Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Pis xalq, yaxşı xalq

Ələkbər Əliyev Ələkbər Əliyev
Mövqe
22 Fevral 2020
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
Daa
Paylaş

Dostumla “pis xalq, yaxşı xalq” polemikasını yenicə bitirdik – bir nəticəyə varmadan və bizi narahat edən sualların sayını daha da artıraraq. “Azərbaycanlılar pisdir, yaxşıdır?” klassikası ətrafında baş tutan polemikanın, daha doğrusu fikir mübadiləsinin, bizi dalana dirəyəcəyindən şübhə etmirdik, elə də oldu. Ancaq bir obyektiv gerçəkliklə razılaşdıq – gedonizmlə mazoxizmi bu qədər ahəngli biçimdə uzlaşdıran ikinci bir xalq yoxdur.

Bu, işin təsəlli hissəsi. Bəs bizim özümüzdən bu qədər narazı olmağımız, hələ də milli kimlik, ümumiyyətlə kimlik axtarışlarımızın davam etməsinə görədir, yoxsa proses başa çatıb və biz “çox pis xalq” kimi artıq formalaşmışıq? Nəyisə dəyişməyə güman varmı? Əziyyətinə dəyərmi?

Online məkana ötəri nəzər salmaq kifayətdir ki, azərbaycanlıların özlərindən necə narazı olduğunu görəsən. İstənilən bir balaca tənqidi statusun, qanqaraldıcı xəbərin altında xeyli adam yazacaq ki, “biz düzələn deyilik”, “bizdən adam olmaz”, hətta “bizdən pis xalq yoxdur».

“Hər xalqın yaxşısı da var, pisi də” deyib, təsəlli tapan şən və optimist azərbaycanlılar da bilirlər ki, bir Norveç var, bir də sən varsan, çox da şey eləmək lazım deyil. Bilirəm, bizi Norveçlə müqayisə etmək ədalətsizlikdir, ağır zarafat kimi səslənir. Bağışlayın, Türkmənistanla müqayisə edib kompleks keçirməkdənsə, Norveçlə müqayisə edib toxtaqlıq tapmaq yaxşıdır.

Heç kim iddia etmir ki, “dünyanın ən simpatik xalqı” adlı müsabiqə keçirilsə, azərbaycanlılar orda ilk onluğa düşəcəklər. Belə bir yarışma olsa, yaşadığım İsveçrə də, nəinki ilk onluğa, heç ilk otuzluğa düşməz. Bütün dünyadan turistlərin, müxtəlif ölkələri qiymətləndirdikləri bir sorğuda, İsveçrə “ən acıdil, qonaqsevməz” ölkələr siyahısına düşüb, orda dəxlisiz ölkələrlə qonşu olub. Nə olsun? Heç bir isveçrəli yazmaz ki, “bizdən pis, acıdil, qonaqsevməz xalq yoxdur”. Heç biri yazmaz. Hamısı bu xəbəri iqnor edərlər, elə bil olmayıb belə bir sorğu.

Paxıllıq, qeybət, “sukalıq” – İsveçrədə gündəlik həyatın bir parçasıdır, amma bir görsəniz, bilsəniz paxıllığı, qeybəti, “sukalığı” necə mədəni, necə ustalıqla edirlər, adamın ruhu incimir. Yadıma “Azərbaycandan intellektual həzz almağın” mümkünlüyü haqda professor Niyazi Mehdi ilə, hələ on il əvvəl elədiyimiz söhbətlər düşdü. O zamanlar biz də qocaqarı ümumiləşdirmələri edirdik (ən pis, ən paxıl, ən hiyləgər xalq), professor isə müdrik-müdrik gülümsəyirdi.

Belə çıxır ki, əsas məsələ o pisləri gizlətməyi, basdırmağı bacarmaqdır.

Bir mühacir isə Bakıdan qayıdıb yazır ki, “Azərbaycanda hamı partlamağa hazır, hamı əsəbi, qəddar, nifrət doludur. Hökumət adamları nervinni edib. Kasıblıq baş alıb gedir…”. Mən, mühacirlə razılaşardım, bu ölkənin varlılarını tanımasaydım. Biz axı bunların pullusunu da görmüşük – o da əsəbi, qəddar, nifrət dolu deyilmi? Deməli, kasıblıq səbəb deyil. Bəlkə məğlubiyyət sindromudur səbəb? Bu, daha ağlabatandır.

Bu dəfə yazıya yekun vura bilməyəcəm – bu sual oxucu üçün də açıq qalmalıdır. Doğrudanmı bizdən pis xalq yoxdur? Elə şeylər var ki, onları statistika ilə, sosiologiya ilə izah etmək olmur – hiss etməlisən, duymalısan. Dünyanın gedişatını az-çox tuta bilən, tənqidi düşüncəyə malik adam üçün çətin deyil. Azərbaycanda yolunda getməyən şeylər var. 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
4bpq10e42793ce16c5n 800c450
.

Azərbaycan dəyərləri: Bizə vicdan lazımdır, yoxsa ədalət?

AzLogos
07 Sentyabr 2024
Seymur
Mövqe

Azərbaycan yazıçılarının nankorluğu haqqında

Seymur Baycan
13 Avqust 2024
1200px Corvus frugilegus Dartmoor, Devon, England
.

Azərbaycan təhsilinin “zağca” problematikasına dair

Sevda Sultanova
24 May 2024
Seymur baycan
Mövqe

Vəziyyətə uyğunlaşmaq haqqında

Seymur Baycan
07 Mart 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör