Bu günlərdə yazıçı Gülüş Ağaməmmədovanın fransız dilində “Nouvelles hétéroclites” (“Qeyri-adi novellalar”) hekayələr kitabı dərc edilmişdir.
Bütövlikdə 15 novelladan ibarət olan kitabda təqdim olunan hekayələrin arasında formal olaraq əlaqə yoxdur. Bəzi novellalar fantastik janrdadır: “Yaşsız kişi”, “Maneken”, yaxud “Maska” və s. Digərləri isə real həyata əsaslanır: “Həyatin mənası”, “Ərəb dili tarcuməçisi”, “Qulun İntiqamı” və b.
Janr və üslub fərqliliyinə rəğmən kitabda əksini tapmış bütün novellalarda çağdaş bəşəriyyətin ekzistensial problemlərindən söhbət açılır. Personajların müxtəlifliyi və hadisələrin gedişi yazıçıya insan ömürlərinin kaleydoskopik rəngərəngliyini ifadə etmək imkanı yaradır.
Kitabın üzərində rəssam Ramina Səadatxanın tablosından bir parca istifadə edilmişdir.
Kitabı Amazon.com səhifəsi üzərindən əldə etmək olar.