Azlogos
  • Kimlər var
  • Bizi tanı

İnkubatordan çıxmışlar. “Sürü psixologiyası” nə üçün zərurətdir? Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kitabxanalardan kababxanalara

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
18 Fevral 2020

1 avqust, 1894-cü il.

Bu tarix ilk baxışda çoxunuza heç nə demir.

Halbuki söhbət aydınlanma hərəkatı tariximizin önəmli səhifələrinin birindən gedir. Belə ki, Bakıda və bütövlükdə Azərbaycanda ilk ictimai kitabxananın yaradılması məhz 126 il əvvəlin həmin günü ilə bağlıdır.

Təşəbbüskar Nəriman Nərimanov idi…

***

İndi təqvim 2020-ci ili göstərir və Azərbaycanda “kitabxana” sözü “kababxana” ilə assosiasiya olunur.

Niyə də olunmasın?

2000-ci illərin ortalarından etibarən paytaxtdakı kitabxanaların və kitab dükanlarının böyük hissəsi ləğv edildi. İndi siz onların yerində kafe-restorandan tutmuş mebel dükanınacan hər cür ticarət obyekti görə bilərsiniz.

2000-ci illərin sonlarına doğru Bakının mərkəzində yerləşən Ənvər Məmmədxanlı adına kitabxana gözümün qarşısında darmadağın edilmişdi.

Yaxşı yadımdadır, kitabxananın direktoru tanınmış müğənni Yalçın Rzazadənin həyat yoldaşı Roza xanım idi.

Mən də oranın davamlı ziyarətçisi idim.

Sakit bir qiraət zalı, aldıqları qəpik-quruş məvacibə baxmayaraq gülərüzlü, mehriban kitabxanaçıları vardı.

Günlərin birində məlum oldu ki, kitabxananı ləğv edirlər. Səbəb? Guya “lazımi səviyyədə fəaliyyət göstərmir, yararsız vəziyyətdədir”.

Növbəti dəfə kitabxanaya gələndə isə onun qarşısında izdiham gördüm; məgər polisli-zadlı oranı boşaltmağa gəliblər.

Roza xanımın bu faşizmə qarşı necə müqavimət göstərdiyi, hansı zorakılığa məruz qaldığı, halının hədsiz pisləşdiyi və ağır vəziyyətdə xəstəxanaya aparıldığı gözümün önündə baş verib. Hələ də yadıma düşəndə tüklərim ürpəşir.

Bundan da dəhşətlisi vardı: başda Mədəniyyət naziri (daha dəhşətlisi isə, həm də böyük bəstəkar Qara Qarayevin qardaşı oğlu!) Əbülfəs Qarayev olmaqla, rəsmilər Roza xanımı az qala “terrorist” elan etmişdilər, ünvanına həqarət üstündən həqarət yağdırır, vəhşicəsinə döyülməsini belə görməzdən gəlir, ələ salır, dişlərinin dibindən çıxanı söyləyirdilər.

Əlim üzümdə qalmışdı…

Kitabla, kitabxanaçı ilə bu cür rəftarı görəndən sonra uzaq tarixdəki oxşar hadisələr mənim üçün öz mənasını tamam itirmişdi.

Nə vaxtsa Makedoniyalı İsgəndərin pers kitabxanalarını külə döndərməsində də, Roma imperatoru Sezarın İsgəndəriyyə kitabxanasını yandırmasında da, Çingiz xanın Bağdad kitabxanasına od vurmasında da artıq mənim üçün qeyri-adi, təəccüblü heç nə yox idi.

XXI yüzillikdə bir kitabxana ilə belə amansız davrana bilirlərsə, yüzillər, minillər öncə –ibtidai təfəkkürün daha güclü olduğu çağlarda kitabxanaların yerlə yeksan edilməsinə niyə heyrətlənəsən?

Yaxınlarda yolum bir zamanlar Ənvər Məmmədxanlı adına kitabxanın yerləşdiyi küçədən düşdü. 

İndi orada oliqarx butikləri sıralanıb.

Mənəviyyatın bu qədər asanlıqla maddiyyata qurban edildiyi, kitabın “of” demədən kapital hərisliyinin güdazına gedə bildiyi ölkə heç vaxt xoşbəxt ola bilməz. Heç vaxt!

Necə ki xoşbəxt deyil… Neft milyonlarına, milyardlarına baxmayaraq dilənçilər, səfillər ölkəsidir.

***

Qayıdaq Azərbaycanın ilk qiraətxanasına…

Tarixə “Nəriman qiraətxanası” kimi düşən bu ictimai kitabxananın şöhrəti tezliklə yalnız Qafqaza deyil, çar Rusiyasının ucqarlarınacan yayılmışdı.

Çox keçmədən buraya hətta Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən qəzet, jurnal və kitablar göndərilirdi. Onların bir çoxu Nərimanova xüsusi rəğbəti olan neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin hesabına alınırdı.

Qorçakov küçəsində (sonralar adı Malıgin olaraq dəyişdirilmişdi) fəaliyyətə başlayan ilk ictimai kitabxananın ömrü cəmi dörd il çəkdi. Lakin o, aydınlanma tariximizin parlaq səhifələrindən biri olaraq qaldı.

Qiraətxananın ayaqda qala bilməsi üçün mütəmadi müxtəlif tədbirlər – tamaşalar, vodevillər təşkil olunurdu.

Həmin tədbirlər eyni zamanda Bakının mədəni həyatının canlanmasına xidmət edirdi.

Maraqlı bir statistika: ilk ictimai kitabxanın təzəcə fəaliyyətə başladığı dövrdə, bir aydan da az müddətdə – 1894-cü ilin aprelin 8-dən mayın 4- dək bura 710 nəfər oxucu gəlmişdi. Dövrün gerçəkliklərini nəzərə aldıqda kifayət qədər böyük rəqəmdir. İndinin özündə həmin rəqəmi heç bir kitabxana hətta təsəvvür belə, edə bilməz.

“Nəriman qiraətxanası” aydınların əsas görüş yerlərindən birinə çevrilmişdi: irəligörüşlü insanlar burada toplaşır, müxtəlif mövzularda qaynar müzakirələr aparırdılar.

Məqsəd isə eynidir: insanların cəhalət buxovlarından azad edilməsi, savadlanmanın gücləndirilməsi!

Danılmaz həqiqət idi ki, bir cəmiyyətin öz hüquq və azadlıqlarına qovuşması ilk növbədə maarifçiliklə mümkündür.

Kütlə, kölə şüuru yalnız bu yolla ləğv edilə bilərdi!

***

Çar rejimi “Nəriman qiraətxanası”nın mövcudluğuna yalnız 1898-ci ilin oktyabrınacan dözə bildi.

İlk ictimai kitabxanamızı azad düşüncəli insanların, özəlliklə, gənclərin sevimli məkanına çevrildiyini görüb bunu hakim gücə qarşı təhlükə mənbəyi – “siyasi fitnə ocağı” kimi qiymətləndirdi və onun qapadılmasına qərar verdi.

Aydınlıqçılar həmin qərarı dərin hüznlə qarşılamışdılar.

Ancaq yəqin heç vaxt xəyal belə etməmişdilər ki, aradan yüz il keçəcək və bu ölkədə kitaba, bilgiyə, savadlanmaya münasibət zərrəcə dəyişməyəcək.

Daha doğrusu, dəyişəcək, ancaq pisə doğru… Kitabxanaları böyük sürətlə çayxanaya, kababxanaya, nə bilim daha nə xanaya çevirərək cəmiyyətə köhnəlmiş, ənənəvi, aqrar mesaj verəcəklər: tüpürün mədəniyyətə, sığının gödəniyyətə!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021

Redaktorun seçimi

Mühakimə etmək haqqında

Erkin Qədirlinin tələsən yeri

Mənasızlıqda məna yaratmaq

Azər Ağalarov: “Yan Qusla Nəsimi eyni ildə anadan olublar”

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

AzLogos Frankfurt avto-sərgisində

Pirlər və ziyarətgahların daha səmərəli fəaliyyət göstərməsi üçün təkliflər

İmam Həsənov: “Nəbadə bizi pis görsünlər”

Qulu Məhərrəmli: “Nə qədər qucaqlanmalı insan var”

Mauser S2 E6 – ArtLogos, Əmici 5G, Ya Təbibi

“Dövlətin gələcəyi barədə” – Martin van Creveld

Qırmızı xəttlərlərsiz toplumun qırmızı xəttli adamları

“Adamazon” – Gündüz Ağayev təqdim edir (18+)

Trans-Xəzər qaz kəməri

Azərbaycan ərəbləri

Ucalsız keçən 15 il…

Leonardo da Vinçinin əlyazmaları hamıya əlçatan oldu

Bayrağa qarşı hörmətsizlik fonunda ifadə azadlığı

Koronavirus əleyhinə ilk vaksin vuruldu

Starlink missiyası tamamdır

Haqq verilmir, alınır!

“Qarabağ”la AFFA-nın nə fərqi var ki?

Berlin Divarının “bərpası”

Azərbaycanda qadınların ilk səsverməsi

Bakının identikliyi

Koen qardaşlarının qara təbəssümü

“Soprano klanı”. Möhtəşəm serial

Cem Yılmaz və stereotiplər

Luis Bunüel-dən amansız səmimiyyətlə dolu xatirələr (III hissə)

Rədd olun Çindən!

Kitabxanalardan kababxanalara

Elnur Astanbəyli Elnur Astanbəyli
Kültür
18 Fevral 2020

1 avqust, 1894-cü il.

Bu tarix ilk baxışda çoxunuza heç nə demir.

Halbuki söhbət aydınlanma hərəkatı tariximizin önəmli səhifələrinin birindən gedir. Belə ki, Bakıda və bütövlükdə Azərbaycanda ilk ictimai kitabxananın yaradılması məhz 126 il əvvəlin həmin günü ilə bağlıdır.

Təşəbbüskar Nəriman Nərimanov idi…

***

İndi təqvim 2020-ci ili göstərir və Azərbaycanda “kitabxana” sözü “kababxana” ilə assosiasiya olunur.

Niyə də olunmasın?

2000-ci illərin ortalarından etibarən paytaxtdakı kitabxanaların və kitab dükanlarının böyük hissəsi ləğv edildi. İndi siz onların yerində kafe-restorandan tutmuş mebel dükanınacan hər cür ticarət obyekti görə bilərsiniz.

2000-ci illərin sonlarına doğru Bakının mərkəzində yerləşən Ənvər Məmmədxanlı adına kitabxana gözümün qarşısında darmadağın edilmişdi.

Yaxşı yadımdadır, kitabxananın direktoru tanınmış müğənni Yalçın Rzazadənin həyat yoldaşı Roza xanım idi.

Mən də oranın davamlı ziyarətçisi idim.

Sakit bir qiraət zalı, aldıqları qəpik-quruş məvacibə baxmayaraq gülərüzlü, mehriban kitabxanaçıları vardı.

Günlərin birində məlum oldu ki, kitabxananı ləğv edirlər. Səbəb? Guya “lazımi səviyyədə fəaliyyət göstərmir, yararsız vəziyyətdədir”.

Növbəti dəfə kitabxanaya gələndə isə onun qarşısında izdiham gördüm; məgər polisli-zadlı oranı boşaltmağa gəliblər.

Roza xanımın bu faşizmə qarşı necə müqavimət göstərdiyi, hansı zorakılığa məruz qaldığı, halının hədsiz pisləşdiyi və ağır vəziyyətdə xəstəxanaya aparıldığı gözümün önündə baş verib. Hələ də yadıma düşəndə tüklərim ürpəşir.

Bundan da dəhşətlisi vardı: başda Mədəniyyət naziri (daha dəhşətlisi isə, həm də böyük bəstəkar Qara Qarayevin qardaşı oğlu!) Əbülfəs Qarayev olmaqla, rəsmilər Roza xanımı az qala “terrorist” elan etmişdilər, ünvanına həqarət üstündən həqarət yağdırır, vəhşicəsinə döyülməsini belə görməzdən gəlir, ələ salır, dişlərinin dibindən çıxanı söyləyirdilər.

Əlim üzümdə qalmışdı…

Kitabla, kitabxanaçı ilə bu cür rəftarı görəndən sonra uzaq tarixdəki oxşar hadisələr mənim üçün öz mənasını tamam itirmişdi.

Nə vaxtsa Makedoniyalı İsgəndərin pers kitabxanalarını külə döndərməsində də, Roma imperatoru Sezarın İsgəndəriyyə kitabxanasını yandırmasında da, Çingiz xanın Bağdad kitabxanasına od vurmasında da artıq mənim üçün qeyri-adi, təəccüblü heç nə yox idi.

XXI yüzillikdə bir kitabxana ilə belə amansız davrana bilirlərsə, yüzillər, minillər öncə –ibtidai təfəkkürün daha güclü olduğu çağlarda kitabxanaların yerlə yeksan edilməsinə niyə heyrətlənəsən?

Yaxınlarda yolum bir zamanlar Ənvər Məmmədxanlı adına kitabxanın yerləşdiyi küçədən düşdü. 

İndi orada oliqarx butikləri sıralanıb.

Mənəviyyatın bu qədər asanlıqla maddiyyata qurban edildiyi, kitabın “of” demədən kapital hərisliyinin güdazına gedə bildiyi ölkə heç vaxt xoşbəxt ola bilməz. Heç vaxt!

Necə ki xoşbəxt deyil… Neft milyonlarına, milyardlarına baxmayaraq dilənçilər, səfillər ölkəsidir.

***

Qayıdaq Azərbaycanın ilk qiraətxanasına…

Tarixə “Nəriman qiraətxanası” kimi düşən bu ictimai kitabxananın şöhrəti tezliklə yalnız Qafqaza deyil, çar Rusiyasının ucqarlarınacan yayılmışdı.

Çox keçmədən buraya hətta Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən qəzet, jurnal və kitablar göndərilirdi. Onların bir çoxu Nərimanova xüsusi rəğbəti olan neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin hesabına alınırdı.

Qorçakov küçəsində (sonralar adı Malıgin olaraq dəyişdirilmişdi) fəaliyyətə başlayan ilk ictimai kitabxananın ömrü cəmi dörd il çəkdi. Lakin o, aydınlanma tariximizin parlaq səhifələrindən biri olaraq qaldı.

Qiraətxananın ayaqda qala bilməsi üçün mütəmadi müxtəlif tədbirlər – tamaşalar, vodevillər təşkil olunurdu.

Həmin tədbirlər eyni zamanda Bakının mədəni həyatının canlanmasına xidmət edirdi.

Maraqlı bir statistika: ilk ictimai kitabxanın təzəcə fəaliyyətə başladığı dövrdə, bir aydan da az müddətdə – 1894-cü ilin aprelin 8-dən mayın 4- dək bura 710 nəfər oxucu gəlmişdi. Dövrün gerçəkliklərini nəzərə aldıqda kifayət qədər böyük rəqəmdir. İndinin özündə həmin rəqəmi heç bir kitabxana hətta təsəvvür belə, edə bilməz.

“Nəriman qiraətxanası” aydınların əsas görüş yerlərindən birinə çevrilmişdi: irəligörüşlü insanlar burada toplaşır, müxtəlif mövzularda qaynar müzakirələr aparırdılar.

Məqsəd isə eynidir: insanların cəhalət buxovlarından azad edilməsi, savadlanmanın gücləndirilməsi!

Danılmaz həqiqət idi ki, bir cəmiyyətin öz hüquq və azadlıqlarına qovuşması ilk növbədə maarifçiliklə mümkündür.

Kütlə, kölə şüuru yalnız bu yolla ləğv edilə bilərdi!

***

Çar rejimi “Nəriman qiraətxanası”nın mövcudluğuna yalnız 1898-ci ilin oktyabrınacan dözə bildi.

İlk ictimai kitabxanamızı azad düşüncəli insanların, özəlliklə, gənclərin sevimli məkanına çevrildiyini görüb bunu hakim gücə qarşı təhlükə mənbəyi – “siyasi fitnə ocağı” kimi qiymətləndirdi və onun qapadılmasına qərar verdi.

Aydınlıqçılar həmin qərarı dərin hüznlə qarşılamışdılar.

Ancaq yəqin heç vaxt xəyal belə etməmişdilər ki, aradan yüz il keçəcək və bu ölkədə kitaba, bilgiyə, savadlanmaya münasibət zərrəcə dəyişməyəcək.

Daha doğrusu, dəyişəcək, ancaq pisə doğru… Kitabxanaları böyük sürətlə çayxanaya, kababxanaya, nə bilim daha nə xanaya çevirərək cəmiyyətə köhnəlmiş, ənənəvi, aqrar mesaj verəcəklər: tüpürün mədəniyyətə, sığının gödəniyyətə!

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

172660_1fxvzwseap
Kültür

Sarabskinin döyülməklikləri

27 Fevral 2021
MyCollages (2)
Kültür

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
Bildschirmfoto 2021-02-24 um 19.39.55
Kültür

Peçat sözdən sonra qışqıranlar

24 Fevral 2021
MyCollages (2)
.

Sağır nun – fağır nun

23 Fevral 2021
serdcza_18-640x784-2-e1613900227992
.

Daş deyil, ürəkdir bu

21 Fevral 2021
seymur-baycan-1
.

“Quqark”ı necə yazmağım haqqında

21 Fevral 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel