bulls-bike.cz
fiyonk.net
infopokrovsk.ru
okzhetpes.kz
petsdream.ru
PoliceControl.info
proarte.net.pl
provegas.ru
sultan-kazino-qazaqstan.kz
underscorejs.ru
Top UK Slot Sites
Casibom
Гама казино
betify
Azlogos
  • Qaydalar
  • Kimlər var

1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Online casino oyunlarında yüksek RTP oranları sunan bahsegel kazandırıyor.

Slotlarda kullanılan semboller genellikle tema ile bağlantılıdır; bahsegel giriş bu görselleri kaliteli şekilde sunar.

Güvenilir ödeme yöntemleri, hızlı destek sistemi ve yüksek kazanç oranlarıyla bettilt giriş kullanıcılarına benzersiz bir deneyim yaşatıyor.

Bahis severler için en geniş spor kategorilerini sunan bettilt eğlencenin merkezindedir.

Dili topuq vuranlar

Orxan Adıgözəl Orxan Adıgözəl
Sərbəst
07 İyun 2020
Oxuma vaxtı:5 dəqiqəyə oxunur
6018897
Paylaş

Deputat Xanhüseyn Kazımlının videosu sosial mediyada trendə çevirilib. 1942-ci il təvəllüdlü «millət vəkili» məşhur videosunda hardasa çıxış edir və onun nitqindən heç nə anlaşılmır. Bir neçə dəqiqə çəkən həmin çıxışda xaotik və tamamilə qeyri-müəyyən cümlələr eşidilir. Videonu izləyərkən, sandım ki, cənab Kazımlı sərxoşdur və ağzı bu üzdən söz tutmur. Ancaq sonra aydınlaşdı ki, bu, sərxoş adamın davranışları deyil. Sadəcə adamın nitq baqajı kasad və olduqca kasıbdır.

Xanhüseyn Kazımlının çıxışının birmənalı qarşılanmaması, müzakirələrə səbəb olması, həm də belə bir deputatın varlığını meydana çıxardı. Buna qədər 77 yaşlı bu şəxsi içi mən qarışıq, çoxları tanımırdı. Qeyd edim ki, “Şöhrət” ordenli Xanhüseyn Kazımlı, birinci, ikincı, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, həm də “Qızıl qələm” və “Hacı Zeynalabdin Tağıyev” mükafatları laureatıdır.

Əminəm ki, o özü də belə trendə çevrilmək niyyətində olmayıb. Çox az adam olar ki, o yaşda bilərəkdən lağlağı danışmağı və internet fenomeninə çevirilməyi arzulaya. Olsa-olsa həqiqi səfil həyatı sürüb, yersiz zarafat “kral”ları internet video qəhrəmanına çevirilirlər. O da kı, videonu çəkənin təşəbbüsü və qığılcımverici həvəsləndirməsi hesabına baş tutur. Bu sayaq məşhurluq heç də bərəkətli və prestijli ətir saçmır. Videonun altındakı lağlağı və aşağılayıcı rəyləri görmək həmin fiqura və doğmalarına müsbət heç nə vəd etmir. Bir şey var ki, istəməsələr də bir xeyli deputat və məmur öz qeyri-adekvat çıxışları ilə lağlağı obyektinə çevirilir.  

Bu yazı lağlağı xarakterli deyil. Sətirlərdə daha çox xəcalət və təəssüf hissi var. Əlbəttə ki, bir də qınaq. Həm də ki, haqlı qınaq!

İctimai fiqur – ictimai davranışlarını nəzərə alaraq məsuliyyətə sahib olmağı bacarmalı və hər addımına, ağzından çıxan hər sözə diqqət etməlidir! Heç bir halda istəmirəm ki, xalqı, dövləti idarə edənlər arasında Azərbaycan dilinin bu cür “evini yıxan” şəxslər yer alsın!

Deputatın o cür hörmətsiz vəziyyətə düşməsi həm də birbaşa dilin daşıyıcısı sayılan ölkə vətəndaşlarına qarşı çox pis sayğısızlıqdır. Onsuz da ölkədə ədalətsizlik mühiti yaratmaqla bu sayğızlığı yüksək şəkildə hiss etdirirlər. Nə bilim, bəlkə də hazırkı etirazım, bu cür düşünməyim bu qədər problemin içində yersiz görünə bilər, ancaq yenə də hiss etdiklərimi bildirməkdə qərarlıyam.

Tez-tez hətta yüksək çinli məmurların da nitqində çatışmazlıq və kasadlığa rast gəlirik. Adama elə gəlir ki, bu postların sahibləri heç orta məktəb belə oxumayıblar. Öz-özümə düşünürəm ki, onlar həmin vəzifəni necə idarə edir, səlahiyyətlərini necə icra edirlər. Bu fikirləri yaza-yaza bir anlıq necə naşı, sadəlöhv və axmaq kimi göründüyümü hiss etdim. Axı, bir çox hallarda idarəetmə üçün təkcə nitq və savad yox, yaxşı “arxa”, qohumluq əlaqəsi və dəstəkçi daxili klan da bəs edir.

Nə isə, bu qarışıqlığa girib, başınızı ağrıtmaq istəmirəm. Onsuz da başımız xəyali dəmir barmaqlıqların arasında sıxılıb qalıb. Nitqin ifadə vasitəsi olduğunu hər kəs bilir. Sözün də necə böyük qüvvəyə malik olduğu məlumdur. Belə bir məqamda ortaya belə bir sual çıxır: Sözə etimad edirsiniz, yoxsa sözü deyənin sahibinə fikir verirsiniz? Yəni, ağızdan çıxan sözlərin mənasına fokuslanırsınız, yoxsa ki, onu deyənin nüfuzuna baxaraq məna çıxarırsınız?

Havada asılı qalan sual insanı girinc edir. Ümumiyyətlə bir çox suallara tez-tələsik cavab vermək adamı yanılmışlardan edə bilər. Yenidən təkrarlayıram, söz böyük gücə malikdir. Adam fikirləşmədən danışanda çoxlu pofos istehsal edə bilər. Əbəs yerə deyilməyib ki, söz quş kimidir, ağızdan çıxdısa, onu tutmaq olmur.

İndi belə bir halda yuxarıdakı suala cavab vermək üçün başqa bir sual meydana çıxır.

Misal üçün, əgər deputat Xanhüseyn Kazımlı bəlağətli nitqlə danışsaydı və ya öz postunda otura-otura haqsızlıqdan-ədalətsizlikdən bəhs etsəydi, bəzi həqiqətləri dilə gətirsəydi, onda ona etimad edəcək və inanacaqdıqmı?!

Söhbət əlbəttə ki, adamın səmimi olub-olmamağından gedir. Bir nəfər rüşvətin pis bir şey olduğundan ağız dolu danışıb, eyni zamanda həyat rifahını rüşvətlə yüksəldirsə, o adamın səmimiyyəti və nüfuzu bulanıq olacaq.

Təbii ki, gözəl nitq qazanılmış əla nemətdir. Ancaq səmimi olmaq, həqiqətin yanında yer almaq daha vacibdir. İnsan hətta danışıq qabiliyyətindən məhrum olsa belə, işarət və jestika dili ilə də olsa gerçəkləri ifadə etməlidir. “Vacibdir”, “etməlidir” sözləri ilə nə məsləhət verməyə çalışan çoxbilən kimi görünməyə cəhd edir, nə də başqalarını xor görürəm. Həqiqəti gizlətməyə, boğmağa fokuslanan cəmiyyətlərdə mənəvi işıq da zəif olur. İşığın olmamağı həm zəif nitq, həm də zəif ruh təklif edir. Belə təklifə razılaşmaq isə özünə və gələcəyə qəsd deməkdir. Razılaşıb, razılaşmamaq öz əlimizdədir…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

344299258 1732660937189678 477290732747053219 n
.

İtlərdən öyrəndiklərim haqqında

Seymur Baycan
30 İyul 2023
426483665 0 109 1960 1212 1920x0 80 0 0 d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

Tural Həmid
18 Fevral 2026
Panorama goroda
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

Tural Həmid
23 Yanvar 2023
IiT Avoiding Toxic Positivity
.

Toksik pozitivlik

Rafiq Hunaltay
16 Yanvar 2023
1599470667858 8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

Seymur Baycan
30 Dekabr 2022
Dil iltihabi
.

Dilimizdə dz və ts devrimi

Vazeh Tatarlı - Mustafa
23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

Tural Həmid
21 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet
top 10 online casino belgië
verde casino
seriöse online casinos österreich
norsk casino
pinco casino

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör