Bir erməninin refleksiyasını, Azərbaycan oxucusuna maraqlı olacağını düşünərək tərcümə etdik.
AzLogos
Mənim fikrimcə, yəqin ki, indiki erməni dövlətçiliyinin faile state (uğursuz dövlət – red.) olmasının əsas səbəbi Ermənistanla diaspor arasındakı qarşılıqlı əlaqələrin nizamsızlığıdır. Bunun niyə belə olduğu kifayət qədər yaxşı sualdır və ona birmənalı cavab sözsüz ki, yoxdur.
Bir müddət əvvəl (bir ildən bir az çox) “Ermənistana kütləvi şəkildə repatriasiyanın (vətənə geri dönmək -red.) diasporal erməninin təsəvvüründə nə üçün sadəcə gözəl bir şəkil olaraq qalacağına dair məqalə yazmış, kütləvi geri dönmənin ilk növbədə Ermənistan əhalisi və hakim təbəqəsi üçün zərərli və əkssəmərli olduğuna dair arqumentlər səsləndirmişdim.
Həqiqətən: onlar üçün repatriant çox vaxt “yabançı”dır və həyat tərzi, həyat ritmi, əksər şeylərə baxışı ilə fərqlənir. Əlbəttə ki, 15 il qabaq yüngül fiziki iş dalınca getmiş və daha sonra valideynlərinin Yerevanın kənarındakı 2 otaqlı mənzilinə geri qayıtmış şəxsləri “repetraiant” saymasaq. Repatriantlar, rəsmən Ermənistandakıların həyat tərzini pozmaq üçün qayıdan insanlardır.
Təbii ki, söhbət kütləvi repatriasiyadan gedir – öz proqramı və büdcəsi ilə. Bir, iki, on, yüz və hətta min repatriantı yüngülcə, 10-15 il ərzində “xəstəxanadakı orta temperatur” dərəcəsinə salacaqlar, bundan sonra da onlar yerli sakinlərin inikişaf səviyyəsindən elə də fərqlənməyəcək, nəticədə də belə repatriasiyanın mənası nə olacaq?.. Özünüz bilirsiniz.
Axı, əgər Ermənistan öz milli dövlət illüziyasını hətta tənbəlliklə təqlid etməyi dayandırıbsa, buna diaspora ermənisi nə etməlidir? Həm də bu dövlət hətta özünün Qarabağdakı 150 minlik vətəndaşını, son hadisələr isə göstərir ki, həm də Sovet dönəmində bilavasitə Ermənistan SSRİ-nin ərazisi hesab olunan ərazisindəki insanları da taleyin ümidinə buraxdığı halda…
Mürəkkəb və son dərəcə çoxmənalı suallardır.
Başlanğıc üçün erməni özü özünə cavab verməlidir ki, o nə istəyir. Dürüst, xəyali illüziyalar olmadan cavab verməlidir.
Əgər həyatınız boyu Ermənistan sizin üçün yay aylarında ləzzətli vaxt keçirə biləcəyiniz bir ölkə kimi qalıbsa, seçimlərdən biri heç bir şey etməməkdir. Niyə? Bu barədə bir qədər aşağıda.
Diasporadakı ortastatistik erməninin əsas problemlərindən biri, diasporla Ermənistan arasındakı əlaqəni hələ də ayıq şəkildə qiymətləndirməyi öyrənməməsidir.
Sadəlövh axmaqların çox böyük faizi hələ də oturub hökumətin hansısa repatriasiya keçirəcəyinə, ümumiyyətlə kənardan kadr cəlb edəcəyinə ümid edir. O, anlamır ki, bu hökumət illərdir ki, arzuolunmaz elementlərin “xaricdən” daxil olmasına qarşı mexanizmlər qurur və həmin elementlər də sizlərsiniz. Ya da ki, diaspordan olan kütbeyinlərin həriflənməsi mexanizmini yaradır, əgər birdən siz hansısa maraq kəsb edirsinizsə.
“Ermənistana köçəcəyəm, öz partiyamı yaradacağam, seçkiləri qazanacağıq və bundan sonra Sinqapur quracağıq” kimi islaq fantaziyalar da buradan meydana çıxır.
Ədalət naminə, bir qayda olaraq, bu kimi xəyallar elə xəyal olaraq da qalır: insan ayda bir-iki dəfə belə fikirlərə qapılır (bəzən daha çox, bəzən daha nadir, amma ümumiyyətlə vəziyyət müəyyən edilmiş “norma” çərçivəsində dayanır), sonra da yaşadığı ölkənin ortastatistik vətəndaşının həyatını yaşamağa davam edir.
İllər ötür, diaspora Ermənistandan getdikcə daha da uzaqlaşır, əlaqələr tədricən zəifləyir və başqa ölkələrdə doğulan hər yeni nəsil özünü erməni dövlətçiliyi ilə daha az assosiasiya edir.
Bu qeyri-adi haldırmı? Xeyr. Bu, hadisələrin tamamilə təbii gedişatıdır.
Bu yazıda məhz postsovet diasporasının həyatına toxunmaq istərdim (niyəsini aşağıda izah edəcəyəm).
Belə gətirib ki, bütövlükdə erməni diasporası gizli şəkildə iki hissəyə bölünüb – postsovet və postsovet olmayan. Postsovet diasporasının böyük faizi Cənubi Qafqazın bu və ya digər ölkələrindən, bəzən Orta Asiyadan köçmüş ermənilərdir. Kifayət qədər kiçik faizini isə “köhnə diaspor” təşkil edir (Rusiyada və Ukraynada bir neçə nəsil yaşayan ermənilər).
Qeyri-postsovet diasporası coğrafi olaraq daha genişdir (bura həm şərti kollektiv “Qərb” ölkələri, həm də Yaxın Şərq ölkələri daxildir) və onların böyük faizini nəsillərdir burada yaşayan, erməni soyqırımının yaşandığı dövrə aid olan qaçqınlar və ya Yaxın Şərq qaçqınları təşkil edir. Ermənistanı və digər Cənubi Qafqaz ölkələrini tərk edən ermənilər də kiməsə qoşulub bura gəlirlər, ancaq onlar əksəriyyəti təşkil etmir.
Postsovet məkanında ciddi təsirə malik diaspor təşkilatı yarada bilməməyin əsas problemlərindən biri (bu, ümumi bəladır, istər Rusiya üçün olsun, istər digər ölkələr üçün), bu ölkələrdəki ermənilərin çox vaxt özünü diaspor kimi hiss etməməsi, özünü diaspora saymamasıdır.
Bir qayda olaraq, Rusiyadan olan ortastatistik erməni o kəsdir ki, Ermənistanda doğulub və (bəzən hətta şüurlu yaşda) Rusiya Federasiyasına köçüb və burada həyatına davam edir.
Qeyri-Postsovet diaspor təşkilatlarının “qızıl əsr” dövrü vardı (XX əsrin 70-ci illərində pik mərhələsinə çatmışdı), bundan sonra dövriyyə enməyə başladı və bu gün tam olmasa da, bir çox cəhətdən çox ciddi eniş müşahidə edirik. Postsovet məkanında isə hələ ki, “qızıl əsr” olmayıb, amma əminəm ki, olacaq. Hər halda bunun üçün bütün şanslar var.
Qərb və Yaxın Şərqin şərti ənənəvi köhnə diasporaları o zaman postsovet məkanının indiki diasporalarından nə ilə fərqlənirdi? Bunun sadə cavabı var. Onların Ermənistanla bağlılığı yox idi.
Onların şüurunda “Ermənistan və ermənilər” bir növ “gözəl ideya”, “vəd edilmiş torpaq” və s. idi.
Onlarda əvvəlcə Ermənistanda (və ya Cənubi Qafqazın erməni anklavlarını götürsək, Ermənistana yaxın yerlərdə) doğulub böyüyən erməninin bu gün malik olduğu klassik “erməni kimliyi” yox idi, buna görə də onların identikliyi ətraf mühitlə elə də münaqişəyə girmirdi.
Erməni əsilli amerikalı ilə şərti Yerevan sakini arasındakı fərqi başa düşmək vacibdir, hətta birincisi erməni dilini sıfırdan öyrənmiş və erməni tarixi və mədəniyyətini yaxşı bilmiş olsa belə: o çox vaxt Amerika cəmiyyətinə əla inteqrasiya olunub və oranın bir çox təbəqələrində “qəbul ediləndir”.
Bu məqalənin ümumi mesajı budur ki, erməni diaspor təşkilatlarının uğurlu qurulması və fəaliyyət göstərməsi üçün diaspora ermənisinin paralel kimliyini yaratmaq zəruridir.
Burada məntiq nədir? İzah edirəm.
Birincisi, ondan başlamaq lazımdır ki, bu kimlik (identiklik) klassik erməni kimliyilə “qarşıdurmanı” əsla nəzərdə tutmur.
İkincisi, başa düşmək lazımdır ki, bu kimlik erməni millətinə daha çox insanı “mənimsəməyə” imkan verəcək (bu halda biz ilk növbədə hansısa hissəsi etnik erməni mənşəyinə malik olan insanları nəzərdə tuturuq). Bu isə onlara yaşadıqları ölkələrdə ətrafdakı reallıqla daha yaxşı “ünsiyyət qurmaq” imkanı yaradacaq (çox vaxt etnik mənşəli ermənilər hətta başqa ölkələrdə də ayrı yaşamağa davam edirlər) və yüksək insan kapitalına malik olan bir çox insanı “bizim tərəfə” cəlb edəcək.
Ermənilər yüzüncü dəfə İsrail və Ermənistanı müqayisə etməyə çalışdıqda (çox vaxt sadəcə ona görə ki, “baxın, onlar da müsəlmanlar arasında yaşayırlar və onlarda da soyqırım olub”), sadə bir faktı nəzərdən qaçırırlar ki, Ermənistan və İsrail struktur etibarilə fərqli fenomenlərdir.
İsrail ilk əvvəl Avropa və ya oraya yaxın mədəniyyətdə doğulub böyüyən (ailələri bir çox nəsillər boyu bu mühitdə yaşamış) yəhudilər tərəfindən yaradılmışdı. Polşada doğulub böyüyən yəhudi, məsələn hardasa İraqda doğulub böyüyən yəhudidən o qədər fərqlənirdi ki, faktiki olaraq bu insanlar fərqli xalqların nümayəndəsi idilər.
Böyük (və ya heç böyük olmayan) bir Rus / Avropa / Amerika şəhərində doğulub böyüyən erməni də Ermənistanda doğulub böyüyən ermənidən fərqlənəcəkdir. İlk növbədə mədəni baxımdan, bəzən isə hətta etnik olaraq da – əgər valideynlərindən biri erməni deyilsə.
Bunun heç bir eybi yoxdur, uğurlu və möhkəm struktur qurmaq istəyiriksə bunu başa düşmək və nəzərə almaq lazımdır.
Yəhudilər ona görə uğurlu dövlət qura bildilər ki, onu qurmağa ilk olaraq “ağ adamlar” gəldilər. Bunlar həmin “paralel kimliyin” nümayəndələri idi.
Avropa (buraya rus yəhudilərini də daxil edəcəyik) və Amerika yəhudiləri faktiki olaraq semit deyillər. Bir çox cəhətdən, etnik olaraq bunlar müəyyən ölkələrdə yaşayan eyni etnik qrupların nümayəndələridir. Hər birinizin sırf rus görünüşlü, izdiham içərisində sıravi bir rusdan fərqlənməyən yəhudi dostunuz varmı?
İsrailin uğur qazanmasının əsas səbəblərindən biri, keçmiş Fələstin ərazisinə dünyanın hər yerindən yüksək insan kapitalına malik adamların axınıdır. Etnik olaraq, onların hamısı fərqli insanlar idilər, ancaq onları bir şey birləşdirirdi: ideya.
İllər ötdü, bu insanlar dil öyrəndilər, “yeni evləri” olan ərazilərdə məskunlaşdılar və bundan sonra dövlətlərini qurmağa davam etdilər. Kimsə “həmin” “özünün bir hissəsini bu günə qədər qoruyub saxladı (nümunə kimi – İsraildə rus dilini və qismən rus kimliyini qoruyan çox güclü “Rus Yəhudiləri” icması var)
Əgər yəhudi dövlətinin qurulması Yaxın Şərq yəhudilərinin əlində olsaydı, adi bir Yaxın Şərq (qeyri-neft) çirkab quyusu meydana gələrdi. Bu hətta Livanla Suriya da olmazdı.
Ermənistan isə diaspora ermənilərinin layihəsi deyil, Ermənistan sadəcə olaraq imperiyanın dağılması nəticəsində müstəqillik qazanmaq şansına sahib olan nəhəng bir imperiyanın öz müqəddəratını təyin edən bir qırıntısıdır.
Məsələ budur ki, diaspora yəhudisi və diaspora ermənisi bir-birindən fərqlənir. Bir diaspor yəhudisi, çox vaxt ermənidən fərqli olaraq, yerli mədəni mənsubiyyətə daha az ziddiyyət təşkil edən kimlik daşıyıcısıdır, buna görə də bir yəhudiyə harasa inteqrasiya olunmaq üçün öz kimliyindən imtina etməsinə ehtiyac yoxdur (sözün mədəni mənasında).
“Avropa” yəhudiliyi, ümumiyyətlə, Moskva və ya Paris sakini üzərində maraqlı bir “üst quruluş”dur, bu da ildə bir neçə əlavə tətil, yerli sinaqoqa və ya mədəniyyət mərkəzinə səyahət, həmçinin bu şəhərdə kifayət qədər böyük miqdarda “eyni cür” insanın arasında əlaqələr tapmaq imkanı deməkdir.
Ermənilərlə hər şey başqa cürdür.
Çox vaxt Cənubi Qafqazdan olan ermənilər “yeni yerdə” ayrı yaşayır və ya eyni ermənilərlə və ya Rusiya Federasiyasının ərazisində yaşayan, lakin oxşar fəaliyyətlə məşğul olan / nisbətən oxşar həyat tərzi keçirən digər qeyri-Avropa xalqları ilə ünsiyyət qururlar.
Aydındır ki, şərti bir erməni-rus ailəsində böyüyən insan üçün belə “mühit” o qədər də cəlbedici görünmür, üstəlik, onun üçün, bir qayda olaraq, şüuraltında, ermənilərin mütləq əksəriyyəti belədir və bu görüntüyə uyğun gəlməyənlər isə ümumiyyətlə erməni deyillər ….
Nəticədə, bu, belə insanların bütövlükdə erməni “nüvəsindən” uzaqlaşmasına və onsuz da zəif olan kimliyinin aşınmasına gətirib çıxarır.
Klassik erməni kimliyi istəsək də istəməsək də, Ermənistan / Yaxın Şərq xaricində tamamilə həyata qabil deyil. Və bu, problemdir.
Başqa bir problem isə odur ki, indiki Ermənistan oraya kənardan çoxlu sayda ermənilərin köçürülməsi üçün tamamilə yararsızdır və məsələ mentalitet fərqindən getmir, ölkənin iqtisadiyyatı baxımından sadəcə mümkün deyil.
Biz erməni dövlətçiliyinin önümüzdəki 20 il ərzində yox olacağına dair bədbin (lakin təəssüf ki, olduqca real) ssenarini götürməyəcəyik, ideal olanı götürəcəyik, hansında ki, Ermənistanda hakimiyyətə Ən Ağıllı, Mükəmməl, Ən Dürüst, ən siyasi savadlı və Ən Yaxşı ermənilər gəlirlər.
Ermənistan iqtisadiyyatındakı boşluqların doldurulması uzun illər çəkəcək. Miqrasiya balansının ən azından sıfıra enəcəyi (yəni ölkədən əhalinin bu şəkildə başıalovlu gedişi olmayan) iqtisadi göstəricilərə nail olmaq üçün ən azı 5 il ağır və zəhmətli iş tələb olunur.
Bundan sonra repatriasiya mövzusunu ciddi şəkildə qaldırmaq mümkün olacaq. Yerli əhalinin hər il on minlərlə tərk etdiyi ölkəyə repatriasiya boş söhbətdir: bu dibi deşilmiş qayıqdan stəkanla su boşaltmağa bənzəyir.
Və repatriasiyanın tempi inanın ki, İsraildəkindən fərqli olacaq. Ən sistemli və düzgün yanaşma ilə ildə 10 minə, maksimum 20 minə ümid etmək olar. Və bu, təkrar etdiyim kimi, büdcə ayrılacağı, “Diaspora Nazirliyi” (və ya indi ora necə adlanır) adlandırılan bütün şaraşkin fondlarının tamamilə ləğv edilməsi (və ya güllələnməsi), əsaslı iş yerlərinin açılması və sadəcə ağıllı proqramlar sayəsində ola bilər.
Heç olmasa 500 min insanı ölkəyə qaytarmaq üçün neçə onilliklər lazım olacaq?
Bəli, repatriasiya son dərəcə sistemli və planlı olur. “Ürəyin çağırışı” ilə heç kim ölkəyə kütləvi şəkildə getməyəcək və hətta “ara, evə qayıdın, burada kefdir” üslubundakı müraciətlər də işə yarayası deyil.
Bütün bunları təsəvvür etdinizmi? Bu, “İdeal qeyri-mümkün”ssenari üzrə olan bölgü idi. İndi isə Ermənistanın məqsədyönlü şəkildə Türk ayaqaltısı olmaq yoluna qədəm qoyduğu, heç kimin devirməyəcəyi Paşinyanın hakimiyyətdə olduğu sərt reallığa qayıtmağı təklif edirəm. Ermənistan, əhalinin buradan böyük axını səbəbi ilə repatriasiya keçirməyin hətta xəyali cəhətdən də mümkün olmadığı, davamlılıq ehtiyatı sıfıra bərabər ölkə durumundadır. Ermənistandan kənarda yaşayan, postsovet məkanında olan ermənilərin isə əksəriyyəti Ermənistan sakini və diaspora sakini şüuru arasında “asılı qalıb”: Ermənistanda doğulan və oradan gedənlər mental olaraq yeni ölkələrin “tam hüquqlu” vətəndaşı olmayıblar, ancaq öz tarixi vətənlərindən də yetərincə ədəbli qaydada uzaqlaşıblar. Rusiyadakı diasporun əhəmiyyətli hissəsinə ekstrapolyasiya edilmiş Ara Abramyanlar kimi kollektiv fenomenə çevrilibrlər: ”erməni dilini unudub, rus dilini isə öyrənməyib”.
Hansısa bir erməni şərti Sankt -Peterburqda yaşadıqda, işləyəndə, kirayə ev götürdükdə (və ya sahib olduqda), oranın vətəndaşı olduqda, ildə bir dəfə Ermənistana gedir, doğma kəndini ziyarət edir, Yerevanın mərkəzində gəzir və sonra geri qayıdır.
“Arada bir yerdə” ilişmiş adam. Əgər bu vətənpərvərdisə, onda bir qayda olaraq o, özünü inandırır ki, “heç nə olmaz, bir gün vətənimə dönəcəyəm”. İllər keçir və son dərəcə cüzi bir faiz qayıdır. Sayları o qədər azdır ki, statistik səhv səviyyəsindədir və onlara etinasız yanaşmaq olar. Xəyalpərəstlərin əksəriyyəti elə xəyalpərəst olaraq da qalır. Bir şeylər əldə etməyə, onları artırmağa, ipoteka götürməyə və əlaqələr qurmağa davam edirlər.
Və əslində burada qəribə bir şey yoxdur, insanlar mühitin onlara diktə etdiyi gerçəklikdə yaşayırlar.
Ermənilərin həqiqətən uğurlu bir diaspor kimliyi formalaşdırmaları üçün, ermənilərin erməni özünüdərkini / öz müqəddəratını erməni kimi itirmədən yaşadığı cəmiyyətə inteqrasiya etməyi öyrənmələri lazımdır.
“Tezliklə Ermənistanda super-vətənpərvərlər hakimiyyətə gələcək, sonra mən köçəcəm” və ya bunun kimi boş xəyallarla özümüzü aldatmağı dayandırmalıyıq.
Ermənistana / erməni xalqına biganə deyilsiniz, ancaq müəyyən səbəblərə görə (yalnız yaşadığınız yerdə edə biləcəyiniz işlər, ailə, lap sadəcə bəyənmədiyiniz yerdə yaşamaq üçün adi istəksizlik) Ermənistanda / ya da Cənubi Qafqazdakl erməni anklavlarından birində yaşaya bilməzsiniz?
Oxşar fikirləri olan insanlarla birləşin / əməkdaşlıq edin. “Uzun müddətli” bir strategiya qurun, açıq şəkildə elan edilmiş məqsədləri müəyyənləşdirin, bu hədəflərlə möhkəm əlaqəsi olan fəaliyyət proqramı yazın (bir qayda olaraq, “erməniliyi qorumağı” əsas məqsəd olaraq seçən darıxdırıcı bir şüarla məşğul olmayın. Bir qayda olaraq, belə hədəflərlə təşkilatlar əslində heç nəylə məşğul olur, sadəcə ona görə ki, onların qarşısındakı hədəflərə “əl vurmaq” olmaz), beyninizə bu fikri yeridin: “Biz uzun müddət burdayıq.”
Erməni diaspor təşkilatı diaspor ermənilərinin problemlərinin həlliylə məşğul olmalıdır. Ümumi dəyəri yüz minlərlə rubl olan avadanlıq alışı və kim bilir harayasa göndərməklə yox. Erməni elitasının Ermənistanı Azərbaycanla Türkiyə arasında aralıq qata çevirmək səylərinin reallıqlarında bu, strateji baxımdan məqsədəuyğun deyil. Bu, faktiki olaraq “dünyanın şəkilini” dəyişdirməyəcək, amma siz 200-300 min rubl xərcləyəcəksiniz, buna görə də avadanlıqların taleyi kifayət qədər kədərli ola bilər, o hətta heç cəbhə xəttinə çatmaya və yerli list.am-da satılmış ola bilər.
Dövlətin bütün hərbi qulluqçuları fərdi bədən zirehləri, nişanlarla və digər zəruri əşyalarla təmin etmək üçün pulu var. Özlərinə premium sinif avtomobilləri alan piyli erməni oliqarxlarının da belə imkanı var.
Dövlət bunu etmək istəmir? Hmm, qəribədir niyə?
Aldığınız güllə keçirməyən jilet cəbhədəki vəziyyəti heç bir şəkildə dəyişdirməyəcək və hətta Ermənistanı/Qarabağı satmaq kursu seçildiyinə görə deyil, sadəcə bir, beş, on “güllə keçirməyən jilet” okeanda bir damla belə olmadığına görə. Bu, gələcəkdə hansısa kabinetə girmək və əlverişli siyasi sövdələşmə niyyətiniz varsa özünüzü piar etməyə yaraya bilər, ancaq 2021-ci il üçün adekvat bir erməni üçün yox. Ağrılıdır, amma həqiqətdir.
Bu gün erməni diasporu aşağıdakı fikirlərin qayğısına qalmalıdır.
Fikir nömrə bir: Ermənistan qəti olaraq “qırmızı işıq” göstərdiyi halda və tam özünüməhvetməyə doğru hərəkət etdikdə nə etməli?
Fikir nömrə iki: Uşaqlarımın erməni kimliyini saxlaması üçün nə edə bilərəm ki, gələcəkdə “mümkün olanda” (yaxud birdən alternativ erməni dövlətçiliyinin yaranma ssenarisini təsəvvür edin, hər şey ola bilər) onlar köçə bilərmi?
Fikir nömrə üç: mən maliyyə və intellektual qabiliyyətlərimi nəyə konversiya edə bilərəm, Ermənistandakı vəziyyəti dəyişdirmək / ermənilərin kompakt yaşadıqları yerlərdə işlərin vəziyyətini yaxşılaşdırmaq üçün kimlə əməkdaşlıq edə bilərəm? Bəndlər üzrə.
Təəssüf ki, indiki Ermənistan diasporası dəfələrlə su toplamağa çalışdığı aşsüzəndir və bugünkü erməni millətçiliyi sınmış oyuncaqdır.
Birinci halda, diaspora himayədarları Sizif inadkarlığı ilə Ermənistan rəsmilərini yeni maşınlar və evlərlə təmin etmək üçün atışıb pul verməyə davam edirlər, ikinci halda, özünü erməni millətçisi adlandıran insanların əsas fəaliyyəti tez-tez ölülərin fotoşəkillərini paylaşmaq və sitatlar gətirmək, eləcə də tiktokerlərlə müharibə etməkdən ibarətdir.
Bir daha fikirləşmək lazımdırmı, bu işlərin durumunu necəsə dəyişdirim ya yox?
Bütün bunlar resursların hədər xərcidir.
Vaxt gələcək və kimsə (bəlkə də mən) “erməni diasporu kimliyi necə olmalıdır” sualına daha strukturlu və detallı cavab formalaşdıracaq ki, zaman keçdikcə, hətta dövlətçiliyimizi tamamilə itirsək belə, “yenidən başlatmaq” qabiliyyətinə malik yaxşı təşkil olunmuş icmaların geniş şəbəkəsinə sahib ola bilək.
Nə qədər paradoksal səslənsə də, əsl erməni millətçiliyi “özündən” başlayır. Vətənpərvərsən, günə min Türk öldürməyə hazırsan, sabah da öz Rusiya şəhərindən cəbhəyə (ya da ermənilərin incidildiyi başqa bir yerə) qopacaqsan? Yaxşı. Səndə qanuni əldə edilmiş odlu silah var? Və əgər varsa, onda onunla necə davranacağını bilirsənmi? Bəs fiziki cəhətdən durum necədir?
Əgər sabah sənin şəhərində 2020-ci ilin iyul hadisələri təkrarlanacaqsa və sənin evinə yerli vəhşilər zorla girəcəksə, bir dəqiqə əvvəl televizora baxan ana və bacını qorumağı bacaracaqsanmı? İki nəfərdən artıq olsalar, bacarmayacaqsan.
Şəhərinizdə özünüz kimi güvəndiyiniz və onlara öz həyatınızı və yaxınlarınızın həyatını etibar edə biləcəyiniz iki və ya üç erməni dostunuz varmı? Yox? Pisdir. Ən kiçik qeyri-sabitlik halında sən sadəcə daha güclülər, hiyləgərlər və qəddarlar üçün yem bazasısan.
Bir müddət əvvəl başa düşdüm ki, fiziki cəhətdən zəif, silahsız və cəmiyyətdən qapalı olmaq həyat üçün təhlükəlidir.
Təəssüf ki, erməni mentalitetinin əsasını “mənə toxunmurlar, lap yaxşı, ancaq əgər toxunsalar, yəqin dözmək olar” prinsipinə əsaslanan yumşaqlıqdır ki, bunu dəyişdirmək çox çətindir. 2020-2021 il hadisələri əla nümayiş etdirdi ki, həqiqətən ermənilərin arasında birinci hücum etməyə və vurmağa hazır olan az sayda yırtıcı var.
Yaxşı bir publisist bunu “aztestosteronlu mühit” adlandırdı.
Beləliklə, əla münasibətlərdə olduğunuz üç dostunuz var. Xeyr, bunlar qəlyan çəkmək üçün birgə otura biləcəyiniz, ofisianta söz atlb sonra evinizə dağılışacağınız dostlardan yox, bir fevral gecəsi saat üçdə “məni öldürməyə gəliblər, kömək elə” mesajınızdan çox qısa müddət sonra travmatik tapança və 12 kalibrli silahla evinizdə olacaq kəsdir.
Siz atış meydançasına gedirsiniz. Eyni qəddar, ağıllı və gənc uşaqlar arasında əlaqələr qurursunuz. Sizin hədəfiniz- postsovet reallığının çətinliklərinə tab gətirə bilən kiçik, lakin yaxşı təşkil edilmiş və güclü bir hüceyrə yaratmaqdır. Söhbət təkcə davadan getmir. Dostunuza yaxşı bir iş tapmasına kömək edə və ya adi deyək, yeni mağazası üçün loqotip çəkə bilərsiniz. Variantlar sonsuzdur.
Los Ancelesdən Vladivostoka qədər uzanan kiçik, mərkəzləşdirilməmiş hüceyrələr sistemi gözəldir, çünki onları məhv etmək və ya qadağan etmək mümkün deyil. 3-7 nəfərlik bir qrupun barda içməsini, atış meydançasına getməsini, futbol oynamasını və daha başqa çox şeyləri qadağan edə bilmərsən. Xüsusilə, əgər bu adamlar, prinsipcə, heç bir qanunu pozmadan öz adi həyatlarını sürürlər və heç nəyə çağırış etmirlərsə. Ancaq belə bir “hüceyrə”nin bir üzvünə təzyiq olduqda, onun “ilk dairəsində” olan bütün insanlar onun müdafiəsinə qalxırlar. Bu şəhərdə başqa belə “kompaniyalar” varsa və onlarla ünsiyyət qurulubsa, onlar da köməyə gəlir. Bütün bunlar tez bir zamanda edilir.
Razılaşın ki, bu daha maraqlı görünür nəinki, N-ska şəhərində yerli bazarda bir erməninin bıçaqlanmasından sonra oradakı nəhəng erməni təşkilatının piyli, keçəl rəhbərinin ağzında nəyisə gəvşəməsindən sonra, burnunun altında deyinərək təxribatçılar barədə nəsə danışması…
Mən diaspor təşkilatlarının klassik formatından tamamilə imtina etməyə əsla çağırmıram (hərçənd, fikrimcə, olduqca təsirsizdir və yenidən baxılmasını tələb edir), lakin bu cür təşəbbüs qruplarının mövcudluğu dünya üzrə dağınıq erməni diasporası üçün əla bir əlavə olacaqdır.
Etnik qrupunuz demək olar ki, bütün qitələrdə yaşayırsa, mərkəzsizləşdirmə ən yaxşı seçimdir. Və praktik olaraq, heç bir yerdə çoxluq təşkil etmir. Böyük bir təşkilatı devirmək çox asandır, qanuni yoxlamalarla işgəncə verilir, məhkəməyə davamlı çağırışlarla boğulur. Ancaq hər biri 5 nəfərlik min hüceyrə ilə nə etmək olar?
Erməni diasporası tamamilə yenidən formatlanmalıdır. Strukturlarından başlamış dünyaya baxışına və “sən kimsən?” və “mən niyə burdayam?” sualının dərk olunmasına qədər.
Ermənilər illuziyalar qurmağı dayandırmalı və sabah bir barmağın işarəsiylə hər şeyin dəyişəcəyinə ümid etməməlidir. Səhər yuxudan durub öyrənəcəyik ki, bütün Ermənistan hökuməti, istisnasız olaraq, fənər dirəklərinə asılır, hakimiyyətə millətin maraqlarını hər şeydən üstün tutan seçilmiş sağçı ziyalılardan təşkil olunmuş hökumət gəlir.
Ermənilər, 2020-ci ilə qədər müharibə haqqında eyni fantaziyalar qurdular, orduda işlərin vəziyyəti ilə maraqlanmadılar, son illərdə erməni “elitalarının” Qarabağı satmaq və prinsipcə mübarizə yolundan imtina etmək qərarına gəldiklərini anlamadılar.
Ermənilər öz illüziyalarını xüsusilə ehtiyatla qoruyurlar ki, bu da ağır nəticələrə gətirib çıxarır.
Mənim bir yaxşı dostumun (üç hərbi münaqişənin, o cümlədən Qarabağdakı ötənilki müharibənin də veteranı) dediyi kimi, 2020-ci ildə Ermənistan nəhayət mübarizə yolundan qəti imtina etdi. Prinsipcə, Ermənistan (bir müddət) yaxşı olacaq. İrəvanda şərab festivalları keçiriləcək, buraya türk biznesi girəcək, amma bu hekayə artıq mənlik deyil, dövlətimizin bu formatı ilə yollarımız ayrılır.
Hər şeyə, çox güman ki, ağrılı olmasın deyə özünüz üçün qurduğunuz şəkər dünyası prizmasından baxsanız, mənə “barışmayan və mübarizəyə davam edən” dostlarınızdan mütləq danışacaqsınız. Ancaq dostlarınızın “mübarizəsinin” hansısa erməni məmurunun bir imzası ilə kəsiləcəyi faktını ardıcıl və ya bilməyərəkdən gözardı edirsiniz. Kədərlidir, amma həqiqətdir. Ermənistanın indiki hakimiyyətinə, onların türklərlə gözəl qarşılıqlı anlaşmasına mane olacaq qüvvələr lazım deyil.
Şəkər dünya prizmasından baxmasaq, hər şey daha sadə, amma daha kədərlidir: gözümüzün qarşısında növbəti erməni dövlətçiliyinin özünüməhvinin baş verdiyi və buna qarşı heç cür müqavimət göstərə bilmədiyimiz xoş olmayan bir dövrdə yaşamaqdayıq.
Sən nə etməlisən? Yaxşı bir peşə əldə et. Özünə qulluq et ki, 30 yaşında bir torba peyin kimi görünməyəsən. İdman zalına yazıl. Silah daşımaq icazəsi al. Ümumi maraqlarınız olan və dünyaya baxışınızın üst-üstə düşdüyü yaxşı, sadiq bir qız tap. Hazır olduğuna əmin olduqda ailə qur. 500 nəfərlik tipik erməni toyu etmə, bu pulu bəzi aktivlərə yatırıb sonra uşaqlarınızın təhsilinə xərcləmək daha yaxşıdır. Kreditə iPhone alıb Qızıl danaya dua etməyi dayandır. Ehtiyacınız olmayan başqa bir “lüks əşya” almaq naminə borca girmə. Erməni dostlarını əşyalara bu cür baxışın düzgünlüyünə inandırmağa çalış. Erməni dilini bilməyən tanışınızı “erməni mövzusu” ilə yükləyib özündən uzaqlaşdırma, ona göstər ki, ermənilər təkcə türk köynəkli, türk motivli musiqi dinləməyi sevən elə də inkişaf etməmiş insanlar deyil.
Yuxarıda qeyd olunduğu kimi, indiki erməni millətçiliyi sınmış oyuncaqdır. Tamamilə yaraşıqsız, heç nə etməyən və yalnız psixi pozğunluqları olan uşaqlarla oynamaq üçün uyğundur.
Burada səmərəlilik baxımından bütün “aqressiv” erməni kanallarının və ictimaiyyətinin fəaliyyəti tamamilə sıfırdır (ermənilərin belə iki həddi var, birincisi “biz sülhsevər xalqıq”, ikincisi heç nəyə əsaslanmayan aqressiyadır ki, arxasında heç bir güc dayanmır). Və mütləq ikincillik (erməni millətçiliyi rus millətçiliyinin arxasında duran estetikanı heç də keyfiyyətli olmayan formada “yeyib bitirir”)
Həqiqətən güclü insan sakitdir, çünki kifayət qədər gücə sahib olduğunu bilir. Zəif, yanaqlarını şişirib, bazar alverçisi kimi qışqıracaq və əllərini yelləyəcək.
Millət, yalnız nümayəndələrinin müəyyən bir faizi özünü təkmilləşdirdikdə və daha yaxşı hala gəldikdə növbəti səviyyəyə qalxacaq. Daha güclü, daha ağıllı, daha zəngin olacaq.
Yalnız bu şəkildə bir gün tamamilə fərqli dünyada oyana bilərik.
Erkat/Երկաթ Teleqram Kanalı