Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

“Qızıl məbəd” haqqında

Seymur Baycan Seymur Baycan
., Mövqe
22 Oktyabr 2023
Oxuma vaxtı:3 dəqiqəyə oxunur
D46A4535
Paylaş

Azərbaycanda iqtidar-müxalifət, dindar-ateist, sağçı-solçu, təbiəti sevənlər-təbiətə qənim kəsilənlər yoxdur. Azərbaycanda bir yol, bir əqidə var. Bu yolun, bu əqidənin adı AZ TV-dir. Bunu bir neçə dəfə qeyd etmişik. Bir daha qeyd etmək məcburiyyətindəyik. Çünki AZ TV son günlər növbəti dəfə öz kəramətini, öz qüdrətini göstərdi.

AZ TV gücləndirilmiş iş rejiminə keçən kimi hətta bir-birinə nifrət edən, bir-birinə yuxarıdan aşağı baxan adamlar da əl-ələ tutub, qol-qola girib müqəddəs məbədin ətrafında yallı gedirlər. Sonra AZ TV adi iş rejiminə qayıdır və həmin şəxslər nifrət etdiyi, yuxarıdan aşağı baxdığı adamlarla əl-ələ tutub, qol-qola girib müqəddəs məbədin ətrafında yallı getməyini həzm edə bilmir, nifrət etdiyi, yuxarıdan aşağı baxdığı adamlarla eyni mövqedə dayandıqlarını mənliklərinə, şəstlərinə sığışdırmırlar.

Beləliklə onlar nala-mıxa vurmaqla özlərinə haqq qazandırmağa çalışırlar. “Həmrəylik lazımdır”, “ölkənin dar günündə birləşməliyik”, “iqtidar ayrı şeydir, dövlət ayrı şeydir” kimi arqumentlər fəvvarə vurur, tüğyan edir, meydan sulayır. Amma bütün bu vurnuxmalar əbəsdir. Qədimdən məlumdur ki, su qaba girəndə içməli olur. Dövrümüzün mütəfəkkirlərindən birinin təbirincə desək, ictimai-siyasi mənada bakirəlik bir dəfə pozulur.

Əslində, AZ TV gücləndirilmiş iş rejiminə keçəndə müxtəlif adların, müxtəlif əqidələrin arxasında gizlənən adamların əsl mahiyyətini üzə çıxarır. AZ TV xüsusi amansızlıqla, qəddarlıqla onların maskalarını cırıb əsl simalarını göstərir.

AZ TV gücləndirilmiş iş rejiminə keçəndə bəyan edir və deyir ki, Gültəkin xanım, gözünə yekə eynək taxaraq beynəlxalq siyasətdən “ağıllı-ağıllı” danışıb mahiyyətini heç cürə gizlədə bilməzsən, sən əsl Xoşqədəmsən, səninlə Xoşqədəm arasında heç bir fərq yoxdur. Sadəcə forma ayrıdır, məzmun tamamilə eynidir. AZ TV gücləndirilmiş iş rejiminə keçəndə bəyan edir və deyir ki, Cəmil Həsənli, yazdığın o xaltura kitabların arxasında gizlənməyə, özünü liberal-zad kimi göstərməyə çalışma, sən xalis Siyavuş Novruzovsan. Hətta Siyavuş Novruzov səndən daha səmimidir. AZ TV gücləndirilmiş iş rejiminə keçən kimi göstərir ki, Fuad Qəhrəmanlı əsl Zahid Orucdur…

Bu mənada, yəni müxtəlif adların, müxtəlif yolların, əqidələrin arxasında əsl mahiyyətlərini gizlətməyə çalışan adamları ifşa etdiyinə görə AZ TV adlı müqəddəs məbədə daima öz minnətdarlığımızı bildirməliyik. Belə bir müqəddəs məbədin ölkədə fəaliyyət göstərməsinə hədsiz sevinməli, gündə ən azı beş dəfə tanrımıza ürəkdən, səmimi-qəlbdən şükür etməliyik.

Yeri gəlmişkən Yukio Misimanın “Qızıl məbəd” əsəri yaxınlarda Azərbaycan dilində nəşr olunub. O gözəl əsəri oxumağı bütün ədəbiyyat həvəskarlarına tövsiyə edirəm. Həqiqətən, “Qızıl məbəd” çox gözəl, ən əsası, çox mənalı əsərdir. Əsəri diqqətlə oxuyun və düşünün.

***

Elə şeylər var ki, bu və ya digər formada öz gözlərinlə görməlisən. Filmlərə baxmaqla, kitablar oxumaqla bəzi şeyləri öyrənmək, hiss etmək olmur.

Məsələn, götürək aclığı. Kiçik miqyasda olsa da, aclığı şəxsən görməsən nə olduğunu  dərk və hiss edə bilməzsən.

Sözümün canı var. Sözümün canı ondan ibarətdir ki, Hitlerin vəhşi cazibəsi qarşısında dayanmağı bacarmış adamlar haqqında son vaxtlar çox düşünürəm. Düşünməyə məcburam. Hadisələr bunu tələb edir. Hitlerin vəhşi cazibəsi qarşısında dayanmağı bacarmış adamlar necə güclü adamlar olublar. Təsəvvür edin, alman əsgərləri Parisdə gəzir və sən bunun qarşısında dayanmağa özündə güc tapırsan. Bu, sadəcə, dəhşətdir.

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör