Azlogos
  • Kimlər var
  • Bizi tanı

Dünyanın xərçəng xəritəsi Koronavirus isteriyasına son verin. Azərbaycanı açın Dünyanın uşaqları Ülkücü məktəblərinin Azərbaycanda işi nə? Sahil Qənbərli: "Heydər Əliyev Mərkəzi radikal qərar idi" Homolar niyə danışmağa başladılar?
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zövqsüz olmaq haqqınızdır

Sevda Sultanova Sevda Sultanova
., Kültür
06 Yanvar 2020

Metro qatarının qarşı oturacağında əyləşən eleqant gənc qadın oxuduğu kitaba qapılmışdı. Qadının hansı kitabı oxuması marağı güc gəldi və hər vəchlə kitabın üz qabığını görməyə çalışırdım. Çingiz Abdullayevin əsərini oxuduğunu biləndə məyus oldum. Düşüncəmə görə, zövqlü geyim tərzi, saç düzümü, kübar oturuşlu qadın ciddi ədəbiyyat oxumalıydı. Hərçənd, məyusluğumun özü sual doğrurur: niyə biz hamıdan ciddi sənət, ədəbiyyat zövqü, intellekt gözləməliyik? Ya da niyə kütləyə yüksək zövqü snob ədası ilə diktə etməli, intellektual olmaq öhdəliyini qoymalıyıq?

Başa düşürəm ki, sistem, televiziya kitç dəyərləri, total zövqsüzlüyü təbliğ edir. Bu, başqa mövzu və başqa problemdir. Ümumilikdə isə kitç və ya populyar mədəniyyətə meyl yalnız bizim cəmiyyətə xas cəhət deyil. Ötənlərdə amerikalı rejissor Martin Skorseze bir müsahibəsində superqəhrəmanlar haqda çəkilən filmləri kino sənəti hesab etmədiyini demişdi:

“Mən o filmlərə baxmıram. Bir neçə dəfə baxmağa cəhd etmişəm. Ancaq bu, kino deyil. Onlar haqqında müsbət fikrim odur ki, superqəhrəmanlar yalnız insanları əyləndirməyə yarayır. Belə filmlərdə insanlar psixoloji, emosional təcrübələrini bir-birləri ilə bölüşə bilmirlər”.

Skorseze əlbəttə ki, haqlıdır. Amma belə filmlərə həvəslə gedən qərb tamaşaçısı da. Və Damlanı dinləmək, Elxan Elatlını oxumaq, meyxananı yüksək bir janr kimi görmək, kabinetində sıradan təbiət təsvirləri asmaq, bədəninin eyiblərini üzə çıxaran geyimlər geymək, orta statistik olmaq və zövqsüz əsər yaratmaq hər kəsin haqqı, azad seçimidir. Başqa cür desək, zövqsüzlük fərdin təməl haqlarından biridir.

Amerikalı pornomaqnat Larri Flintin “Hustler” jurnalı bir zövqsüzlük nümunəsiydi, burada cinsiyyət orqanlarının açıq təsviri verilir, bayağı məqalələr yazılırdı. 1980-ci illərin sonunda jurnalda nüfuzlu din xadimi Cerri Foluellin guya anasıyla intim əlaqədə olması haqda satirik məqalə çıxır. Foluell məhkəməyə müraciət edir. Məhkəmə Foluellin xeyrinə qərar çıxarır və tələb edir ki, Flint 200 min dollar cərimə ödəsin. Sonradan Flint Ali Məhkəmədə işi udur. Məhkəmə verdiktinə əsasən ABŞ Federal Konstitusiyasına Birinci Düzəliş Flintə Cerri Foluell kimi ictimai fiqura münasibətdə azad fikir ifadə etmək haqqı verir. 1988-ci ildə “Hustler jurnalı Foluellə qarşı” prosesi Amerika hüquqşünaslığında həm də məşhur presedent oldu.

Miloş Forman pornomaqnat Flint haqda “Xalq Larri Flintə qarşı” filmini öncə çəkmək istəmirdi. Çünki onun mövqeyi rejissorun dünyagörüşü ilə tərs mütənasib idi. Ssenarini oxuyandan sonra isə onun fikri dəyişir. Rejissorun fikrinin dəyişməsinə səbəb isə ifadə azadlığının ssenaridə əsas motiv olmasıydı. Formana görə, Foluellə qarşı yazılmış məqalə zövqsüz, bayağı satira idi: “Amma məsələ elə bundadır: qanun zövq hissini nizamlamamalıdır. Senzuranın qapıları açılanda, o həmişə hakim gücün xeyrinə işləyir. Ona görə Foluellə qarşı belə qərar vacib idi”.

Flint isə etiraf edirdi ki: “Mənim tək günahım zövqsüzlüyümdür. Mən sizə xoş olan sözü yox, dözə bilmədiyiniz sözü müdafiə edirəm”.

Belə bir vacib təcrübəni nəzərə alıb, zövqsüzlüyə görə xalqı aşağılayan milli snoblar qapandıqları dar çevrədən arada çıxmağı bacarsınlar. Dünya heç vaxt bir qatdan ibarət olmayıb. Nəsiminin qəzəlinə mahnı bəstələyən Afət Fərmanqızını, Qorkini Çexovdan üstün tutan oxucunu tənqid etmək olar. Amma birini ona doğma olanı yaratmasına, oxumasına, dinləməsinə dözümsüzlük nümayiş etdirmək, onu qadağan etmək faşizmin başqa formasıdır.

Kantdan tutmuş Şanelə qədər çox məşhurun yüksək zövqün əhəmiyyəti, insanın mənəvi inkişafında rolu barədə sitatlar var. Amma reallıq bir az daha başqadır.

Obyektivizm fəlsəfi sisteminin əsasını qoyan, yazıçı Ayn Rand dövrün dəbdə olan melodiyalarından birinə rəqs edəndə anası onu Baxı, Motsartı dinləmədiyinə, pis zövqünə görə tənqid edirmiş. Yetkinlik yaşına çatan Rand hələ də o melodiyanı sevdiyini deyirdi.

Çox istedadlı rəfiqəm savadının dərin olmadığını və kitab oxumadığını etiraf edir. Ancaq elə dərin və ifadəli biridir ki, onunla ünsiyyətdən zövq alıram. Halbuki, Nabokovu oxuyub, Edqar Deqanın əsərlərini paylaşan snobdan bu qədər zövq almıram.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021

Redaktorun seçimi

InSight-ın ilk “selfiesi”

Azərbaycanda “onlayn” növbə macəraları

Qara dəlik iki saatlıq nurlandı

Bəlğəmə həsrət küçələr

Uluğbəy Bakirov: “Elə bilirdik Qərb Kərimovu cəzalandıracaq”

Azərbaycan nefti – 1965-ci ildə

Pazolininin tanış süjetləri

Vaksinasiya söhbəti – vurmalımı, vurmamalımı?

Təbiətin bəkarəti

Kamran Ağabalayev: “Azərbaycanda kinonun olması vacib deyil”

Qafqazlı qadın – ər evinin köləsi

Kütlə və fərd – dialektik təzad

Azərbaycanda sahibkar olmağın yeni kriteriyaları

Üzr istədən oğlanlar

Ətağa Sertifikat

Coğrafiyamızın dərdi

Yuri Manvelyan: «Mən Qarabağda heç kimə qalib gəlməmişəm»

Cerald Koen: Mən niyə kapitalizmin əleyhinəyəm?

Dünəndən bugünə neft qiymətləri

Düşünmək üçün zaman – Abbas Atilay təqdim edir

Azərbaycan-İran münasibətləri

Həmrəylik günü. Təzadlar, təfsirlər.

Almadovarın karantin gündəlikləri

Üçüncü Reyxin «mavi» üzü

Radiasiya – çoxlarını qorxuya salan söz (info-animasiya)

Feminizmin liberal zərurəti

Bayağılığın müdafiəsinə

İstintaq

Rus liberalların bərbad olmuş Qarabağ sınağı

Oqtay Gülalıyevdən nə istədilər?

Zövqsüz olmaq haqqınızdır

Sevda Sultanova Sevda Sultanova
., Kültür
06 Yanvar 2020

Metro qatarının qarşı oturacağında əyləşən eleqant gənc qadın oxuduğu kitaba qapılmışdı. Qadının hansı kitabı oxuması marağı güc gəldi və hər vəchlə kitabın üz qabığını görməyə çalışırdım. Çingiz Abdullayevin əsərini oxuduğunu biləndə məyus oldum. Düşüncəmə görə, zövqlü geyim tərzi, saç düzümü, kübar oturuşlu qadın ciddi ədəbiyyat oxumalıydı. Hərçənd, məyusluğumun özü sual doğrurur: niyə biz hamıdan ciddi sənət, ədəbiyyat zövqü, intellekt gözləməliyik? Ya da niyə kütləyə yüksək zövqü snob ədası ilə diktə etməli, intellektual olmaq öhdəliyini qoymalıyıq?

Başa düşürəm ki, sistem, televiziya kitç dəyərləri, total zövqsüzlüyü təbliğ edir. Bu, başqa mövzu və başqa problemdir. Ümumilikdə isə kitç və ya populyar mədəniyyətə meyl yalnız bizim cəmiyyətə xas cəhət deyil. Ötənlərdə amerikalı rejissor Martin Skorseze bir müsahibəsində superqəhrəmanlar haqda çəkilən filmləri kino sənəti hesab etmədiyini demişdi:

“Mən o filmlərə baxmıram. Bir neçə dəfə baxmağa cəhd etmişəm. Ancaq bu, kino deyil. Onlar haqqında müsbət fikrim odur ki, superqəhrəmanlar yalnız insanları əyləndirməyə yarayır. Belə filmlərdə insanlar psixoloji, emosional təcrübələrini bir-birləri ilə bölüşə bilmirlər”.

Skorseze əlbəttə ki, haqlıdır. Amma belə filmlərə həvəslə gedən qərb tamaşaçısı da. Və Damlanı dinləmək, Elxan Elatlını oxumaq, meyxananı yüksək bir janr kimi görmək, kabinetində sıradan təbiət təsvirləri asmaq, bədəninin eyiblərini üzə çıxaran geyimlər geymək, orta statistik olmaq və zövqsüz əsər yaratmaq hər kəsin haqqı, azad seçimidir. Başqa cür desək, zövqsüzlük fərdin təməl haqlarından biridir.

Amerikalı pornomaqnat Larri Flintin “Hustler” jurnalı bir zövqsüzlük nümunəsiydi, burada cinsiyyət orqanlarının açıq təsviri verilir, bayağı məqalələr yazılırdı. 1980-ci illərin sonunda jurnalda nüfuzlu din xadimi Cerri Foluellin guya anasıyla intim əlaqədə olması haqda satirik məqalə çıxır. Foluell məhkəməyə müraciət edir. Məhkəmə Foluellin xeyrinə qərar çıxarır və tələb edir ki, Flint 200 min dollar cərimə ödəsin. Sonradan Flint Ali Məhkəmədə işi udur. Məhkəmə verdiktinə əsasən ABŞ Federal Konstitusiyasına Birinci Düzəliş Flintə Cerri Foluell kimi ictimai fiqura münasibətdə azad fikir ifadə etmək haqqı verir. 1988-ci ildə “Hustler jurnalı Foluellə qarşı” prosesi Amerika hüquqşünaslığında həm də məşhur presedent oldu.

Miloş Forman pornomaqnat Flint haqda “Xalq Larri Flintə qarşı” filmini öncə çəkmək istəmirdi. Çünki onun mövqeyi rejissorun dünyagörüşü ilə tərs mütənasib idi. Ssenarini oxuyandan sonra isə onun fikri dəyişir. Rejissorun fikrinin dəyişməsinə səbəb isə ifadə azadlığının ssenaridə əsas motiv olmasıydı. Formana görə, Foluellə qarşı yazılmış məqalə zövqsüz, bayağı satira idi: “Amma məsələ elə bundadır: qanun zövq hissini nizamlamamalıdır. Senzuranın qapıları açılanda, o həmişə hakim gücün xeyrinə işləyir. Ona görə Foluellə qarşı belə qərar vacib idi”.

Flint isə etiraf edirdi ki: “Mənim tək günahım zövqsüzlüyümdür. Mən sizə xoş olan sözü yox, dözə bilmədiyiniz sözü müdafiə edirəm”.

Belə bir vacib təcrübəni nəzərə alıb, zövqsüzlüyə görə xalqı aşağılayan milli snoblar qapandıqları dar çevrədən arada çıxmağı bacarsınlar. Dünya heç vaxt bir qatdan ibarət olmayıb. Nəsiminin qəzəlinə mahnı bəstələyən Afət Fərmanqızını, Qorkini Çexovdan üstün tutan oxucunu tənqid etmək olar. Amma birini ona doğma olanı yaratmasına, oxumasına, dinləməsinə dözümsüzlük nümayiş etdirmək, onu qadağan etmək faşizmin başqa formasıdır.

Kantdan tutmuş Şanelə qədər çox məşhurun yüksək zövqün əhəmiyyəti, insanın mənəvi inkişafında rolu barədə sitatlar var. Amma reallıq bir az daha başqadır.

Obyektivizm fəlsəfi sisteminin əsasını qoyan, yazıçı Ayn Rand dövrün dəbdə olan melodiyalarından birinə rəqs edəndə anası onu Baxı, Motsartı dinləmədiyinə, pis zövqünə görə tənqid edirmiş. Yetkinlik yaşına çatan Rand hələ də o melodiyanı sevdiyini deyirdi.

Çox istedadlı rəfiqəm savadının dərin olmadığını və kitab oxumadığını etiraf edir. Ancaq elə dərin və ifadəli biridir ki, onunla ünsiyyətdən zövq alıram. Halbuki, Nabokovu oxuyub, Edqar Deqanın əsərlərini paylaşan snobdan bu qədər zövq almıram.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Box_20200403_QAndAWithColleenKirkPanicBuying_Hero
.

Koronavirus isteriyasına son verin. Azərbaycanı açın

22 Yanvar 2021
CB-70sFH0wY-png__880
.

Dünyanın uşaqları

21 Yanvar 2021
20191018-lkuecueler-jpge62f54-image
.

Ülkücü məktəblərinin Azərbaycanda işi nə?

21 Yanvar 2021
136523998_2602941029998457_6968094506156195070_o
.

Sahil Qənbərli: “Heydər Əliyev Mərkəzi radikal qərar idi”

20 Yanvar 2021
12
.

20 Yanvara gedən yol

19 Yanvar 2021

Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel