Azlogos
  • Qaydalar
  • Kimlər var

Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında Kətçi sevgisi haqqında 488656195 122127540776763171 3687452932550618916 N Vətən oğlu 1651940310 Nshot 20220507 201640187 Bir söz oyunbazının kino fantaziyaları 17aheds Knee Superjumbo Sənət və siyasətin qarşıdurması: 'Ahedin dizi' və estetik zəiflik
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Her an bahis yapmak isteyenler için Bettilt uygulaması hazırlandı.

Dinsiz din

Ilahə Ucaruh Ilahə Ucaruh
Kültür
28 İyun 2020
Oxuma vaxtı:8 dəqiqəyə oxunur
BV Acharya

Religion confusion

Paylaş

Özünütədqiq və fərqindəlik təcrübəsi aparanlara dərin sayqım var. Nəyə inanmalarına baxmayaraq, onların inamları kiminsə təqdim etdiyi hansısa hazır bir doqma deyil, əslində öz şəxsi təcrübələri ilə təsdiqlənir.

S.Qrof

“Faydalı tanrı, transendensiya üçün şəffaf olmalıdır. Siz onu, hər şeyin mənbəyinə aparan Mütləqə işarə edən bir şey kimi görürsünüz. Lakin onu qeyri-şəffaf etməməli və sadəcə təsvirə səcdə etməməlisiniz. Mütəşəkkil dinlər məhz bu cür çıxış edirlər”.

Kempbel

I

Finlandiyalı ilahiyyatçı-filosof Matti T. Amnell “Dinsiz din: radikal postmodern din fəlsəfəsinin problemi” kitabında ənənəvi dinlərin müasir insanları qane etməməsindən, tarixi rəvayətlərlə ağırlaşdırılmış səmavi kitablara şübhə ilə yanaşmalardan və şəffaf ruhaniyyət, universal, qlobal, ehkamsız inama ehtiyacdan söz açır. Müəllif, problemin həllinə dair bir fikir yürütmür, sadəcə öz narahat müşahidələri ilə bölüşür.

Coğrafi məkanın hər bir ölkənin tarixinə-taleyinə, nəticə olaraq da xalqın mental-sosial həyatına-güzəranına göstərdiyi təsir haqda İbn Xəldun, Lev Qumilyov, Yuval Nuh Harrari kimi tarixçilər çox deyib. Taleyüklü coğrafi payına İpək Yolu və qara qızıl düşən Azərbaycan, tarixboyu geosiyasi oyunların iştirakçısı, daha çox da qurbanı olmuşdur. Azərbaycanın belinə ikinci, daha ağır bir yükü də, sözsüz, kütləni idarə etmənin ən qədim texnologiyası olan din qoymuşdur.

Dinlərin məlum fərqlərinə baxmayaraq, onların hamısı bəşəriyyətə həqiqi, xoşbəxt həyat yolunu göstərmək, “cahilləri xilas etmək” üçün gəlmişsələr də, öz məqsədlərinə nail olmamışlar. Əksinə – hər din, məzhəblərə, təriqətlərə bölünərək, siyasi oyunların alətinə çevrilmiş, özlərini etibardan, gözdən salmışlar. Dini plüralizm, insan problemlərini azaltmamış, insan nevrozlarını daha da artırmışdı.

J.Delöz və F.Qvattari tərəfindən “rizoma” adı verilən “total eyniliyin”, yəni dünyəvi plüralizmin də yaratdığı dəhşətli fəsadlar müasir filosofların həyəcan təbilinə səbəb olmuşdur. Yaşadığımız XXI əsrdə heç bir matrik ierarxiyanın (mütləq etalonun, meyarın) olmaması informasiyanın heçnəylə tutuşdurulmaması, bəşərin özünü məhvə gətirib çıxaracağına səbəb kimi göstərilir. Hal-hazırda dünyanın bir nömrəli sualı budur: “həqiqi olan nədir?” Din və elm bu suala cavab verməyə çalışsalar da, tarixboyu ikisinin də qaş qayırdığı yerdə vurub göz çıxartdıqları yaxşı məlumdur.

Dinlərin ifşası ilə üzə çıxan ateizm, skeptisizm, nihilizm, relativizm və b. da bəşəriyyəti yeni problemlərlə qarşılaşdırmışdı. Bununla belə, nə ruhaniyyətdən, nə də elmdən imtina mümkünsüz görünür, çünki hər iki sahə insanı digər canlılardan ayıran başlıca amillərdəndir. Bəzi müdriklərin fikrinə görə, XXI əsr ya ruhani olmalı ya da bəşəriyyət tamamilə məhv olacaqdır. “Məhvolma” fiziki olmaya da bilər – insan ya yarırobot (transhuman) ya da ancaq bioloji varlığını sürdürməyə məhkum edilən canlıya dönə bilər. Gələcək ilə bağlı narahatlığını Y. Nuh Harari “Homo Deus” kitabında bizimlə bölüşür: “Milyon illərdir təkmilləşmiş şimpanze idik, lakin iriölçülü qarışqaya dönə bilərik”.

II

Humanistik inqlab nəticəsində müasir qərb mədəniyyəti, ali mental hallara inamını itirib ortastatistik Conun həyəcanlarını yuxarıbaşa keçiribdir. Qeyri-adi mental hallara meylli olanları və ona can atanları qərb mədəniyyəti ya narkoman, ya ruhi xəstə, ya da dələduz hesab edir.

N. Harari “Homo Deus”

Bunlara nə deyəsən? Hətta dünyada ən yeni elmi baxışları təbliğ edən Riçard Dokkinz, Stiven Pinker kimiləri liberalizmdən imtina etmirlər. Azad iradəyə və bizim “mən”imizə yüzlərlə tənqidi səhifələr həsr edəndən sonra, onlar başgicəlləndirici intellektual salto edərək XVIII əsrə enirlər, sanki təkamül biologiyası və neyrobiologiyanın inanılmaz kəşflərinin Lokkun, Russonun və Ceffersonun etik və siyasi ideyalarına heç bir dəxli yoxdur.

N. Harari “Homo Deus”

 Öncələr din – tarixin qaranlıq dönəmlərindən gələn “bəşəriyyətin uşaqlıq nevrozu” sayılırdısa, çağdaş zamanda inama ehtiyac ilkin həyat tələbatları siyahısında getməkdədir. Tarixboyu gözlə görünən dünyanın arxasında insan övladının hansısa bir ruhani ölçü duymasını, başqa bir aləmi düşünmək bacarığı onun ən möcüzəvi xüsusiyyətlərindən sayılır.

İnsan varlığını ətraf mühit ilə bir ümumi məxrəcə gətirmək, müxtəlif münaqişələrə səbəb olan uyğunsuzluqları aradan qaldırmaq, həmçinin inam fenomeninin yerini müəyyənləşdirmək, məntiq və etik çərçivələrdə ruhaniyyəti elmlə uzlaşdırmaq, aralarında keyfiyyətcə yeni bağ qurmaq arzusu bir sıra alim və mütəfəkkirlərin əsas tədqiqat obyektinə, bəzən də bütöv həyat amalına çevrilmişdi.

Seliqman, E. Diner və M. Çiksentmixay kimi qabaqcıl ekspertlərin 1990-cl illərdə yürütdükləri fikrə görə, psixologiya, psixiki zəifliklərlə yanaşı psixiki gücü də öyrənməlidir. Xəstə zəkanın ətraflı atlası tərtib edildiyi halda, sağlam zəkanın elmi xəritəsinin olmaması adı çəkilən psixoloqlarda təəcüb doğurmuşdu. Son iki onillikdə pozitiv psixologiya ən dəbli psixologiya bölümünə çevrilsə də, supernormal mental halların öyrənilməsində ilk önəmli addımlar atılsa da, bugünədək bu ərazi elm üçün yenə də naməlum qalmaqdadır.

Dinin psixoanalitik konsepsiyalarının gəlişməsi ilə (Z. Freyd, K.Q.Yunq, E.Fromm), habelə transpersonal psixologiya (S.Qrof), hər şeyin inteqral nəzəriyyəsi (K.Wilber), neyrobiologiya (J.Dispenza və b.) tərəfindən əldə edilən bir sıra nailiyyətlər dinin mahiyyətini anlamaqda sosioloji yanaşmanın yetərsiz olduğunu bəyan etmişdilər. Belə ki, sosial konsepsiyalar dinin yalnız zahiri qatlarını, doqma və kultların ictimai mənasını aşkarlayır, insanın bir növ psixoloji transformasiyasını, daxili dəyişilməsini, mənəvi aydınlanmasını, şüur oyanmasını özündə daşıyan ruhani təcrübə isə diqqətsiz qalmışdı.

W.Ceyms, E.Fromm, A.Adler, K.Yunq, E. Husserl, M.Haydeger, V.Frankl, G.Aqamben, J.Lakan, J.Dispenza kimi psixiatr və filosoflar inamı insan mahiyyətinin əsas şərti sayaraq, din-inam fenomenini iki yerə ayırırlar: ictimai və individual (W.Ceyms), avtoritar və humanist (E.Fromm), daxili dindarlıq və zahiri dindarlıq (Allport Gordon Willard), sosial dindarlıq və ruhani dindarlıq (R.Lenski), simvolik və təxəyyül aləmləri (J.Lakan) və s.

Tarix boyu dindarlıq və ruhanilik anlayışları bir-birinə qarışdırılmış, yanlış olaraq eyni amil sayılmışdı. Həyat təcrübəsi isə başqa gerçəkləri göstərir: dindar olmayanın ruhani (yəni mənəvi, idraklı, iradəli və mənəviyyatlı), dindarın isə qeyri-ruhani olması istisna deyil. Strateji kateqoriyaların din tərəfindən “özəlləşdirilməsi” və alverə çevrilməsi mövzusuna L.Feyerbaxın əsərlərində də rast gəlinir. Feyerbaxa görə, tanrıya inam – insanın öz mahiyyətinin və imkanlarının sonsuzluğuna, həqiqiliyinə inamdır.

L.Vitqenşteyn kimi analitik filosoflar fəlsəfi problemləri əslində dil problemləri hesab edirlər. Mətnlərin hermnevtik təzədəndərkinə görə, bütün dinlərin əsasında ümumi bir ideya – öz hüdudlarından çıxmaq, ozünütransendensiya ideyası durur.

E.Fromm “Psixoanaliz və din” əsərində terminoloji qarışıqlığın dinin hər cür müzakirəsinə əngəl olduğunu vurğulayır: «Din — ümumbəşəri fenomen olaraq bu və ya digər bir din növüylə assosiasiya (bənzətmə) yaradır… Dilimizdə başqa söz olmadığından, bir toplum tərəfindən bölüşülən, mənalı ömür sürməyə imkan və sədaqətli xidmətə obyekt verən, insan qruplarının paylaşdığı hər bir düşüncə və hərəkət sistemini “din” adlandırmağa məcburuq”.

Loqoterapiyanın, yəni məna vasitəsiylə müalicə üsulunun banisi V.Frankl məna səviyyəsini belə qeyd edir: cari anın mənası və fövqal-məna. Mənaya gedən iki əsas yol – yaşanılanların dəyəri, yaradıcılıq dəyərləri və həyat məqsədlərinin dəyəri. «Biz mövcudluğumuzun mənasını yaratmırıq – tapırıq. Başqa sözlə, məna – “konkret başa düşülən və realizə edilən imkandır”. V.Frankla görə, şüuraltıya yönləndirilən istəklər, arzular, planlar olduqca yüksək və uzaq olmalıdır, əks halda məqsədinə çatmış insan mütləq bir krizisə məhkumdur. Bu, beynin şüuraltı qatına qoyulan inkişaf proqramının dəyişilmə çətinlikləriylə bağlıdır. Bir sözlə, insan, maddi rifahdan, şan-şöhrətdən daha artıq olanları – əlçatmaz idealları – gerçəkləşdirməyi düşünməlidir. Bununla insan həm özünü ruhani böhrandan xilas edə bilər, həm də dünyanın yaşam təməllərini qorumaqda iştirak etmiş olar.

K.Yunqun kəşfinə görə, hər bir informasiyanı insan beyninin şüuraltı qatı ancaq simvollar, obazlar vasitəsiylə qavrayır. Göründüyü kimi, bir zamanlar öz daxili ehtiyaclarını obrazlı dillə, simvollarla, metaforalarla dilə gətirən insan, nəticədə din fenomenini yaratmış. Sonralar insanlar o simvollardan, obrazlardan elə bərk yapışmışlar ki, simvolların daşıdığı mənalar kənarda qalmışdı. “Susqun çoxluğun kölgəsində” əsərində çağdaş mədəniyyətin kəskin tənqidçilərindən biri – fransız filosof Jan Bodiyar da “susqun” insan kütləsinin dini mərasim “parıltılarını” “qızıl” saymasını tənqid və ifşa etmişdi.

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
488656195 122127540776763171 3687452932550618916 N
.

Vətən oğlu

Mirzə
17 Aprel 2025
1651940310 Nshot 20220507 201640187
.

Bir söz oyunbazının kino fantaziyaları

Sevda Sultanova
03 Noyabr 2024
17aheds Knee Superjumbo
.

Sənət və siyasətin qarşıdurması: ‘Ahedin dizi’ və estetik zəiflik

Sevda Sultanova
19 Sentyabr 2024
Tenha insan
.

Tənha insanın monoloqu

Sevda Sultanova
21 Avqust 2024
Music art
.

Musiqi strategiyamıza dair

Firudin Allahverdi
13 Avqust 2024
17062009622612741817 1200x630
.

Başı bəlalı “Qadınım”

AzLogos
17 Fevral 2024
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

136bet.com.br
aviator-game.mw
aviator.com.az
big-bass.co.uk
focuspcg.com
humanics-es.com
iuorao.ru
oren-sarmats.ru
spicybet.com.br
sweet-bonanza.com
aviator
pinco
allabouteng.com
auruhana2.kz
bsl.community
docwilloughbys.com
editorialabiertafaia.com
erkindik.kz
kabuki-bremen.de
minnaz.ru
prockomi.ru
saintvincenthome.org
aviator
pinco
136bet

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
    • aviator oyna
    • pinco casino
aviator
pinco
nayora.org
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör