Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Kütlə və fərd – dialektik təzad

Mirzə Mirzə
., Mövqe
07 İyun 2020
Oxuma vaxtı:4 dəqiqəyə oxunur
Individualism
Paylaş

İnsanlara mif yaratmaq qabiliyyəti verilmişdir. Lap olsun mifyaratma zərurətdən doğmuşdur. Ona görədir ki, insanlar cəmiyyətdə sayılıb-seçilən şəxsləri (ideyaları) fövqəlbəşərə çevirmədən, haqqında əcaib əhvalatlar uydurmadan, ilahiləşdirmədən dayana bilmir, ilahiləşdirdiklərinin fanatik quluna çevrilirlər. İndi təsəvvür edin ki, bu proses total savadsızlığın, mövhumatın, siyasi dindarlığın, dözümsüzlüyün tüğyan etdiyi bir cəmiyyətdə gedir. Total savadsızlığın tüğyan etdiyi bir cəmiyyətdə şəxsiyyətə pərəstiş, kor-təbii sədaqət, bütləşdirmə, qaragüruhçuluq üçün hər cür münbit şərait var və belələri hər zaman kritik, analitik düşüncə tərzini, rasionallığı, sorğulayan beyinləri üstələyəcəklər.

Total savadsızlığın hakim olduğu cəmiyyətlərdə müxtəlif zəminli radikal hərəkatlar rahat şəkildə qol-qanad açır, kütləvi hal alırlar. Kütləviləşmə onları legitimləşdirir, artıq heç kim onları tənqid etmək gücündə olmur. Çünki hərəkata sidq ürəkdən inanan, hərəkat uğrunda canından keçməyə hazır sosial baza yaranıb. Bu cərəyanlar öz sosial bazalarından istifadə edərək onları tənqid edənlərə müxtəlif vasitələrlə hücuma keçirlər.

İdeyasından, amalından asılı olmayaraq bütün kütlə hərəkatları tərəfdarlarını ölümü gözə almaq, birlikdə hərəkət etmək proqramına oturdurlar: ortaya qoyduqları proqram və təlqin etdikləri təlim nə olursa olsun, bütün kütlə hərəkatları fanatizmi, entuziazmı, böyük ümidləri, nifrət və dözümsüzlüyü körükləyirlər. Kütlə hərəkatları müəyyən yaş dövründə cəlbedici görünür, insanda kor-koranə inam yaradır, onun funksionallıq «qurdunu öldürür»lər.

Ondandır ki, bir fərd kimi kütlə hərəkatında əridiyinin fərqinə varıb, azad olmaq istəyənə müxtəlif ayamalar qoşulur, stiqmatizasiya və linçə məruz qalır. Ümumən insan, özünə mövqe qazana biləcək qabiliyyətə malik olmadıqda, azadlıq onun üçün yükə çevrilir. Qəfil gələn şöhrət – həyat təcrübəsi və intellektə adekvat olmadıqda, bir zəhərə çevrilir, insanı içindən yeyir. Qabiliyyəti olmayan insan üçün seçim azadlığının faydası yoxdur. İnsanlar kütlə hərəkatına fərdi məsuliyyətlərdən qaçmaq üçün və ya gənc bir nasistin dediyi kimi «azadlıqdan azad olmaq naminə» qoşulurlar.

Bu günlərdə mənə Eric Hofferin «The true Believer»-i yoldaşlıq edir. Oxuduqca artıq təəccüblənmirəm ki, hisslərimi bu qədər dəqiq, səlis ifadə edir. Belə təsadüflərin insana yaşatdığı sevinc tərifsizdir. Alovlu fanatikləri mən həmişə qüsurlu, özünəinam hissi olmayan, çevrə təsirinə düşmüş, liderin dominasiyası altında əzilən görmüşəm. Bəli, onlar eqoizmlərini öz uğursuz «mən»lərindən ayırıb, onu mexanizm kimi müqəddəs amalın xidmətinə veriblər. Uğursuz «mən»lərini qurban verdikləri bu müqəddəs amal onların yeganə sığınacaq yeri olur. Bu sığınacaq (büt) dağıdılsa, fanatiklər evsiz, mənliksiz qalacaqlar. Bu səbəbdəndir ki, ən adi tənqiddə belə fantiklər vəhşiləşir, ilahiləşdirdikləri adamları və ideyaları bütün varlıqları ilə müdafiə edirlər. Dəyərlərini sorğulmaqdan, analitik düşüncədən, «mən niyə yerlə-göylə dava eləyirəm?» şübhəsindən çox uzaqdadırlar. Onları komfort zonalarından çıxartmaq istəyənlərə qarşı amansız olurlar.

Siyasi dindarlıq, alovlu fanatiklik, dəyərlərin, qəhrəmanların sorğulanmasına tabu – Stalini, Hitleri yaradan gücdür bunlar. Siyası dindarlıq totalitar Soveti, nasist 3-cü Reyxi, şəriət qanunları ilə idarə edilən İranı yaratdı. Bu yaranan sistemlərdə minlərlə istedad, yaradıcı ruh məhv edildi, boğuldu.

İdeologiyasına din kimi tapınan, tənqidlərə təhqirlə cavab verən, qəhrəmanlarını bütləşdirənlər azadlıq aşiqi intellektual despotlar, sabah öz ideyaları toplumda hakim mövqe tutduqda, potensial cəlladlardır. 

Mirzə, fərd

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör