Azlogos
  • Qaydalar
  • Kimlər var

Kultural Marksizm və onun qısa tarixi "Sergi ata" "Zorba"ya qarşı Rüfət Həsənovun gəliri hara gedib? BBC-nin emosional düşüklüyü və Rasim Balayev Varisin tullantıdan ibarət yaradıcılığı İtlərdən öyrəndiklərim haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Koqnitiv dissonans

AzLogos AzLogos
Elm
13 May 2019

Psixologiyada koqnitiv dissonans məfhumu 1950-ci illərin sonlarında yaranıb. Onun müəllifi amerikalı psixoloq Leon Festingerdi.

L.Festinger təcrübə yolu ilə aşkarlamışdı ki, əgər insanın təsəvvürlərində hansısa ziddiyyətlər, uyğunsuzluqlar meydana çıxırsa (koqnitiv dissonans bu təzahürün adıdı), o, həmin ziddiyyətləri aradan qaldırmaq və ya uyğunsuzluğu yox eləmək üçün ümumi mənzərəyə yeni elementlər əlavə eləməyə can atır.

Bu mənzərənin elementlərindən biri – bizim öz hərəkətlərimiz, yaxud vərdişlərimiz olanda koqnitiv dissonansın rolu daha böyük əhəmiyyət kəsb eləyir. Məsələn, siqaret çəkməyin zərərləri barədə informasiya “mən çəkirəm” faktı ilə koqnitiv dissonans yaradır. Koqnitiv dissonansı aradan qaldırmağın bir üsulu – siqareti tərgitmək, digər üsulu isə – siqaretin zərərləri haqqında məlumatı etibarsızlaşdırmaq, yəni özümüzün dünyaya münasibətimizə sözügedən informasiyaya zidd informasiya daxil eləməkdi. Məsələn, siqaretin zərərləri barədə məlumatlar çox şişirdilir, siqaretdən daha təhlükəli olan başqa vərdişlər var.

Əvvəllər koqnitiv dissonans nəzəriyyəsi fəaliyyətlərimizin bəzi səbəblərini açıqlayan motivasiya nəzəriyyəsi kimi qəbul olunurdu. Biz elədiklərimizi niyə eləyirik? Koqnitiv dissonansı aradan qaldırmaqdan ötrü.

Lakin tezliklə məlum oldu ki, bu, heç də birmənalı nəticə doğurmur, bir çox hallarda ziddiyyətlərin mövcudluğu insanın, dünyanın ziddiyyətli mənzərəsini olduğu kimi qəbul eləməsinə əngəl törətmir. Digər tərəfdən koqnitiv dissonans motivasiya nəzəriyyəsi qismində çox şeyə açıqlıq gətirməyə qadir deyil, çünki Festingerin nəzəriyyəsində tamamlayıcı elementlərin vaciblik dərəcəsindən də danışılırdı. Elementlər əhəmiyyətli olanda uyğun nəticələr yaradırlar, ancaq ziddiyyətli elementlər heç bir əhəmiyyət daşımırsa, onların bir nəticəsi də olmayacaq.

Beləliklə, bütün hallarda fəaliyyətin izahı rolunda – diqqət dairəsinə daxil olan və yox edilməsi heç cür mümkün olmayan əhəmiyyətlilik faktoru çıxış edir. Məhz, hansısa əhəmiyyətli, vacib şeylər arasındakı ziddiyyətlər fəaliyyət doğura bilər.

Daha sonra müəyyənləşdirildi ki – o cümlədən Festingerin araşdırmalarında da – proqnozların reallaşmaması, koqnitiv dissonans nəzəriyyəsində göstərildiyi kimi, təsəvvürlərin dəyişməsilə yox, yüngül modifikasiya ilə nəticələnirdi.

Məsələn, konkret bir tarixdə dünyanın sonunu gözləyən təriqətlərdən birinə aid məşhur təcrübəni götürək. Göstərilən tarix dünyanın sonu olmayanda təriqət üzvləri öz təsəvvürlərindən vaz keçmədilər, sadəcə onları yüngülvari modifikasiya elədilər: dünyanın niyə məhv olmadığına izah tapdılar və öz inanc sistemlərini dəstəkləməyə davam elədilər.

Bu gün koqnitiv dissonans əsasında izahlar yalnız məhdudsaylı hallarda işə yarayır. Əksər situasiyalarda ziddiyətlər və ya uyğunsuzluqlar insanlarda, təbii, birmənalı mənzərə yaratmaq istəyi doğurmur. İnsanlar, həddindən artıq ziddiyyətli, məntiqi baxımdan uyuşmaz ideyaları beyinlərinə yerləşdirə və rahat yaşaya bilirlər. Bu, insanların psixologiyasını anlamaq istiqamətində ortaya çıxan ən vacib problemlərdən biridi.

Bir zamanlar Ziqmund Freyd deyirdi: “qeyri-şüurinin özəlliklərindən biri odu ki, o, ziddiyyətləri görmür, şüurlu qatdan fərqli olaraq, bir-birinə tamamilə əks ideyalar və obrazlar qeyri-şüuri qatda rahat yola gedirlər”. O zaman müasir insanın düşüncəsi nə qədər şüurludu? Yoxsa bu, şüur və dünyagörüşü görüntüsü almış qeyri-şüuridi? Artıq bu barədə düşünməyə məcburuq. 

Dmitri Leontyev

Psixologiya elmləri doktoru, professor

Postnauka

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

02 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

13 Avqust 2021
ca_1214NID_Brain_Bank_online-1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

28 İyun 2021
getty_177226897_2000133320009280339_229756
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

14 İyun 2021
SCIENCE-IS-A-COMMUNAL-SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

18 May 2021
Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021

Redaktorun seçimi

Beynəlxalq Əlilliyi olanlar günü

“Qış bulvarı”nın göz görə-görə məhvi

Uşaqlıq zədəsi haqqında

“Albaniya” naminə Xalq – AzLogos-a qarşı

100 ilik işğal. Mif. Şarikov kompleksi

Eros və Tanatos

Kultural Marksizm və onun qısa tarixi

“Kədər əbədi olaraq davam edəcək…”

“1-ci Müasir Musiqi Günləri” Festivalı – Uğurlu başlanğıcın qısa icmalı

Hökumətin koronavirus sınağı

Günəşi düzgün oxumaq

Mərkəzi Asiyanın Dağlıq Qarabağı

Pislər qələbə çalmaq üzrədir. Onları kim dayandıracaq?

2019-nCoV koronavirusu

Bozluq və boşluq içindəki Azərbaycan kəndi…  

Qocalara yer varmı?

Bakı və ədəbiyyat

Primakov söhbəti

Ev bizim, sirr sizin

Azərbaycanlılar niyə memuar yazmır?

Müasir dövrün Aqorası – alış-veriş mərkəzləri

Xocalı qətliamı haqqında hər şey

Tənqid trendi

Yəhudi tərzi sosializm

Azərbaycanda ödənişsiz təhsil artımı hansı sahələri əhatə etməlidir?

Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu

Təcavüz – qadınların cinsi fantaziyası kimi

Qlobal bərabərsizlik və Azərbaycan

Yayı olmayan il

“Quqark”ı necə yazmağım haqqında

Koqnitiv dissonans

AzLogos AzLogos
Elm
13 May 2019

Psixologiyada koqnitiv dissonans məfhumu 1950-ci illərin sonlarında yaranıb. Onun müəllifi amerikalı psixoloq Leon Festingerdi.

L.Festinger təcrübə yolu ilə aşkarlamışdı ki, əgər insanın təsəvvürlərində hansısa ziddiyyətlər, uyğunsuzluqlar meydana çıxırsa (koqnitiv dissonans bu təzahürün adıdı), o, həmin ziddiyyətləri aradan qaldırmaq və ya uyğunsuzluğu yox eləmək üçün ümumi mənzərəyə yeni elementlər əlavə eləməyə can atır.

Bu mənzərənin elementlərindən biri – bizim öz hərəkətlərimiz, yaxud vərdişlərimiz olanda koqnitiv dissonansın rolu daha böyük əhəmiyyət kəsb eləyir. Məsələn, siqaret çəkməyin zərərləri barədə informasiya “mən çəkirəm” faktı ilə koqnitiv dissonans yaradır. Koqnitiv dissonansı aradan qaldırmağın bir üsulu – siqareti tərgitmək, digər üsulu isə – siqaretin zərərləri haqqında məlumatı etibarsızlaşdırmaq, yəni özümüzün dünyaya münasibətimizə sözügedən informasiyaya zidd informasiya daxil eləməkdi. Məsələn, siqaretin zərərləri barədə məlumatlar çox şişirdilir, siqaretdən daha təhlükəli olan başqa vərdişlər var.

Əvvəllər koqnitiv dissonans nəzəriyyəsi fəaliyyətlərimizin bəzi səbəblərini açıqlayan motivasiya nəzəriyyəsi kimi qəbul olunurdu. Biz elədiklərimizi niyə eləyirik? Koqnitiv dissonansı aradan qaldırmaqdan ötrü.

Lakin tezliklə məlum oldu ki, bu, heç də birmənalı nəticə doğurmur, bir çox hallarda ziddiyyətlərin mövcudluğu insanın, dünyanın ziddiyyətli mənzərəsini olduğu kimi qəbul eləməsinə əngəl törətmir. Digər tərəfdən koqnitiv dissonans motivasiya nəzəriyyəsi qismində çox şeyə açıqlıq gətirməyə qadir deyil, çünki Festingerin nəzəriyyəsində tamamlayıcı elementlərin vaciblik dərəcəsindən də danışılırdı. Elementlər əhəmiyyətli olanda uyğun nəticələr yaradırlar, ancaq ziddiyyətli elementlər heç bir əhəmiyyət daşımırsa, onların bir nəticəsi də olmayacaq.

Beləliklə, bütün hallarda fəaliyyətin izahı rolunda – diqqət dairəsinə daxil olan və yox edilməsi heç cür mümkün olmayan əhəmiyyətlilik faktoru çıxış edir. Məhz, hansısa əhəmiyyətli, vacib şeylər arasındakı ziddiyyətlər fəaliyyət doğura bilər.

Daha sonra müəyyənləşdirildi ki – o cümlədən Festingerin araşdırmalarında da – proqnozların reallaşmaması, koqnitiv dissonans nəzəriyyəsində göstərildiyi kimi, təsəvvürlərin dəyişməsilə yox, yüngül modifikasiya ilə nəticələnirdi.

Məsələn, konkret bir tarixdə dünyanın sonunu gözləyən təriqətlərdən birinə aid məşhur təcrübəni götürək. Göstərilən tarix dünyanın sonu olmayanda təriqət üzvləri öz təsəvvürlərindən vaz keçmədilər, sadəcə onları yüngülvari modifikasiya elədilər: dünyanın niyə məhv olmadığına izah tapdılar və öz inanc sistemlərini dəstəkləməyə davam elədilər.

Bu gün koqnitiv dissonans əsasında izahlar yalnız məhdudsaylı hallarda işə yarayır. Əksər situasiyalarda ziddiyətlər və ya uyğunsuzluqlar insanlarda, təbii, birmənalı mənzərə yaratmaq istəyi doğurmur. İnsanlar, həddindən artıq ziddiyyətli, məntiqi baxımdan uyuşmaz ideyaları beyinlərinə yerləşdirə və rahat yaşaya bilirlər. Bu, insanların psixologiyasını anlamaq istiqamətində ortaya çıxan ən vacib problemlərdən biridi.

Bir zamanlar Ziqmund Freyd deyirdi: “qeyri-şüurinin özəlliklərindən biri odu ki, o, ziddiyyətləri görmür, şüurlu qatdan fərqli olaraq, bir-birinə tamamilə əks ideyalar və obrazlar qeyri-şüuri qatda rahat yola gedirlər”. O zaman müasir insanın düşüncəsi nə qədər şüurludu? Yoxsa bu, şüur və dünyagörüşü görüntüsü almış qeyri-şüuridi? Artıq bu barədə düşünməyə məcburuq. 

Dmitri Leontyev

Psixologiya elmləri doktoru, professor

Postnauka

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

Akademi Ödülü Kazananlar TR
.

Prof. Məsud Aşina Türkiyənin nüfuzlu mükafatına layiq görüldü

02 Dekabr 2021
Neuralink
.

Super süni zəka nəyimizə lazımdır?

13 Avqust 2021
ca_1214NID_Brain_Bank_online-1140x570
.

Miqren tədqiqatlarında qlobal tendensiyalar – Prof. Məsud Aşina siyahıda üçüncüdür

28 İyun 2021
getty_177226897_2000133320009280339_229756
.

Həyat mübarizəsi – uğur, şans və səs-küy

14 İyun 2021
SCIENCE-IS-A-COMMUNAL-SUBPOENA
.

Elm nədir və nə deyil? Elm konsepsiyası ilə preliminar tanışlıq

18 May 2021
Bildschirmfoto 2021-04-09 um 13.16.11
.

Çip qıtlığı: Texnologiya əsrinin nefti

09 Aprel 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel