindən xortlamış tör-töküntülərə söz demək risklidir. Damğalamağa hazır bir ordu dayanıb başımızın üstündə.

Bəlkə bilməyənlər var kimdir bunlar?

Bu adamlar 30 il öncə də meydanda, qərargahlarda idilər, Bakının ucuz podvallarında cız-bız yeyib, araq içib dərdimizi çəkirdilər, gəyirə-gəyirə Azərbaycanı azadlığa çıxarırdılar. O zamandan çəkməkdədirlər dərdimizi.

Fəlakətli 1993-cü ildə ölkəni, dövləti, xalqı, tərəfdarlarını qiyamçı polkovnikin azğın və heç bir ölçü tanımayan silahlılarının qabağında müdafiəsiz qoyub qaçan cılız adamların hakimiyyətə iddiası nə qədər gülüncdürsə, eyni zamanda bu, bizim cəmiyyət kimi də necə bir fiaskoya uğramağımızın şəhadətidir. Bu qorxaq fərari yığını o zaman ölkəni və xalqı Surət kimi bir debilin qabağına atıb, qaçıb getmişdi. Bircə İsa Qəmbər qaçmadı, amma o da, 93-də edə bildiyini on il sonra, 2003-də təkrarlaya bilmədi.

Günün bu günü “Xalq Hərəkatı” yaradıb bizi xilas etmək istəyən bu adamlar o zaman özləri Heydər Əliyevi yalvarıb Bakıya çağırdılar, sonra da 25 ildir deyirlər ki, hakimiyyəti qiyam yoluyla zəbt edib. Daha nə deyəcəkdilər ki? Həqiqəti boyunlarına alsalar gərək axı bu səhnədən birdəfəlik getsinlər, deyilmi? Məntiqsizliyi qədər əxlaqdan kənar bu insanlar həqiqəti yalnız özlərinin cinayətlərini ört-basdır etmək, siyasi səhnədə yenə də ayaqda qalmaq üçün gizlədir.

Bu nekrofillər barbardılar. Liderlərindən tutmuş, sadə üzvlərinə qədər. Bu adamlara ictimai meydan tanımaq, bəşəri cinayət deməkdir. Çünki nekrofillərin yeri tarixin qəbristanlığıdır, siyasi səhnə yox. İcazə vermək olmaz ki, ordan çıxsınlar.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör