Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Banan imperializmi

Zaur Hüseynzadə Zaur Hüseynzadə
Sərbəst
07 Yanvar 2020
Kərənaylar çalanda
hər şey hazırlanmışdı dünyada,
və Yehova bölüşdürmüşdü dünyanı
Koka-Kola, Anakonda
Ford və digər şirkətlər arasında:
Meyvə Şirkəti ən şirəlisini götürdü
ölkəmin mərkəzi sahillərini
Amerikanın ən nəfis bölgəsini. 
Pablo Neruda, “The United Fruit Co” poeması

Tarixi məlumatlar çatdırmağı xoşlamasam, adətən düşüncələrimi yazmağa çalışsam da, bu yazı uzun zamandır fikrimdə var idi və hər dəfə banan yeyəndə yazını yazmaq həvəsim bir qədər də şiddətlənirdi. Yəqin ki, çoxunuz bananların üzərindəki etiketləri görmüsünüz və nədənsə, bu etiketlərdə həmişə ya “Dole”, ya da “Chiquita” sözləri yazılırdı. Elə indi də yazılır. Bəs bu sehrli sözlər (uşaqlıqdan bu sözlər mənə çox sirli gəlib) nədir belə? Bu sözlər haqqında onlarla və bəlkə də yüzlərlə kitab yazılıb, araşdırma aparılıb. Bütün bunlara əsaslanaraq, bu məqalədə bütün dünya bananlarının “damğalandığı” bu etiketlərə aydınlıq gətirməyə çalışacağam. Bananın faydalarını izah etmək fikrim isə yoxdur. Zira bu məsələ təbiətə, elmə aid işdir və orada elə bir çətinlik yoxdur. Cəncəllik ancaq biz insanların yaratdığı etiketlərdədir, damğalardadır. Buyurun, bir ədəd banan soyaraq oxumağa başlaya bilərsiniz…

Populyar qənaətin əksinə, banan Qərb yarımkürəsinə xas bir meyvə deyil. Onun ilkin məskəni Cənub və ya Cənubi Asiya olub. Bananın digər yerlərə yayılması əsasən insanların miqrasiyası ilə bağlıdır. Məsələn, polineziyalılar onu Havay adalarına qədər aparıblar. Bir də ərazi fəthləri faktoru var. Məsələn, bananın Qərbə yayılması ərəblərlə bağlıdır. Bananın latıncadakı bioloji adı olan “musa” sözü də elə məhz ərəb sözüdür. Bu söz əslində, Sanskrit dilindən törəmədir ki, bu da ərəblərin bananla ilk dəfə Hindistanda qarşılaşdıqlarını göstərir (James Wiley, The Banana: Empires, Trade Wars, and Globalization p3). Təsəvvür edin, bir meyvə müəyyən ölkələrdə yetişir, amma onun dünya üzrə satışı ilə məşğul olan şirkətlərin hamısı tamam ayrı ölkənindir. Özü də elə bir ölkənin ki, orada bu meyvə demək olar ki, yetişmir. Bəli, bu ölkə ABŞ-dır. ABŞ-da banan yetişdirilməsi çox məhdud formadadır və 2009-cu ilin göstəricilərinə əsasən bütün dünya üzrə banan istehsalının cəmi 0,001%-ni təşkil edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, 2000-2008-ci illər ərzində dünya üzrə əsas banan istehsalçıları Hindistan, Ekvador, Braziliya, Çin və Flippindir.

Amma buna baxmayaraq, dünyanın müxtəlif ərazilərinə bu meyvəni təqdim edən şirkətlər ABŞ-a məxsusdur. ABŞ-ın meyvə imperializmi ilə məşğul olan ən məşhur şirkəti isə 1899-cu ildə yaradılmış və əvvəlcə “United Fruit Company” adlanmış şirkətdir. Siyasətdə bəzən belə bir termin işlədilir: banan ölkələri. Bu sözü ilk dəfə amerikalı yazıçı O.Henri özünün “Kələmlər və krallar” satirik povestində işlətsə də, termin kimi yaranması da məhz bu şirkətin adı ilə bağlıdır. Banan ölkələri dedikdə, iqtisadiyyatı birmənalı olaraq banan ixracından asılı olan ölkələr nəzərdə tutulur. Müasir və dar mənada isə iqtisadiyyatına və siyasi həyatına “United Fruit Company” (daha sonralar “United Brands” və hazırda “Chiquita”) tərəfindən güclü təsir göstərilən Mərkəzi Amerika ölkələri nəzərdə tutulur. Bu təsirlər isə əsasən hərbi müdaxilə və dövlət çevrilişləri şəklində olub. Bu şirkətin yaranmasına “Banan imperiyasının” əsasının qoyulması kimi baxılır. Belə bir şirkətə tarixi ehtiyacın yaranması sırf banan meyvəsinin xarakterik xüsusiyyətləri ilə bağlıdır. Banan son dərəcə tez xarab olan meyvədir. Onun yetişməsi ilə xarab olması arasında çox qısa vaxt var və banan sənayesində əsas məsələ həmin bu qısa zamandan düzgün istifadə etməkdir. Hələ də yetişməkdə olan məhsulu toplamaq, limana daşımaq, gəmilərə yükləmək, marketlərə aparmaq – yəni yetişmə prosesinin başa çatmasından sonra topdan satış və yerli pərakəndə satış mərkəzlərinə daşımaq.

Bananın yığılması ilə istehlak olunması arasında 4-5 həftə müddət var və bu müddət ərzində bananlar 1500 mil məsafəni quru, təxminən 2000-6000 mil arasında məsafəni isə dəniz yolu ilə qət edərək marketlərə çatırlar və burada onların vitrin həyatı 5 gündən çox olmur. Buna görə də bu meyvənin dünya üzərində istehsalı və istehlakını səmərəli şəkildə təşkil etmək üçün bütün bunları həyata keçirəcək nəhəng bir şirkətə ehtiyac duyulur. Bu müxtəlif formalarda edilə bilər, amma bir şey dəqiqdir: müstəqil fermerlərin təkbaşına fəaliyyət göstərərək məhsulun marketlərə dəqiq vaxtında çatdırılmasını təmin etməsi faktiki olaraq mümkün deyil. James Wiley öz kitabında bildirir ki, Ellis banan sənayesinin ilk mərhələsini 1870-1898-ci illər arasında qeyd edir. Bu mərhələdə Mərkəzi Amerikanın müstəqil fermerləri bananı Şimali Amerikanın özəl daşıma firmalarına satırdılar (James Wiley, The Banana: Empires, Trade Wars, and Globalization p5). Bu hələ kommersiya formalı banan sənayesi deyildi. Kommersiya formalı banan sənayesinə keçməzdən əvvəl Mərkəzi Amerika hökümətləri daxili məskunlaşma mərkəzlərini Sakit Okean və Karib dənizi sahilləri ilə əlaqələndirmək üçün daha səmərəli daşıma üsullarının axtarışında idilər. Onlar dəmiryolu çəkmək üçün Şimali Amerikadan və Böyük Britaniyadan mütəxəssislər dəvət edirdilər. Bütün bunlar ona gətirib çıxardı ki, 1884-cü ildə Qərb yarımkürəsində banan sənayesi tarixinin ən əhəmiyyətli hadisəsi baş verdi: kosta-rikalı tarixçilərin Soto-Keith adlandırdığı və Kosta-Rika prezidenti Bernardo Soto ilə amerikalı biznesmen Minor Keith arasında müqavilə imzalandı.

Müqavilə qısa şəkildə ondan ibarət idi ki, amerikalılar Puerto Limon limanı ilə paytaxt San-Xoseni birləşdirəcək dəmiryolu çəkəcəkdilər. Əslində, Kosta-Rika dəmiryolu banan daşımaq üçün deyil, Avropa bazarlarına kofe daşımaq üçün nəzərdə tutulmuşdu. Çünki ölkə iqtisadiyyatında ixracatın əsas payını kofe təşkil edirdi. Dəmiryolu olmadan bunu Sakit Okeanın Puntareans limanı boyunca daha uzun yol ilə həyata keçirirdilər. Dəmiryolu isə bu məsafəni əhəmiyyətli ölçüdə qısaltmalı idi. Proyektin ilk hissəsi Britaniya kapitalının maliyyələşdirməsi ilə həyata keçirildi və Keith yenidən danışıq apararaq bu borcu Kosta-Rikanın ixracatdan gələn gəlirlə ödəməsi razılaşdırıldı. Dəmiryolunun çəkilməsi qarşılığında amerikalı biznesmenə ölkə ərazisinin 7%-ni təşkil edən 800000 ar ərazi verilirdi. O isə öz növbəsində bu torpaqları inkişaf etdirməyi öhdəsinə götürürdü. Biznesmen sonralar gördü ki, dəmiryolu tikintisini davam etdirmək üçün kapital istehsal etməlidir və bu məqsədlə, ona verilmiş torpaqlarda banan yetişdirmək qərarına gəldi. Bununla da, Kosta-Rikanın banan sənayesinin əsası qoyulmuş oldu. Tikinti başa çatdıqda, artıq vəziyyət dəyişilmişdi və çox sürətlə inkişaf edən banan biznesi ortaya çıxmışdı. Buna görə də Keith 1892-ci və 1894-cü illərdə Kosta-Rika höküməti ilə yeni müqavilələr imzalayaraq ölkənin içərilərində genişlənməkdə olan banan sahələrini limanla birləşdirən silsilə dəmiryolu xətlərinin çəkilməsini də öz öhdəsinə götürdü. Bununla da, 1900-cü ildə “Şimali Dəmiryolu Şirkəti”-nin (National Railway Company) əsası qoyuldu.

Digər ölkələrdə də eyni siyasət həyata keçirilirdi. Dəmiryolu tikməklə əslində banan zonalarını limanlara daşımaq və bununla da, doğmaqda olan Banan İmperiyasına mamaça rolunu oynamaq. Quatemalada da əsas kofe əkinlərini Sakit Okeanın Purto Barrios limanı ilə əlaqələndirmək üçün 80-ci illərdə Şimali Dəmiryolu tikilməyə başlanıldı. Honduras və Kolumbiyada da dəmiryolu tikintisindən sırf torpaqlar əldə etmək və banan biznesini genişləndirmək üçün istifadə olundu və bununla da, bir çox Mərkəzi Amerika ölkələri hələlik sözün həqiqi mənasında banan respublikalarına çevrilirdilər.

İqtisadiyyatındakı ixracatın 60%-indən çoxunu banan ixracı təşkil etdiyi və iqtisadiyyatına banan şirkətlərinin təsirinin 20-ci əsrin əvvəllərindən artdığı üçün ilk “banan respublikası” olan Latın Amerikası ölkəsi Honduras hesab olunur (Timothy E Josling, Timothy G Taylor – Banana Wars: The Anatomy of a Trade Dispute p98). Kommersiya formalı banan sənayesinin əsasının qoyulması da Hondurasda “United Fruit Company”-nin sələfinin əsasının qoyulmasına səbəb olan banan konsessiyasının keçirildiyi 1899-cu ilə qədər gedib çıxır. Şirkət Minor Keith-in şirkətiylə “Boston Fruit Company”-nin birləşməsi nəticəsində 1899-cu ildə yarandı. Bütün tarix boyu isə əsas rəqabət apardıqları şirkət “Standart Fruit Company” (indiki “Dole Food Company” şirkəti) olub. Şirkət Qvatemalada 1906-1972 aralığında dominant iqtisadi güc olub və ölkə siyasətinə müdaxilələr edib. 1899-cu ildə yaranandan şirkət Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua, Panama, Kuba, Yamayka, Dominikan Respublikası, Kolumbiya və Ekvadorda təxminən 3,5 milyon ar torpağa sahib olub və ya icarəyə götürüb (Timothy E Josling, Timothy G Taylor – Banana Wars: The Anatomy of a Trade Dispute p99). Keith özünün Panamadakı “Snyder Banana Company” şirkətini də “imperiyanın” tərkibinə qatır. Birləşmədən bir ay sonra isə şirkət Panama və Hondurasda 7 kommersiya şirkətini satın alır. Sonra Santa Marta ərazisində banan istehsalına sahib olan “Colombian Land Company”-i də satın alınır (Kepner, Charles D. 1936. Social Aspects of the Banana İndustry).

Bundan sonra çox maraqlı hadisələr cərəyan edir. Keith-in “Şimali Dəmiryolu Şirkəti” Kosta-Rikanın milli dəmiryolu xətlərini işlətməyi icarəyə götürdükdən sonra dəmiryolu nəqliyyatında monopoliyanı ələ keçirir və bundan Kosta-Rikanın banan sənayesində dominantlığı ələ almaq üçün istifadə edir. “United Fruit Company” Qvatemalada “International Railways of Central America”, Hondurasda “Tela and Trujillo Railroads”, Panamada “Caribbean coast Changuinola Railroad”, Kolumbiyada “Magdalena National Railway”, Panamanın Sakit Okean boyu “Chiriqui National Railway” və Hondurasda “Natinaol Railroad of Honduras” dəmiryolu şirkətlərinə ya sahib idi, ya da əlverişli lizinq şərtləri ilə icarəyə götürmüşdü. Çox az sayda dəmiryolu xətləri, xüsusən də Hondurasda rəqib şirkətlərin ixtiyarında idi (James Wiley, The Banana: Empires, Trade Wars, and Globalization p14).

James Wiley qeyd edir ki, dəmiryolu nəqliyyatı şirkətin torpaq ələ keçirmə siyasətində əsas vasitə olaraq qalırdı. Kosta-Rika və Qvatemala nümunələrindən əlavə, şirkətin subsidiyaçıları Honduras ərazisində 175000 ardan böyük torpaq əraziləri əldə etmişdilər. Amma şirkətə güzəştə gedilən bu ərazilər tam olaraq bitişik formada olmurdu. Onların arasında növbələşən sahələr şəklində ərazilər olurdu ki, bunlar da hökumət tərəfindən idarə olunurdu. Bu, bütün torpaqlar üzərində tamamilə xarici şirkətin hökmranlığının qarşısını almaq üçün gözdən pərdə asmaq məqsədilə yaradılmışdı (Kepner, Charles D, Soothill – The Banana Empire: A Case Study of Economic Imperialism).

Kosta-Rikada dəmiryolları üzərində nəzarəti tamamilə əlinə alan şirkət öz rəqiblərinə qarşı bir sıra mübarizə metodlarından istifadə edirdi. Bunlardan ən əsası qatarların hərəkət qrafiklərini dəyişməklə rəqiblərin məhsullarının xarab olmasını təmin etmək idi. Həmçinin, müstəqil fermerlərlə uzunmüddətli müqavilələr bağlayaraq onların məhsullarını yalnız şirkətə satmalarını təmin edirdilər. Şirkətin okeandakı gəmiləri “Nəhəng ağ donanma” (Great White Fleet) kimi tanınırdı. 1930-cu il göstəricilərinə görə şirkətin 100 ədəd gəmisi var idi ki, bu da bir növ Banan imperiyasının hərbi-dəniz donanmasını təşkil edirdi. Gəmilərində soyuduculu karqo xidməti göstərən şirkət banandan əlavə, digər məhsullar və hətta sərnişin belə daşıyırdı. Şirkət bir qayda olaraq öz meyvələrini başqa şirkətlərin gəmiləri ilə daşımırdı ki, bu da böyük ehtimalla, özlərinin rəqib məhsullarına qarşı göstərdiyi davranışları onlardan da özlərinə qarşı gözlədiklərindən irəli gəlirdi (James Wiley, The Banana: Empires, Trade Wars, and Globalization p20-21).

1970-ci ildə şirkətin yeni sahibi onun adını dəyişərək “United Brands” adlandırdı. 1984-cü ildən isə şirkət hamıya çox yaxşı tanış olan indiki adını “Chiquita Brands İnternational” adını aldı və sanki hamımıza bu adla tanış qala-qala öz qanlı keçmişini silmiş oldu…

Bəzi müəlliflər şirkətin Latın Amerikası ölkələrinə bu qədər təsirinin onun haqqında milli siyasətlərə müdaxilə, işçilərin istismarı kimi “black legend”-lərin yaranmasına səbəb olduğunu bildirirlər. Amma tarix göz önündədir… Növbəti bölmədə bu müdaxilələrdən ən məşhur ikisi barədə yazacam.

Bananlı siyasət…

Təsəvvür edin əlimdə olan, internetdən tapdığım və ABŞ-ın Latın Amerikası ölkələrinə təzyiqlərindən az da olsa bəhs edən demək olar ki, bütün kitablarda bu şirkətin adı keçir. Hətta bədii əsərlərdə belə, bu şirkətin həyata keçirdiyi qətliamlara eyham vurulur. Pablo Nerudanın yazdığı və bir hissəsini məqalənin epiqrafında yerləşdirdiyim “United Fruit Company” poeması hədəfini açıq-aşkar bəlli etsə də, Migel Anhel Asturiasın “Yaşıl papa” və Qabriyel Qarsiya Markesin “Yüz ilin təhnalığı” əsərlərində bir qədər gizli eyham vurulur. Lap dərinə getsək, Markes öz əsərində 1928-ci ildə vətəni Kolumbiyada baş vermiş “banan qırğınları” adı ilə məşhur olan hadisələri təsvir edir. Ümumi xronologiyada “United Fruit Company”-nin törətdiyi ən qatı hadisələrə bəlkə də bu hadisədən başlayaraq nəzər sala bilərik. Dan Koeppel özünün “Banana: the fate of the fruit that changed the world” adlı kitabında qeyd edir ki, 1927-ci ildə Kolumbiyanın siyasi sistemi banan konqlomeratına qarşı çıxmağa meylli idi. Milli şura “United Fruit Company”-nin torpaq ələkeçirmə siyasətini araşdırmaq üçün şirkətdə istintaq aparılmasını əmr etmişdi. Hakimiyyətdə olan Mühafizəkarlar partiyasının mövqeləri isə artıq zəifləməkdə idi. Şirkətin qarşılaşdığı ən böyük əmək hərəkatı 1928-ci il 30 oktyabr tarixində oldu. 32000 nəfər işçi tətil elan etdi. Onların əsas tələbi tibbi müalicə, normal tualet şəraiti, ödənişləri nağd şəkildə almaq, podratçı əvəzinə əsl işçi hesab olunaraq Kolumbiyanın zəif əmək qanunvericiliyi ilə olsa da əməklərinin mühafizəsinə nail olmaq (Dan Koeppel – Banana the fate of the fruit that changed the world p 87). Şirkət panikaya düşmüşdü. Dövlət isə artıq Maqdalaneya qoşun yeritmişdi. Şirkətin birbaşa ABŞ dövləti ilə əlaqəli olduğunu göstərən fakt isə Kolumbiyadakı ABŞ səfiri Cefferson Kafferinin ABŞ Dövlət Katibi Frank Billinqs Kelloqa vurduğu 5 dekabr 1928-ci il tarixli teleqramdır. Teleqramda deyilir:

“Mən “United Fruit Company”-nin nümayəndəsi vasitəsilə tətilin gedişatını izləyirəm… həmçinin, Xarici İşlər nazirliyindən mənə bildirildi ki, tətil təşkilatçılarının hamısını həbs edərək Kartagena həbsxanasına daşımaq üçün hökumət əlavə qoşun göndərəcək, bununla da amerikan maraqlarına adekvat müdafiə təmin olunacaq”.

Bundan sonrası isə gerçək tarixi fakt kimi məlumdur. Quru tarixilikdən çıxaraq bir qədər publisistika qatmaq daha təsirli olar. Ona görə də bunu maqik realizm şəklində təsvir edən Markesin dilindən eşitmək daha maraqlı olardı:

“General Karlos Kortes Varqas və katibi mayor Enrike Qarsiya İsaranın imzaladıqları üç paraqrafdan və səksən sözdən ibarət dekret bütün nümayişçiləri “cinayətkar dəstəsi” elan edərək, qoşunlara patronlara qızırqanmadan atəş açmaq səlahiyyəti verirdi.

Dekret gurultulu etiraz dalğalarına səbəb oldu, amma pavilyon damındakı leytenantı kapitan əvəz elədi və qrammofonu yellədərək, danışmaq istədiyini bildirdi. İzdiham təzədən susdu.

– Xanımlar və cənablar, – kapitan sakit, aram və bir az da yorğun səslə dedi, – dağılışmaq üçün sizin ixtiyarınızda beş dəqiqə var.

Fit, haylama, qışqırıq vaxtın başlandığını bildirən şeypur səsini boğdu. Heç kim yerindən tərpənmədi.

– Beş dəqiqə keçdi, – kapitan eyni səslə dedi, – bir dəqiqədən sonra atəş açılacaq…” (Qabriel Qarsiya Markes – Yüz ilin tənhalığı). Hadisə zamanı öldürülənlərin dəqiq sayı bilinməsə də, Markes bunu üç min nəfər civarında göstərir.

Şirkətin adının hallandığı ən səs-küylü hadisələrindən biri isə Qvatemalaya ABŞ tərəfindən edilən hərbi müdaxilədir. Qvatemala diktatoru Ubiko 1944-cü ildə devrildi və yerinə Xuan Xose Arevalo gəldi. Arevalo hakimiyyətə gələn kimi yeni geniş təhsil proqramı tətbiq etdi, sənaye və kənd təsərrüfatı işçilərinin haqlarını qoruyacaq iş qanunu qəbul etdi. Çoxlu həmkarlar ittifaqları quruldu. Bununla da, geniş torpaq ərazilərinə sahib olan, vergi və yoxalamalardan azad olan, dəmiryolları və limanları öz əlində tutan “United Fruit Company”-nin gücü zəiflədi. Arevalo 1951-ci ildə son vida nitqi zamanı bildirdi ki, bu şirkətin maliyyələşdirdiyi 32 sui-qəsdi dəf edib. Onun yerinə gələn Yakobo Arbenz isə islahatları daha da genişlətdi. Yeni yollar və San-Xose limanı şirkətin meyvə daşımasındakı monopoliyasını dağıtdı. United Fruit, artıq iki okean arasında uzanan torpaqların yalnız 8 faizində əkib-becərirdi (Eduardo Galeano – Open veins of Latin America, p152). Bu islahatlar ölkəni feodalizmdən çıxararaq kapitalist kənd təsərrüfatı iqtisadiyyatı yaratmağa yönəlsə də, ölkə əleyhinə beynəlxalq miqyasda qarayaxma kampaniyası başlanmasına səbəb oldu. Mark Zepezauer “The CIA’s greatest hits” kitabında qeyd edir ki, ABŞ Xarici İşlər naziri John Foster Dulles Eyzenhaueri Arbenzin devrilməsinə inandıra bilir və Allen Dulles-in CIA-i üçün 20 milyon dollarlıq iş əldə edir. CIA propoqanda hücümuna start verir və dəmiryolu və benzin məntəqələrində sabotaj həyata keçirən 300 nəfər əsgər kirayələyir (Mark Zepezauer – The CIA’s greatest hits, p 37). Həmçinin, Kanzasda təlim görmüş polkovnik Kastillo Armas ABŞ tərəfindən öz ölkəsinə hücum etməyə göndərilmişdi və hücumlar F-47 bombardmanı ilə havadan dəstəklənirdi. 1961-cil 27 iyul tarixində ABŞ-ın Hondurasdakı səfiri öz açıqlamasında bildirmişdi ki, 1954-cü ildəki həmin “xilasetmə” əməliyyatı Qvatemala, Kosta-Rika və Nikaraquadakı ABŞ səfirləri və özlərindən ibarət bir komanda tərəfindən idarə olunub. Qaleano yazır ki, həmin tarixlərdə CIA-in bir nömrəli adamı olan Allen Dulles onlara bu işi bacardıqları üçün təbrik teleqrafı göndərmişdi. Daha sonra isə Allen Dullesin özü “United Fruit Co”-nun başına gətirilmişdi (Eduardo Galeano – Open veins of Latin America, p153).

İstifadə olunmuş ədəbiyyat:

1) James Wiley – The Banana: Empires, Trade Wars, and Globalization

2) Timothy. E. Josling, Timothy. G. Taylor – Banana Wars: The Anatomy of a Trade Dispute

3) Kepner, Charles D. 1936. Social Aspects of the Banana İndustry

4) Kepner, Charles D, Soothill – The Banana Empire: A Case Study of Economic Imperialism

5) Dan Koeppel – Banana the fate of the fruit that changed the world

6) Qabriel Qarsiya Markes – Yüz ilin tənhalığı

7) Eduardo Galeano – Open veins of Latin America

8) Mark Zepezauer – The CIA’s greatest hits

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
dil-iltihabi-1
.

Dilimizdə dz və ts devrimi

23 Dekabr 2022
3
.

Azərbaycan solunun qısa tarixi – II hissə

21 Dekabr 2022

Redaktorun seçimi

“İkinci pərdə”: Günahkarlar, yoxsa qurbanlar?

Vətəndaş Emin Milli

«Taxt-tac oyunları»na niyə baxırsan?

5 əsas dinin yayılışı

Cəsarətli olmaq haqqında

Bəşəriyyəti marsa aparacaq gəmi

Azərbaycanda memuar ədəbiyyatına dair

Ermənilər və biz

Azadlıq niyə vacibdir?

Bir səhvə görə çəkilən xətt

Məhəbbət üçün ürəkbulanma

Bir ovuc qlamur, bir yığın səfil…

Memardan üzr istədilər

Müzakirə mədəniyyəti

Sony təqdim edir: ən yaxşı 30

“Bakılılar günü” – olsun, olmasın?

ON 1K2 – (esse)

Ac-yalavacların üsyanı

Pirlər və ziyarətgahların daha səmərəli fəaliyyət göstərməsi üçün təkliflər

İqtisadiyyat adətlərin dayağı kimi

Generalın ölümü

Siyasi xalq yoxsa bio-kütlə?

Əfqanıstanın “Taliban” gerçəkliyi

Romansız Azərbaycan

Avropa Liqası Bakıya pul gətiribmi?

Quş bazarı

Kəpənəklər öləcək

Əlvida, Avropa. Salam, Avropa

Aliyə Məmmədova: “Musiqi — müəllifin özünü ifadəsinin təcəssümüdür.”

Naftalin qoxulu ritorika

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel