Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bərabərsizlik eyforiyası

Bilal Əşrəfov Bilal Əşrəfov
., Sərbəst
22 Sentyabr 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Fairness
Paylaş

İqtisadi bərabərsizlik son dövrlərdə müvafiq akademik sahələri və ümumən ictimaiyyəti məşğul edən əsas müzakirə mövzularından biridir. Fransız iqtisadçı Thomas Piketty tərəfindən yazılmış, məhz kapitalist cəmiyyətlərdəki iqtisadi bərabərsizlik məsələsini hədəf alan “XXI əsrdə kapital” (“Capital in the Twenty-First Century”; 2013), sözügedən müzakirələrdə başlıca istinad nöqtələrindən biri olub dünya miqyasında populyarlıq qazanan kitablardan sayılır (hərçənd iqtisadçılar arasında şübhə ilə yanaşanlar da az deyil).

Thomas Piketty
Thomas Piketty, son kitabı “Kapital və ideologiya” (“Capital and Ideology”) ilə mövzuya yeni baxış gətirməyə çalışıb | © Éric Piermont/AFP

Eyni zamanda son seçkilərdə o qədər də uğurlu nəticələrə vəsilə olmasa da, gələcəyin seçiciləri olan gənc nəsil arasında da iqtisadi bərabərsizliyi hədəf alan sol tendensiyalı hərəkatlar yüksəlişdədir.

Bununla birlikdə qeyd etmək lazımdır ki, vətəndaşların iqtisadi bərabərsizliyə yanaşmasında müxtəlif ziddiyyətlər müşahidə olunur. Belə ki, İqtisadi Tədqiqatlar üzrə Milli Büronun məqaləsinə əsasən, insanların bərabərsizliyi müəyyən edən iqtisadi meyarlarla bağlı xətalı təxminlərə sahib olduqları müəyyənləşdirilib. Buna görə də, bərabərsizliyin cəmiyyətin faktiki vəziyyəti yox (ən azından, düşünüldüyü halı ilə), müəyyən mənada sezmə ilə bağlı bir fenomen olduğu fikri irəli sürülür. Odur ki, məqalənin sonunda bərabərsizliyin siyasi təsirlərindən bəhs edən əksər nəzəriyyələrin bərabərsizlik əvəzinə sezilmiş bərabərsizlik rakursundan yenidən gözdən keçirilməsi tövsiyə olunur.

Şübhəsiz ki, mövzu barədə xətalı və səhv mülahizələrin bu qədər geniş yayılmasında son illərdə sözügedən sezmə prosesində medianın məsələyə yanaşmasının dəyişməsi də rol oynayır.

Lakin bu hal vətəndaşlarda bərabər cəmiyyət istəyinin olduğu faktını dəyişdirmir. Ancaq bir sual cavabsız qalır: bəs, cəmiyyətin bərabərsizliyə dözümlülük göstərməsinin, hətta bərabərsizliyi tərcih etməsinin altında nə yatır?

Yale Universitetinin psixologiya fakultəsinin əməkdaşlarının (burada xüsusilə Paul Bloom-un adını vurğulamaq lazımdır) həyata keçirdikləri mədəniyyətlərarası tədqiqatın, nəzarətli laboratoriya sınaqlarının və müxtəlif təcrübələrin nəticələrini paylaşan yeni elmi məqalə cəmiyyətin bərabərsizliyə münasibətinə dair yeni baxış təqdim edir.

Araşdırmanın nəticələrini “Atlantic” üçün yazdığı məqalədə paylaşan Paul Bloom, qısaca insanların, cəmiyyət idealında bərabərlik (equality) yerinə ədalətliliyi (fairness) seçdiklərini qeyd edir. Çünki insanlar kiçik qruplar arasında bərabərlikdən yana olsalar da, daha geniş qruplar halında –məsələn, cəmiyyət kimi – adətən, bərabərsizliyi məqbul hesab edirlər. Bu isə öz növbəsində insan təbiətində bərabərlikçi (egalitarian) motivlərin mövcudluğu iddiasının o qədər də güclü əsaslara malik olmadığı faktını qəbul etməyimiz üçün əlavə səbəbdir.

Digər yandan, həmmüəllif, bilinənin əksinə, iqtisadi bərabərsizlik əvəzinə iqtisadi ədalətsizlik halının insanları daha çox narahat etdiyini vurğulayır. Başqa sözlə, insanlar cəmiyyətdə ədalətsiz bərabərlik əvəzinə ədalətli bərabərsizliyə üstünlük verirlər. Bütün bunlarla yanaşı, yoxsulluğun sıfıra endirilməsi insanların cəmiyyət barədə istəklərinin ayrılmaz parçasını təşkil edir.

İSTİNAD:

Gimpelson, V., & Treisman, D. (2018). Misperceiving inequality. Economics & Politics, 30 (1), 27–54.

Starmans, C., Sheskin, M., & Bloom, P. (2017). Why people prefer unequal societies. Nature Human Behaviour, 1 (4), 0082.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör